Sual/Cavab
HÖRMƏTLİ İSTİFADƏÇİLƏR!

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin internet səhifəsi Konstitusiyanın 57-ci maddəsinə uyğun olaraq vətəndaşların müraciət etmək hüququnun reallaşdırılması vasitəsidir.Hər bir istifadəçinin məktub göndərmək, arzularını bildirmək, onu maraqlandıran məsələlər barədə yazmaq, təklif, ərizə və şikayətlə müraciət etmək imkanı vardır.

SƏFƏRBƏRLİK VƏ HƏRBİ XİDMƏTƏ ÇAĞIRIŞ ÜZRƏ DÖVLƏT XİDMƏTİNİN ÜNVANINA ELEKTRON FORMADA MÜRACİƏT GÖNDƏRMƏZDƏN ƏVVƏL, XAHİŞ EDİRİK QAYDALARLA TANIŞ OLUN:

1.Mətni yazmazdan əvvəl nəzərdə tutulmuş formanın düzgün cavablandırılması vacibdir.

2.Mətn mütləq yazıldığı dilin əlifbası ilə tərtib olunmalıdır, bütövlükdə böyük və ya kiçik hərflərlə yazılmamalı, cümlələrə bölünməli, durğu işarələrindən istifadə qaydalarına riayət edilməlidir.

3.Müraciət aydın və səlis cümlələrlə yazılmalıdır.

4.Müraciət edərkən etika qaydaları gözlənilməlidir. Nəzakətsiz ifadələr işlədildikdə və ya müəllif özü barədə məlumatları dəqiq göstərmədikdə müraciətə cavab verilmir.

5.Hörmətli internet səhifəsi istifadəçiləri! Böyük informasiya axınının işlənməsi xüsusiyyətlərini nəzərə alaraq, xahiş edirik bəzi məhdudiyyətlərə hörmətlə yanaşasınız:

Sualınızı yazın


Verilən suallar
Səlimzadə Əliəşrəf Soruşur Yazılma Tarixi:04.02.2015 18:41:11

Salam men oktyabr 2014 cu il oktyabr ayinda herbi hiiseden geri qayitdigim ucun meni 30.01.2015 tarixinde Bakiya herbi hospitala gonderdiler.sexsi isime baxdiqdan sora mene hec bir melumat vermediler dediler gede bilersen mende qayitdim rayona.Herbi Hekim eksperdizyasinin cavabini nece oyrene bilerem yeniki yararli olub olmadigimi??

Müraciətinizlə bağlı müvafiq araşdırmanın aparılması məqsədi ilə atanızın adı, təvəllüdünüz və qeydiyyatda olduğunuz Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon (şəhər) idarəsi (şöbəsi, bölməsi) göstərilməlidir.
Elsen Muradov Soruşur Yazılma Tarixi:04.02.2015 16:16:44

Növbəti səfərbərlik nə zamandır ?

Bildiririk ki, səfərbərliyin elan olunması Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərinə daxildir.
KAMAL,MEMMEDOV Soruşur Yazılma Tarixi:04.02.2015 14:43:02

Salam herbi kamisarlıq bazar günü işliyirmi

Nəzərinizə çatrdırırıq ki, Azərbaycan Respublikası Prezidentinin 13.02.2012-ci il tarixli 593 nömrəli Fərmanına əsasən , Azərbaycan Respublikaslının Hərbi Komissarlığı, Naxçıvan Muxtar Respublikasının Hərbi Komissarlığı, rayon, şəhər, şəhər rayonu hərbi komissarlıqları ləğv edilmişdir.
Elçin Soruşur Yazılma Tarixi:04.02.2015 11:20:17

Salam. Mənim qardaşım 3 ildir işlədiyi və yaşadığı şəhərdə (oğlu ilə birlikdə) eyni şəhərdə ailəsi ilə birlikdə yaşayır və bu şəhərdə artıq məktəbin 10-cu sinifinə gedir. Ancaq şəxsiyyət vərəqəsində ailənin bütün üzvləri ( oğlu da ) qeydiyyatları başqa şəhərdədir. Məktəbdən hərbi çağırışla bağlı bütün sənədləri toplayıb yaşadığı şəhərdəki məktəbə təqdim edib və məktəb də müvafiq hərbi çağırış idarəsinə verib. Sonra məktəb bu sənədləri qaytarıb valideyinə ki, bu şəhərdə qeydiyyatda olmadığınızdan aparın müvafiq şəhərin müvafiq hərbi çağırış idarəsinə. İndi həmin qeydiyyatda olan hərbi çağırış idarəsi məktəblinin yaşadığı şəhərdə müvafiq səhiyyə ocaqlarından sağlamlıq vəziyyəti barədə həkimlərdən keçmiş və bütün hallarda sağlam qiymətləndirilmişdir. Qeydiyyatda olduğu şəhərin hərbi çağırış idarəsi isə mütləq yenidən gəlib bizim həkimlərdən keçilməsi lazım olduğunu bildirir və əks halda qardaşım bir şəhərdən əli ilə digər şəhərə gətirdiyi sənədləri mənə verməmisən deyəcəyi ilə hədələyir. Sənədlərdə çatışmamazlığın olmadığını yalnız bizim həkimlərdən yenidən keçməli olduğunu bildirir. Mənim qardaşımın oğlu həkimdən keçib hərbiyə yararlı olduğu halda yenidən başqa şəhərin hərbi qeydiyyat idarəsinin həkimlərindən keçməlidirmi. Nəzərə almaq lazımdır ki, həkimdən keçməyə tibb müəsisələrində rəsmi pul ödənişi edib.1) Əgər lazım deyildisə nədən pul verib həkimdən keçəndən sonra deyilir? 2) Bir dəfə həkimdən keçən nədən yenidən həkimdən keçməlidir? 3) Sənədləri mənə verməmisən necə deyə bilərmi? (Subut başqa şəhərin hərbi işçi ilə telefon danışığı olub) Bu problemin əsəs səbəbi uşağın dərsdən ayrılıb başqa şəhərə getməsidir. Həm dərsdən qalır, həm də əlavə getmək-gəlmək pul xərci var.

Müraciətinizlə bağlı müvafiq araşdırmanın aparılması məqsədi ilə qardaşınız oğlunun soyadını, adını, atasının adını, təvəllüdünü və qeydiyyatda olduğu Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon (şəhər) idarəsi (şöbəsi, bölməsi) göstərilməlidir.
Elmar Humbetov Soruşur Yazılma Tarixi:04.02.2015 01:06:36

salam 2014 ci il noyabrin 25 mene 6 ay mohlet yazilib bilmek isteyirem ne vaxt gedecem men

Sizin ünvanladığınız suala dəqiq və dolğun cavab verilməsi üçün atanızın adı, təvəllüdünüz və qeydiyyatda olduğunu Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon (şəhər) idarəsi (şöbəsi, bölməsi) göstərilməlidir.
Sevinc İsmayılova Soruşur Yazılma Tarixi:03.02.2015 23:39:54

bu profildə vakant yerin olmamasini bildirsəniz daha uygun olardi lakin sizin verdiyiniz məntiqsiz cavabınız məhz bu profildə xidmət edən bir vətəndaşın neçə illər Vətənə xidmətini yalnız hansısa təhsilə bağlamaniz nə dərəcədə qanunidir ? Hal-hazırda sərərbərlik və hərbi xidmətə çağırış üzrə hərbi və mülkü xidmətlərdə qeyri ixtisaslı və ali təhsili olmayan kadrları işlə təmin edirsiniz , bunlara əsasən mənə daha dəqiq cavab verməyinizi xahiş edirəm .

Nəzərinizə çatdırırıq ki, Sizin Səfərbərlik və Hərbi xidmətə Çağırış üzrə Dövlət Xidmətinə işə qəbul olunmağınız məqsədəuyğun hesab edilməmişdir.
Almemedov Qudret Yawar oglu Soruşur Yazılma Tarixi:03.02.2015 23:00:09

men sizden bilmek iastiyirem ki hansi ayda herbi xidmete cagirilacam bunun haqqinda mene melumat veresiniz?

Sizin ünvanladığınız suala dəqiq və dolğun cavab verilməsi üçün təvəllüdünüz və qeydiyyatda olduğunu Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon (şəhər) idarəsi (şöbəsi, bölməsi) göstərilməlidir.
Tahir Soruşur Yazılma Tarixi:03.02.2015 13:33:43

Salam herbi xidmetde manqa komandiri olmusam rutbem cavus olub... Menim herbi biletimde herbi ucot ixtisasinin adi ve vezife ixtisasi yazilan seyfede menim vezifem vayunkomatda yaziblarki Qurgu Komandiri indi bu ne demeydi? Men manqa komandiri olmusam amma qutgu komandiri yaziblar bunun ne menasi hansi ehemiyetleri var o barede meni melumatlandirmaqnizi xais edirem

"Hərbi vəzifə və hərbi xidmət haqqında" Azərbaycan Respublikası Qanununun 2.0.6 maddəsinə əsasən, hərbi uçot ixtisası - Azərbaycan Respublikasının Silahlı Qüvvələrində və ya qanunvericiliyə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə həqiqi hərbi xidmətə çağırılmalı olan (və ya qəbul edilməsi mümkün olan) şəxslərin hərbi ixtisaslar üzrə istifadəsi mümkünlüyünün müəyyənləşdirilmiş qeydiyyatıdır.
Xidmətin saytına daxil olan müraciətinizlə bağlı bildiririk ki, hərbi biletinizdə qeyd olunanlarla bağlı hərbi qeydiyyatda olduğunuz yer üzrə Xidmətin yerli idarə, şöbə və ya bölməsinə şəxsən müraciət etməlisiniz.
Huseyn Mursudov Soruşur Yazılma Tarixi:03.02.2015 10:41:10

Salam.....Men Musudov Huseyn Rasim Oglu Agsu Rayonunda Herbi Qeydiyyatdayam Mende Ayagimda Problem Oldugu Ucun Yararsiz Hesab Edilmiwem Iki Defe Dovlet Saxlayib Men Ne Vaxtsa Gede Bilerem Esger?!Egerse Erize Yazib Konullu Istesem Bu Ola Biler

Bildiririk ki, vaxtından əvvəl tərkar tibbi şəhadətləndirilmə zamanı dövlət səhiyyə sistemi və digər tibb müəssisələrində müayinə və müalicə nəticəsində Sizə təyin edilmiş diaqnozun dəyişdirildiyi və ya sağlam hesab edildiyiniz halda ümumi əsaslarla həqiqi hərbi xidmətə çağırıla bilərsiniz.
Ağamirzə Hasilov Soruşur Yazılma Tarixi:03.02.2015 01:48:17

Salam men 07.01.2015 agsu rayonun cagriscisiydim herbi xidmete getdim orda yoxladilar mende ag ciyerlerde prablem cixdi geri gonderdiler mualice yazdilar mualice oldum amma bir sey olmadi mene 3 ay mohlet verdiler amma burda men adaimi soyadimi yaziram xidmet eliyeceyim yeri gosterir bilmek isterdim menim vaxtimdan gedir?

Məlum olmuşdur ki, Siz, 12.01.2015-ci il tarixdə nəzarət qaydasında Xidmətin Mərkəzi Hərbi-Həkim Komissiyasında şəhadətləndirilmiş və müayinə nəticəsində təyin olunmuş diaqnoza müvafiq olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş "Hərbi-həkim ekspertizası haqqında əsasnamə"nin "Xəstəliklər cədvəli"nin 11 "ç", 51 "c", 22 "ç" maddələrinin I qrafasına əsasən  3 (üç) ay müddətinə "Hərbi Xidmətə müvəqqəti yararsızdır" hesab edilmisiniz.
Cədvəldə sətir sayı :14897