Sual/Cavab
HÖRMƏTLİ İSTİFADƏÇİLƏR!

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin internet səhifəsi Konstitusiyanın 57-ci maddəsinə uyğun olaraq vətəndaşların müraciət etmək hüququnun reallaşdırılması vasitəsidir.Hər bir istifadəçinin məktub göndərmək, arzularını bildirmək, onu maraqlandıran məsələlər barədə yazmaq, təklif, ərizə və şikayətlə müraciət etmək imkanı vardır.

SƏFƏRBƏRLİK VƏ HƏRBİ XİDMƏTƏ ÇAĞIRIŞ ÜZRƏ DÖVLƏT XİDMƏTİNİN ÜNVANINA ELEKTRON FORMADA MÜRACİƏT GÖNDƏRMƏZDƏN ƏVVƏL, XAHİŞ EDİRİK QAYDALARLA TANIŞ OLUN:

1.Mətni yazmazdan əvvəl nəzərdə tutulmuş formanın düzgün cavablandırılması vacibdir.

2.Mətn mütləq yazıldığı dilin əlifbası ilə tərtib olunmalıdır, bütövlükdə böyük və ya kiçik hərflərlə yazılmamalı, cümlələrə bölünməli, durğu işarələrindən istifadə qaydalarına riayət edilməlidir.

3.Müraciət aydın və səlis cümlələrlə yazılmalıdır.

4.Müraciət edərkən etika qaydaları gözlənilməlidir. Nəzakətsiz ifadələr işlədildikdə və ya müəllif özü barədə məlumatları dəqiq göstərmədikdə müraciətə cavab verilmir.

5.Hörmətli internet səhifəsi istifadəçiləri! Böyük informasiya axınının işlənməsi xüsusiyyətlərini nəzərə alaraq, xahiş edirik bəzi məhdudiyyətlərə hörmətlə yanaşasınız:

Sualınızı yazın


Verilən suallar
Binneteliyev azer Soruşur Yazılma Tarixi:27.07.2015 08:29:33

Salam.men ufa seherinde kollece daxil olmaq isteyirem.azerbaycan vetendasiyam.kollecde oxuduqum muddetde herbi xidmetden azad ola bileremmi.eger arayiw teqdim etsem.

Bildiririk ki, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 21-ci maddəsinə əsasən orta ixtisas təhsili müəssisələrində təhsil alan, bu müəssisələrə daxil olana qədər tam orta təhsil almamış 22 yaşınadək çağırışçılara təhsilini davam etdirmək üçün çağırışa möhlət verilir.
Ali Aliyev Soruşur Yazılma Tarixi:27.07.2015 02:04:18

salam bu il 11 ci sinifden kollece daxil olsam oktyabrda esger aparilir? ya 1 il oxuduqdan soram aparilir?

Bildiririk ki, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 21-ci maddəsinə əsasən orta ixtisas təhsili müəssisələrində təhsil alan, bu müəssisələrə daxil olana qədər tam orta təhsil almamış 22 yaşınadək çağırışçılara təhsilini davam etdirmək üçün çağırışa möhlət verilir.
qasimov araz Soruşur Yazılma Tarixi:27.07.2015 01:42:04

Binqedi rayonu herbi kamissarliqin verdiyi herbi bileti cirmisam aciqlama verim.bir cox yerletde olmusam isnen bagli olaraq her hansi sirketin mudru baxir deyir ki bu madde basnan bagli xestelikdi goture bilmerik 14 b maddesi qoyulub bu sozleri esidende prinsipe durdum dediyimi eledim lazim deyl herbi bilet istemirem yaxsi eyleyib cirmisam menim ki isime yarimirsa bilet onda neyime lazimdi kim sorusanda biletin var deyirem ki yoxdu vehselam bu qeder

Bildiririk ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 355-ci maddəsinə əsasən, çağırışçılar və hərbi vəzifəlilər hərbi biletin və ya ilkin hərbi qeydiyyata alınma haqqında vəsiqənin qəsdən korlanmasına və ya itirilməsinə görə ­- xəbərdarlıq edilir və ya əlli manat miqdarında cərimə edilir. Nəzərinizə çatdırırıq ki, hərbi vəzifəlilərin müraciəti əsasında hərbi qey-diyyatda olduqları Xidmətin yerli idarə, şöbə və bölmələri tərəfindən onlara müayinə olunmaları üçün aidiyyəti tibb müəssisəsinə göndəriş vərəqəsi verilir. Tibb müəs-sisəsinin verdiyi sağlamlıq vəziyyətinin müayinə aktına əsasən onlarda əvvəllər müəyyən edilmiş diaqnoz dəyişdirildiyi halda, hərbi-həkim komissiyasında təkrar şəhadətləndirilərək hərbi biletlərində müvafiq qeydlər aparılır. Eyni zamanda bildiririk ki, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 20.3-cü maddəsinə əsasən, dinc dövr üçün hərbi xidmətə yararsız, müharibə dövrü üçün məhdud yararlı hesab edilərək ehtiyata keçirilən vətəndaşlar 35 yaşına çatana qədər hər 3 ildən bir təkrar tibbi müayinədən keçirilirlər. Təkrar tibbi müayinə zamanı dinc dövrdə həqiqi hərbi xidmətə yararlı hesab olunanlar ümumi əsaslarla müddətli həqiqi hərbi xidmətə çağırılırlar.
Senan Serefxanli Soruşur Yazılma Tarixi:26.07.2015 21:02:56

Salam.Men gizir getmey isteyirem.Ve blmek istremki ygm ne vaxt ve hardadi?Ve qadinlar ucn boy mehdudiyeti var?

Bildiririk ki, “Gizir hazırlığı kursu” Silahlı Qüvvələrin Təlim-Tədris Mərkəzində təşkil edilir. Kursların nə vaxt və hansı müddətə keçirilməsi Azərbaycan Respublikasının Müdafiə Nazirliyi tərəfindən müəyyən edilir. Odur ki, qeyd etdiyiniz məsələ ilə əlaqədar Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə müraciət etməlisiniz.

Cavid Misirov Soruşur Yazılma Tarixi:26.07.2015 18:40:39

Salam ad gunum oktyabrin 31 di.oktyabrda esger gedecem yoxsa yanvara qalacam

Bildiririk ki, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 12.3-cü maddəsinin tələblərinə uyğun olaraq, oktyabr ayının 1-dən 30-dək çağırış günü üçün 18 yaşı tamam olmuş vətəndaşlar müddətli həqiqi hərbi xidmətə çağırılırlar. Eyni zamanda bildiririk ki, siz qanunvericiliyin tələblərinə uyğun olaraq, oktyabr çağırışına cəlb edilməyəcəksiniz.

Nihad Ibrahimli Soruşur Yazılma Tarixi:26.07.2015 14:16:15

salam,men bilmek isteyirdim,Milli Orduya dusen esgerler zabit olmaq ucun esgerliyi bitirmelidi ya mueyyen muddetden sonra esgerlikde ola ola muraciet edilmelidi? Tesekkurler

Bildiririk ki, qeyd edilən məsələ ilə bağlı xidmət edəcəyiniz hərbi hissənin komandirinə müraciət etməyiniz tövsiyə olunur. 
eliyeva ulviyye Soruşur Yazılma Tarixi:26.07.2015 11:32:56

salam.men sizde gizir iwlemek isteyirem.ali tehsilliyem.hara muraciet etmeliyem bunun ucun?

Nəzərinizə çatdırırıq ki, hal-hazırda Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində qadınlar üçün nəzərdə tutulmuş vəzifələr üzrə vakant yerlər olmadığı üçün, Sizin həqiqi hərbi xidmətə qəbul olunmağınızla bağlı müraciətinizin müsbət həlli mümkün deyil.
Elxan Efendiyev Soruşur Yazılma Tarixi:26.07.2015 10:06:12

Salam.bilmek isteyirem hansı hallarda vetendaş herbi xidmet üçün yararsız sayılır?

Bildiririk ki, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun  23.0.2-ci maddəsinə əsasən, sağlamlıq vəziyyətinə görə dinc dövrdə həqiqi hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlı, yaxud hərbi uçotdan çıxarılmaqla hərbi xidmətə yararsız sayılmış çağırışçılar müddətli həqiqi hərbi xidmətə çağırışdan azad edilirlər.
Elvin Soruşur Yazılma Tarixi:26.07.2015 03:35:37

Salam .. Men ehtiyyata buraxılmış zabitem.yeniden ordu sıralarına qayıtmaq uçun hara muraciet etmeliyem?ve bununcun ne senedler lazımdı.?

Bildiririk ki, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 36.1.4-cü maddəsinə əsasən, zabitlərin həqiqi hərbi xidmətinə – hərbi xidmətdə olmağın son yaş həddinə çatmamış ehtiyatda olan zabitlər, habelə ilk zabit hərbi rütbəsi verilməklə 35 yaşınadək həqiqi hərbi xidmətdə olan hərbi qulluqçular, ehtiyatda olan hərbi vəzifəlilər və qadınlar daxil olurlar. Odur ki, aidiyyəti üzrə qulluq (xidmət) etmək istədiyiniz Azərbaycan Respublikası Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyi, Ədliyyə Nazirliyi, Milli Təhlükəsizlik Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Dövlət Sərhəd Xidməti, Xüsusi Dövlət Mühafizə Xidməti, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə müraciət etməlisiniz.
Elcin vekilov Soruşur Yazılma Tarixi:25.07.2015 22:24:08

Salam. men konulu olaraq herbi xirmete gedmek isdeyirem 17 yasim tamam olub bu mumkundumu eger mumkuduse bunun ucun ne lazimdi hara muraciyet edim

Bildiririk ki, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 12.2.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının 18 yaşına çatmış kişi cinsli vətəndaşları müddətli həqiqi hərbi xidmətə çağırılırlar. 
Cədvəldə sətir sayı :14897