Sual/Cavab
HÖRMƏTLİ İSTİFADƏÇİLƏR!

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin internet səhifəsi Konstitusiyanın 57-ci maddəsinə uyğun olaraq vətəndaşların müraciət etmək hüququnun reallaşdırılması vasitəsidir.Hər bir istifadəçinin məktub göndərmək, arzularını bildirmək, onu maraqlandıran məsələlər barədə yazmaq, təklif, ərizə və şikayətlə müraciət etmək imkanı vardır.

SƏFƏRBƏRLİK VƏ HƏRBİ XİDMƏTƏ ÇAĞIRIŞ ÜZRƏ DÖVLƏT XİDMƏTİNİN ÜNVANINA ELEKTRON FORMADA MÜRACİƏT GÖNDƏRMƏZDƏN ƏVVƏL, XAHİŞ EDİRİK QAYDALARLA TANIŞ OLUN:

1.Mətni yazmazdan əvvəl nəzərdə tutulmuş formanın düzgün cavablandırılması vacibdir.

2.Mətn mütləq yazıldığı dilin əlifbası ilə tərtib olunmalıdır, bütövlükdə böyük və ya kiçik hərflərlə yazılmamalı, cümlələrə bölünməli, durğu işarələrindən istifadə qaydalarına riayət edilməlidir.

3.Müraciət aydın və səlis cümlələrlə yazılmalıdır.

4.Müraciət edərkən etika qaydaları gözlənilməlidir. Nəzakətsiz ifadələr işlədildikdə və ya müəllif özü barədə məlumatları dəqiq göstərmədikdə müraciətə cavab verilmir.

5.Hörmətli internet səhifəsi istifadəçiləri! Böyük informasiya axınının işlənməsi xüsusiyyətlərini nəzərə alaraq, xahiş edirik bəzi məhdudiyyətlərə hörmətlə yanaşasınız:

Sualınızı yazın


Verilən suallar
famil memmedli Soruşur Yazılma Tarixi:01.02.2015 19:25:42

Salam men yanvar ayinin 1rinde texris olmusam esger iydim kesfiyyat taborunda xidmet etmisem men geriye qayidib oz vetenime mudetden artiq kesfiyyatci kimi qayitmaq istedim ama menden pul istedadı ler men nece edim

Bildiririk ki, "Hərbi vəzifə və hərbi xidmət haqqında" Azərbaycan Respublikasının Qanununun 36.1-ci maddəsinə əsasən müddətdən artıq həqiqi hərbi xidmətə - ən azı ümumi orta təhsilli, qanunla müəyyənləşdirilən müddətli həqiqi hərbi xidməti başa çatdırmış hərbi qulluqçular, 40 yaşınadək hərbi vəzifəlilər (zabitlər, gizirlər və miçmanlar istisna olmaqla), habelə 19 yaşından 40 yaşınadək qadınlar daxil olurlar.
Bu səbəbdən Siz yuxarıda qeyd olunan tələblərə cavab verdiyiniz halda, hərbi xidmətə qayıtmaq üçün Azərbaycan Respublikası Silahlı Qüvvələrinin və qanunvericilikdə nəzərdə tutulmuş digər silahlı birləşmələrin Komandanlıqlarına müraciət edə bilərsiniz. 
Salmanov Kenan Soruşur Yazılma Tarixi:01.02.2015 14:01:48

Salam Cenab Menim 16 di 17 yasin Icindeyem yani 17i yasim tamam olmayib Esger getmeyime nece il var ?

Bildiririk ki, "Hərbi vəzifə və hərbi xidmət haqqında" Azərbaycan Respublikası Qanununun 12.2.1-ci maddəsinə əsasən Azərbaycan Respublikası Qanununun 12.2.1-ci maddəsinə əsasən Azərbaycan Resublikasının 18 yaşına çatmış, sağlamlıq vəziyyətinə görə hərbi xidmətə yararlı olan, çağırışa möhlət hüququ olmayan və ya çağırışdan azad edilməmiş kişi cinsli vətəndaşları müddətli həqiqi hərbi xidmətə çağırılırlar.
Siz, 18 yaşınız tamam olduqdan sonra həqiqi hərbi hərbi xidmətə çağırışa cəlb ediləcəksiniz.
Musa Emirli Soruşur Yazılma Tarixi:01.02.2015 09:17:08

Salam men herbi xidmetde olmusam, ve herbi xidmet qayitmaq istiyirem.qayitsam yeniden qulluq etdiyim h/h gonderecekler , yoxsa basqa h/hisseye gizirlik kursu nece aydi?

Bildiririk ki, "Hərbi vəzifə və hərbi xidmət haqqında" Azərbaycan Respublikasının Qanununun 36.1-ci maddəsinə əsasən gizirlərin və miçmanların həqiqi hərbi xidmətinə - ən azı tam orta təhsilli, azı bir il hərbi xidmət keçmiş əsgərlər, matroslar, çavuşlar, 40 yaşınadək hərbi vəzifəlilər (zabit istisna olmaqla), habelə 19 yaşından 40 yaşınadək qadınlar daxil olurlar.
Hansı hərbi hissədə hərbi xidmət keçməyinizi, kursların nə vaxt və hansı müddətə keçirilməsi Azərbaycan Respublikası Silahlı Qüvvələri və digər silahlı birləşmələri tərəfindən müəyyən edilir.
Odur ki, aidiyyəti üzrə qulluq (xidmət) etmək istədiyiniz orqana müraciət etməlisiniz.
Nazarov Sabuhi Soruşur Yazılma Tarixi:01.02.2015 03:40:13

Salam men Nazarov Sabuhi Aflatun oğlu 2007-ci ilde Astara komisarlığı terefinden xidmete gönderildim.Xidmetimi 2008-ci ilde Fizuli rayonun N saylı herbi hisseden tankçı kimi ehtiyata buraxıldım. İndi ise silahlı qüvellerde gizir işlemek isteyirem,amma tehsilim tam deyil,esas tehsilim(şehadetname) var.Savadım normaldır.Şahadetnameyle senetlerimi qabul ederlermi?Xahiş edirem ki,cavab yazasınız.Sağ olun minnetdaram.

Bildiririk ki, "Hərbi vəzifə və hərbi xidmət haqqında" Azərbaycan Respublikasının Qanununun 36.1-ci maddəsinə əsasən həqiqi hərbi xidmətə qəbul üçün müəyyən edilmiş tələblərə cavab verən Azərbaycan Respublikasının vətəndaşları bağlaşma əsasında aşağıdaki həqiqi hərbi xidmətlərə könüllü daxil olurlar:
 - Gizirlərin və miçmanların həqiqi hərbi xidmətinə - ən azı tam orta təhsilli, azı bir il hərbi xidmət keçmiş əsgərlər, matroslar, çavuşlar, 40 yaşınadək hərbi vəzifəlilər (zabit istisna olmaqla), habelə 19 yaşından 40 yaşınadək qadınlar daxil olurlar.
Ziya Dadaşzade Soruşur Yazılma Tarixi:31.01.2015 12:54:13

Salam. Ehtiyatda olan zabitem.rütbem leytenant.seferberlik xidmetine heqiqi herbi xidmete qebul üçün imtahan verib kesilmişem..ikinci defe müraciet edende erize qebul olunmayıb.. Bilmek isderdim bu Azerbaycan Respublikasının hansı qanununda ve ya esasnamesinde gösderilmişdir? İkinci defe ne vaxt imtahanda iştirak ede bilerem?

Nəzərinizı çatdırırıq ki, Sizin Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə həqiqi hərbi xidmətə qəbul edilməyiniz məqsədəuyğun hesab olunmamışdır.
tofiq dadasov Soruşur Yazılma Tarixi:30.01.2015 22:24:25

Salam.Mən hərbi xidmətimi başa vurmuşam.Özüm ali təhsilliyəm.Bakı Dövlət Universitetini bitirmişəm.SHXÇDX-da zabit kimi xidmətə qəbul ola bilərəmmi? Xahiş edirəm mənə bu barədə ətraflı məlumat verin.Əvvəlcədən təşəkkür edirəm.

Bildiririk ki, hal-hazırda Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə, Silahlı Qüvvələrdə zabit qismində həqiqi hərbi xidmət keçmiş, xidmət etdiyi müddət ərzində xarakterizə olunan, ehtiyyatda olan zabitlərin qəbul edilməsi məsələsinə baxılır. Bu səbəbdən Sizin Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə həqiqi hərbi xidmətə qəbul olunmağınızla bağlı müraciətinizin müsbət həlli mümkün hesab edilməmişdir.
Nəbiyev Bəylər Soruşur Yazılma Tarixi:30.01.2015 20:40:24

Mən Nəbiyev Bəylər Əli oğlu 1996-cı il 12 may tarixində anadan olmuşam.Ağdam rayonu hərbi xidmətə çağırışçıyam.2014-cü il avqustun 7-də City Hospitalda tibbi həkim ekspertizasından keçmişəm.Hələdə cavab yoxdur.

Məlum olmuşdur ki, Siz, 07.08.2014-cü il tarixdə nəzarət qaydasında Xidmətin Mərkəzi Hərbi-Həkim Komissiyasında şəhadətləndirilmiş və müayinə nəticəsində təyin olunmuş diaqnoza müvafiq olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş "Hərbi-həkim ekspertizası haqqında əsasnamə"nin "Xəstəliklər cədvəli"nin 22-ci maddəsinin "b" bəndinin I qrafasına əsasən "Sülh dövründə hərbi xidmətə yararsız, müharibə dövründə həmdud yararlı" hesab edilmisiniz. 
Qenberov Xosbext Soruşur Yazılma Tarixi:30.01.2015 19:43:52

Evvela salam mən sualim bundan ibarətdirki mən 01.10.2015 tarixində vətənə xidmət etməyə getməliyəm ama hara dusəcəyimi sizdən oyrənmək istəyərdim birdə ki hansi şəxslər əsgər gede bilməz xaiş edirəm sualima tez bir zamanda cavab verərdiniz

Siz, 2015-ci ilin oktyabr çağırışı zamanı özünüz haqqında məlumatları dəqiq, azərbaycan dilində Xidmətin saytının "Hərbi xidmət" bölümünün müvafiq xanalarına daxil edərək hansı hərbi hissəyə təyin olunmağınız barədə cavab ala bilərsiniz.
Əks halda qeydiyyatda olduğunuz idarə, şöbə və ya bölməyə müraciət etməyiniz tövsiyə olunur.
Bildiririk ki, "Hərbi vəzifə və hərbi xidmət haqqında" Azərbaycan Respublikası Qanununun 18.1-ci maddəsinə əsasən rayon (şəhər) çağırış komissiyasının qərarı ilə aşağıdakı əsaslara görə çağırışdan möhlət verilir:
1. ailə vəziyyətinə görə;
2. sağlamlıq vəziyyətinə görə;
3. təhsilini davam etdirmək üçün.
Həmin qanununun 18.2-ci maddəsinə əsasən  çağırışa möhlət hüququnu itirmiş çağırışçılar, habelə möhlət hüququ olmayan, müxtəlif səbəblərə görə müəyyən edilmiş müddətlərdə həqiqi hərbi xidmətə çağırılmamış şəxslər 35 yaşına çatanadək növbəti çağırış keçirilərkən hərbi xidmətə çağırılmalıdırlar.
Emrah Verdizade Soruşur Yazılma Tarixi:30.01.2015 17:42:24

Salam. Men Ali tehsili bu il qurtariram ve yayda cagiris gelecek. Esger gederken Leytinatligi istiyirem. Leytinantligi oxumaq ucun and icmeden sonra edilir yoxsa evvel ?? Bundan basqa Baki qeydiyyati olanlar texminen hansi bolgeye dusme ehtimali var??

Azərbaycan Respublikası Müdafiə Nazirliyindən  verilmiş müəyyən sayda sifarişə əsasən yalnız həkim ixtisaslı mütəxəssislərin Təlim və Tədris Mərkəzindən ehtiyat zabit hazırlığı kursunda təhsil alması nəzərdə tutulmuşdur.
Bildiririk ki, həqiqi hərbi xidmətə çağırılmış vətəndaşlar Azərbaycan Respublikası Silahlı Qüvvələrinin və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrin arasında bölünür. 
Çağırışçıların həqiqi hərbi xidmət keçmək üçün yuxarıda qeyd olunan qoşun növlərində əks ərazi prinsipi nəzərə alınmaqla hərbi hissələrə təyin olunurlar.
Əsədov Səlman Soruşur Yazılma Tarixi:30.01.2015 16:14:45

Salam mən 2014-ci il İyul çagırışcısıyam ali təhsilliyəm . Epilepsiya xəstəliyim oldugunnan Gəncə Şəhər Kəpəz Hərbi Komissarlıgı tərərfinnən 4 kərə müayinəyə göndərilmişəm . Sonda yekun rəy için 02.12.2014 tarixində Baki şəhəri Hərbi Qospitala göndərildim ( TQDKnin yanı )və hələdə hərbi biletden xəbər yoxdur . Hərbi biletin bu qədər gecikdirilməsinin səbəbi nədir ?

Məlum olmuşdur ki, Siz, nəzarət qaydasında Xidmətin Mərkəzi Hərbi Həkim Komissiyasında şəhadətləndirilmiş və müayinə nəticəsində təyin olunmuş diaqnoza müvafiq olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş "Hərbi-həkim ekspertizası haqqında əsasnamə"nin "Xəstəliklər cədvəli"nin 22-ci maddəsinin "c" bəndinin I qrafasına əsasən "Sülh dövründə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlı" hesab edilmisiniz.
Siz, hərbi qeydiyyat sənədləri ilə təmin olunmanız üçün Xidmətin Gəncə şəhər Kəpəz rayon şöbəsinə müraciət etməlisiniz.
Cədvəldə sətir sayı :14897