Sual/Cavab
HÖRMƏTLİ İSTİFADƏÇİLƏR!

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin internet səhifəsi Konstitusiyanın 57-ci maddəsinə uyğun olaraq vətəndaşların müraciət etmək hüququnun reallaşdırılması vasitəsidir.Hər bir istifadəçinin məktub göndərmək, arzularını bildirmək, onu maraqlandıran məsələlər barədə yazmaq, təklif, ərizə və şikayətlə müraciət etmək imkanı vardır.

SƏFƏRBƏRLİK VƏ HƏRBİ XİDMƏTƏ ÇAĞIRIŞ ÜZRƏ DÖVLƏT XİDMƏTİNİN ÜNVANINA ELEKTRON FORMADA MÜRACİƏT GÖNDƏRMƏZDƏN ƏVVƏL, XAHİŞ EDİRİK QAYDALARLA TANIŞ OLUN:

1.Mətni yazmazdan əvvəl nəzərdə tutulmuş formanın düzgün cavablandırılması vacibdir.

2.Mətn mütləq yazıldığı dilin əlifbası ilə tərtib olunmalıdır, bütövlükdə böyük və ya kiçik hərflərlə yazılmamalı, cümlələrə bölünməli, durğu işarələrindən istifadə qaydalarına riayət edilməlidir.

3.Müraciət aydın və səlis cümlələrlə yazılmalıdır.

4.Müraciət edərkən etika qaydaları gözlənilməlidir. Nəzakətsiz ifadələr işlədildikdə və ya müəllif özü barədə məlumatları dəqiq göstərmədikdə müraciətə cavab verilmir.

5.Hörmətli internet səhifəsi istifadəçiləri! Böyük informasiya axınının işlənməsi xüsusiyyətlərini nəzərə alaraq, xahiş edirik bəzi məhdudiyyətlərə hörmətlə yanaşasınız:

Sualınızı yazın


Verilən suallar
Əliyeva Reyhan Soruşur Yazılma Tarixi:25.05.2015 13:36:00

Mənim oğlum Zeynalov Nail Rahim oğlunu (1996-cı il təvəllüdlü) 2014-cü ildə Sabunçu rayonundan hərbi xidmət üçün çağırılmışdır. Hərbi həkim komissiyasından keçərkən mənə məlum olmayan xəstəliklə əlaqədar çağırışdan saxlanılmışdır. dəfələrlə Səfərbərlik və hərbi çağırış üzrə Sabunçu rayonu şöbəsinə gedib məsələni öyrənmək istəmişəm, bir neçə cəhddən sonra sənədlərin itdiyi cavabını almışam. Təkidlə sənədlərin tapılmasını xahiş etdikdən sonra rəisin qəbulunda oğlumu xəstəxanaya aparıb yenidən müayinə edəcəklərini dedilər. Dəfələrlə Səfərbərlik və hərbi çağırış üzrə Sabunçu rayonu şöbəsinə getdikdən sonra xəstəxanaya aparılıb, lakin diaqnozu mənə bildirilmir ki, övladımın xəstəliyini bilib müalicə etdirim və nə üçün hərbi xidmətə yararsız olduğu mənə də məlum olsun. Xahiş edirəm mənə kömək edəsiniz.

Məlum olmuşdur ki, 1996-cı il təvəllüdlü Zeynalov Nail Rahim oğlu Bakı şəhəri Sabunçu rayon idarəsinin  hərbi-həkim komissiyasında tibbi baxışdan keçirilmiş və səhhəti ilə əlaqədar aidiyyəti üzrə müayinəyə göndərilmişdir.
Müayinə nəticəsində təyin olunmuş diaqnoza müvafiq olaraq N. R. Zeynalov Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş "Hərbi-həkim ekspertizası haqqında əsasnamə"nin "Xəstəliklər cədvəli"nin 1 qrafasına əsasən 3 (üç) ay müddətinə "Hərbi xidmətə müvəqqəti yararsızdır" hesab edilmişdir.
N.R. Zeynalov iyul çağırışında razılaşdırılmış qrafikə əsasən şəxsi işi ilə birgə Xidmətin Mərkəzi Hərbi-Həkim Komissiyasına təqdim olunacaqdır.
Çingiz Abdullayev Soruşur Yazılma Tarixi:25.05.2015 09:17:18

Salam . Ali təhsil müəsissəsinin 4 cü kurs tələbəsiyəm . 2015 ci il iyul ayında hərbi xidmətə yollanıram .Sizə belə bir sualla müraciət etmək istəyirəm . Hərbi Xidməti Müdafiə Nazirliyinin hərbi hissəsində əsgər olaraq keçirdiyim müddətdə düşəcəyim hərbi hissədən asılı olmayaraq Təlim Tədris Mərkəzində Zabit ixtisaslaşma kursunu keçə bilərəm və bu proses neçə aydan sonra mümkündür ? Əvvəlcədən təşəkkür edirəm .

Qeyd etdiyiniz məsələ ilə bağlı xidmət edəcəyiniz qoşun növünün komandanlığına müraciət etməyiniz tövsiyyə olunur. 
Mecidov eziz Soruşur Yazılma Tarixi:25.05.2015 00:26:35

Salam men Mecidov Eziz Nuremed oglu menim iyul ayinda herbi cagiriwim var ama men konullu olaraq cebhe bolgesine getmek isteyirem bunu nece ede bilerem.?

Həqiqi hərbi xidmətə çağırılmış vətəndaşlar Azərbaycan Respublikası Silahlı Qüvvələrinin və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrin arasında bölünür. Çağırışçılar hansı hərbi hissədə xidmət keçməsi məsələsinə yuxarıda göstərilmiş qurumlarda baxılır.
Əhmədova Xədicə Soruşur Yazılma Tarixi:24.05.2015 20:35:59

Salam. Yazaraq bilmək istıyirəm ki,1994-cü il fevralın 1-dən 2010-cu il iyunun 12-dək həqiqi hərbi xidmətdən ehtiyata və istefaya buraxılmış hərbi qulluqçulara (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) həmin dövrün təqvim illərində istifadə edilməmiş növbəti məzuniyyətə görə kompensasiyanın hesablanması və ödənilməsi qaydaları müəyyənləşib. Mənin həyat yoldaşım Əhmədov Elşad Əsgər oğlu hərbi qulluqçu olub. 1995-ci il iyun ayinda dünyasının dəyişmişdir. Qaydalara əsasən 1994-cü il fevralın 1-dən 2010-cu il iyunun 12-dək həqiqi hərbi xidmətdən buraxılmış və sonradan vəfat etmiş ehtiyatda və istefada olan hərbi qulluqçuların, eləcə də qeyd olunan dövrdə həlak olmuş hərbi qulluqçuların istifadə edilməmiş növbəti məzuniyyətə görə kompensasiyası onların ailə üzvlərinə qanunvericilikdə nəzərdə tutulmuş qaydada ödənilir. Xahiş edirəm kompensasiya bağlı hara müracət etməyim barədə mənə kömək edəsiniz.. Bir başla sualla bağlı xahiş edirəm mənə köməklik edəsiniz. Həyat yoldaşım rəhmətə gedəndə qanunvericiliyə uygun olaraq İşçinin vəfatı ilə əlaqədar əmək müqaviləsinə xitam verildikdə isə vəfat edənin vərəsələrinə orta aylıq əmək haqqının azı üç misli miqdarında müavinət ödənilir. Amma mən bu müavinəti almamışam. Xahiş edirəm bununla da bağlı mənə köməklik edəsiniz. Qabaqcadan minnətdarlığımı bildirirəm.

1. 1994-cü il fevralın 1-dən 2010-cu il iyunun 12-dək həqiqi hərbi xidmətdən ehtiyata və istefaya buraxılmış hərbi qulluqçulara (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) həmin dövrün təqvim illərində istifadə edilməmiş növbəti məzuniyyətə görə kompensasiyanın ödənilməsi qaydasının və məbləğinin müəyyən edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 26 dekabr 2014-cü il tarxili 399 nömrəli Qərarının 1-ci bəndinə əsasən istifadə edilməmiş növbəti məzuniyyətə görə kompensasiyanın hesablanması üçün 1994-cü il fevralın 1-dən 2010-cu il iyunun 12-dək dövr əsas götürülür.Mərhum həyat yoldaşınızın xidmət etdiyi illərdə istifadə edilməmiş npvbəti məzuniyyətə görə kompensasiyasının alınması üçün hərbi xidmət keçdiyi dövlət orqanına müraciət etməyiniz tövsiyə olunur.

2. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 77-ci maddəsinin 7-ci hissəsinə əsasən işçinin vəfatı ilə əlaqədar əmək müqaviləsinə xitam verildikdə isə vəfat edənin vərəsələrinə  orta aylıq əmək haqqının azı üç misli miqdarında müavinət ödənilir. Vəfat edən şəxsin axırıncı iş yeri üzrə müraciət etməyiniz tövsiyə olunur.
Sefizade Sahib Soruşur Yazılma Tarixi:24.05.2015 20:11:08

Salam men mektebi 2014 cu ilde bitirmishem ve bitirdiyim zaman 16 yashim vardi.yeni mekteb vaxti mohlet almamisham..indi ise 17 di yashim var ve tqdk imtahaninda istirak edib qebul olmamisham.ve 2016 ci ilin mart ayinda 18 yashim tamam olur men aprelde herbi xidmete cagirilacagim vaxt mohlet huququndan istifade ede bileremmi?

Bildiririk ki, 2014-cü və 2015-ci illərdə Respublikanın ali məktəblərinə qəbul imtahanlarında iştirak etmək hüququz  olmuşdur. 2016-cı ildə ali məktəbə qəbul imtahanlarında təkrar iştirak etmək üçün hərbi xidmətə çağırışdan möhlət verilməsinə qanuni əsas yoxdur.
2016-cı ilin mart ayında 18 yaşınız tamam olduğuna görə 2016-cı ilin aprel çağırışı zamanı ümumi əsaslarla həqiqi hərbi xidmətə çağırışa cəlb ediləcəksiniz.
Cavid Süleymanlı Soruşur Yazılma Tarixi:24.05.2015 18:34:32

Salam. Mənim sizə müraciətimin məqsədi ailənin 2 oğlunun eyni hərbi hissəyə düşə bilməsinin mümkünlüyünü aydınlaşdırmaqdır. Bizim ailə 4 nəfərdən ibarətdir. Atam, anam və biz iki qardaş. Qardaşım məndən 2 yaş kiçikdir. Sonuncu çağırış olan aprel ayında hərbi xidmətə yola saldıq. Mən isə ali təhsilimi indi başa vurduğum üçün iyul ayında hərbi xidmətə yollanmalıyam. Bilmək istəyirəmki mən qaradaşımın olduğu hərbi hissəyə düşə bilərəmmi? Və bunun üçün nə etməliyəm. Mümkünsə müraciətimi cavablandırarsınız.

Bildiririk ki, qardaşlar eyni vaxtda və eyni rayon çağırış komissiaysı tərəfindən həqiqi hərbi xidmətə çağırılarsa, onlar bir qayda olaraq hərbi xidmət keçmək üçün eyni hərbi hissəyə göndərilirlər.
Ilhame Quliyeva Soruşur Yazılma Tarixi:24.05.2015 17:32:27

Salam menim oglumun ayaginda yastipencelik var bir ayagi ikinci bir ayagi ucuncu derecedir bilmek isterdim herbi xidmete yararlidir ya yox

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş "Hərbi-həkim ekspertizası haqqında əsasnamə"nin "Xəstəliklər cədvəli"nin I qrafasının tələblərinə əsasən:III dərəcə yastıayaqlılıqda (boylama içəri tağın bucağı 155 dərəcədən çoxdur, tağın hündürlüyü 17 mm-dən azdır) çağırışçılar "Sülh dövründə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlı" hesab edilirlər.
Övladınız, qeydiyyatda olduğu Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon idarəsinin (şöbəsinin, bölməsinin) hərbi-həkim komissiyasında  tibbi baxışdan keçiriləcək, ehtiyac olduğu halda tibb müəssisəsində müayinəsi təmin olunacaq və hərbi xidmətə yararlı olub-olmaması haqda rayon çağırış komissiyası tərəfindən qərar qəbul olunacaqdır. 
Ramil Babayev Soruşur Yazılma Tarixi:24.05.2015 16:05:09

salam men 16.10.1995tevelludem kollecde oxuyiram bitirdim.artiq iyul ayinda herbi xitmete getmeliyem amma ayin20 si oldu amma helede mene muayine ucun kagiz gelmeyib haciqabul rayonuna qrydiyyatdayam bilmek.isterdim.hacan gelecek?

Qeyd etdiyiniz məsələ ilə bağlı qeydiyyatda olduğunuz Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin  idarə, şöbə və ya bölməyə müraciət etməyiniz tövsiyə olunur.
Huseynov Mehti Soruşur Yazılma Tarixi:24.05.2015 14:29:32

Salam men bu il mektebi bitirecem uniye imtahan verecem mene hele cagiriw senedi gelmeyib iyulda gelecek yoxsa oktyabrda ?

Bildiririk ki, 2015-ci ildə tam orta məktəbi bitirərək respublikanın ali məktəblərinə qəbul imtahanlarında iştirak etmək üçün elektron ərizə vermiş şəxslər 2015-ci ilin iyul çağırışı zamanı həqiqi hərbi xidmətə çağırışa cəlb edilmirlər.
Tebriz Ceferov Soruşur Yazılma Tarixi:24.05.2015 14:12:21

Salam men 96 ci il tevelludluyem hebi xidmet 1 il bundan qabag gedmeliydim ama yardimli rayon herbi kamisarligi m necese olub meni yadan cixarim oz ddiklerine gore bu il fevral ayi ozum muracrt etdim Yardimli rayonherbi kamisarligina qeydiyata saldilar ve dediler ki 10 gunden sonra zeng vurub cagiracayiq ustunden 3 aydan cox vaxt kecmesine baxmayaraq meni caxirmayiblar bnun sebebi nedi ?

Bildiririk ki, tələb olunan sənədləri Xidmətin Yardımlı rayon bölməsinə təqdim etdikdən sonra barənizdə qanunamüvafiq qərar qəbul ediləcəkdir.
Cədvəldə sətir sayı :14897