Sual/Cavab
HÖRMƏTLİ İSTİFADƏÇİLƏR!

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin internet səhifəsi Konstitusiyanın 57-ci maddəsinə uyğun olaraq vətəndaşların müraciət etmək hüququnun reallaşdırılması vasitəsidir.Hər bir istifadəçinin məktub göndərmək, arzularını bildirmək, onu maraqlandıran məsələlər barədə yazmaq, təklif, ərizə və şikayətlə müraciət etmək imkanı vardır.

SƏFƏRBƏRLİK VƏ HƏRBİ XİDMƏTƏ ÇAĞIRIŞ ÜZRƏ DÖVLƏT XİDMƏTİNİN ÜNVANINA ELEKTRON FORMADA MÜRACİƏT GÖNDƏRMƏZDƏN ƏVVƏL, XAHİŞ EDİRİK QAYDALARLA TANIŞ OLUN:

1.Mətni yazmazdan əvvəl nəzərdə tutulmuş formanın düzgün cavablandırılması vacibdir.

2.Mətn mütləq yazıldığı dilin əlifbası ilə tərtib olunmalıdır, bütövlükdə böyük və ya kiçik hərflərlə yazılmamalı, cümlələrə bölünməli, durğu işarələrindən istifadə qaydalarına riayət edilməlidir.

3.Müraciət aydın və səlis cümlələrlə yazılmalıdır.

4.Müraciət edərkən etika qaydaları gözlənilməlidir. Nəzakətsiz ifadələr işlədildikdə və ya müəllif özü barədə məlumatları dəqiq göstərmədikdə müraciətə cavab verilmir.

5.Hörmətli internet səhifəsi istifadəçiləri! Böyük informasiya axınının işlənməsi xüsusiyyətlərini nəzərə alaraq, xahiş edirik bəzi məhdudiyyətlərə hörmətlə yanaşasınız:

Sualınızı yazın


Verilən suallar
ramil hesenli Soruşur Yazılma Tarixi:27.06.2015 20:41:09

salam men bakida n sayli herbi hisselerin birinde islemek isdiyirem.bu mumkundurmu??ve nece ede bilierem??

Bildiririk ki, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 36.1.1-ci maddəsinə əsasən, müddətdən artıq həqiqi hərbi xidmətə - ən azı ümumi orta təhsilli, qanunla müəyyənləşdirilən müddətli həqiqi hərbi xidməti başa çatdırmış hərbi qulluqçular, 40 yaşınadək hərbi vəzifəlilər (zabitlər, gizirlər və miçmanlar istisna olmaqla), habelə 19 yaşından 40 yaşınadək qadınlar daxil olurlar.
Odur ki, aidiyyəti üzrə qulluq (xidmət) etmək istədiyiniz Azərbaycan Respublikası Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyi, Ədliyyə Nazirliyi, Milli Təhlükəsizlik Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Dövlət Sərhəd Xidməti, Xüsusi Dövlət Mühafizə Xidməti, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə müraciət etməlisiniz.

Rahıb Nağıyev Soruşur Yazılma Tarixi:27.06.2015 20:34:20

Men 1991 teveludem bundan önce aprel ayında daxili qoşunlara düşmüşdüm ancag 95 kilo çeki 169 boynan gerı qayıtdım. indi bu defe de daxılı qoşunlara düşmuşem yene nece olacag? yeniden geri qaytara bilerler 90 kiloyam xaiş kömeklik edin.

Siz müddətli həqiqi hərbi xidmət keçmək üçün Daxili Qoşunların deyil Dövlət Sərhəd Xidmətinin komandasına təyin edilmisiniz.
Mahir Şirzadov Soruşur Yazılma Tarixi:27.06.2015 19:22:16

Bilmek isteyirem ehtiyata buraxılan esgerler ne zaman buraxılacaq?

Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamına əsasən xidmət müddətləri başa çatmış müddətli həqiqi hərbi xidmət qulluqçuları 2015-ci ilin iyul ayının 1-dən 30-dək ehtiyata buraxılacaqlar.
Ruslan Rustemli Soruşur Yazılma Tarixi:27.06.2015 18:50:02

Salam men suruculuk vesiqesin ayin 29u alacam.. men herbi xidmetde surucu kimi qulluq ede bilerem

Bildiririk ki, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli idarə, şöbə və bölmələrinin gəndərişi əsasında xüsusi hərbi ixtisaslar üzrə hazırlıq keçirən təhsil müəssisələrində Azərbaycan Respublikası Silahlı Qüvvələri və qanunvericiliyə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələr üçün "B" və "C" kateqoriyalı nəqliyyat vasitələrinin sürücüsü ixtisası üzrə hazırlıq keçərək sürücülük vəsiqəsi almış çağırışçılar təyin olunduqları müvafiq qoşun növlərində  verilmiş ixtisasa  uyğun vəzifələrdə müddətli həqiqi hərbi xidmət keçirlər.
Öz hesabına təsərrüfat hesablı kurslarda hazırlıq keçərək sürücülük vəsiqəsi almış çağırışçılar isə hərbi hissədə sürücü ixtisaslı mütəxəssislərə ehtiyac olduğu zaman bu vəzifəyə təyin oluna bilərlər.
piri quliyev Soruşur Yazılma Tarixi:27.06.2015 15:53:23

bu il mezun olmusham universitetden. bakida bitirmishem universiteti. dovlet imtahanin vermishik, amma hele bolgelerde verilmeyib dovlet imtahani. komissiyadan kecmishem ve ayin 7sinedir cagirish vereqem, ve sabah 2-3 gunluk gurcustana istirahete getmek isteyirem. gomrukden buraxilacam?

Siz 2015-ci ilin iyul çağırışına cəlb edildiyiniz və çağırış ayının başlanması üçün respublika ərazisini tərk etməməyiniz daha qənaətbəxş hesab olunur.
Pünhan Əliyev Soruşur Yazılma Tarixi:27.06.2015 15:18:35

Salam menim 19 yaşim var məktəbə gec getmişəm diə aparb arayiş verdim kecen il mene mohlet verildi bu ilde cagirdilar iyul ayina aparb rlektron ərizəmin kopyasin verdim universitete sənəd verəcəm mene dediler get...indi bilmek istiyiremki men iyulun 14 u universitetə qəbul olmasam ərizə yazib iyulda xidmətə gede bilerek yoxsa oktyabir ayina qaliram ? təşəkkur

Bildiririk ki, Siz 2015-ci ilin oktyabr çağırışı zamanı müddətli həqiqi hərbi xidmətə çağırışa cəlb ediləcəksiniz.
Sevic kazimova Soruşur Yazılma Tarixi:27.06.2015 15:03:43

Oglum universitet bitirib 1 iyul 2014 gedib herbi xidmite. Indi 1 iyulda qayidacaq ?

Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamına əsasən xidmət müddətləri başa çatmış müddətli həqiqi hərbi xidmət qulluqçuları 2015-ci ilin iyul ayının 1-dən 30-dək ehtiyata buraxılacaqlar.
Samir aliyev Soruşur Yazılma Tarixi:27.06.2015 14:12:43

Salam men tbliside universitet qutarmisam.diplomun avqut ayinda verilecek zabit kimi getek ucun menim diplomu tesdiqlemeyim vacibdirmi... Diplomumda apostur pecati olacaq.. Zehmet olmasa sualimi cvablandirardiniz

Bildiririk ki, müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları təhsil müəssisələrindən verilmiş diplomun notarial qaydada təsdiq edilmiş kserosurətini xidmət etdikləri müddətdə hərbi hissəyə təqdim etdikdə onlar 1 ildən sonra ordu sıralarından tərxis olunurlar.
Qeyd etdiyiniz digər məsələ ilə bağlı xidmətdə olacağınız qoşun növünün komandanlığına müraciət etməyiniz məqsədə müvafiqdir.
hafiz Kerimov Soruşur Yazılma Tarixi:27.06.2015 13:57:06

Men rusiyada neft-kimya fekutesi uzre 4 il oxumusam koledjde men indi nece il xidmet edeceyem

Bildiririk ki, "Hərbi vəzifə və hərbi xidmət haqqında" Azərbaycan Respublikası Qanununun 38.1.1-ci maddəsinə əsasən müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları: ali təhsili olanlar - 1 il, qalan bütün əsgərlər, matroslar və çavuşlar - 1 il 6 ay həqiqi hərbi xidmət keçirlər.

Mecodov Aydin Soruşur Yazılma Tarixi:27.06.2015 13:13:14

salam,men Neft akademiyasini bitirmishem,men nece TTM-e muraciyet edib zabit kurslarina yazila bilerem?

Bildiririk ki, Azərbaycan Respublikası Müdafiə Nazirliyindən  verilmiş müəyyən sayda sifarişə əsasən  yalnız  həkim ixtisaslı mütəxəssislərin Təlim və Tədris Mərkəzindən ehtiyat zabit hazırlığı kursunda təhsil alması nəzərdə tutulmuşdur.
Qeyd etdiyiniz məsələ ilə bağlı xidmətdə olacağınız qoşun növünün komandanlığına müraciət etməyiniz məqsədə müvafiqdir.
Cədvəldə sətir sayı :14897