Sual/Cavab
HÖRMƏTLİ İSTİFADƏÇİLƏR!

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin internet səhifəsi Konstitusiyanın 57-ci maddəsinə uyğun olaraq vətəndaşların müraciət etmək hüququnun reallaşdırılması vasitəsidir.Hər bir istifadəçinin məktub göndərmək, arzularını bildirmək, onu maraqlandıran məsələlər barədə yazmaq, təklif, ərizə və şikayətlə müraciət etmək imkanı vardır.

SƏFƏRBƏRLİK VƏ HƏRBİ XİDMƏTƏ ÇAĞIRIŞ ÜZRƏ DÖVLƏT XİDMƏTİNİN ÜNVANINA ELEKTRON FORMADA MÜRACİƏT GÖNDƏRMƏZDƏN ƏVVƏL, XAHİŞ EDİRİK QAYDALARLA TANIŞ OLUN:

1.Mətni yazmazdan əvvəl nəzərdə tutulmuş formanın düzgün cavablandırılması vacibdir.

2.Mətn mütləq yazıldığı dilin əlifbası ilə tərtib olunmalıdır, bütövlükdə böyük və ya kiçik hərflərlə yazılmamalı, cümlələrə bölünməli, durğu işarələrindən istifadə qaydalarına riayət edilməlidir.

3.Müraciət aydın və səlis cümlələrlə yazılmalıdır.

4.Müraciət edərkən etika qaydaları gözlənilməlidir. Nəzakətsiz ifadələr işlədildikdə və ya müəllif özü barədə məlumatları dəqiq göstərmədikdə müraciətə cavab verilmir.

5.Hörmətli internet səhifəsi istifadəçiləri! Böyük informasiya axınının işlənməsi xüsusiyyətlərini nəzərə alaraq, xahiş edirik bəzi məhdudiyyətlərə hörmətlə yanaşasınız:

Sualınızı yazın


Verilən suallar
Muxtar Ceferov Soruşur Yazılma Tarixi:15.05.2015 16:29:55

Salam menim sağ boyreyimde 6mm daş var, bu menim herbi xidmete getmeyime mane ola biler?

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş "Hərbi-həkim ekspertizası haqqında əsasnamə"nin "Xəstəliklər cədvəli"nin müvafiq maddəsinin tələblərinə əsasən böyrəklərin ifrazat funksiyasının pozulması olmadan böyrəklərin, sidik axarlarının tək-tək daşları (0,5 sm və daha iri) xəstəliyi olan çağırışçılar "Sülh dövründə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlı" hesab edilirlər.
Siz, qeydiyyatda olduğunuz Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon idarəsinin (şöbəsinin, bölməsinin) hərbi-həkim komissiyasında  tibbi baxışdan keçiriləcək, ehtiyac olduğu halda tibb müəssisəsində müayinəniz təmin olunacaq və hərbi xidmətə yararlı olub-olmamağınız haqda rayon çağırış komissiyası tərəfindən qərar qəbul olunacaqdır.
haciyev hesen Soruşur Yazılma Tarixi:15.05.2015 14:13:39

herbide 17 b alan pensiye veya kanfermansiya alir 2 qrafikadir

Həqiqi hərbi xidmətlə əlaqəli sığorta hadisələri və ödənişləri "Hərbi qulluqçuların dövlər icbari sığortası haqqında" 20.05.1997-ci il tarixli 296-İQ nömrəli Azərbaycan Respublikasının Qanununun 5-ci maddəsinə ilə tənzimlənir.
Seyidov Murad Soruşur Yazılma Tarixi:15.05.2015 14:10:34

Salam men Seyidov Murad Sirin oglu 1993-cu ilde Agdas rayon qaragan sixlar kendinde anadan olmusam . Men 4 il bundan evvel herbi xidmetden azad olundum herbi xidmete gonderilmemyimin esas sebebi ise dislerin narmal olmamasi yeni aciq disler oldugu ucun herbi quluqdan azad olundum. Sag olsunlar rayon herbi kamisarliginan bir naraziligim yoxdu ancaq men bu gunde herbi xidmete gonderilmek isdeyirem cun ki herbici olmaq en boyuk arzum olub xais edirem bu barede mene komeklik edesiniz imkan varsa rayon herbi kamisarligina cagrilmagim ucun gosderis veresiniz ve sonda bele bir imkan yaratdiginiz ucun size tesekur edirem

Sizin vaxtından əvvəl təkrar tibbi şəhadətləndirilməniz, dövlət səhiyyə sistemi müəssisələrində və ya digər tibb müəssisələrnində müayinə nəticəsində əvvəllər müəyyən edilmiş diaqnozun dəyişdirildiyi və ya sağlam hesab edildiyiniz barədə tibbi sənədlərin hərbi qeydiyyatında olduğunuz Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ağdaş rayon şöbəsinə təqdim edildiyi halda mümkündür.
samir meherremov Soruşur Yazılma Tarixi:15.05.2015 10:33:17

Salam.Bilmək istərdim ki hər hansı bir Azərbaycan Respublikanının vətəndaşı xarici dövlətdə təhsil alırsa deyək ki əvvəlki il digər təhsil müəssəsində 2 ci kursda təhsil alırdısa bu il digər təhsil müəssəsində 3 cü kursda yenədə təhsil alır universiteti dəyişdiyinə görə (orda 2 iki burda 3 cü kursdu ixtisas dəyişməyib ) arayış təqdim edilirsə möhlət verilmə hüququndan məhrum olunur ya yox.

Sizin ünvanladığınız suala dəqiq və dolğun cavab verilməsi üçün atanızın adı, təvəllüdünüz və qeydiyyatda olduğunu Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon (şəhər) idarəsi (şöbəsi, bölməsi) göstərilməlidir.
Əks halda qeydiyyatda olduğunuz idarə, şöbə və ya bölməyə müraciət etməyiniz tövsiyə olunur.
SABUTAY SURXAY Soruşur Yazılma Tarixi:15.05.2015 08:59:06

Salam. 16 yashina chatan oglanlarin herbi qeydiyyata alinmasi uchun hansi senedler lazimdir

"Hərbi vəzifə və hərbi xidmət haqqında" Azərbaycan Respublikası Qanununun 6-cı maddəsinin 6.4-cü bəndinə əsasən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli idarə, şöbə və bölmələrində ilkin hərbi qeydiyyata alınmalı olan vətəndaşlar aşağıdakı sənədləri təqdim etməlidirlər:
1. Doğum haqqında şəhadətnamənin surəti;
2. ailə tərkibi haqqında arayış;
3. Təhsil haqqında sənəd (təhsil müəssisəsini bitirənlər üçün)
4. təhsil (təhsil müəssisəsini bitirməyənlər üçün) və iş yerindən arayış;
5. tərcümeyi-hal;
6. 6 ədəd 3x4 ölçüdə fotoşəkil.
Abbasov Elşən Soruşur Yazılma Tarixi:15.05.2015 02:30:51

Salam. Hərbi xidmət yoxlanışının son tarixi nə vaxta qədərdir ? 4cü kurs tələbəsiyəm.

Xidmətin yerli idarə, şöbə və bölmələrində 2015-ci ilin iyul çağırışına hazırlıq may və iyun aylarında başlanılır. Rayon çağırış komissiyasında çağırışçıların tibbi şəhadətləndirilməsi 30 may 2015-ci il tarixdə başa çatdırılır.

SALEH ELIYEV Soruşur Yazılma Tarixi:14.05.2015 20:35:54

Salam. men iyul ayinda herbi xidmete gedecem.bilmek isteyirem vaykamatdan yoxlanis ucun kagiz bu ay gele biler ?

Xidmətin yerli idarə, şöbə və bölmələrində 2015-ci ilin iyul çağırışına hazırlıq may və iyun aylarında başlanılır. Rayon çağırış komissiyasında çağırışçıların tibbi şəhadətləndirilməsi 30 may 2015-ci il tarixdə başa çatdırılır.
Siz qeydiyyatda olduğunuz Xidmətin yerli idarə, şöbə və bölməsinə müraciət etməyiniz tövsiyə olunur.
Hüseyn Abbasov Soruşur Yazılma Tarixi:14.05.2015 20:09:45

Salam, men universiteti bitirdim bu il və iyul ayında əsgərliyə gedəcəm.may ayının 30u turkiye getmek istiyirem 2 heftelik mumkundur bu ? olkeden cixiwa icaze olacaq ? serhedde hec bir problem olmazki ?

Xidmətin yerli idarə, şöbə və bölmələrində 2015-ci ilin iyul çağırışına hazırlıq may və iyun aylarında başlanılır. Rayon çağırış komissiyasında çağırışçıların tibbi şəhadətləndirilməsi 30 may 2015-ci il tarixdə başa çatdırılır.
Siz qeydiyyatda olduğunuz idarə, şöbə və bölmənin çağırış komissiyası tərəfindən tibbi şəhadətləndirildikdən və öyrənildikdən sonra barənizdə qanunvericiliyə müvafiq olaraq qərar qəbul ediləcəkdir.
Afqan Mehdiyev Soruşur Yazılma Tarixi:14.05.2015 17:59:31

Salam,mən Ankara universitetinin 1-ci kurs tələbəsiyəm.Burda olduğum müddətdə 18 yaşım tamam oldu və hərbi xidmətə çağırış barədə qeydiyatda olduğum ünvana bildiriş gəldi.Hələ də təhsil admaqda olduğumu aidiyyatı quruma necə bildirə bilərəm?

Siz, qəbul olunduğunuz təhsil müəssisəsindən təhsilinizi başa vurma müddəti göstərilməklə verilən arayışı qeydiyyatda olduğunuz Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli idarə, şöbə və ya bölməsinə təqdim etməyiniz təklif olunur.
Həmin arayış təqdim edildikdə, Sizə çağırışdan möhlət veriləcəkdir. Əks  halda qanunvericiliyə müvafiq olaraq ümumi əsaslarla müddətli həqiqi hərbi xidmətə çağırışa cəlb ediləcəksiniz.
Quliyev Vuqar Soruşur Yazılma Tarixi:14.05.2015 14:36:05

salam. mende 2ci dereceli yastiayaqliliq vardir. men indi yararli ve ya yararsiz sayiliram? twk

Ayağın orta hissəsi oynaqlarının II mərhələ deformasiyaedici osteoartrozu olmadıqda çağırışçılar II dərəcəli yastıayaqlıqla Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş "Hərbi-həkim ekspertizası haqqında əsasnamə"nin "Xəstəliklər cədvəli"nin tələblərinə əsasən "Hərbi xidmətə yararlıdır. A-3" hesab edilirlər.
Siz, qeydiyyatda olduğunuz Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon idarəsinin (şöbəsinin, bölməsinin) hərbi-həkim komissiyasında  tibbi baxışdan keçiriləcək, ehtiyac olduğu halda tibb müəssisəsində müayinəniz təmin olunacaq və hərbi xidmətə yararlı olub-olmamağınız haqda rayon çağırış komissiyası tərəfindən qərar qəbul olunacaqdır. 
Cədvəldə sətir sayı :14897