Sual/Cavab
HÖRMƏTLİ İSTİFADƏÇİLƏR!

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin internet səhifəsi Konstitusiyanın 57-ci maddəsinə uyğun olaraq vətəndaşların müraciət etmək hüququnun reallaşdırılması vasitəsidir.Hər bir istifadəçinin məktub göndərmək, arzularını bildirmək, onu maraqlandıran məsələlər barədə yazmaq, təklif, ərizə və şikayətlə müraciət etmək imkanı vardır.

SƏFƏRBƏRLİK VƏ HƏRBİ XİDMƏTƏ ÇAĞIRIŞ ÜZRƏ DÖVLƏT XİDMƏTİNİN ÜNVANINA ELEKTRON FORMADA MÜRACİƏT GÖNDƏRMƏZDƏN ƏVVƏL, XAHİŞ EDİRİK QAYDALARLA TANIŞ OLUN:

1.Mətni yazmazdan əvvəl nəzərdə tutulmuş formanın düzgün cavablandırılması vacibdir.

2.Mətn mütləq yazıldığı dilin əlifbası ilə tərtib olunmalıdır, bütövlükdə böyük və ya kiçik hərflərlə yazılmamalı, cümlələrə bölünməli, durğu işarələrindən istifadə qaydalarına riayət edilməlidir.

3.Müraciət aydın və səlis cümlələrlə yazılmalıdır.

4.Müraciət edərkən etika qaydaları gözlənilməlidir. Nəzakətsiz ifadələr işlədildikdə və ya müəllif özü barədə məlumatları dəqiq göstərmədikdə müraciətə cavab verilmir.

5.Hörmətli internet səhifəsi istifadəçiləri! Böyük informasiya axınının işlənməsi xüsusiyyətlərini nəzərə alaraq, xahiş edirik bəzi məhdudiyyətlərə hörmətlə yanaşasınız:

Sualınızı yazın


Verilən suallar
huseynzade nezrin Soruşur Yazılma Tarixi:06.04.2015 14:45:50

Salam mudafie nazirliyiin 156 madenin e bendini aciqlaya bilersiz.ne maddesidir.zehmet olmasa.

Qeyd etdiyiniz məsələ ilə bağlı Müdafiə Nazirliyinə müraciət etməyiniz tövsiyə olunur.
Kerim Sultanov Soruşur Yazılma Tarixi:06.04.2015 13:51:54

Salam Muraciyətmin Sebebi Men heqiqi herbi Xidmete Getmeg İsteyirem saglaglamligim ile elaqedar men herbi xidmete getmedim herbi biletim var nigodnudur sonuncu defe 14.05.2014 ci ilde muayineden kecmisem indi ise fikrim cididir bunu nece edim?

Bildiririk ki, hərbi xidmətə yararsız hesab edilmiş vətəndaşlar dövlət səhiyyə sistemi müəssisələrində və ya digər tibb müəssisələrində və ya digər tibb müəssisələrində müayinə nəticəsində onlarda əvvəllər müəyyən edilmiş diaqnoz dəyişdirildiyi və ya onların sağlam hesab edildikləri halda təkrar şəhadətləndirilə bilərlər.
Bu məsələ ilə bağlı Siz və valideynləriniz qeydiyyatda olduğunuz Xidmətin idarə, şöbə və ya bölməsinin rəisinə notarial qaydada təsdiq olunmuş ərizə ilə müraciət etməlidirlər.
Rasim Şükürov Soruşur Yazılma Tarixi:06.04.2015 11:35:31

Salam, dişlәrәdüzülmüş breketlәr hәrbi xidmәtә çağırış zamanı hәr hansı problem yaradırmı?

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş "Hərbi-həkim ekspertizası haqqında əsasnamə"nin "Xəstəliklər cədvəli"nin 86-cı maddəsinin I qrafasının  tələblərinə əsasən breketlərin çıxarılması üçün möhlət hüququ verilir. 
Azer Musayev Soruşur Yazılma Tarixi:06.04.2015 10:44:17

Salam! Men Goycay seherinde yasayiram , aileliyem 4 ovladim var ozum 1984 teveludluyem , sorusmaq isterdim ki, gizir ve ya leytinatliga gebul edile bileremmi, yalniz orta tehsilliyem ve rus sektorunda oxumusam ancaq idmanla mesgul olmusam kapoeyra uzre mesqci sertifikat ve elbiyaxa doyuslerdende deplomlarim var men ozum herbide olmusam 2002 de agdam 190 da kesfiyat boluyunde

Bildiririk ki, "Hərbi vəzifə və hərbi xidmət haqqında" Azərbaycan Respublikasının Qanununun 36.1-ci maddəsinə əsasən həqiqi hərbi xidmətə qəbul üçün müəyyən edilmiş tələblərə cavab verən Azərbaycan Respublikasının vətəndaşları bağlaşma əsasında aşağıdaki həqiqi hərbi xidmətlərə könüllü daxil olurlar:.
- Gizirlərin və miçmanların həqiqi hərbi xidmətinə - ən azı tam orta təhsilli, azı bir il hərbi xidmət keçmiş əsgərlər, matroslar, çavuşlar, 40 yaşınadək hərbi vəzifəlilər (zabit istisna olmaqla), habelə 19 yaşından 40 yaşınadək qadınlar daxil olurlar.
- Zabitlərin həqiqi hərbi xidmətinə - hərbi xidmətdə olmağın son yaş həddinə çatmamış ehtiyatda olan zabitlər, habelə ilk zabit hərbi rütbəsi verilməklə 35 yaşınadək həqiqi hərbi xidmətdəolan hərbi qulluqçular və ehtiyatda olan hərbi vəzifəlilər və qadınlar daxil olurlar.
Bu səbəbdən Siz hərbi xidmət keçmək üçün Azərbaycan Respublikası Silahlı Qüvvələrinin və qanunvericilikdə nəzərdə tutulmuş digər silahlı birləşmələrin Komandanlıqlarına müraciət edə bilərsiniz. 
Rauf Huseynov Soruşur Yazılma Tarixi:06.04.2015 10:23:42

Salam. Men size oglum Huseynli Cemil baresinde (dogum tarixi 22.06.1996) mektubla muraciet etmisdim. Onun xesteliyini tesdiq edmek ucun SHXCDX – nin Sumqayit sobesi onu CITY Hospitalina gondemisdir. Baxmayarq ki Akademik Mirqasimov adina Respublika Klinik Xestexanasinda onun xesteliyi tesdiq olunmusdur, City Hospitalinde ona asagi ceki diaqnozu qoyulmus ve 6 ay mohlet qerari ile senedleri SHXCDX-nin Sumqayit sobesine gonderilmisdir. Halbuki oglum 2010 cu ilden Xroniki Qlomerulonefrit xesteliyinden indiye kimi mualice olunur ve pehrizle qidalanir. Esas xesteliyi ola-ola ona asagi ceki diaqnozunun qoyulmagi ne derecede duzgundur. Xahis edirem bu meseleni aydinladirin ve muracietimi cavablandirin. Evvelceden tesekkur edirem.

Məlum olmuşdur ki, 1994-cü il təvəllüdlü Hüseynli Cəmil Rauf oğlu 05.11.2014-cü il tarixdə nəzarət qaydasında Xidmətin Mərkəzi Hərbi-Həkim Komissiyasında şəhadətləndirilmiş və müayinə nəticəsində təyin olunmuş diaqnoza müvafiq olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş "Hərbi-həkim ekspertizası haqqında əsasnamə"nin "Xəstəliklər cədvəli"nin 13-cü maddəsinin "ç" bəndinin I qrafasına əsasən 6 (altı) ay müddətinə "Hərbi xidmətə müvəqqəti yararsızdır" hesab edilmisiniz.
Möhlət hüququ bitdikdə C.R. Hüseynli təkrar tibbi müayinəyə cəlb olunacaqdır. 
Kamil Rzayev Soruşur Yazılma Tarixi:05.04.2015 19:11:19

Salam menim oğlumun bu il 18 yaşı tamam olur Ve men öyrenmek isteyirem ki Seferberlik ve Herbi Xidmete Çağırış üzre Dövlet Xidmetine imtahan vermek üçün hansı merhelelerden keçmek lazımdır? Umumiyyetle imtahanda hansı suallar teleb olunur xahiş edirem bu barede melumatlandırın.

Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə, həqiqi hərbi xidmət keçmiş, sağlam vətəndaşlar müsabiqə yolu ilə təhsilinə, ixtisasına və rütbəsinə uyğun vakant vəzifələrə həqiqi hərbi xidmətə (işə) qəbul oluna bilərlər.
Müsabiqədə (test imtahanında) ümumi bilik səviyələri və dünya görüşləri yoxlanılır.
Mehemmedeli Ceferli Soruşur Yazılma Tarixi:05.04.2015 16:12:37

Men evin tek evladiyam anam ise birinci qurup elildi atam ise isleyir buna gore meni herbi xidmete aparacaqlar

Sizin ünvanladığınız suala dəqiq və dolğun cavab verilməsi üçün atanızın adı, təvəllüdünüz və qeydiyyatda olduğunu Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon (şəhər) idarəsi (şöbəsi, bölməsi) göstərilməlidir.
Konul Yusifli Soruşur Yazılma Tarixi:05.04.2015 13:13:38

Salam.Men herbi hisselere qosulmaq isteyirem.Amma bilmirem nece edim.26 yasim var.Azerbaycan Texniki Universitetini hem bakalavr,hem de magistr derecesi uzre bitirmisem.Fakultem Radiotexnika ve Rabitedi.Mene yol gosterin.eger mumkunduse herbiye getmeyim mene yolunu gosterin.

Bildiririk ki, "Hərbi vəzifə və hərbi xidmət haqqında" Azərbaycan Respublikasının Qanununun 36.1-ci maddəsinə əsasən həqiqi hərbi xidmətə qəbul üçün müəyyən edilmiş tələblərə cavab verən Azərbaycan Respublikasının vətəndaşları bağlaşma əsasında aşağıdaki həqiqi hərbi xidmətlərə könüllü daxil olurlar.
Bu səbəbdən Siz hərbi xidmət keçmək üçün Azərbaycan Respublikası Silahlı Qüvvələrinin və qanunvericilikdə nəzərdə tutulmuş digər silahlı birləşmələrin Komandanlıqlarına müraciət edə bilərsiniz. 
Elməddin Fərəcli Soruşur Yazılma Tarixi:05.04.2015 11:46:23

Salam men bu il ali tehsilimi bitirirem ve mene verilmis mohlet 01 07 2015 tarixinde bitecek. oyrenmek isteyirdim ki men hansi aydaki cagirisa dusurem? İyul ayinda?

Bildiririk ki, "Hərbi vəzifə və hərbi xidmət haqqında" Azərbaycan Respublikası Qanununun 12.3-cü maddəsinə uyğun olaraq Azərbaycan Prezidentinin aktı əsasında ildə dörd dəfə - yanvar, aprel, iyul və oktyabr aylarının 1-dən 30-dək çağırış günü üçün 18 yaşı tamam olmuş 35 yaşınadək vətəndaşlar müddətli həqiqi hərbi xidmətə çağırılırlar.
Sizin 01.07.2015-ci il tarixdə möhlət hüququnuz bitdikdən sonra 2015-ci ilin iyul çağırışına ümumi əsaslarla müddətli həqiqi hərbi xidmətə cəlb olunacaqsınız.
Natiq Veliyev Soruşur Yazılma Tarixi:04.04.2015 18:17:15

salam menim sualim budurki menim usaq vaxdi doglanda tramam olub ona gore mualice almisam amaki ozmu yaxsi his edirem bas agrilari var idi mende urey getmeler hekim demisdiki yetkinlik yaslarinda hersey gedecek men uje 22 yasim var ozumu ela his edirem yeni sozum buna getiriremki herbiye tam haziram idmalada mesqul oluram boks ve agir atletika ile mesqul olmusam 3 metirde mesafe qaciram her seher yeni tam hazir vezyetdeyem esgelike amaki mene 3 il vax qoydular herbiden vaxd 25.10.2015iledek amaki men tez esgelike gedmek isdeyirem onuncun neynemeliyem 2 il gozdemisem day gozdemek isdemirem isdenilen yoxlamadan kece bilerem teki mene bir iki yer deyin muayineden cixim tez gedim hebiye gedirem deyirlerki cagris kagizinda yazilan vaxt gelersen kagizdada 25.10.2015tarixi yazilib yeni nese elemek olarki men 10cu ayaqeder gozdemeyim ozum her senedi duzeldim tez gedim esgelike

Müraciətinizlə bağlı müvafiq araşdırmanın aparılması məqsədi ilə atanızın adı və qeydiyyatda olduğunuz Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon (şəhər) idarəsi (şöbəsi, bölməsi) göstərilməlidir.
Əlavə olaraq bildiririk ki, Sizin vaxtından əvvəl təkrar tibbi şəhadətləndirilməniz, dövlət səhiyyə sistemi müəssisələrində və ya digər tibb müəssisələrnində müayinə nəticəsində əvvəllər müəyyən edilmiş diaqnozun dəyişdirildiyi və ya sağlam hesab edildiyiniz barədə tibbi sənədlərin hərbi qeydiyyatında olduğunuz Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon (şəhər) idarə, şöbə və bölməsinə təqdim edildiyi halda mümkündür.
Cədvəldə sətir sayı :14890