Sual/Cavab
HÖRMƏTLİ İSTİFADƏÇİLƏR!

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin internet səhifəsi Konstitusiyanın 57-ci maddəsinə uyğun olaraq vətəndaşların müraciət etmək hüququnun reallaşdırılması vasitəsidir.Hər bir istifadəçinin məktub göndərmək, arzularını bildirmək, onu maraqlandıran məsələlər barədə yazmaq, təklif, ərizə və şikayətlə müraciət etmək imkanı vardır.

SƏFƏRBƏRLİK VƏ HƏRBİ XİDMƏTƏ ÇAĞIRIŞ ÜZRƏ DÖVLƏT XİDMƏTİNİN ÜNVANINA ELEKTRON FORMADA MÜRACİƏT GÖNDƏRMƏZDƏN ƏVVƏL, XAHİŞ EDİRİK QAYDALARLA TANIŞ OLUN:

1.Mətni yazmazdan əvvəl nəzərdə tutulmuş formanın düzgün cavablandırılması vacibdir.

2.Mətn mütləq yazıldığı dilin əlifbası ilə tərtib olunmalıdır, bütövlükdə böyük və ya kiçik hərflərlə yazılmamalı, cümlələrə bölünməli, durğu işarələrindən istifadə qaydalarına riayət edilməlidir.

3.Müraciət aydın və səlis cümlələrlə yazılmalıdır.

4.Müraciət edərkən etika qaydaları gözlənilməlidir. Nəzakətsiz ifadələr işlədildikdə və ya müəllif özü barədə məlumatları dəqiq göstərmədikdə müraciətə cavab verilmir.

5.Hörmətli internet səhifəsi istifadəçiləri! Böyük informasiya axınının işlənməsi xüsusiyyətlərini nəzərə alaraq, xahiş edirik bəzi məhdudiyyətlərə hörmətlə yanaşasınız:

Sualınızı yazın


Verilən suallar
abdulov kamil Soruşur Yazılma Tarixi:21.04.2015 17:46:08

Salam menim sol gözümde linza var yazdirib könülü herbi xidmete gede bilerem

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş "Hərbi-həkim ekspertizası haqqında əsasnamə"nin sağlamlıq vəziyyətinə dair əlavə tələblər cədvəli nəzərə alınmaqla tibbi müayinə olunurlar. Yalnız tibbi müayinə zamanı "hərbi xidmətə yararlı" sayılmış vətəndaşlar hərbi xidmətə göndərilirlər.
Hesenov Tagi Soruşur Yazılma Tarixi:21.04.2015 17:43:27

Xaricde aspiranturada oxuyana mohlet var?

Bildiririk ki, "Hərbi vəzifə və hərbi xidmət haqqında" Azərbaycan Respublikası Qanununun 21-ci maddəsinə əsasən  təhsilini davam etdirmək üçün çağırışçılara yalnız bir dəfə möhlət verilir.
Rzayeva Ellada Soruşur Yazılma Tarixi:21.04.2015 16:16:39

Salam. 2015 -ci ildə Dövlət Sərhəd Xidmətinə işə qəbul olunma üzrə verilən sənədlərin çağırışları nə zaman başlayacaq?

Qeyd etdiyiniz məsələ ilə bağlı Dövlət Sərhəd Xidmətinə müraciət etməyiniz tövsiyə olunur.
Aslanov Receb Soruşur Yazılma Tarixi:21.04.2015 11:05:27

Men islemek barede sual yazmisdim size bele cavab geldi ki etrafli melumat verseniz erizenize baxila biler.elektron xidmetler bolmeinden her bir teleb olunan sehifeleri dolsurub senedleri gonderdim bele cvb geldi ki hazirda ehtiyatda olan zabitlerin qebulu meselesine baxilir.bes sexsen siz deyen unvana yaxinlasib senedleri teqdim elesem onda nece ?kecmek sansim varmi

Bildiririk ki, hal-hazırda Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə, Silahlı Qüvvələrdə zabit qismində həqiqi hərbi xidmət keçmiş, xidmət etdiyi müddət ərzində xarakterizə olunan, ehtiyyatda olan zabitlərin qəbul edilməsi məsələsinə baxılır. Bu səbəbdən Sizin Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə həqiqi hərbi xidmətə qəbul olunmağınızla bağlı müraciətinizin müsbət həlli mümkün hesab edilməmişdir.
Hüseynli Elsevər Soruşur Yazılma Tarixi:21.04.2015 10:31:35

Salam.Mən 2011 ci ildə Azərbaycan Texniki Universitetini (bakalavr) bitirmişəm.2011-2012 ci illərdə hərbi xidmətdə olmuşam.2014 ci ildə Qafqaz Universitetini (magistr) bitirmişəm.Bilmək istərdim ki, mən ehtiyat zabit kimi (nikadr) hərbi xidmətə işləyə bilərəm?Əgər işləyə bilərəmsə ixtisas seçimi necə aparılır?

Sualınızın cavablandırırlması üçün barənizdə ətraflı məlumat verilməklə ərizə ilə müraciət etməyiniz tövsiyə olunur.
SULEYMAN MAHMUDOV Soruşur Yazılma Tarixi:21.04.2015 08:52:32

Salam.Mende ayaqim alti duzdu qorxuramki yararsiz yazarlar.Konullu erize yazsam Herbi xidmete gedebilerem? eger mumkunse etrafli yazardiz xahis edirem

Bildiririk ki, həqiqi hərbi xidmətə çağırılmış çağırışçılar Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş "Hərbi-həkim ekspertizası haqqında əsasnamə"nin sağlamlıq vəziyyətinə dair əlavə tələblər cədvəli nəzərə alınmaqla tibbi müayinə olunurlar. Yalnız tibbi müayinə zamanı "hərbi xidmətə yararlı" sayılmış vətəndaşlar həbi xidmətə göndərilirlər.
Yusifli Kenan Soruşur Yazılma Tarixi:21.04.2015 00:05:36

men 2003 2014 mektebi qurtarmisam 2014 uniye qebul ola bilmedim bu il TQDK kagiz istiyirler mohlet arayisi onuda Masalli vayonkomati pul ile satir menim ad gunum mayin 28 di imtahan iste mayin 24 siz deyin kasib biri Masalli vayonkomatina minden cox pulu nece versin ? xahiw sulima cavab verin

Bildiririk ki, 2014-cü ildə orta ümumtəhsil məktəblərini bitirmiş və 2015-ci iin aprel ayının 30-dan iyul ayının 30-dək 18 yaşı tamam olan, səhhəti ilə əlaqədar olaraq vaxtından əvvəl tibbi şəhadətləndirilməsi üçün Xidmətin qeydiyyatda olduqları yerli idarə, şöbə və bölmələrinə ərizə ilə müraciət edən çağırışçılar əlavə tibbi müayinəyə göndərildikdən sonra, "Sağlamlıq vəziyyətinin müayinə edilməsi aktı"nda hərbi xidmətə çağırışdan möhlət verilməsinə əsas verən diaqnoz qeyd edildikdə, onlar müvafiq arayışla təmin edilirlər.
Anar Tagiyev Soruşur Yazılma Tarixi:20.04.2015 22:50:34

Salam menim qardaşim keçen ilin mezunudu 18yasi iyul ayinin 27tamam olacaq ali mektebe sened verir mohlet kagizi isteyirler bilmek isterdim mohlet kagizi pulladi ya pulsuz.

Bildiririk ki, 2014-cü ildə orta ümumtəhsil məktəblərini bitirmiş və 2015-ci iin aprel ayının 30-dan iyul ayının 30-dək 18 yaşı tamam olan, səhhəti ilə əlaqədar olaraq vaxtından əvvəl tibbi şəhadətləndirilməsi üçün Xidmətin qeydiyyatda olduqları yerli idarə, şöbə və bölmələrinə ərizə ilə müraciət edən çağırışçılar əlavə tibbi müayinəyə göndərildikdən sonra, "Sağlamlıq vəziyyətinin müayinə edilməsi aktı"nda hərbi xidmətə çağırışdan möhlət verilməsinə əsas verən diaqnoz qeyd edildikdə, onlar müvafiq arayışla təmin edilirlər.
Nicat Sadiqov Soruşur Yazılma Tarixi:20.04.2015 19:58:15

Salam.Adım Nicat.Tələbəyəm .5 yaşından ağir dərəcəli Astma xəstəliyindən əziyyət çəkirəm.Nəfəs catışmamazlığım var.inhalator ilə gezirəm .Bundan başqa heç bir Problemim yoxdur.9 cu sinifdə yoxlanışda olan zaman verilən vəsiqədə hərbi xidmətə yararsız kimi qeyd olunub. Özümdə bilirəmki yararsızam .Lakin buna baxmayaraq hərbi xidmətdə olmaq istəyirəm.Necə xidmətdə ola bilərəm? Xəstəliyime mane olmayan xidmət sahəsində xidmət edə bilərəmmi ? Güman edirəm ki , tezliklə cavablandıracaqsınız. Diqqətiniz üçün minnətdaram .

Xəstəliklərin dərəcəsindən, yayılmasından, yaratdığı fəsadlardan, orqanların funksiyalarının pozulmasından və davamlılığından asılı olaraq çağırışçılar Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş "Hərbi-həkim ekspertizası haqqında əsasnamə"nin "Xəstəliklər cədvəli"nin tələblərinə əsasən şəhadətləndirilirlər.
Siz, qeydiyyatda olduğunuz Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon idarəsinin (şöbəsinin, bölməsinin) hərbi-həkim komissiyasında  tibbi baxışdan keçiriləcək, ehtiyac olduğu halda tibb müəssisəsində müayinəniz təmin olunacaq və hərbi xidmətə yararlı olub-olmamağınız haqda rayon çağırış komissiyası tərəfindən qərar qəbul olunacaqdır.
Əlavə olaraq bildiririk ki, vətəndaşların 
vaxtından əvvəl təkrar tibbi şəhadətləndirilməsi, dövlət səhiyyə sistemi müəssisələrində və ya digər tibb müəssisələrnində müayinə nəticəsində əvvəllər müəyyən edilmiş diaqnozun dəyişdirildiyi və ya sağlam hesab edildiyi barədə tibbi sənədlərin hərbi qeydiyyatında olduğu Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon (şəhər) idarə, şöbə və bölməsinə təqdim edildiyi halda mümkündür.
Röyal Məmmədov Soruşur Yazılma Tarixi:20.04.2015 19:14:36

19.03.1994 teveludlu Memmedov Royal Fuzuli oglu seferberlik ve herbi xidmede cagiris uzre xidmetin agsu rayon bolmesi qeydiyatindayam . hal hazirda universiteti qutariram . ali tehsilliler ucun 1 il 9 ay herbi xidmet haqqinda mene melumat vererdizde zehmet olmasa

"Hərbi vəzifə və hərbi xidmət haqqında" Azərbaycan Respublikası Qanununun 38.1.1 maddəsinə əsasən, ali təhsilli çağırışçılar təqvim hesabı ilə 1 il, qalan çağırışçılar isə 1 il 6 ay müddətli həqiqi hərbi xidmət keçirlər.
Bildiririk ki, müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları təhsil müəssisəsindən verilmiş diplomun notarial qaydada təsdiq eidlmiş kserosurətini xidmət etdikləri hərbi hissəyə təqdim etdikdə, onlar 1 ildən sonra ordu sıralarından tərxis olunurlar.
Cədvəldə sətir sayı :14890