Sual/Cavab
HÖRMƏTLİ İSTİFADƏÇİLƏR!

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin internet səhifəsi Konstitusiyanın 57-ci maddəsinə uyğun olaraq vətəndaşların müraciət etmək hüququnun reallaşdırılması vasitəsidir.Hər bir istifadəçinin məktub göndərmək, arzularını bildirmək, onu maraqlandıran məsələlər barədə yazmaq, təklif, ərizə və şikayətlə müraciət etmək imkanı vardır.

SƏFƏRBƏRLİK VƏ HƏRBİ XİDMƏTƏ ÇAĞIRIŞ ÜZRƏ DÖVLƏT XİDMƏTİNİN ÜNVANINA ELEKTRON FORMADA MÜRACİƏT GÖNDƏRMƏZDƏN ƏVVƏL, XAHİŞ EDİRİK QAYDALARLA TANIŞ OLUN:

1.Mətni yazmazdan əvvəl nəzərdə tutulmuş formanın düzgün cavablandırılması vacibdir.

2.Mətn mütləq yazıldığı dilin əlifbası ilə tərtib olunmalıdır, bütövlükdə böyük və ya kiçik hərflərlə yazılmamalı, cümlələrə bölünməli, durğu işarələrindən istifadə qaydalarına riayət edilməlidir.

3.Müraciət aydın və səlis cümlələrlə yazılmalıdır.

4.Müraciət edərkən etika qaydaları gözlənilməlidir. Nəzakətsiz ifadələr işlədildikdə və ya müəllif özü barədə məlumatları dəqiq göstərmədikdə müraciətə cavab verilmir.

5.Hörmətli internet səhifəsi istifadəçiləri! Böyük informasiya axınının işlənməsi xüsusiyyətlərini nəzərə alaraq, xahiş edirik bəzi məhdudiyyətlərə hörmətlə yanaşasınız:

Sualınızı yazın


Verilən suallar
Ali Rehimli Soruşur Yazılma Tarixi:26.04.2015 18:05:59

salam men 2014 ci ilde ali mektebe daxil olmusam lakin yeniden imtahan vermek isteyirem bunun ucun herbi xidmetden mohlet verilirmi?

Bildiririk ki, 2014-cü ildə orta ümumtəhsil məktəblərini bitirmiş və 2015-ci iin aprel ayının 30-dan iyul ayının 30-dək 18 yaşı tamam olan, səhhəti ilə əlaqədar olaraq vaxtından əvvəl tibbi şəhadətləndirilməsi üçün Xidmətin qeydiyyatda olduqları yerli idarə, şöbə və bölmələrinə ərizə ilə müraciət edən çağırışçılar əlavə tibbi  müayinəyə göndərildikdən sonra, "Sağlamlıq vəziyyətinin müayinə edilməsi aktı"nda hərbi xidmətə çağırışdan
möhlət verilməsinə əsas verən diaqnoz qeyd edildikdə, onlar müvafiq arayışla təmin edilirlər.
Rahib Nagiyev Soruşur Yazılma Tarixi:26.04.2015 03:59:30

Men aprelde herbi xidmete çagrıldım daxılı qosunlara düşmusdum ancag meni 1.69boy 92 kilo oldugumu qeyd olunarag yararsız oldum sualım budur kı men ömurluk azad oldum? özum ali tehsilliyem ve şehid ailesiyem bu ne qeder duzgun bir qerardır?

Müraciətinizlə bağlı müvafiq araşdırmanın aparılması məqsədi ilə atanızın adı, təvəllüdünüz və qeydiyyatda olduğunuz Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon (şəhər) idarəsi (şöbəsi, bölməsi) göstərilməlidir.  
Məsimov Əli Fəxrəddin Soruşur Yazılma Tarixi:26.04.2015 00:36:16

Salam men Mesimov Eli Fexreddin oglu 1991ci ilem. Bu il Universiteti bitirem ve Zabit kimi xidmet elemek isdirem. Yani esgerliye Zabit kimi Getmet isdirem TTM -e bunu nece ede bilerem xahis edirem etrafli cavab veresiniz. Men esger gedib sonra ordanmi Zabitlik kursuna yolanmaliyam yoxsa esger getmeden bir basa kursa gonderilib Zabit kimi xidmet metmeliyem. Evelceden tesekkurler

Bildiririk ki, Azərbaycan Respublikası Müdafiə Nazirliyindən verilmiş müəyyən sayda sifarişə əsasən yalnız həkim ixtisaslı mütəxəssislərin Təlim və Tədris Mərkəzindən ehtiyat zabit hazırlığı kursunda təhsil alması nəzərdə tutulmuşdur.
Pərviz Ibrahimov Soruşur Yazılma Tarixi:25.04.2015 19:44:25

Salam,Mən yanvar çağırışçısı idim. Yanvar ayında hərbi komissiya yararsız yazdı göndərdi sabunçuya, sabunçu təsdiqlədi, hərbi komissiya 3 il qərarı verdi. Yanvarda üç il yazdılar. Indi iki gün qabaq çağırdılar city hospitala. 6 ay yazdılar orda yararsız. Mən nə vaxta qədər rentgenə girəcəm hər bir aydan bir? Artıq 3-4 ayda 4 dəfə rentgene girmişəm. Dəqiq heçnə yoxdu ortada. Xahiş edirəm deyin görək bu nə vaxta qədər belə davam edəcək. Pərviz Ibrahimov Eldar oğlu.

Müraciətinizlə bağlı müvafiq araşdırmanın aparılması məqsədi ilə təvəllüdünüz və qeydiyyatda olduğunuz Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon (şəhər) idarəsi (şöbəsi, bölməsi) göstərilməlidir.
Cavid Zeynalov Soruşur Yazılma Tarixi:25.04.2015 11:46:22

Öncəliklə salamlar,bu sualimi qardaşımla əlaqədər verirəm Mənim Qardaşım hərbiyə yararlı deyil lakin hələ də ona hərbi bilet verməyiblər dün bununla bağlı valideynim Nizami Rayonu Hərbi Komisarliğina getmiş ordan sizin övladınıza hərbi bilet veriləçək deyib neçə gün müddətində veriləçək ? Birdə yeni qərar ilə Qardaşım neçə ildən bir həmin bu hərbiyə yararsızlıqla bağlı yenidən komisarlığdan keçməlidir ? Tez bir zaman da məlümat alsam sevinərəm uğurlar

Bildiririk ki, çağırışçılar rayon (şəhər) çağırış komissiyası tərəfindən qəbul edilmiş qərarın təsdiq edilməsi üçün şəxsi işləri ilə birlikdə Xidmətin Mərkəzi Hərbi-Həkim Komissiyasına göndərilirlər. Xidmətin Mərkəzi Hərbi-Həkim Komissiyasının müvafiq qərarı ilə onların hərbi xidmətə yararlılıq kateqoriyası təyin edildikdən sonra şəxsi işləri aidiyyəti üzrə Xidmətin yerli idarə, şöbə və ya bölmələrinə geri qaytarılır və bu barədə vətəndaşlara məlumat verilir.
Əlavə olaraq bildiririk ki, "Hərbi vəzifə və hərbi xidmət haqqında" Azərbaycan Respublikası Qanununun 20.3 maddəsinə əsasən, dinc dövr üçün hərbi xidmətə yararsız, müharibə dövrü üçün məhdud yararlı hesab edilərək ehtiyata keçirilən vətəndaşlar 35 yaşına çatana qədər hər 3 ildən bir təkrar tibbi müayinədən keçirilirlər. Təkrar tibbi müayinə zamanı dinc dövrdə həqiqi hərbi xidmətə yararlı hesab olunanlar ümumi əsaslarla müddətli həqiqi hərbi xidmətə çağırılırlar.
Ənvər Balayev Soruşur Yazılma Tarixi:25.04.2015 09:59:05

Sizdən xahis edirəm.mənim səxsi isimi Səfərbəlik və Hərbi Xidmətə Cagiris uzrə Dovlət Xidmətinin Lənkəran sobəsinə gondərəsiniz.Əvvəlcədən Sizə təsəkkurumu bildirirəm.

Müraciətinizlə bağlı müvafiq araşdırmanın aparılması məqsədi ilə atanızın adı və təvəllüdünüz göstərilməlidir.
Ənvər Balayev Soruşur Yazılma Tarixi:25.04.2015 09:27:38

Mən Balayev Ənvər Kərim oglu 1992-ci ildən -1999cu ilədək Azəbaycan Silahli Quvvələrində xidmət etmisəm.Hal-hzirda təqaud aliram.Amma məzuniyyət pulu almaq ucun səxsi isimi tapa bilmirəm.Xahis edirəm mənə koməklik gostərəsiniz.

Bildiririk ki, istifadə edilməmiş növbəti məzuniyyət günlərinə görə pul kompensasiyasının verilməsi üçün aidiyyəti üzrə qulluq (xidmət) etdiyiniz müvafiq orqana müraciət etməlisiniz.
Nəzərinizə çatdırırıq ki, barənizdə ətraflı məlumatlar (təvəllüdünüz, hərbi rütbəniz və harada qeydiyyatda olmağınız) müraciətdəqeyd edildiyi halda şəxsi işinizlə bağlı araşdırmanın aparılması mümkündür.
emil eliyev Soruşur Yazılma Tarixi:24.04.2015 23:28:10

menim taniwim 18 kimi Azerbaycan vetendasi idi 18 yasinnan sonra Rusiya vetendasi oldu . indi o hansi olkede herbi xidmete getmelidi ?

Bildiririk ki, "Hərbi vəzifə və hərbi xidmət haqqında" Azərbaycan Respublikası Qanununun 12.9-cu maddəsinə əsasən xarici dövlətin vətəndaşlığını qəbul etmiş, lakin Azərbaycan Respublikasının vətəndaşlığına xitam verilməmiş çağırışçılar ümumi əsaslarla müddətli həqiqi hərbi xidmətə çağırılırlar.
Məzahim Mikayılov Soruşur Yazılma Tarixi:24.04.2015 20:42:07

Salam. Sualım snayper kursları ilə bağlı idi. Keçən il (2014) bu kursun SHXÇDX tərəfindən yaradılacağı bildirilmişdi. Hal-hazırda bu kurs mövcuddurmu? Mövcuddursa necə müraciət edə bilərəm?

Bildiririk ki, qeyd etdiyiniz ixtisas üzrə hazırlıq kursları hal-hazırda Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin tabeliyində olan "Hərbi Vətənpərvərlik və Mütəxəssis Hazırlığı" MMC-nin Bakı şəhərində yerləşən filiallarında təşkil olunur və bu kurslara müəyyən edilmiş tələblərə cavab verən, növbəti çağırışda müddətli həqiqi hərbi xidmətə göndəriləcək çağırışçılar cəlb edilir.
Qeyd edilən istisas üzrə hazırlığa cəlb edilmənin şərtləri və kursların başlanma vaxtının dəqqiləşdirilməsi ilə əlaqədar hərbi qeydiyyatda olduğunuz Xidmətin yerli idarə, şöbə və ya bölməsinə müraciət edə bilərsiniz.
Bu ixtisas üzrə ödənişli kurslar təşkil edilmir.
Rəcəb Qaraşov Soruşur Yazılma Tarixi:24.04.2015 14:23:13

SALAM MEN 1996 CI ILDENEM 19 YASIM VAR 2012 CI ILDE IX SINIFI BITIRIB 3 ILLIK PESE LISSEYINE DAXIL OLMUSAM BU IL LISSEYI BITIRIREM MENIM ALI MEKTEBE IMTAHAN VERIB OXUMAQ HUQUQUM VAR?

Bildiririk ki, "Hərbi vəzifə və hərbi xidmət haqqında" Azərbaycan Respublikası Qanununun 21-ci maddəsinə əsasən təhsilini davam etdirmək üçün çağırışçılara yalnız bir dəfə möhlət verilir.
Cədvəldə sətir sayı :14897