Sual/Cavab
HÖRMƏTLİ İSTİFADƏÇİLƏR!

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin internet səhifəsi Konstitusiyanın 57-ci maddəsinə uyğun olaraq vətəndaşların müraciət etmək hüququnun reallaşdırılması vasitəsidir.Hər bir istifadəçinin məktub göndərmək, arzularını bildirmək, onu maraqlandıran məsələlər barədə yazmaq, təklif, ərizə və şikayətlə müraciət etmək imkanı vardır.

SƏFƏRBƏRLİK VƏ HƏRBİ XİDMƏTƏ ÇAĞIRIŞ ÜZRƏ DÖVLƏT XİDMƏTİNİN ÜNVANINA ELEKTRON FORMADA MÜRACİƏT GÖNDƏRMƏZDƏN ƏVVƏL, XAHİŞ EDİRİK QAYDALARLA TANIŞ OLUN:

1.Mətni yazmazdan əvvəl nəzərdə tutulmuş formanın düzgün cavablandırılması vacibdir.

2.Mətn mütləq yazıldığı dilin əlifbası ilə tərtib olunmalıdır, bütövlükdə böyük və ya kiçik hərflərlə yazılmamalı, cümlələrə bölünməli, durğu işarələrindən istifadə qaydalarına riayət edilməlidir.

3.Müraciət aydın və səlis cümlələrlə yazılmalıdır.

4.Müraciət edərkən etika qaydaları gözlənilməlidir. Nəzakətsiz ifadələr işlədildikdə və ya müəllif özü barədə məlumatları dəqiq göstərmədikdə müraciətə cavab verilmir.

5.Hörmətli internet səhifəsi istifadəçiləri! Böyük informasiya axınının işlənməsi xüsusiyyətlərini nəzərə alaraq, xahiş edirik bəzi məhdudiyyətlərə hörmətlə yanaşasınız:

Sualınızı yazın


Verilən suallar
Hesen Sukurov Soruşur Yazılma Tarixi:21.05.2015 16:12:15

Salam evvelceden tewekkur edirem Inwallah sualim cavabsiz olmaz. Medemde xora xesteliyi(capiglari) var. Bir defe qanaxmada olmuwdu. Ac qalarken agrilar olur Indi yoxlanilib yene dediler capiglar medenin daralmasina sebeb olur. herbi xidmete yararli sayiliram??

Mədənin xora xəstəliyi olan çağırışçılar Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş "Hərbi-həkim ekspertizası haqqında əsasnamə"nin "Xəstəliklər cədvəli"nin tələblərinə əsasən "Sülh dövründə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlı" hesab edilirlər.
Siz, qeydiyyatda olduğunuz Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon idarəsinin (şöbəsinin, bölməsinin) hərbi-həkim komissiyasında  tibbi baxışdan keçiriləcək, ehtiyac olduğu halda tibb müəssisəsində müayinəniz təmin olunacaq və hərbi xidmətə yararlı olub-olmamağınız haqda rayon çağırış komissiyası tərəfindən qərar qəbul olunacaqdır.
Yunis Memmedov Soruşur Yazılma Tarixi:21.05.2015 01:18:54

Salam. Menim medemde xora capiqlari var agri olur mede xestesi herbi xidmete yararlidir?

Mədənin xora xəstəliyi olan çağırışçılar Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş "Hərbi-həkim ekspertizası haqqında əsasnamə"nin "Xəstəliklər cədvəli"nin tələblərinə əsasən "Sülh dövründə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlı" hesab edilirlər.
Çağırışçı, qeydiyyatda olduğu Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon idarəsinin (şöbəsinin, bölməsinin) hərbi-həkim komissiyasında  tibbi baxışdan keçiriləcək, ehtiyac olduğu halda tibb müəssisəsində müayinəsi təmin olunacaq və hərbi xidmətə yararlı olub-olmaması haqda rayon çağırış komissiyası tərəfindən qərar qəbul olunacaqdır.
Elcin Memmedov Soruşur Yazılma Tarixi:21.05.2015 00:03:38

Salam, Hal hazirda turkiyede magistrura tehsili aliram, Birinci kursu bu ay bitirdim, universitetin bitmesine bir ilim daha var, novbeti cagiris ucun herbi xidmete cagirilmisam, nece etmeliyem?

Bildiririk ki, hal-hazırda mövcud qanunvericilikdə magistraturaya qəbul olunanlara möhlət verilməsi nəzərdə tutulmamışdır.
Etibar Murad oglu Shahvedrdiyev Soruşur Yazılma Tarixi:20.05.2015 23:36:58

Oglum Turkiyrde tehsil alir,noyab 2014 tarixinde tercume edilmish notaiusda tesdik edilmish senedi aidiyati quumma teqdim etmishiq,bu gun bizden yeni sened teleb edirler,Turkiyede ise ararishi her il sentyabrda verirler.xahish sdirik Bize melumat veresiniz.

Xarici ölkələrin təhsil müəssisələrində oxuyan vətəndaşlar təhsilini bitirənədək ildə bir dəfə notarial qaydada tərcümə olunaraq təsdiq olunmuş təhsil haqqında arayışı Xidmətin qeydiyyatda olduqları idarə, şöbə və ya bölməsinə təqdim etməlidirlər.
Süleyman Hüseynov Soruşur Yazılma Tarixi:20.05.2015 20:27:12

Salam,bu il üçüncü dəfə sağlamlığım ilə əlaqədar olaraq möhlət hüqüqu almışam.Qanuna əsasən neçə dəfə möhlət hüququ aldıqdan sonra hərbi bilet verilməlidir?

"Hərbi vəzifə və hərbi xidmət haqqında" Azərbaycan Respublikasının Qanununda sağlamlıq vəziyyətinə görə çağırışa möhlət 3 il müddətinədək, hər dəfə 1 ildən artıq olmamaq şərti ilə verilir. 3 ildən sonra, sağlamlıq vəziyyətindən asılı olaraq möhlət almış çağırışçılar ya müddətli həqiqi hərbi xidmətə çağırılır, ya hərbi xidmətə yararsız hesab edilərək hərbi uçotdan çıxarılır, ya da dinc dövr üçün hərbi xidmətə yararsız, müharibə dövrü üçün məhdud yararlı hesab edilərək ehtiyata keçirilirlər.
Elvin Abbasov Soruşur Yazılma Tarixi:20.05.2015 17:41:41

Salam men sizden xahiş edirəm sualımı cvablandırasınız... Mən bu il bakalavr səviyyəsi bitirirəm və magistraturaya artıq qəbul olmuşam mən herbi xidmətlə əlaqədar çağırış gəlib mən möhlət hüququ alaraq təhsilimi başa vurub sonra hərbi xidmət çəkə bilərəmmi yəni bələ qanun və ya fərman verilibmi? Əvvəlcədən təşəkkü edirəm

Bildiririk ki, hal-hazırda mövcud qanunvericilikdə magistraturaya qəbul olunanlara möhlət verilməsi nəzərdə tutulmamışdır.
Gunay Huseynova Soruşur Yazılma Tarixi:20.05.2015 15:36:09

salam. adim Gunay 1995ci ilde weki seherinde anadan olmuwam 1.56 boyum. 49 cekim va..weki pedaqoji kolleci bitirmiwem(fiziki terbiyye) ozum idmanciyam. nece ildi idmanla mewgulam. diplom ve derecelerim var. Herbiye cox boyuk maragim va. herbide iwlemek arzumdu . herbiye iwe duzele bilerem?

Bildiririk ki, "Hərbi vəzifə və hərbi xidmət haqqında" Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə əsasən, siyahısı Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq edilən  hərbi uçot ixtisası olan 19 yaşından 40 yaşınadək Azərbaycan Respublikasının qadın vətəndaşları özlərinin razılığı ilə hərbi qeydiyyata götürülür və bağlaşma əsasında Azərbaycan Respublikasının Silahlı Qüvvələrində və ya Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə hərbi xidmətə qəbul edilirlər.
"Hərbi vəzifə və hərbi xidmət haqqında" Azərbaycan Respublikasının Qanununun 36.1-ci maddəsinə əsasən həqiqi hərbi xidmətə qəbul üçün müəyyən edilmiş tələblərə cavab verən Azərbaycan Respublikasının vətəndaşları bağlaşma əsasında aşağıdaki həqiqi hərbi xidmətlərə könüllü daxil olurlar.
Bu səbəbdən Siz hərbi xidmət keçmək üçün Azərbaycan Respublikası Silahlı Qüvvələrinin və qanunvericilikdə nəzərdə tutulmuş digər silahlı birləşmələrin Komandanlıqlarına müraciət edə bilərsiniz. 
Vasif Nabiyev Soruşur Yazılma Tarixi:20.05.2015 13:41:54

salam. Men her komisyadan kecerken ayagimin duz oldugunu gorub Bakiya - Ortopediya institutuna gonderdiler. Ve hekimden kecerek ayagimin 3-cu dereceli duz oldugunu dediler. ve sorusdum hekimlerden herbi ucun yararsiz oldugumu dediler. Universitetde diploma gore arayis alarken herbi komissarliqda dediler ki, 5-ci derecede olsa aparirlar.Zehmet olmasa bununla bagli qanunu mene deyerdiniz evvelceden tesekkurler

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş "Hərbi-həkim ekspertizası haqqında əsasnamə"nin "Xəstəliklər cədvəli"nin 68-ci maddəsinin I qrafasının tələblərinə əsasən: III dərəcə yastıqyaqlılıqda (boylama içəri tağın bucağı  155 dərəcədən çoxdur, tağın hündürlüyü 17 mm-dən azdır) çağırışçılar "Sülh dövründə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlı"hesab edilirlər.
Qarashov zaur Soruşur Yazılma Tarixi:20.05.2015 13:33:06

yasti ayaq olan herbi cidmete yararsiz sayilirmi? herbi komisarliqda ciddi yoxlanmayib,6ay herbi xidmetde olub ve yoxlandiqda yasti ayaqliq askar olunarsa buna gore texris oluna bilermi?ve buna gore esgere pul verilirmi?

1. Xəstəliklərin dərəcəsindən, yayılmasından, yaratdığı fəsadlardan, orqanların funksiyaların pozulmasından və davamlılığından asılı olaraq çağırışçılar Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş "Hərbi-həkim ekspertizası haqqında əsasnamə"nin "Xəstəliklər cədvəli"nin tələblərinə əsasən şəhadətləndirilirlər.
2. Müddətli həqiqi hərbi xidmət keçən zaman səhhəti ilə əlaqədar xidməti vəzifələrini yerinə yetirməsində çətinliklər yarandığı halda xəstəliyin dərəcəsindən asılı olaraq həkim-mütəxəssisin rəyinə əsasən vətəndaş vaxtından əvvəl ordu sıralarından tərxis oluna bilər. 
Aslan Aliyev Soruşur Yazılma Tarixi:19.05.2015 23:59:18

Salam, men BDU-nun huquq fakultesini bitirmisem. Sizin Seferberlik ve Herbi Xidmete Cagiris uzre Dovlet Xidmetinin struktur ve statinda hansisa ilkin arasdirma, tehqiqat ve sair buna oxsar orqan fealiyyet gosterirmi? Ve ora xidmete qebul hansi sertlerle kecirilir? ( esas maraqlandiran stat uzre huquqsunas vezifeleri maraqlandirir, hal hazirda ehtiyyatda olan zabitem, ehtiyyat zabit kursunu bitirib, xidmetimi bitirib ehtiyyata buraxilmisam) cox sag olun cavaba gore

Müraciətinizlə əlaqədar həftənin tək günləri Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Kadrlar və Kadr Hazırlığı İdarəsinə gəlməyiniz təklif olunur. Özünüzlə şəxsiyyət vəsiqəsi, hərbi bilet, 3x4 sm ölçüdə 2 ədəd fotoşəkil, əmək kitabçası və təhsil haqqında sənədin olması vacibdir.
Eyni zamanda nəzərinizə çatdırırıq ki, vətəndaşaların Azərbaycan Respublikasının  Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə həqiqi hərbi xidmətə qəbulu keçirilən müsabiqənin (test imtahanı) və müsahibənin nəticələrindən asılı olaraq müəyyən edilir.
Əlavə olaraq bildiririk ki, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə həqiqi hərbi xidmətə qəbul edildiyiniz təqdirdə Siz Azərbaycan Respublikasının istənilən bölgəsində xidmət etməyə şərtsiz hazır olmalısınız.
Cədvəldə sətir sayı :14897