Sual/Cavab
HÖRMƏTLİ İSTİFADƏÇİLƏR!

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin internet səhifəsi Konstitusiyanın 57-ci maddəsinə uyğun olaraq vətəndaşların müraciət etmək hüququnun reallaşdırılması vasitəsidir.Hər bir istifadəçinin məktub göndərmək, arzularını bildirmək, onu maraqlandıran məsələlər barədə yazmaq, təklif, ərizə və şikayətlə müraciət etmək imkanı vardır.

SƏFƏRBƏRLİK VƏ HƏRBİ XİDMƏTƏ ÇAĞIRIŞ ÜZRƏ DÖVLƏT XİDMƏTİNİN ÜNVANINA ELEKTRON FORMADA MÜRACİƏT GÖNDƏRMƏZDƏN ƏVVƏL, XAHİŞ EDİRİK QAYDALARLA TANIŞ OLUN:

1.Mətni yazmazdan əvvəl nəzərdə tutulmuş formanın düzgün cavablandırılması vacibdir.

2.Mətn mütləq yazıldığı dilin əlifbası ilə tərtib olunmalıdır, bütövlükdə böyük və ya kiçik hərflərlə yazılmamalı, cümlələrə bölünməli, durğu işarələrindən istifadə qaydalarına riayət edilməlidir.

3.Müraciət aydın və səlis cümlələrlə yazılmalıdır.

4.Müraciət edərkən etika qaydaları gözlənilməlidir. Nəzakətsiz ifadələr işlədildikdə və ya müəllif özü barədə məlumatları dəqiq göstərmədikdə müraciətə cavab verilmir.

5.Hörmətli internet səhifəsi istifadəçiləri! Böyük informasiya axınının işlənməsi xüsusiyyətlərini nəzərə alaraq, xahiş edirik bəzi məhdudiyyətlərə hörmətlə yanaşasınız:

Sualınızı yazın


Verilən suallar
Aıpasayev Turqay Kamal oglu Soruşur Yazılma Tarixi:23.05.2015 15:28:29

Salam men Dovlet Serhed Qosunlarinda heqiqi xidmetde olmusam.dovlet strukturda islemisem.Yasim 31 di.İsdeyirem muddetden artiq qulluq edim.Tehsilim natamam ali.Texnikom bitirmisem.İxdisasim Gomruk ekispertizasi.

Bildiririk ki, "Hərbi vəzifə və hərbi xidmət haqqında" Azərbaycan Respublikasının Qanununun 36.1-ci maddəsinə əsasən həqiqi hərbi xidmətə qəbul üçün müəyyən edilmiş tələblərə cavab verən Azərbaycan Respublikasının vətəndaşları bağlaşma əsasında aşağıdaki həqiqi hərbi xidmətlərə könüllü daxil olurlar:
 - Müddətdən artıq həqiqi hərbi xidmətə - ən azı ümumi orta təhsilli, qanunla müəyyənləşdirilən müddətli həqiqi hərbi xidməti başa çatdırmış hərbi qulluqçular, 40 yaşınadək hərbi vəzifəlilər (zabitlər, gizirlər və miçmanlar istisna olmaqla) habelə 19 yaşından 40 yaşınadək qadınlar daxil olurlar.
Bu səbəbdən Siz hərbi xidmət keçmək üçün Azərbaycan Respublikası Silahlı Qüvvələrinin və qanunvericilikdə nəzərdə tutulmuş digər silahlı birləşmələrin Komandanlıqlarına müraciət edə bilərsiniz. 
Kamal Masmaliyev Soruşur Yazılma Tarixi:23.05.2015 13:28:28

salam,man 2004-2006-ci illarda ehtiyatda olan zabit olaraq xidmatimi basha catdirmisham,mana odanilmayan mazuniyyat mavacibini alinmasi ucun ,elektron qaydada sizinla alaqa yaradib, haman mazuniyyatin odanilmasina komaklik eda bilarsinizmi?

Bildiririk ki, 2012-ci il 28 sentyabr tarixli 217 nömrəli və 2014-cü il 26 dekabr tarixli 399 nömrəli Azərbaycan Respublikasının Nazirlər Kabinetinin Qərarlarına əsasən, hərbi qulluqçulara həqiqi hərbi xidmətdə olduqları dövr ərzində istifadə etmədikləri növbəti məzuniyyət günlərinə görə pul kompensasiyasının hesablanması və ödənilməsi işinin sürətləndirilməsi məqsədilə, hərbi qeydiyyatda olduğunuz Xidmətin yerli idarə, şöbə və ya bölmələrində yaradılmış komissiyalara ərzə ilə müraciət etməyiniz zəruridir.
Nəzərə almağınızı xahiş edirik.
Ansar Qəhrəmanov Soruşur Yazılma Tarixi:23.05.2015 12:09:13

Salam, Müdafiə naziri, general-polkovnik Zakir Həsənovun qərarı ilə 1994-cü il fevralın 1-dən 2010-cu il iyunun 12-dək həqiqi hərbi xidmətdən ehtiyata və istefaya buraxılmış hərbi qulluqçulara (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) həmin dövrün təqvim illərində istifadə edilməmiş növbəti məzuniyyətə görə kompensasiyanın hesablanması və ödənilməsi qaydaları təsdiq olunduğuna görə, İstifadə edilməmiş növbəti məzuniyyətə görə kompensasiyanı almaq üçün ərizə formasını mənə göndərməyinizi xahiş edirem.

Sizin, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin elektron ünvanına göndərdiyiniz məktuba aidiyyəti üzrə Xidmətin Aparatında "Hərbi qulluqçulara həqiqi hərbi xidmətdə olduğu dövr ərzində isitfadə edilməmiş növbəti məzuniyyət günlərinə görə pul kompensasiyasının hesablanması komissiyası"nda baxılmışdır.
İstifadə edilməmiş növbəti məzuniyyət günlərinə görə pul kompensasiyasının ödənilməsi üçün ərizə formasını (Əlavə nömrə 1) Sizin email ünvanınıza göndəririk.
Çingiz Mirzeyev Soruşur Yazılma Tarixi:23.05.2015 10:45:09

Salam, men tam ali tehsilliyem, hüquq fakultesini bu il bitirmişem, iyul çağırışçılarının sırasındayam ve öyrenmek isterdim ki TTM oxuyaraq nikadr zabit kimi herbi xidmet keçe bilerem?

Qeyd etdiyiniz məsələ ilə bağlı xidmətdə olacağınız qoşun növünün komandanlığına müraciət etməyiniz məqsədə müvafiqdir.
Elçin Əliyev Soruşur Yazılma Tarixi:23.05.2015 10:07:39

Salam hörmətli SHXÇDX əməkdaşları. Mən Azərbaycandan xaricdə, Türkiyə universitetlərindən birində, əyani təhsil alıram və hal hazırda 4-cü kurs tələbəsiyəm. Universitetdə həqiqətən təhsil alma haqqında arayışın müddəti 2015-ci ilin oktyabr ayına qədərdir və qeydiyyatda olduğum SHXÇ üzrə rayon dövlət idarəsi tərəfindən tələbə kimi möhlət hüququm oktyabr ayında bitir. Lakin mən universiteti iyul ayının 10-da bitirirəm və iyul ayının 15-də Azərbaycana geri dönürəm. Belə olan halda hərbi xidmətə oktyabr ayında deyil iyul ayında könüllü olaraq getmə imkanım varmı? Əgər varsa bunun üçün rayon üzrə dövlət idarəsinə ərizə ilə yaxud şifahi surətdə müraciət etmək kifayətdirmi?

Bildiririk ki, Siz möhlət hüququnuz bitdikdən sonra həqiqi hərbi xidmətə çağırışa cəlb ediləcəksiniz.
Orxan Qenberov Soruşur Yazılma Tarixi:22.05.2015 23:55:06

Salam.onceden cavablandirdiginiz ucun tesekkur edirem.men iyulda heqiqi herbi xidmete cagirilmisam.bilmek isterdimki iyulda olan xidmet hansi yerlere dusmek ehtimalim var

Çağırışçıların təyin olunduqları hərbi hissə haqqında məlumatları 31 dekabr, 31 mart, 30 iyun, 30 sentyabr tarixlərindən etibarən şəxsi məlumatları daxil etməklə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin saytının "elektron xidmətlər" bölməsinin müvafiq bölümündən əldə edə bilərlər.
Murad Kazimov Soruşur Yazılma Tarixi:22.05.2015 22:37:20

Salam,Men Peshe Mektebini Bu Il Bitirib Turkiyede Ali Tehsil Almag Isteyirem Lakin Deirler Yeni Qanun Cxib Ordan Size Arayis Gelse Bele Sizi Serhetden Kecmeye Icaze Vermiyeceyler Bu Melumat Dogrudur Xahis Edirem Cavablandirarsiniz.

Bildiririk ki, "Hərbi vəzifə və hərbi xidmət haqqında" Azərbaycan Respublikası Qanununun 21-ci maddəsinə əsasən mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq dövlət qeydiyyatına alınmış, fəaliyyətinə xüsusi razılıq (lisenziya) verilmiş və akkreditasiya olunmuş təhsil müəssisələrində və onların filiallarında təhsilini davam etdirmək üçün çağırışçılara yalnız bir dəfə möhlət verilir.
Sizə qəbul imtahanlarında iştirak etmək üçün həqiqi hərbi xidmətə çağırışdan təkrar möhlət verilməsinə qanuni əsasə yoxdur.
Rauf Kazımov Soruşur Yazılma Tarixi:22.05.2015 21:40:12

Salam.2012ci ilde herbi medkamissiya vaxti ,menim belimde 2-ci dereceli skalioz prablemi olduğuna göre ,meni 3il müddetinde saxlanıldım.Növbeti kamissiya iyuldadır.Bilmek isterdimki eger yene heminki prablem ortaya çıxsa men könüllü olarağ ,ve yaxud Müdafiye Nazirliyine mektub yazarağ mümkündürmü herbiye gedim?Men qulluğ etmek isteyirem.Zehmet olmasa cavablandırın.Teşekkür

Sizin vaxtından əvvəl təkrar tibbi şəhadətləndirilməniz, dövlət səhiyyə sistemi müəssisələrində və ya digər tibb müəssisələrnində müayinə nəticəsində əvvəllər müəyyən edilmiş diaqnozun dəyişdirildiyi və ya sağlam hesab edildiyiniz barədə tibbi sənədlərin hərbi qeydiyyatında olduğunuz Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon (şəhər) idarə, şöbə və bölməsinə təqdim edildiyi halda mümkündür.
Celil Abbasov Soruşur Yazılma Tarixi:22.05.2015 16:22:15

Salam. Iyul ayinda heqiqi herbi xidmet edecem. Komissiyadan kecdikden sonra may ayinda 1 heftelik olke xaricine cixa bilerem mi? Serhedde problem yaranar mi?

Siz, qeydiyyatda olduğunuz idarə, şöbə və bölmənin çağırış komissiyası tərəfindən tibbi şəhadətləndirildikdən və öyrənildikdən sonra barənizdə qanunvericiliyə müvafiq olaraq qərar qəbul ediləcəkdir.
Qeyd etdiyiniz məsələ ilə bağlı qeydiyyatda olduğunuz Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin  idarə, şöbə və ya bölməyə müraciət etməyiniz tövsiyə olunur.
Samir Hasanov Soruşur Yazılma Tarixi:22.05.2015 13:37:04

Salam. Boyum 173 chekim 119 dur, BCİ (beden ceki indeksi) 39 dur. 3cu dereceli piylenme var mende. 3 illik muddetin bu ay bitir, mene yene de 3 il muddet verilecek? (ilk baxishda 116 kg ile dushmushdum, sonra 120 ve 124 ile, indi 119 am) mumkunse cavab yazin, 3cu dereceli piylenme qala qala meni her defe 3 illik muddet verilecek?

Siz, qeydiyyatda olduğunuz Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon idarəsinin (şöbəsinin, bölməsinin) hərbi-həkim komissiyasında  tibbi baxışdan keçiriləcək, ehtiyac olduğu halda tibb müəssisəsində müayinəniz təmin olunacaq və hərbi xidmətə yararlı olub-olmamağınız haqda rayon çağırış komissiyası tərəfindən qərar qəbul olunacaqdır.
Əlavə olaraq bildiririk ki, "Hərbi vəzifə və hərbi xidmət haqqında" Azərbaycan Respublikası Qanununun 20.3 maddəsinə əsasən dinc dövr üçün hərbi xidmətə yararsız, müharibə dövrü üçün məhdud yararlı hesab edilərək ehtiyata keçirilən vətəndaşlar 35 yaşına çatana qədər hər 3 ildən bir təkrar tibbi müayinədən keçirilirlər.
Cədvəldə sətir sayı :14897