Sual/Cavab
HÖRMƏTLİ İSTİFADƏÇİLƏR!

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin internet səhifəsi Konstitusiyanın 57-ci maddəsinə uyğun olaraq vətəndaşların müraciət etmək hüququnun reallaşdırılması vasitəsidir.Hər bir istifadəçinin məktub göndərmək, arzularını bildirmək, onu maraqlandıran məsələlər barədə yazmaq, təklif, ərizə və şikayətlə müraciət etmək imkanı vardır.

SƏFƏRBƏRLİK VƏ HƏRBİ XİDMƏTƏ ÇAĞIRIŞ ÜZRƏ DÖVLƏT XİDMƏTİNİN ÜNVANINA ELEKTRON FORMADA MÜRACİƏT GÖNDƏRMƏZDƏN ƏVVƏL, XAHİŞ EDİRİK QAYDALARLA TANIŞ OLUN:

1.Mətni yazmazdan əvvəl nəzərdə tutulmuş formanın düzgün cavablandırılması vacibdir.

2.Mətn mütləq yazıldığı dilin əlifbası ilə tərtib olunmalıdır, bütövlükdə böyük və ya kiçik hərflərlə yazılmamalı, cümlələrə bölünməli, durğu işarələrindən istifadə qaydalarına riayət edilməlidir.

3.Müraciət aydın və səlis cümlələrlə yazılmalıdır.

4.Müraciət edərkən etika qaydaları gözlənilməlidir. Nəzakətsiz ifadələr işlədildikdə və ya müəllif özü barədə məlumatları dəqiq göstərmədikdə müraciətə cavab verilmir.

5.Hörmətli internet səhifəsi istifadəçiləri! Böyük informasiya axınının işlənməsi xüsusiyyətlərini nəzərə alaraq, xahiş edirik bəzi məhdudiyyətlərə hörmətlə yanaşasınız:

Sualınızı yazın


Verilən suallar
Ceyhun Soruşur Yazılma Tarixi:30.07.2015 19:01:11

Salam,Mən universiteti bitirib hərbi xidmətimi Kadr zabit kimi xidmət göstərmək istəyirəm, bunun şərtləri tam olaraq necədi? Mümkündürsə cavablandırardızın.Öncədən təşəkkürlər.

Bildiririk ki, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 36.1.4-cü maddəsinə əsasən, zabitlərin həqiqi hərbi xidmətinə – hərbi xidmətdə olmağın son yaş həddinə çatmamış ehtiyatda olan zabitlər, habelə ilk zabit hərbi rütbəsi verilməklə 35 yaşınadək həqiqi hərbi xidmətdə olan hərbi qulluqçular, ehtiyatda olan hərbi vəzifəlilər  daxil olurlar. Odur ki, aidiyyəti üzrə qulluq (xidmət) etmək istədiyiniz Azərbaycan Respublikası Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyi, Ədliyyə Nazirliyi, Milli Təhlükəsizlik Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Dövlət Sərhəd Xidməti, Xüsusi Dövlət Mühafizə Xidməti, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə müraciət etməlisiniz.
Ibret Agazade Soruşur Yazılma Tarixi:30.07.2015 15:58:04

Salam 2012 ci ilden gsferlikden gelmisem indi gizir kimi xidmet etmek isteyirem.Menim hansi senetlerim olmalidir ki gizirlik kursa senetlerimi verim.

Bildiririk ki, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 36.1.3-cü maddəsinə əsasən, gizirlərin və miçmanların həqiqi hərbi xidmətinə – ən azı tam orta təhsilli, azı bir il hərbi xidmət keçmiş əsgərlər, matroslar, çavuşlar, 40 yaşınadək hərbi vəzifəlilər (zabitlər istisna olmaqla) daxil olurlar.  
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 fevral 2015-ci il tarixli 21 №-li qərarı ilə təsdiq edilmiş “Bağlaşma əsasında həqiqi hərbi xidmətə daxilolmanın halları və Qaydası”nın 3.4-cü bəndinə əsasən, şəxsi iş tərtib edilməsi üçün həmin Qaydanın 3.1-ci bəndində göstərilmiş müvafiq dövlət orqanlarına və ya hərbi hissələrə aşağıdakı sənədlər (müvafiq dövlət orqanları tərəfindən xidmətə (qulluğa) qəbul edilməsi üçün qanunvericiliklə müəyyən edilmiş sənədlərdən başqa) təqdim edilir:

-  şəxsiyyəti təsdiq edən sənəd;
-  ərizə və ya raport;
-  şəxsən yazılmış tərcümeyi-hal;
-  xidmət (iş və ya təhsil) yerindən xasiyyətnamə;
-  təhsil haqqında sənədin surəti;
-  doğum haqqında şəhadətnamənin surəti;
- nikah haqqında şəhadətnamənin surəti (evli olduqda);
- uşaqların doğum haqqında şəhadətnamələrinin surəti (uşaq olduqda);
- 4 ədəd 3x4 sm ölçüdə və 2 ədəd 9x12 sm ölçüdə fotoşəkil;
- məhkumluğun olub-olmaması barədə arayış.
sadiqov subhan Soruşur Yazılma Tarixi:30.07.2015 13:58:48

men iyulun biri esger getmeli idim iyulun 30 zudu hele meni esger cagrmayblar men hacan gedecem onu bilmek isdeyirem. hara salirsiz salin teki meni esger aparın

Bildiririk ki, sualınızın cavablandırılması üçün təcili olaraq atanızın adını, doğum tarixinizi və Xidmətin qeydiyyatda olduğunuz yerli idarə, şöbə və ya bölməsinin adını Xidmətin portalına yazın.
Çingiz Məmmədov Soruşur Yazılma Tarixi:30.07.2015 11:23:26

Salam hər vaxtınlz xeyir olsun... Mən 2008 -2010 cu illərdə Hərbi Dəniz quvvələrində Mühafiə bölüyündə xidmət etmişəm...2011-2015 ci llərdə isı Ali təhsil almişam ... Hall hazirda 25 yaşım var ... Mən yenidən Hərbi Dəniz qüvvələrində Müddətdən artiq xidmet etmək istəyirəm .(Miçman kimi) ... Bunun üçün yaş məhdudiyəti varmi ..və yaxud mən hara müraciət etməliyəm..

Bildiririk ki, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 36.1.3-cü maddəsinə əsasən, gizirlərin və miçmanların həqiqi hərbi xidmətinə – ən azı tam orta təhsilli, azı bir il hərbi xidmət keçmiş əsgərlər, matroslar, çavuşlar, 40 yaşınadək hərbi vəzifəlilər (zabitlər istisna olmaqla), habelə 19 yaşından          40 yaşınadək qadınlar daxil olurlar. Vətəndaşların harada və hansı hərbi hissədə hərbi xidmət keçməyi qulluq (xidmət) etmək istədikləri Azərbaycan Respublikası Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyi, Ədliyyə Nazirliyi, Milli Təhlükəsizlik Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Dövlət Sərhəd Xidməti, Xüsusi Dövlət Mühafizə Xidməti, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən müəyyən edilir. Odur ki, aidiyyəti üzrə qulluq (xidmət) etmək istədiyiniz müvafiq orqana müraciət etməlisiniz.
Arif Xelilov Soruşur Yazılma Tarixi:30.07.2015 04:03:07

Salam menim 27 yasim var Baki seherinde yasayiram aileliyem bir usagim var. Bilmek isterdim sizde vakansiya var ise qebul uzre herbi qullugcu kimi.Onceden tesekkurumi bildirirem.

Müraciətinizdə özünüz haqqında ətraflı məlumat vermədiyinizə görə barənizdə qərar qəbul olunması mümkün hesab edilməmişdir. Nəzərinizə çatdırırıq ki, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin saytında yerləşdirilmiş elektron xidmətlər bölümündəki “Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin həqiqi hərbi xidmətə (işə) qəbulla əlaqədar müraciət və sənədlərin qəbulu” alt bölümünə daxil olmaqla, həqiqi hərbi xidmətə (işə) qəbulla əlaqədar müraciət edə bilərsiniz.
Cavid Hüseynli Soruşur Yazılma Tarixi:30.07.2015 03:24:10

salam mənim 17 yaşım var 2 aydan sora 18 tamam olur mən tez hərbi xidmətə getmək istiyirəm sizcə bu mümkündür

Bildiririk ki, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 12.2.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının 18 yaşına çatmış kişi cinsli vətəndaşları müddətli həqiqi hərbi xidmətə çağırılırlar. 
Orxan Soruşur Yazılma Tarixi:29.07.2015 23:33:27

Salam muddetden artiq herbi quluqa yazilmaga hara gedim ne edim mene bir yol deyin nazirliye gelib qebulda olmaliyam cenab nazirin? bilmek isdirem mene xahiw edirem bir cavab verilsin

Bildiririk ki, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 36.1.1-ci maddəsinə əsasən, müddətdən artıq həqiqi hərbi xidmətə - ən azı ümumi orta təhsilli, qanunla müəyyənləşdirilən müddətli həqiqi hərbi xidməti başa çatdırmış hərbi qulluqçular, 40 yaşınadək hərbi vəzifəlilər (zabitlər, gizirlər və miçmanlar istisna olmaqla), habelə 19 yaşından 40 yaşınadək qadınlar daxil olurlar. Odur ki, aidiyyəti üzrə qulluq (xidmət) etmək istədiyiniz Azərbaycan Respublikası Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyi, Ədliyyə Nazirliyi, Milli Təhlükəsizlik Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Dövlət Sərhəd Xidməti, Xüsusi Dövlət Mühafizə Xidməti, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə müraciət etməlisiniz.
Emil Aliyev Soruşur Yazılma Tarixi:29.07.2015 22:25:48

Salam men herbiye dinc dovru ucun yararsizam,yenide komisyadan 29 oktyabrda kecmeliyem,bilmey isterdim yararli hesab edilsem hansi ayda esger gedecem?

Siz qeydiyyatda olduğunuz Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon (şəhər) idarəsinin (şöbəsinin, bölməsinin) hərbi-həkim komissiyasında tibbi baxışdan keçiriləcək, ehtiyac olduğu halda tibb müəssisəsində müayinəniz təmin olunacaq və hərbi xidmətə yararlı olub-olmamağınız haqda rayon çağırış komissiyası tərəfindən qərar qəbul olunacaqdır. 
Orxan İsgenderli Soruşur Yazılma Tarixi:29.07.2015 15:36:42

Salam. Səfərbərlik və hərbi xidmətə işə qəbulla əlaqədar imtahana düşən suallar əsasən nədən düşür?

Nəzərinizə çatdırırıq ki, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin saytında yerləşdirilmiş elektron xidmətlər bölümündəki “Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin həqiqi hərbi xidmətə (işə) qəbulla əlaqədar müraciət və sənədlərin qəbulu” alt bölümünə daxil olmaqla, müraciət edib ətraflı məlumat ala bilərsiniz. Əlavə olaraq bildiririk ki, test imtahanında ümumi bilik səviyyəsi və dünyagörüşü yoxlanılır.
Zabit Məmmədov Soruşur Yazılma Tarixi:29.07.2015 15:18:26

Salam.Mən işə qəbul olmaq üçün 28.07.2015 ci il tarixde test sinaq imtahani verdim.Sinaq imtahaninin neticesin oyrenmek isteyrem.Məmmədov Zabit Yasəf oglu

Nəzərinizə çatdırırıq ki, 28.07.2015-ci il tarixdə keçirilmiş müsabiqənin nəticələrinə əsasən, Sizin Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə işə qəbul olunmağınız məqsədəuyğun hesab edilməmişdir.
Cədvəldə sətir sayı :14897