Sual/Cavab
HÖRMƏTLİ İSTİFADƏÇİLƏR!

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin internet səhifəsi Konstitusiyanın 57-ci maddəsinə uyğun olaraq vətəndaşların müraciət etmək hüququnun reallaşdırılması vasitəsidir.Hər bir istifadəçinin məktub göndərmək, arzularını bildirmək, onu maraqlandıran məsələlər barədə yazmaq, təklif, ərizə və şikayətlə müraciət etmək imkanı vardır.

SƏFƏRBƏRLİK VƏ HƏRBİ XİDMƏTƏ ÇAĞIRIŞ ÜZRƏ DÖVLƏT XİDMƏTİNİN ÜNVANINA ELEKTRON FORMADA MÜRACİƏT GÖNDƏRMƏZDƏN ƏVVƏL, XAHİŞ EDİRİK QAYDALARLA TANIŞ OLUN:

1.Mətni yazmazdan əvvəl nəzərdə tutulmuş formanın düzgün cavablandırılması vacibdir.

2.Mətn mütləq yazıldığı dilin əlifbası ilə tərtib olunmalıdır, bütövlükdə böyük və ya kiçik hərflərlə yazılmamalı, cümlələrə bölünməli, durğu işarələrindən istifadə qaydalarına riayət edilməlidir.

3.Müraciət aydın və səlis cümlələrlə yazılmalıdır.

4.Müraciət edərkən etika qaydaları gözlənilməlidir. Nəzakətsiz ifadələr işlədildikdə və ya müəllif özü barədə məlumatları dəqiq göstərmədikdə müraciətə cavab verilmir.

5.Hörmətli internet səhifəsi istifadəçiləri! Böyük informasiya axınının işlənməsi xüsusiyyətlərini nəzərə alaraq, xahiş edirik bəzi məhdudiyyətlərə hörmətlə yanaşasınız:

Sualınızı yazın


Verilən suallar
Əlimərdan Musazadə Soruşur Yazılma Tarixi:08.07.2015 23:14:29

Mən iyul çağırışçısıyam.13-nə paveskam var.Amma adım internetdən çıxmır,yəni hara düşəcəyim haqqında məlumat yoxdu Qəbələ rayonunda qeydiyatdayam . Atamın adı Mirqalib.təvəllüd 20.08.1993

Bildiririk ki, adları 2015-ci ilin iyul ayında müddətli həqiqi hərbi xidmətə göndəriləcək çağırışçıların 2-ci adlı siyahısında olanlar haqqında müvafiq məlumatlar 20.07.2015-ci il tarixdən etibarən bilinəcək.
Huseynov Revan Soruşur Yazılma Tarixi:08.07.2015 22:38:06

Seferberlik ve herbi xidmete cagiris xidmetinde gizirlik ucun teleb olunan senedler haqda melumat isterdim.

Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə həqiqi hərbi xidmətə (işə) qəbul olunmaq üçün ərizənin elektron variantı Sizə göndərilir. Barənizdə ətraflı məlumat verilməklə, ərizə ilə müraciət etdikdən sonra namizədliyinizə baxıla bilər.
Namiq Babayev Soruşur Yazılma Tarixi:08.07.2015 18:21:21

Xidməti uyğunsuzluqla silahlı qüvvələrin ehtiyyatına buraxılmış şəxslərin yenidən hərbi xidmətə daxil olması xidmət etmək istədikləri orqanlar tərəfindən müəyyən olunur deyirsiniz. Bu müraciət etdiyimiz orqanlardan əksər cavab kimi mənfi gəlir. Bu orqanlar nəyi müəyyən edib belə deyirlər?

Bildiririk ki, müraciətdə qeyd etdiyiniz məsələnin həlli aidiyyəti üzrə qulluq (xidmət) etmək istədiyiniz müvafiq dövlət orqanının səlahiyyətindədir. Belə ki, mövcud qanunvericilikdə xidməti uyğunsuzluğa görə həqiqi hərbi xidmətdən ehtiyata buraxılmış vətəndaşların yenidən (təkrar) müddətli həqiqi hərbi xidmətə çağırılmaları nəzərdə tutulmamışdır.
Ebdurehmanov Ramil Rovsen oglu Soruşur Yazılma Tarixi:08.07.2015 18:13:55

adim ramildi baki seheri xetai rayon sobesinde herbi qeydiyatdayam hansi herbi hisseye dusduyumu orgenmek istiyirem tevelludum 12.07 1997 ci il baki seherinde anadan olmusam

Bildiririk ki, adları 2015-ci ilin iyul ayında müddətli həqiqi hərbi xidmətə göndəriləcək çağırışçıların 2-ci adlı siyahısında olanlar haqqında müvafiq məlumatlar 20.07.2015-ci il tarixdən etibarən bilinəcək.
Memmedov Ibrahim Soruşur Yazılma Tarixi:08.07.2015 18:11:40

Salam men reklam olmasin deye adini demirem 2011 ci ilde kollecin Beden terbiye fakultesine qebul olmusam 4 il tehsil almisam bu il yeni 2015 iyun ayinda bitirdim ve herbi xidmete cagirildim.Men isteyiremki bilim herbi xidketden sonra kollec diplomum ile ni kadir zabit islemek mumkundurmu.Xahis edirem cavab yazasiz.

Bildiririk ki, mövcud qanunvericilikdə ali təhsil müəssisəsini bitirmiş çağırışçıların ehtiyat zabit hazırlığı kursuna cəlb edilməsi nəzərdə tutulmuşdur.
Rəşad Məmmədov Soruşur Yazılma Tarixi:08.07.2015 17:11:23

Salam,mən bu il universiteti bitirmişəm. Qarayev adina agciyər xəstəlikləri institundan mənə bronxial astma diaqnozu qoyulub. Mənə bildirdilərki,bu halda merkezi komissiya yoxlanış zamanı mənə 6ay mohlət verəcək. Mən isə bu mohləti istəmirəm,erizə yazaraq kimə muraciət edə bilerəmki mənə cagrisa getmeyim ucun en qisa zamanda emr verilsin. Cunki,xarici universitete magistr olaraq qatilmaga haqq qazanmisam. Xahiş edirem,bir yol gosterin. Memmedov Resad Mehman oglu. 17.08.1993

Sizin vaxtından əvvəl təkrar tibbi şəhadətləndirilməniz, dövlət səhiyyə sistemi müəssisələrində və ya digər tibb müəssisələrində müayinə nəticəsində əvvəllər müəyyən edilmiş diaqnozun dəyişdirildiyi və ya sağlam hesab edildiyiniz barədə tibbi sənədlərin hərbi qeydiyyatda olduğunuz Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon (şəhər) idarəsinə (bölmə və ya şöbəsinə) təqdim edildiyi halda mümkündür.
Veli Aliyev Soruşur Yazılma Tarixi:08.07.2015 15:19:05

Dayimoglu siradan kenardi amma konulu herbiye gedib ali tehsilidi amma diplom almayib indi 1il 6 ay qulluq etcek indi onun siradan kenar olmasi hemde valideynlerinin elil olmasi onun 1 il herbi cekmeye imkan verer?Zehmet olmasa komek edin.

Bildiririk ki, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 38.1.1-ci maddəsinə əsasən  müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları: ali təhsili olanlar – 1 il, qalan bütün əsgərlər, matroslar və çavuşlar – 1 il 6 ay həqiqi hərbi xidmət keçirlər. Qohumunuza mövcud qanunvericilikdə hər hansı güzəştin şamil edilməsi nəzərdə tutulmamışdır.
Salahov Mehman Soruşur Yazılma Tarixi:08.07.2015 14:51:28

Salam.Mənim oğlum BDU Beynelxalq menasibətlər ixtisasini bu il bitirib.May ayin iyul cagirisi ücun muayinəyə gondərilmisdir.Muayinənin cavabi bizi qane etmediyi ucun valideyn təkidi ilə yenidən təkrar yoxlamnisa gondərilmis ve herbi xidmete tam yararli olmasi haqqinda akt tertib olunmusdur.lakin 1 ci muayinenin neticesine gore olumun adi iyul ayinin 1 ci cagirisina salinmamisdir. lakin hal hazirdaki aktla oglum tam yararlidir ve adinin iyul cagirisi siyahisina salinmasini sizin xidmetden xahis edirem.ve bilmek isteyiramki oglum bu ay herbi xidmete gede bilermi? oglumun adi ve soyadi Salahlı Turqut Mehman oğlu 1994 cu il aprel 30 qeydiyyatda oldugu yer Kəlbəcər rayon. sexsiyyet vesiqesinin seriya nomresi AZE 07026272

Bildiririk ki, övladınız Salahlı Turqut Mehman oğlunun 2015-ci ildə müddətli həqiqi hərbi xidmətə çağırılması barədə müraciətinizə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində baxılmışdır. Oğlunuzun adı 2015-ci ilin iyul ayında müddətli həqiqi hərbi xidmətə göndəriləcək çağırışçıların 2-ci adlı siyahısına salınmışdır. Eyni zamanda bildiririk ki, adları 2015-ci ilin iyul ayında müddətli həqiqi hərbi xidmətə göndəriləcək çağırışçıların 2-ci adlı siyahısında olanlar haqqında müvafiq məlumatlar 20.07.2015-ci il tarixdən etibarən bilinəcək.
kenan yusifzade Soruşur Yazılma Tarixi:08.07.2015 13:37:01

salam men xatai rayonunda qaliram bizim mehleden bir neferi sefeerberliye cagiriblar esgerlikde olub 1 ildi qayidib bu seferberlik ne ye gore di ki ? ele bir sey var ?

Bildiririk ki, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 45.1-ci və 45.3-cü maddələrinə əsasən, hərbi vəzifəlilər ehtiyatda olduqları dövrdə səfərbərlik hazırlığının yoxlanılması məqsədilə hərbi təlim, hərbi yoxlama və xüsusi toplanışlara çağırıla bilərlər. “Azərbaycan Respublikasında səfərbərlik hazırlığı və səfərbərlik haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə əsasən, vətəndaşlar Хidmətin yerli idarə, şöbə və ya bölmələrindən aldıqları səfərbərlik sərəncamlarında, çağırış vərəqələrində və vəzifəli şəхslərin əmrlərində qeyd оlunmuş tələbləri yerinə yetirməlidirlər. Nəzərinizə çatdırırıq ki, səfərbərlik hazırlığı və səfərbərliklə əlaqədar üzərinə düşən vəzifələri yerinə yetirməyən vətəndaşlar Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar.
Sadiq Suleymanov Soruşur Yazılma Tarixi:08.07.2015 13:12:33

Salam men 1995-07-13 tarixinde anadan olmuwam Agdam Rayonundan 2014-07-03 tarixinde herbi xidmete cagrildim lakkin bedenimde tatuaj oldugundan Mewdagada delixanada yoxlamadan cixdim. Mene voenkomatda bildirdilerki Delixanadan senedleri voenkomatin iwcileri goturecek men yalniz orada 2 gun yoxlamada qalmaliyam. Men elede etdim lakkin meni aparmadilar sonraki cagiriwda ise menm qolumda kesmeler oldugundan yene delixanaya yazdilar men ise prablemim oldugundan orada ikinci defe yoxlamaya gede bilmedim. Gunu bu gune kimi men herbi xidmete gede bilmemiwem. Cagiriw vereqeside gelmir elaqe nomresi vermiwem elaqede saxlamirlar ozmnde imkanm yoxdu gedmeye agdama sizden xaiw edrem mene cagriw gonderdesiniz bu cagiriwda men heqiqi herbi xidmetime bawlayim

Məlum olmuşdur ki, Siz, 2014-cü ilin iyul çağırışına hazırlıqla əlaqədar, Xidmətin Ağdam rayon şöbəsinin hərbi-həkim komissiyasında tibbi baxışdan keçirilmiş və səhhətinizlə bağlı şikayətiniz nəzərə alınaraq aidiyyəti üzrə müayinəyə göndəriş verilmişdir. Lakin müayinədən yayındığınız üçün barənizdə Ağdam rayon Polis şöbəsinə müraciət olunmuşdur. Dövlət səhiyyə müəssisəsi tərəfindən tərtib edilən “Sağlamlıq vəziyyətinin müayinə edilməsi aktı” Xidmətin Ağdam rayon şöbəsinə təqdim edildikdən sonra Sizin həqiqi hərbi xidmətə yararlı olub-olmamağınız barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin I qrafasının tələblərinə əsasən qərar qəbul ediləcəkdir. Sizin tibbi şəhadətləndirilməniz üçün Xidmətin Ağdam rayon şöbəsinə müraciət etməyiniz vacibdir.
Cədvəldə sətir sayı :14891