Sual/Cavab
HÖRMƏTLİ İSTİFADƏÇİLƏR!

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin internet səhifəsi Konstitusiyanın 57-ci maddəsinə uyğun olaraq vətəndaşların müraciət etmək hüququnun reallaşdırılması vasitəsidir.Hər bir istifadəçinin məktub göndərmək, arzularını bildirmək, onu maraqlandıran məsələlər barədə yazmaq, təklif, ərizə və şikayətlə müraciət etmək imkanı vardır.

SƏFƏRBƏRLİK VƏ HƏRBİ XİDMƏTƏ ÇAĞIRIŞ ÜZRƏ DÖVLƏT XİDMƏTİNİN ÜNVANINA ELEKTRON FORMADA MÜRACİƏT GÖNDƏRMƏZDƏN ƏVVƏL, XAHİŞ EDİRİK QAYDALARLA TANIŞ OLUN:

1.Mətni yazmazdan əvvəl nəzərdə tutulmuş formanın düzgün cavablandırılması vacibdir.

2.Mətn mütləq yazıldığı dilin əlifbası ilə tərtib olunmalıdır, bütövlükdə böyük və ya kiçik hərflərlə yazılmamalı, cümlələrə bölünməli, durğu işarələrindən istifadə qaydalarına riayət edilməlidir.

3.Müraciət aydın və səlis cümlələrlə yazılmalıdır.

4.Müraciət edərkən etika qaydaları gözlənilməlidir. Nəzakətsiz ifadələr işlədildikdə və ya müəllif özü barədə məlumatları dəqiq göstərmədikdə müraciətə cavab verilmir.

5.Hörmətli internet səhifəsi istifadəçiləri! Böyük informasiya axınının işlənməsi xüsusiyyətlərini nəzərə alaraq, xahiş edirik bəzi məhdudiyyətlərə hörmətlə yanaşasınız:

Sualınızı yazın


Verilən suallar
Eli rustemov Soruşur Yazılma Tarixi:11.07.2015 21:26:19

Salam onceden tesekkurumu bildirirem . Men 2012ci ilde herbi xidmette olmusam2014cu ilde basa cattirmisam orta tehsilliyem 707sayli herbi hissede qulluq elemisem men yeniden pazicyada mudetten artiq herbi qulluqcu islemey isdiyirem hara muraciyet elye blerem xais elyirem komekliy gosderesiz

Bildiririk ki, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 36.1.1 maddəsinə əsasən, müddətdən artıq həqiqi hərbi xidmətə - ən azı ümumi orta təhsilli, qanunla müəyyənləşdirilən müddətli həqiqi hərbi xidməti başa çatdırmış hərbi qulluqçular, 40 yaşınadək hərbi vəzifəlilər (zabitlər, gizirlər və miçmanlar istisna olmaqla), habelə 19 yaşından 40 yaşınadək qadınlar daxil olurlar. Vətəndaşların harada və hansı hərbi hissədə hərbi xidmət keçməyi qulluq (xidmət) etmək istədikləri müvafiq dövlət orqanları tərəfindən müəyyən edilir. Odur ki, aidiyyəti üzrə qulluq (xidmət) etmək istədiyiniz Azərbaycan Respublikası-nın Müdafiə Nazirliyinə müraciət etməlisiniz.
Settar Xelilov Soruşur Yazılma Tarixi:11.07.2015 21:18:25

Salam.men 01.07.2015 il tarixinde texris olunmaliydim.esgerem.20.07.2015 ci ilde qardawimin toyudu.hansi senedleri duzelderek men nece gede bilerem aile veziyyetine gore?senedleri hardan ve nece yiga bilerler?xais edirem etrafli melumat veresiniz mene.

Bildiririk ki, “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 129-cu maddəsinin “c” bəndinə əsasən, hərbi qulluqçunun ailədə şəxsən olması zəruri olduğu halda ailə vəziyyətinə görə qısa müddətli məzuniyyətin verilməsi hərbi hissə komandirinin rəyi əsasında həyata keçirilir. Eyni zamanda bildiririk ki, ailə vəziyyətinə görə məzuniyyət verilməsi zərurəti hərbi qulluqçunun ailəsinin yaşayış yeri üzrə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti və ya yerli bələdiyyə orqanı tərəfindən təsdiq edilmiş sənədlə sübut edilməlidir.
Resadet Serifzade Soruşur Yazılma Tarixi:11.07.2015 19:55:59

Salam. Bir qulağı tam esitmeyen, diger qulağı 75 faiz esiden Azerbaycan vetendası herbi xidmete yararlı sayılırmı?

Çağırışçıların qulağın və məməyəbənzər çıxıntının xəstəlikləri üzrə tibbi şəhadətləndirilməsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin 40-cı maddəsinin I qrafasının tələblərinə əsasən hər qulağda eşitmənin zəifləməsindən və funksiyaların pozulma dərəcəsindən asılı olaraq aparılır.
Zamanli Cavid Soruşur Yazılma Tarixi:11.07.2015 17:47:38

Salam, mən Zamanlı Cavid Ağa oğlu 1994- cü il təvəllüdlüyəm ( Çağırış üzrə Dövlət Xidmətinin Ucar rayon şöbəsi ). Ali təhsilliyəm, Universiteti bu il bitirdim. Mən iyul ayında hərbi xidmətə getməliydim, amma mənə xəstə adıyla yalandan möhlət verdilər. əvvəlcə məni Ağciyər Xəstəlikləri Institutuna göndərdilər.Orada məni yoxladılar və mənə ciddi xəstəliklər ( Seqment 1, seqment 2 , fibroz ) yalandan yazdılar . Sonra 1 həftə öncə məni hərbi hospitala apardılar, orda mənə möhlət yazdılar. Məndə buna görə iyulun 6-da Ağ Ciyər Xəstəlikləri İnstitutununda özümü həkimə dəqiq yoxlatdım və həkim məndə yəni ağciyərimdə heç bir şey yoxdur tam sağlam olduğumu dedi. Indi mən könüllü olaraq vətənə qulluq etmək istəyirəm. Sizdən xahiş edirəm bu məsələləylə bağlı mənə kömək edəsiniz. Birdəki mən 2015-ci il oktyabr çağırışına hərbi xidmətə yollanmaq üçün könüllü olaraq ərizə verə bilərəm ? Çox xahiş edirəm cavablandırasınız öncədən təşəkkür edirəm

Sizin vaxtından əvvəl təkrar tibbi şəhadətləndirilməniz, dövlət səhiyyə sistemi müəssisələrində və ya digər tibb müəssisələrində müayinə nəticəsində əvvəllər müəyyən edilmiş diaqnozun dəyişdirildiyi və ya sağlam hesab edildiyiniz barədə tibbi sənədlərin hərbi qeydiyyatda olduğunuz Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ucar rayon şöbəsinə təqdim edildiyi halda mümkündür.
Anar Məmmədəliyev Soruşur Yazılma Tarixi:11.07.2015 16:44:53

Salam.Boyum 1.70di.Amma çəkim 45 kq dan aşağıdı.Mən hərbi xidmətə yararlıyam?

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin I qrafasının tələblərinə əsasən yaxşı fiziki inkişafı və qidalanması, mütənasib bədən quruluşu olan, boyu 148 sm-dən və bədən çəkisi 45 kq-dan az olmayan çağırışçılar hərbi xidmətə yararlı hesab edilirlər.  
Emil Aliyev Soruşur Yazılma Tarixi:11.07.2015 15:43:44

Salam bilmey isterdim herbi xidmete yararli ve yararsiz olmag ucun ceki ve boy nece olmalidir?

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin I qrafasının tələblərinə əsasən yaxşı fiziki inkişafı və qidalanması, mütənasib bədən quruluşu olan, boyu 148 sm-dən və bədən çəkisi 45 kq-dan az olmayan çağırışçılar hərbi xidmətə yararlı hesab edilirlər.
Nihal Quliyev Soruşur Yazılma Tarixi:11.07.2015 15:32:00

Salam.Mən dsx-da 1 il həqiqi hərbi xidmət keçdikdən sonra,ttm-də ehtiyyat zabit kursuna ( 8 həftəlik ) gedə bilərəm?Eyni zamanda,getsəm əlavə müəyyən müddət qulluq etmək vacibdir?

Qeyd etdiyiniz məsələ ilə bağlı xidmətdə olacağınız hərbi hissənin komandirinə müraciət etməyiniz tövsiyə olunur.
Əbdurəhmanova Ləyaqət Soruşur Yazılma Tarixi:11.07.2015 12:35:20

Salam,narahat etdiyimə görə uzr istəyirəm.Mənim oğlum 5 ildirki,ali təhsil alir, amma imtahanlardan kəsiri olduquna görə universiteti qurtara bilmir.Men bilmək isteyirem o, bu halda əsger getmelidi?

Bildiririk ki, “Hərbi vəzifə və hərbi xidmət haqqında “Azərbaycan Respublikası Qanununun  21-ci maddəsinə əsasən mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq dövlət qeydiyyatına alınmış, fəaliyyətinə xüsusi razılıq (lisenziya) verilmiş və akkreditasiya olunmuş təhsil müəssisələrində və onların filiallarında təhsilini davam etdirmək üçün çağırışçılara möhlət yalnız bir dəfə verilir. Eyni zamanda bildiririk ki, tələbə kursda qalarsa, ona təhsilə görə çağırışdan təkrar möhlət verilməsinə qanuni əsas yoxdur.
Nesimi HesenOv Soruşur Yazılma Tarixi:11.07.2015 00:19:17

Men muddetden artiq herbi qulluqcu islemek isterdim 21 yasim var herbi xidmetde olmusam sualim odu oz istediyim herbi hisseye gedib muraciet ede bilirem ?? Ve hansi senedler lazimdi ??

Bildiririk ki, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 36.1.1 maddəsinə əsasən, müddətdən artıq həqiqi hərbi xidmətə - ən azı ümumi orta təhsilli, qanunla müəyyənləşdirilən müddətli həqiqi hərbi xidməti başa çatdırmış hərbi qulluqçular, 40 yaşınadək hərbi vəzifəlilər (zabitlər, gizirlər və miçmanlar istisna olmaqla), habelə 19 yaşından 40 yaşınadək qadınlar daxil olurlar. Vətəndaşların harada və hansı hərbi hissədə hərbi xidmət keçməyi qulluq (xidmət) etmək istədikləri Azərbaycan Respublikası Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyi, Ədliyyə Nazirliyi, Milli Təhlükəsizlik Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Dövlət Sərhəd Xidməti, Xüsusi Dövlət Mühafizə Xidməti, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən müəyyən edilir. Odur ki, qeyd olunan məsələ ilə əlaqədar aidiyyəti üzrə qulluq (xidmət) etmək istədiyiniz müvafiq dövlət orqanının və ya hərbi hissənin komandanlığına müraciət etməlisiniz.
Cavid Misirov Soruşur Yazılma Tarixi:10.07.2015 23:30:43

Oktyabrin 30 u ad gunumdu.esgerliye oktyabirda gedecem.yoxsa yanvara qaliram?

Bildiririk ki, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 12.3-cü maddəsinə uyğun olaraq oktyabr ayının 1-dən 30-dək çağırış günü üçün 18 yaşı tamam olmuş vətəndaşlar müddətli həqiqi hərbi xidmətə çağırılırlar.
Cədvəldə sətir sayı :14897