Sual/Cavab
HÖRMƏTLİ İSTİFADƏÇİLƏR!

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin internet səhifəsi Konstitusiyanın 57-ci maddəsinə uyğun olaraq vətəndaşların müraciət etmək hüququnun reallaşdırılması vasitəsidir.Hər bir istifadəçinin məktub göndərmək, arzularını bildirmək, onu maraqlandıran məsələlər barədə yazmaq, təklif, ərizə və şikayətlə müraciət etmək imkanı vardır.

SƏFƏRBƏRLİK VƏ HƏRBİ XİDMƏTƏ ÇAĞIRIŞ ÜZRƏ DÖVLƏT XİDMƏTİNİN ÜNVANINA ELEKTRON FORMADA MÜRACİƏT GÖNDƏRMƏZDƏN ƏVVƏL, XAHİŞ EDİRİK QAYDALARLA TANIŞ OLUN:

1.Mətni yazmazdan əvvəl nəzərdə tutulmuş formanın düzgün cavablandırılması vacibdir.

2.Mətn mütləq yazıldığı dilin əlifbası ilə tərtib olunmalıdır, bütövlükdə böyük və ya kiçik hərflərlə yazılmamalı, cümlələrə bölünməli, durğu işarələrindən istifadə qaydalarına riayət edilməlidir.

3.Müraciət aydın və səlis cümlələrlə yazılmalıdır.

4.Müraciət edərkən etika qaydaları gözlənilməlidir. Nəzakətsiz ifadələr işlədildikdə və ya müəllif özü barədə məlumatları dəqiq göstərmədikdə müraciətə cavab verilmir.

5.Hörmətli internet səhifəsi istifadəçiləri! Böyük informasiya axınının işlənməsi xüsusiyyətlərini nəzərə alaraq, xahiş edirik bəzi məhdudiyyətlərə hörmətlə yanaşasınız:

Sualınızı yazın


Verilən suallar
Nihat Eliyev Soruşur Yazılma Tarixi:25.06.2015 22:55:43

salam qardawim iyulun 1 i herbiye gedib milli ordudadi 1 illiydi indi iyulun necesi qayidacay???

Bildiririk ki, "Hərbi vəzifə və hərbi xidmət haqqında" Azərbaycan Respublikası Qanununun 38.1.1-ci maddəsinə əsasən müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları: ali təhsili olanlar - 1 il, qalan bütün əsgərlər, matroslar və çavuşlar - 1 il 6 ay həqiqi hərbi xidmət keçirlər.
Xidmət müddətləri başa çatmış müddətli həqiqi hərbi xidmət qulluqçuları Azərbaycan Respublikası Prezidentinin müvafiq aktı əsasında ehtiyata yanvar, aprel, iyul və oktyabr aylarının 1-dən 30-dək buraxılırlar.
Təbriz Quliyev Soruşur Yazılma Tarixi:25.06.2015 22:45:45

salam aleykum. Bu 2015 iyul ayında mən əsgərliyə getməliydim, yoxlanış zamanı mənim dişimdə olan əyriliyə görə çeynəmə çətinliyi adında problem çıxarıblar. Deyilənə görə, dişimdə əyrilik var deyə yeməyi normadan gec yeyəcəm deyə əsgər aparmırlar. Mənim isə yemək barədə heç bir çətinliyim yoxdu əksinə çox tez yeyirəm. Əlavədə olaraq bu barədə heç bir şikayətim yoxdur. Mən əsgərliyə getmək istəyirəm. Bütün yoxlanışdakı həkimlələrədə demişəmki mənim bu barədə şikayətim yoxdur. Doğurdanda şikayətim yoxdur mənim ama dişə görə indi mən çağırış verəqəsin ala bilmirəm. Ən qısa zamanda mən necə gedə bilərəm əsgərliyə? Hansı yollarım var mənim? Dedilərki axırıncı yoxlanışdada şikayətim yoxdur desən getmək istirəm desən bəlkə oktyabrda gedə bilərsən.. Mən isə dəqiq öyrənmək istirəm necə gedə bilərəm əsgərliyə bu barədə zəhmət deilsə ətraflı məlumat istirəm və ya əlaqə nömrəsi varmı istədiyim sualları biri cavablandırsın.. və könüllü getməy olurmu indi?

Sizin vaxtından əvvəl təkrar tibbi şəhadətləndirilməniz, dövlət səhiyyə sistemi müəssisələrində və ya digər tibb müəssisələrində müayinə nəticəsində əvvəllər müəyyən edilmiş diaqnozun dəyişdirildiyi və ya sağlam hesab edildiyiniz barədə tibbi sənədlərin hərbi qeydiyyatda olduğunuz Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon (şəhər) idarəsinə (bölmə və ya şöbəsinə) təqdim edildiyi halda mümkündür.
Ekberov serxan Soruşur Yazılma Tarixi:25.06.2015 21:48:46

Salam. Qanunda yazılıb ki, təhsilini bitirmək üçün hərbi möhlət verilir. Bilmək istəyirəm bu möhlət hansı təhsillərə aiddir?

Bildiririk ki, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 21-ci maddəsinə əsasən təhsili davam etdirmək üçün çağırışa möhlət aşağıdakı qaydada verilir: 21.1. Mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq dövlət qeydiyyatına alınmış, fəaliyyətinə xüsusi razılıq (lisenziya) verilmiş və akkreditasiya olunmuş təhsil müəssisələrində və onların filiallarında təhsilini davam etdirmək üçün aşağıdakı çağırışçılara möhlət yalnız bir dəfə verilir: 21.1.1. ümumi təhsil müəssisələrində tam orta təhsil alan, 20 yaşınadək çağırışçılara; 21.1.2. ilk peşə-ixtisas təhsili müəssisələrində təhsil alan, bu müəssisələrə daxil olana qədər tam orta təhsil almamış 20 yaşınadək çağırışçılara; 21.1.3. orta ixtisas təhsili müəssisələrində təhsil alan, bu müəssisələrə daxil olana qədər tam orta təhsil almamış 22 yaşınadək çağırışçılara; 21.1.4. ali təhsil müəssisələrində və onların filiallarında əyani təhsilalma formasında ali təhsil pilləsində (bakalavriat), ali baza tibb təhsili və rezidenturada təhsil alanlara- təhsilini bitirənədək; 21.1.5. xarici ölkələrdə əyani təhsilalma formasında təhsil alanlara ali təhsil pilləsində (bakalavriat), tibb təhsili üçün ali baza tibb təhsili və rezidenturada (internaturada) təhsil alanlara müvafiq təhsilini bitirənədək. 21.2. Ali təhsil müəssisələrindən xaric edilmiş şəxslər 6 ay müddətində ali təhsil müəssisəsinə bərpa olunmadıqda çağırışa möhlət hüquqlarını itirirlər və ümumi əsaslarla müddətli həqiqi hərbi xidmətə çağırılırlar. 21.3. Təhsilini davam etdirmək üçün müddətli həqiqi hərbi xidmətə çağırışa möhlət almış və müddətli həqiqi hərbi xidmətə çağırılmamış çağırışçılar 35 yaşına çatanadək müddətli həqiqi hərbi xidmətə çağırılırlar. Qeyd: Bu Qanunun 21.1.4-cü və 21.1.5-ci maddələrində nəzərdə tutulmuş qaydalar təkrar ali təhsil alan çağırışçılara şamil olunmur.
Ekberov serxan Soruşur Yazılma Tarixi:25.06.2015 21:36:43

Salam. Mən bilmək istərdim kollecdə təhsil alan və 18 yaşı tamam olmuş oğlanların kolleci bitirməsi üçün möhlət verilirmi və bu möhlət neçə yaşa kimidir? Çox sağolun

Bildiririk ki, "Hərbi vəzifə və hərbi xidmət haqqında" Azərbaycan Respublikası Qanununun 21.1.2-ci maddəsinə əsasən, ilk peşə-ixtisas təhsili müəssisələrində təhsil alana qədər tam orta təhsil almamış 20 yaşınadək çağırışçılara həqiqi hərbi xidmətə çağırışdan möhlət verilir.
Agalarov Mirsadiq Soruşur Yazılma Tarixi:25.06.2015 19:48:29

Men birdefe herbi xidmete cagrildim ve getdim lakin dusduyum herbi hissede yoxlama zamani ag ciyerde yungul soyuqlama varidi.indi men bilmek istirem novbeti defe meni xidmeye aparacaqlar ya yox

Müraciətinizlə bağlı müvafiq araşdırmanın aparılması məqsədi ilə atanızın adı, təvəllüdünüz və qeydiyyatda olduğunuz Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon (şəhər) idarəsi (şöbəsi, bölməsi) göstərilməlidir.  
Zeyneddin Babayev Soruşur Yazılma Tarixi:25.06.2015 19:45:55

Salam. Men bilmek isteyirdim ki, cagiriscilarin xidmet edeceyi yeri qeydiyyatda oldugu rayon-seher - in komisarligi teyin edir yoxsa nazirlik?

Həqiqi hərbi xidmətə çağırılmış vətəndaşlar Azərbaycan Respublikası Silahlı Qüvvələrinin və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrin arasında bölünür. 
Cemil Soruşur Yazılma Tarixi:25.06.2015 16:34:09

Salam baqslayn narahat edirm zob xesteleri heqiqi herbi xidmete caqrilir. Cavab yazmadan TESEKUR EDIRE

Çağırışçıların “Endokrin sisteminin xəstəlikləri, qidalanma və maddələr mübadiləsi pozulmaları” üzrə tibbi şəhadətləndirilməsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin 12-ci və 13-cü maddələrinin I qrafasının tələblərinə əsasən funksiyaların pozulma dərəcəsindən asılı olaraq aparılır. Əlavə olaraq bildirirəm ki, çağırışçı qeydiyyatda olduğu Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon (şəhər) idarəsinin (şöbəsinin, bölməsinin) hərbi-həkim komissiyasında tibbi baxışdan keçiriləcək, ehtiyac olduğu halda tibb müəssisəsində müayinəsi təmin olunacaq və hərbi xidmətə yararlı olub-olmaması haqda rayon çağırış komissiyası tərəfindən qərar qəbul olunacaqdır.
Veliyev Orxan Soruşur Yazılma Tarixi:25.06.2015 16:26:59

salam.mən hal hazırda dişimdən mualicə alıram dişlərimdə breket sistemi quraşdırılıb mənə mualicəmi bitirmək üçün möhlət verilməlidi yoxsa hərbi xidmətə aparılmalıyam?

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin 86-cı maddəsinin I qrafasının tələblərinə əsasən breketlərin çıxarılması üçün möhlət hüququ verilir.
ALIYEV CEMIL Soruşur Yazılma Tarixi:25.06.2015 16:10:32

Salam xestelik ucun maddi yardim alan insan heqiqi herbi xidmete gedebiler?

Çağırışçı qeydiyyatda olduğu Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon (şəhər) idarəsinin (şöbəsinin, bölməsinin) hərbi-həkim komissiyasında tibbi baxışdan keçiriləcək, ehtiyac olduğu halda tibb müəssisəsində müayinəsi təmin olunacaq və hərbi xidmətə yararlı olub-olmaması haqda rayon çağırış komissiyası tərəfindən qərar qəbul olunacaqdır.
Ali Axundov Soruşur Yazılma Tarixi:25.06.2015 16:06:55

Salam,and icme avqustun 9una yoxsa 16sina dusur bunu bilmek isterdim

Hərbi andiçmə "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Daxili Xidmət Nizamnaməsi"ndə müəyyən edilmiş qaydada həyata keçirilir.
Cədvəldə sətir sayı :14897