Sual/Cavab
HÖRMƏTLİ İSTİFADƏÇİLƏR!

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin internet səhifəsi Konstitusiyanın 57-ci maddəsinə uyğun olaraq vətəndaşların müraciət etmək hüququnun reallaşdırılması vasitəsidir.Hər bir istifadəçinin məktub göndərmək, arzularını bildirmək, onu maraqlandıran məsələlər barədə yazmaq, təklif, ərizə və şikayətlə müraciət etmək imkanı vardır.

SƏFƏRBƏRLİK VƏ HƏRBİ XİDMƏTƏ ÇAĞIRIŞ ÜZRƏ DÖVLƏT XİDMƏTİNİN ÜNVANINA ELEKTRON FORMADA MÜRACİƏT GÖNDƏRMƏZDƏN ƏVVƏL, XAHİŞ EDİRİK QAYDALARLA TANIŞ OLUN:

1.Mətni yazmazdan əvvəl nəzərdə tutulmuş formanın düzgün cavablandırılması vacibdir.

2.Mətn mütləq yazıldığı dilin əlifbası ilə tərtib olunmalıdır, bütövlükdə böyük və ya kiçik hərflərlə yazılmamalı, cümlələrə bölünməli, durğu işarələrindən istifadə qaydalarına riayət edilməlidir.

3.Müraciət aydın və səlis cümlələrlə yazılmalıdır.

4.Müraciət edərkən etika qaydaları gözlənilməlidir. Nəzakətsiz ifadələr işlədildikdə və ya müəllif özü barədə məlumatları dəqiq göstərmədikdə müraciətə cavab verilmir.

5.Hörmətli internet səhifəsi istifadəçiləri! Böyük informasiya axınının işlənməsi xüsusiyyətlərini nəzərə alaraq, xahiş edirik bəzi məhdudiyyətlərə hörmətlə yanaşasınız:

Sualınızı yazın


Verilən suallar
Zabit Bedelov Soruşur Yazılma Tarixi:08.02.2015 12:37:49

Salam.Men 2004-cu ilde Heyder Eliyev adina AAHM-i bitirmiwem.2010-cu iledek Gencede yerlewen N-sayli H/hissede tagim komandiri vezifesinde xidmet etmiwem.2010-cu ildeMudafie Nazirinin muvafiq emri ile Herbi xidmet kecme haqqinda esasnamenin "E" bendine esasen SQ-ler siaralarindan ehtiyata buraxilmiwam.Men bilmek isterdim ki yeniden SQ-ler siralarinda tagim komandiri kimi xidmete bawlaya bileremi?Evvelce size oz derin tewekkurumu bildirirem.

Bildiririk ki, müddətdən artıq həqiqi hərbi xidmətdən ehtiyata buraxılan vətəndaşların yenidən bağlaşma əsasında həqiqi hərbi xidmətə daxil olmaları aidiyyəti üzrə qulluq (xidmət) etmək istədikləri orqanlar tərəfindən müəyyən edilir.
Bu səbəbdən Siz  hərbi xidmətə qayıtmaq üçün Azərbaycan Respublikası Silahlı Qüvvələrinin və qanunvericilikdə nəzərdə tutulmuş digər silahlı birləşmələrin Komandanlıqlarına müraciət edə bilərsiniz. 

Sabir Rüstəmov Soruşur Yazılma Tarixi:07.02.2015 22:17:13

Salam. Mən keçən ilin məzunuyam. Bu il imtahan verməyim üçün möhlət haqqında arayış lazımdır. Çünki iyulun 10-u 18 yaşım tamam olur və iyul çağırışına düşürəm. Möhlət haqqında arayış mənə verilə bilərmi və mən bunu necə əldə edə bilərəm?

Bildiririk ki, 2015-ci ildə orta ümumtəhsil məktəbini bitirib, sənədlərini Tələbə Qəbulu üzrə Dövlət Komissiyasına təqdim edib, lakin heç bir ali təhsil müəssisəsinə qəbul olmayan çağırışçılar, ikinci dəfə ali və orta ixtisas təhsil müəssisələrinə sənəd qəbulunda iştirak etmək üçün hərbi xidmətə çağırışdan möhlə verilməsi mövcud qanunvericilikdə nəzərdə tutulmamışdır.
Musayev Əbdül Soruşur Yazılma Tarixi:07.02.2015 22:16:05

Salam mən bilməy isdiyirəm məim 17 yaşım var aprelin 2 si 18 yaşım bitəcəy.Rusiyada yaşıyıram indi mən bilməy isdiyirəm ki məni səfərbərliyə nə vax çağıracaqlar ? qabaqcadan bunu bilməy mümkündümü? əvvəcədən təşəkkür

Xidmətin yerli idarə, şöbə və ya bölmələrində 2015-ci ilin aprel çağırışına hazırlıq fevral və mart aylarında aparılır. Rayon çağırış komissiyasında çağırışıların tibbi şəhadətləndirilməsi 20 mart 2015-ci il tarixə kimi başa çatdırılır.
Qeyd etdiyiniz məsələ ilə bağlı qeydiyyatda olduğunuz idarə, şöbə və ya bölməyə müraciət etməyiniz tövsiyə olunur.
Caneli Babayev Soruşur Yazılma Tarixi:07.02.2015 21:51:13

Salam.Men 2013-2014-cu iller erzinde Beyleqan rayonunda yerlesen N sayli herbi hissenin on xett tabor tibb menteqe reisi islemisem.Hal hazirda ehtiyatda olan tibb xidmeti leytenantiyam.Tezeden orduya qayitsam on xette dusme ehtimalim varmi?

Bildiririk ki, "Hərbi vəzifə və hərbi xidmət haqqında" Azərbaycan Respublikasının Qanununun 36.1-ci maddəsinə əsasən həqiqi hərbi xidmətə qəbul üçün müəyyən edilmiş tələblərə cavab verən Azərbaycan Respublikasının vətəndaşları bağlaşma əsasında aşağıdaki həqiqi hərbi xidmətlərə könüllü daxil olurlar:
 - Zabitlərin həqiqi hərbi xidmətinə - hərbi xidmətdə olmağın son yaş həddinə çatmamış ehtiyatda olan zabitlər, habelə ilk zabit hərbi rütbəsi verilməklə 35 yaşınadək həqiqi hərbi xidmətdəolan hərbi qulluqçular və ehtiyatda olan hərbi vəzifəlilər və qadınlar daxil olurlar.
Bu səbəbdən Siz yuxarıda qeyd olunan tələblərə cavab verdiyiniz halda, hərbi xidmətə qayıtmaq üçün Azərbaycan Respublikası Silahlı Qüvvələrinin və qanunvericilikdə nəzərdə tutulmuş digər silahlı birləşmələrin Komandanlıqlarına müraciət edə bilərsiniz. 
Mirzəzadə Elnur Soruşur Yazılma Tarixi:07.02.2015 21:27:22

Mən Mirzəzadə Elnur Şahin oğlu 1997 ci il iyul 31-də Baki Seher Xetai Rayonunda anadan olmuşam. Sizdən xaiş edirəm ki, mənim bu sualima cavab verəsiniz. Mən 07.05.2012 cü ildə Könüllü Hərbi Vətənpərvərlik Texniki İdman Cəmiyətinin Baş İdarəsində Kəşfiyat kursunu müvəffəqiyyətlə keçmişəm, əsgerliyə getdikdə senədin faydası olacaq.

Bildiririk ki, həqiqi hərbi xidmətə çağırılmış vətəndaşların Silahlı Qüvvələr və qanunvericiliyə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələr arasında bölgüsü zamanı xüsusi hərbi ixtisaslar üzrə hazırlanmış mütəxəssislərdən istifadə olunması nəzərdə tutulur.
Şamxal Quliyev Soruşur Yazılma Tarixi:07.02.2015 21:18:29

Seferberlik Xidmetine işe qebul qaydalari necedir?

Nəzərinizə çatdırırıq ki, vətəndaşaların Azərbaycan Respublikasının  Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə həqiqi hərbi xidmətə (işə) qəbulu keçirilən müsabiqənin (test imtahanı) və müsahibənin nəticələrindən asılı olaraq müəyyən edilir.
Test imtahanında ümumi bilik səviyyələri və dünya görüşləri  yoxlanılır.
Nadir Əhmədov Soruşur Yazılma Tarixi:07.02.2015 20:07:22

Sizdən xaiş edirəm sualima cavab yazasiniz.men Nadir 27.07.1997-ci il təvəllud hərbi xidmətə iyul ayinda yoxsa oktyabrda gedəcəm

Bildiririk ki, çağırış günü üçün 18 yaşı tamam olmuş və heç bir möhlət hüququna malik olmayan vətəndaşlar qanunvericiliyə müvafiq olaraq ümumi əsaslarla müddətli həqiqi hərbi xidmətə çağırışa cəlb olunurlar.
Siz 2015-ci ilin iyuı çağırışında qanunvericiliyə müvafiq olaraq ümumi əsaslarla müddətli həqiqi hərbi xidmətə çağırışa cəlb edilməlisiniz.
ELNUR Humbetli Soruşur Yazılma Tarixi:07.02.2015 11:48:39

salam 2014 ci il 25 noyabr baki seheri sabuncu rayonu herbi komisarliqi komisyasi terefinden 6 ay mohlet almisam bilmek isteyirem xidmete hansi ay cagirilacam..Humbetli elnur selim oglu 1993 cu il 9 oktyabr baki seheri sabuncu rayonu

Bildiririk ki, Sizə verilmiş möhlət hüququ bitdikdən sonra qeydiyyatda olduğunuz idarə, şöbə və ya bölmənin çağırış komissiyası tərəfindən müddətli həqiqi hərbi xidmətə çağırışa cəlb olunma məsələnizə qanunvericiliyin tələblərinə uyğun olaraq təkrar baxılacaqdır.
MUSTAFA XOCAYEV Soruşur Yazılma Tarixi:06.02.2015 21:35:14

MEN MUSTAFA XOCAYEV ELDAR OGLU 10.07.1997 ILDE NAX.MR SERUR RAYON SIYAQUT KENDINDE ANADAN OLMUSAM VE BILMEK ISDEYIREMKICESGERLIYE NE VAXT GEDIREM

Qeyd etdiyiniz məsələ ilə bağlı Naxçıvan MR Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə müraciət etməyiniz tövsiyə olunur.
Elnur Memmedli Soruşur Yazılma Tarixi:06.02.2015 14:31:32

salam men bilmek isteyirem ki Azerbaycan da da xarici olkelerdeki kimi ucreti esgerlik varmi? yeni ki ayda mueyyen olunmuw meblegde pul odemek werti ile esger getmeyib yararli herbi bilet almaq haqqinda bele bir qanun varmi?

Bildiririk ki, qeyd etdiyiniz məsələ ilə bağlı mövcud qanunvericilikdə heç bir müddəa nəzərdə tutulmamışdır.
Cədvəldə sətir sayı :14897