Sual/Cavab
HÖRMƏTLİ İSTİFADƏÇİLƏR!

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin internet səhifəsi Konstitusiyanın 57-ci maddəsinə uyğun olaraq vətəndaşların müraciət etmək hüququnun reallaşdırılması vasitəsidir.Hər bir istifadəçinin məktub göndərmək, arzularını bildirmək, onu maraqlandıran məsələlər barədə yazmaq, təklif, ərizə və şikayətlə müraciət etmək imkanı vardır.

SƏFƏRBƏRLİK VƏ HƏRBİ XİDMƏTƏ ÇAĞIRIŞ ÜZRƏ DÖVLƏT XİDMƏTİNİN ÜNVANINA ELEKTRON FORMADA MÜRACİƏT GÖNDƏRMƏZDƏN ƏVVƏL, XAHİŞ EDİRİK QAYDALARLA TANIŞ OLUN:

1.Mətni yazmazdan əvvəl nəzərdə tutulmuş formanın düzgün cavablandırılması vacibdir.

2.Mətn mütləq yazıldığı dilin əlifbası ilə tərtib olunmalıdır, bütövlükdə böyük və ya kiçik hərflərlə yazılmamalı, cümlələrə bölünməli, durğu işarələrindən istifadə qaydalarına riayət edilməlidir.

3.Müraciət aydın və səlis cümlələrlə yazılmalıdır.

4.Müraciət edərkən etika qaydaları gözlənilməlidir. Nəzakətsiz ifadələr işlədildikdə və ya müəllif özü barədə məlumatları dəqiq göstərmədikdə müraciətə cavab verilmir.

5.Hörmətli internet səhifəsi istifadəçiləri! Böyük informasiya axınının işlənməsi xüsusiyyətlərini nəzərə alaraq, xahiş edirik bəzi məhdudiyyətlərə hörmətlə yanaşasınız:

Sualınızı yazın


Verilən suallar
Musazade Elsad Soruşur Yazılma Tarixi:20.04.2015 01:53:33

salam 1997 ci ildenem aprelin 1i ucun mene caqiriw gelmiwdi ..uzi aparatinan kecende saq boyreyim adi yerinde teyin olunmadi canaq sumuyumun uzerinde anormal wekilde yelewir....esgeriye getmeyimden 19 gune yaxin kecib helede bir netice yoxdur hal buki cavab verilmeliydi mene .bu halda men ne ede bilerem ?

Müraciətinizlə bağlı müvafiq araşdırmanın aparılması məqsədi ilə atanızın adı, təvəllüdünüz və qeydiyyatda olduğunuz Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon (şəhər) idarəsi (şöbəsi, bölməsi) göstərilməlidir.
Ekber Eliyev Soruşur Yazılma Tarixi:19.04.2015 22:21:52

Salam .. Men 4-cu kurs telebesiyem .. Amma 3 -cu kursda praktikaya gede bilmediyim ucun dovlet imtahanina gonderilmirem....Dekabr ayina kimi nece mohlet ala bilerem SHXCDX -dan ?

Sizin ünvanladığınız suala dəqiq və dolğun cavab verilməsi üçün atanızın adı, təvəllüdünüz və qeydiyyatda olduğunu Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon (şəhər) idarəsi (şöbəsi, bölməsi) göstərilməlidir.
ayxan Soruşur Yazılma Tarixi:19.04.2015 17:28:58

salam.men vetendasliqdan imtina etmek ucun sefirliye muraiet etmisem. muracietim nezere alinib. senedler hazirlayiram. vayankamantdan her hansisa kagiz almaliyam bunun ucun? p.s 20 yasim var herbi xidmetde olmamisam. sehhetimle bagli

Sizin ünvanladığınız suala dəqiq və dolğun cavab verilməsi üçün soyadınız, atanızın adı, təvəllüdünüz və qeydiyyatda olduğunu Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon (şəhər) idarəsi (şöbəsi, bölməsi) göstərilməlidir.
Əsədov Nurlan Soruşur Yazılma Tarixi:19.04.2015 15:27:39

Salam mənim atam 1ci qrup müvəqqəti əlil,anam işləyir və ailənin tək övladıyam,bilmək istəyirəmki hərbi xidmətə möhlət ala bilərəm? Öncədən təşəkkürlər.

Bildiririk ki, "Hərbi vəzifə və hərbi xidmət haqqında" Azərbaycan Respublikası Qanununun 19.1.1-ci maddəsinə )başqa övladı olmayan I qrup əlil olan ata yaxud ana) əsasən  çağırışçılara ailə vəziyyətinə  görə həqiqi hərbi xidmətə çağırışdan möhlət verilir.
Abbasov Tebriz Soruşur Yazılma Tarixi:19.04.2015 02:37:51

Bildirdiyiniz kimi vaxtından əvvəl ordu sıralarından tərxis olunan vətəndaşların təkrar müddətli həqiqi hərbi xidmətə cəlb olunması mövcud qanunverivilikdə nəzərdə tutulmamışdır. Eger men daha tam saqlamamsa ve herbi biletimden xestelik hakda olan maddeni goturmek isteyremse ne etmeliyem.?Artiq tam saqlam olduqumu subut ede bilerem

Əlavə olaraq bildiririk ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş "Hərbi-həkim ekspertizası haqqında əsasnamə"nin tələblərinə müvafiq olaraq vətəndaşların təkrar tibbi şəhadətləndirilməsi, dövlət səhiyyə sistemi müəssisələrində və ya digər tibb müəssisələrində müayinə nəticəsində əvvəllər müəyyən edilmiş diaqnozun dəyişdirildiyi və ya sağlam hesab edildiyi barədə tibbi sənədlərin hərbi qeydiyyatda olduğu Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon (şəhər) idarəsinə (bölmə və ya şöbəsinə) təqdim edildiyi halda mümkündür.
Bununla belə, ehtiyatda olan hərbi vəzifəlilərin hərbi xidmətə münasibətinə dair bütün məlumat və dəyişikliklər hərbi biletin xüsusi qeydlər bölməsində öz əksini tapmalıdır.
Mehdiyeva Feride Soruşur Yazılma Tarixi:18.04.2015 23:01:19

Agcebedi Pedaqoji Koleci Texnologya muellimliyi....1994.11.18.Ismayillidanam.Herbici iwlemek isteyrem mene ne senedleri lazmdi iwe qebul olmaq ucun hara getmeliyem ve ne iwdiyecem.

Bildiririk ki, "Hərbi vəzifə və hərbi xidmət haqqında" Azərbaycan Respublikasının Qanununun 36.1-ci maddəsinə əsasən həqiqi hərbi xidmətə qəbul üçün müəyyən edilmiş tələblərə cavab verən Azərbaycan Respublikasının vətəndaşları bağlaşma əsasında aşağıdaki həqiqi hərbi xidmətlərə könüllü daxil olurlar.
Bu səbəbdən Siz hərbi xidmət keçmək üçün Azərbaycan Respublikası Silahlı Qüvvələrinin və qanunvericilikdə nəzərdə tutulmuş digər silahlı birləşmələrin Komandanlıqlarına müraciət edə bilərsiniz. 
Vüsal Ənvərli Soruşur Yazılma Tarixi:18.04.2015 20:38:28

Salam size sualim bundan ibaretdirki menim qardasim kecen ilin yeni 2014 ci ilin mezunu ve abituriyentidir.O kecen ilin qebul imtahanlarinda ugursuz isdirak etdiyine gore bu il yeniden hazirlasib sened vermek isdeyir lakin sened vermek ucun rayon cagris menteqesinden arayis almalidir lakin onu vermirlerki sen cagriscisan amma qardasimin 18 yasi iyul ayinin sonu tamam olur qebul imtahanlari ise may ayina tesaduf edir.Yeniki onun imtahan vermeye ve neticelerini oyrenmek ucun kifayet qeder vaxdi var.Bu senedin verilmemesi ne derecede dogrudur?Bele bir sey varmi ki cagriscidir diye sened vermesinller ama bildiyiniz kimi Qebul imtahanlarida bu il tez kecrlecek.Her hansi bir quruma xahis erizesi ve ya basqa bir sened verib bu senedi almaq olarmi ki o qebul imtahanlarinda isdirak etsin?

Bildiririk ki, 2014-cü ildə orta ümumtəhsil məktəblərini bitirmiş və 2015-ci iin aprel ayının 30-dan iyul ayının 30-dək 18 yaşı tamam olan, səhhəti ilə əlaqədar olaraq vaxtından əvvəl tibbi şəhadətləndirilməsi üçün Xidmətin qeydiyyatda olduqları yerli idarə, şöbə və bölmələrinə ərizə ilə müraciət edən çağırışçılar əlavə tibbi müayinəyə göndərildikdən sonra, "Sağlamlıq vəziyyətinin müayinə edilməsi aktı"nda hərbi xidmətə çağırışdan möhlət verilməsinə əsas verən diaqnoz qeyd edildikdə, onlar müvafiq arayışla təmin edilirlər.
Emin Abbaszadə Soruşur Yazılma Tarixi:18.04.2015 18:08:41

Mən 1988-ci il təvəllüdlü, ehtiyatda olan zabit Abbaszadə Emin Həşim oğlu 2012-ci ildə Müdafiə Nazirliyin ordu siralarindan xidmət müddətim başa çatdiqi üçün ehtiyata buraxilmişam.SHXÇDX qebul olunmaq uçun erize unvanlamişdim.Mene verilən cavab bu oldu ki,xidmətə qebul olunmaqiniz məqsədə uyğun deyildir.Xahis edirəm ki,xidmətə qebul olunmamaqimin səbəbin cavablandirardiniz.

Müraciətinizlə əlaqədar Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Kadrlar və Kadr Hazrılığı idarəsinə gəlməyiniz təklif olunur.
Seyfəddin qardaşxanov Soruşur Yazılma Tarixi:18.04.2015 13:14:25

Salam mən Qardaşxanov seyfəddin nurəddin oğlu Yardımlı rayon vətəndaşı men xəsdəliklə bağlı xidmətə vaxdında gedə bilmədim bu ay komissiyadan keçdim və sənədlərim göndərilib nazirliyə bilmək isdəyiremki hansı herbi hissəyə düsmüsem

2015-ci ilin aprel çağırışının bölgüsü tam başa çatdıqdan sonra qeydiyyatda olduğunuz Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli idarə, şöbə və ya bölməsi tərəfindən hərbi xidmətə cəlb olunmağınız barədə əlavə olaraq məlumatlandırılacaqsınız.
Əlizadə Samir Soruşur Yazılma Tarixi:18.04.2015 11:31:25

Salam Hər Vaxtiniz Xeyr Mən 2010 cu il oktyabr ayinda herbi xidmete caqrilmişam 2012 aprel ayinda texris olunmuşam indi isteyim döyüş bölgesinde gizir kimi işlemekdi buna görə hara müraciət etməliyəm zəhmət olmasa mənə bu barədə məlumat verəsiniz

Bildiririk ki, "Hərbi vəzifə və hərbi xidmət haqqında" Azərbaycan Respublikasının Qanununun 36.1-ci maddəsinə əsasən həqiqi hərbi xidmətə qəbul üçün müəyyən edilmiş tələblərə cavab verən Azərbaycan Respublikasının vətəndaşları bağlaşma əsasında aşağıdaki həqiqi hərbi xidmətlərə könüllü daxil olurlar:
 - Gizirlərin və miçmanların həqiqi hərbi xidmətinə - ən azı tam orta təhsilli, azı bir il hərbi xidmət keçmiş əsgərlər, matroslar, çavuşlar, 40 yaşınadək hərbi vəzifəlilər (zabit istisna olmaqla), habelə 19 yaşından 40 yaşınadək qadınlar daxil olurlar.
Bu səbəbdən Siz hərbi xidmət keçmək üçün Azərbaycan Respublikası Silahlı Qüvvələrinin və qanunvericilikdə nəzərdə tutulmuş digər silahlı birləşmələrin Komandanlıqlarına müraciət edə bilərsiniz. 
Cədvəldə sətir sayı :14897