Sual/Cavab
HÖRMƏTLİ İSTİFADƏÇİLƏR!

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin internet səhifəsi Konstitusiyanın 57-ci maddəsinə uyğun olaraq vətəndaşların müraciət etmək hüququnun reallaşdırılması vasitəsidir.Hər bir istifadəçinin məktub göndərmək, arzularını bildirmək, onu maraqlandıran məsələlər barədə yazmaq, təklif, ərizə və şikayətlə müraciət etmək imkanı vardır.

SƏFƏRBƏRLİK VƏ HƏRBİ XİDMƏTƏ ÇAĞIRIŞ ÜZRƏ DÖVLƏT XİDMƏTİNİN ÜNVANINA ELEKTRON FORMADA MÜRACİƏT GÖNDƏRMƏZDƏN ƏVVƏL, XAHİŞ EDİRİK QAYDALARLA TANIŞ OLUN:

1.Mətni yazmazdan əvvəl nəzərdə tutulmuş formanın düzgün cavablandırılması vacibdir.

2.Mətn mütləq yazıldığı dilin əlifbası ilə tərtib olunmalıdır, bütövlükdə böyük və ya kiçik hərflərlə yazılmamalı, cümlələrə bölünməli, durğu işarələrindən istifadə qaydalarına riayət edilməlidir.

3.Müraciət aydın və səlis cümlələrlə yazılmalıdır.

4.Müraciət edərkən etika qaydaları gözlənilməlidir. Nəzakətsiz ifadələr işlədildikdə və ya müəllif özü barədə məlumatları dəqiq göstərmədikdə müraciətə cavab verilmir.

5.Hörmətli internet səhifəsi istifadəçiləri! Böyük informasiya axınının işlənməsi xüsusiyyətlərini nəzərə alaraq, xahiş edirik bəzi məhdudiyyətlərə hörmətlə yanaşasınız:

Sualınızı yazın


Verilən suallar
mesimov xeyal Soruşur Yazılma Tarixi:02.02.2015 23:40:15

salam bagışlayın ki sizi narahat etdim men telebeyem bu il esger gedirem isteyirem ki hem gizirliyi oxuyum hemde dövlet şotuna maşın sürmek üçün prava alım nece ede bileriy ? ne etmeliyem...?

Qeyd etdiyiniz məsələ ilə bağlı qeydiyyatda olduğunuz Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin  idarə, şöbə və ya bölməyə müraciət etməyiniz tövsiyə olunur.
Semed Soruşur Yazılma Tarixi:02.02.2015 21:40:11

Salam.men saytinizin elektron xidmetler bolumunden istifade ederek SHXCDX-ne ise qebul olunmaq ucun elektron erize vermisem bilmek isteyirem menim muracietim ne vaxt cavablandirilacaq ve bele erize ile ise qebul ne derecede realdir?

Bildiririk ki, müraciətinizdə özünüz haqqında ətraflı məlumat vermədiyinizə görə barənizdə qərar qəbul olunması mümkün hesab edilməmişdir.
Tural Ezizov Soruşur Yazılma Tarixi:02.02.2015 20:25:26

Men 2011 ci il yanvar ayinda GRHK dan herbi xidmete cagirilmiwam.herbi xidmeti fuzuli rayon N sayli herbi hissede 2012 ci il iyul ayinda bawa vurmuwam.men bu gun 02.02.2015 ci il tarixinde G.R.H.K na cagirilmiwam iwimle elaqedar gede bilmirem zehmet olmasa mene deyin ne ucun cagirildigimi

Bildiririk ki, "Hərbi vəzifə və hərbi xidmət haqqında" Azərbaycan Respublikası Qanununun 45.1-ci maddəsinə əsasən hərbi vəzifəlilər ehtiyatda olduqları dövrdə hərbi təlim, hərbi yoxlama və xüsusi toplanışlara çağırılırlar.  
Odur ki, işləyib işləməməyinizdən asılı olmayaraq şağırış üzrə qeydiyyatda olduğunuz şöbəyə gəlməlisiniz.
Qanunun 52.1 maddəsinə əsasən toplanışa çağırılmış hərbi vəzifəlilərin işlədikləri yerlərdə iş yeri və iş günü saxlanılır onlara təlimlərdə olduqları müddətdə orta əmək haqqı verilir.
Ramin Əliyev Soruşur Yazılma Tarixi:02.02.2015 16:50:03

Mən MAXE kimi qəbul olmuşam sabah saat 16-da hərbi hissədə olmalıyam amma göndəriş vərəqimi ala bilmirəm deyirlər səfərbərlik elan olunub işləmirik mən nə edim Gəncə-Kəpəz

Bildiririk ki, 02-03.02.2015-ci il tarixlərdə Azərbaycan Respublikası Silahlı Qüvvələrində keçirilən qısamüddətli təlimlərlə bağlı Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli idarə, şöbə və bölmələrinə verilmiş tapşırığın icra edilməsi tapşırılmışdır.
Odur ki, qeydiyyatda olduğunuz şöbə üzrə müraciət  edib sənədinizi götürə bilərsiniz.

Cəlal Qurbanov Soruşur Yazılma Tarixi:02.02.2015 16:25:30

Ağsu rayonunda 02.02.2015-ci il tarixdə hərbi xidmətini başa vurmuş gənclər yenidən çağrılımışdırlar. Bunu səfərbərliklə əlaqələndirmək mümkündür? yoxsa təlim məqsədilə aparılmışdırlar?.

Bildiririk ki, "Hərbi vəzifə və hərbi xidmət haqqında" Azərbaycan Respublikası Qanununun 45.1-ci maddəsinə əsasən hərbi vəzifəlilər ehtiyatda olduqları dövrdə hərbi təlim, hərbi yoxlama və xüsusi toplanışlara çağırılırlar. Odur ki, Azərbaycan Respublikası Silahlı Qüvvələrində keçirilən qısamüddəli təlimlərlə bağlı ehtiyatda olan hərbi vəzifəlilərin bir qismi təlimlərə cəlb olunub.
Hafiz Qasimov Soruşur Yazılma Tarixi:02.02.2015 14:25:19

salam. men ali tehsilliyem 22 yasim var herbi xidmet kecmisem. bilmek isteyirem men zabit ola bileremmi? esger rutbesindeyem. tesekkur

Bildiririk ki, "Hərbi vəzifə və hərbi xidmət haqqında" Azərbaycan Respublikasının Qanununun 36.1.4-cü maddəsinə əsasən zabitlərin həqiqi hərbi xidmətinə - hərbi xidmətdə olmağın son yaş həddinə çatmamış ehtiyatda olan zabitlər, habelə ilk zabit hərbi rütbəsi verilməklə 35 yaşınadək həqiqi hərbi xidmətdə olan hərbi qulluqçular, ehtiyatda olan hərbi vəzifəlilər və qadınlar daxil olurlar.
Bu səbəbdən Siz yuxarıda qeyd olunan tələblərə cavab verdiyiniz halda, hərbi xidmət keçmək üçün Azərbaycan Respublikası Silahlı Qüvvələrinin və qanunvericilikdə nəzərdə tutulmuş digər silahlı birləşmələrin Komandanlıqlarına müraciət edə bilərsiniz. 
Kənan Həsənzadə Soruşur Yazılma Tarixi:02.02.2015 13:36:13

Salam 1ci qrafasının 2c maddəsi nə deməkdir??

Bildiririk ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29 fevral 2008-ci il tarixli 59 saylı qərarı ilə təsdiq edilmiş "Hərbi həkim ekspertizası haqqında Əsasnamə"nin Xəstəliklər cədvəlinin I qrafasının 2-ci maddəsinin "c" bəndinin açıqlaması aşağıdakı kimidir:
- "Tənəffüs oqranlarının vərəmi (ağciyərin, bronxların, döş qəfəsi daxili limfa düyünlərinin, plevranın vərəmi), kliniki müalicə olunmuş".
Elnur Mirzəzadə Soruşur Yazılma Tarixi:01.02.2015 21:43:11

Mən 07.05.2012 cü ildə Könüllü Hərbi Vətənpərvərlik Texniki İdman Cəmiyətində Kəşfiyat kursunu müvəffəqiyyətlə keçmişəm, əsgerliyə getdikdə senədin faydası olacaq.

Bildiririk ki, sualınızın cavablandırılması üçün atanızın adını, təvəllüdünüzü və qeydiyyatda olduğunuz Xidmətin yerli idarə, şöbə və ya bölməsinin adını qeyd etməlisiniz.
Araz qasimov Soruşur Yazılma Tarixi:01.02.2015 20:15:21

Bineqedi rayonu herbi kamissarliq hekimleri meni bu il tibbi muayineye cagirmasinlar istemirem herbi biletden imtina etmisem geden deyilem

Bildiririk ki, "Hərbi vəzifə və hərbi xidmət haqqında" Azərbaycan Respublikası Qanununun 20.3 maddəsinə əsasən, dinc dövr üçün hərbi xidmətə yararsız, müharibə dövrü üçün məhdud yararlı hesab edilərək ehtiyata keçirilən vətəndaşlar 35 yaşına çatana qədər hər 3 ildən bir təkrar tibbi müayinədən keçirilirlər. Təkrar tibbi müayinə zamanı dinc dövrdə hərbi xidmətə yararlı hesab olunanlar ümumi əsaslarla müddətli həqiqi hərbi xidmətə çağırılırlar.
Nəzərinizə çatdırırıq ki, Xidmətin yerli idarə, şöbə və ya bölmələrinə çağırış üzrə (ilkin hərbi qeydiyyat, həqiqi hərbi xidmətə çağırış, tibbi müayinə, hərbi hissələrə təhkim edilmə, səfərbərlik üzrə toplanışlar keçmək və digər səbəblər) gəlməyən vətəndaşlar Azərbaycan Respublikası Cinayət Məcəlləsinin və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələrinə əsasən məsuliyyət daşıyırlar.
Əliheydər Dövlətov Soruşur Yazılma Tarixi:01.02.2015 20:04:17

Salam. Mən 2010-cu ilin iyulunda Xaçmaz rayonunda hərbi xidmətə çağırılmışam. Lakin təhsilimə görə 4 illik möhlət verilib. 2014-cü ilin iyulunda təhsilim bitdiyinə görə yenidən çağırıldım. Lakin sağlamlığımda problem olduğu üçün mənə göndəriş verib Bakı Neyrocəhrahiyyə xəstəxanasına göndərdilər. Həmin xəstəxanada məni yoxladıqdan sonra sağlamlıq haqqında verilən sənədi gətirib Xaçmazda SHXÇDX-nin Xaçmaz rayon bölməsinə verdim. Sonradan məni iyul ayının ortalarında Bakıya SHXÇDX-nin qospitalına gətirdilər yoxlanış üçün. Dedilər 1 ay ərzində sizə cavab deyəcəyik. Artıq 7 ay keçib heç bir məlumat vermirlər. SHXÇDX-nin Xaçmaz rayon bölməsinə 3 dəfə müraciət eləmişəm. Hər dəfə deyirlər sənədləriniz hələ gəlməyib. 7 ay müddətində nə dərəcədə düzgündür ki, cavab gəlməsin? Xahiş edirəm bu məsələ ilə bağlı mənə kömək edin. Bakıda hara müraciət edim? Əgər hərbi xidmətə yararsızamsa, mənim hərb biletim verilsin, əgər yararlıyamsa, hərbi xidmətə aparsınlar. Əgər digər səbəbə görədisə mənə möhlət hüququ verilsin və bununla əlaqədar nəsə sənəd verilsin

Siz, hərbi qeydiyyat sənədləri ilə təmin olunmanız üçün Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Xaçmaz rayon şöbəsinə müraciət etməlisiniz.
Cədvəldə sətir sayı :14897