Sual/Cavab
HÖRMƏTLİ İSTİFADƏÇİLƏR!

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin internet səhifəsi Konstitusiyanın 57-ci maddəsinə uyğun olaraq vətəndaşların müraciət etmək hüququnun reallaşdırılması vasitəsidir.Hər bir istifadəçinin məktub göndərmək, arzularını bildirmək, onu maraqlandıran məsələlər barədə yazmaq, təklif, ərizə və şikayətlə müraciət etmək imkanı vardır.

SƏFƏRBƏRLİK VƏ HƏRBİ XİDMƏTƏ ÇAĞIRIŞ ÜZRƏ DÖVLƏT XİDMƏTİNİN ÜNVANINA ELEKTRON FORMADA MÜRACİƏT GÖNDƏRMƏZDƏN ƏVVƏL, XAHİŞ EDİRİK QAYDALARLA TANIŞ OLUN:

1.Mətni yazmazdan əvvəl nəzərdə tutulmuş formanın düzgün cavablandırılması vacibdir.

2.Mətn mütləq yazıldığı dilin əlifbası ilə tərtib olunmalıdır, bütövlükdə böyük və ya kiçik hərflərlə yazılmamalı, cümlələrə bölünməli, durğu işarələrindən istifadə qaydalarına riayət edilməlidir.

3.Müraciət aydın və səlis cümlələrlə yazılmalıdır.

4.Müraciət edərkən etika qaydaları gözlənilməlidir. Nəzakətsiz ifadələr işlədildikdə və ya müəllif özü barədə məlumatları dəqiq göstərmədikdə müraciətə cavab verilmir.

5.Hörmətli internet səhifəsi istifadəçiləri! Böyük informasiya axınının işlənməsi xüsusiyyətlərini nəzərə alaraq, xahiş edirik bəzi məhdudiyyətlərə hörmətlə yanaşasınız:

Sualınızı yazın


Verilən suallar
Cahangir Hüseynov Soruşur Yazılma Tarixi:15.01.2015 08:04:39

Salam . Xahiş edirəm sualıma cavab yazasınız . Hüseynov Cahangir Aydın oglu Yasamal rayon Herbi Kommisarlıgından caxırışki kimi cagrılıb amma buna baxmayaraq siyahıda adı yoxdu . Bilmek istəyirik hara duşdüyünü öyrənək . Zehmətdə olsa cavab verməyənizi xahiş edirəm . Öncədən təşəkkür edirəm .

Bildiririk ki, Siz, həqiqi hərbi xidmət keçmək üçün 950 saylı hərbi hissəyə təyin edilmisiniz.
Kənan Nağızadə Soruşur Yazılma Tarixi:14.01.2015 22:26:50

Salam. Mən oktyabr ayında xidmətə getdim. 2 ay sonra səhhətimlə bağlı ordudan təxris olundum. Mənim xəstəliyim sağalsa, mən yenidən xidmətə könüllü qayıda bilərəm? Ali təhsilliyəm, hərbi biletimin 2 ay xidmət etdikdən sonra yararsız olmağı mənə toxunur. Mən nə formada müraciət edə bilərəmki xidmətimi davam edib, bitirim.

Bildiririk ki, həqiqi hərbi xidmətə çağırılmış çağırışçılar Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş "Hərbi-həkim ekspertizası haqqında əsasnamə"nin  sağlamlıq vəziyyətinə dair əlavə tələblər cədvəli nəzərə alınmaqla tibbi müayinə olunurlar. Yalnız tibbi müayinə zamanı "hərbi xidmətə yararlı" sayılmış vətəndaşlar hərbi xidmətə göndərilirlər.
Əlavə olaraq qeyd edirik ki, hərbi xidmətə yararsız hesab edilmiş vətəndaşlar 
dövlət səhiyyə sistemi müəssisələrində və ya digər tibb müəssisələrnində müayinə nəticəsində əvvəllər müəyyən edilmiş diaqnozun dəyişdirildiyi və ya onların sağlam hesab edildikləri halda təkrara şəhadətləndirilə bilərlər.
Bu məsələ ilə bağlı siz və valideynləriniz qeydiyyatda olduğunuz Xidmətin yerli idarə, şöbə və ya bölməsinin rəisinə notarial qaydada təsdiq olunmuş ərizə ilə müraciət etməlisiniz.
Mustafazadə Pərviz Soruşur Yazılma Tarixi:14.01.2015 18:06:31

Mən Mustafazadə Pərviz Tarverdi oğlu 10.04.1993-cü ildə Şəki rayonu Orta Zəyzid kəndində anadan olmuşam.Ali təhsilliyəm.2014-cü ilin iyul ayında Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şəki rayon şöbəsindən hərbi xidmətə çağırılmışam.Səhhətimdəki problemə görə bir neçə dəfə həkim komissiyasından keçmişəm.Ən son oktyabr ayında Bakıda komissiyadan keçdim və mənə dedilər ki,cavablar SHXÇDX-nin Şəki rayon şöbəsinə göndəriləcək.Ancaq müvafiq şöbədən deyirlər ki,cavablar hələ də gəlməyib.Xahiş edirəm deyəsiz mənə ki mən hara müraciət edim?Və cavablar niyə bu qədər gecikir?Xatırladım ki ,bu problemə görə mən hər hansı işə müraciət edə bilmirəm.

Siz, 04.08.2014-cü il tarixdə Xidmətin Mərkəzi Hərbi-Həkim Komissiyasında tibbi şəhadətləndirilmiş və müayinə nəticəsində təyin olunmuş diaqnoza müvafiq olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş "Hərbi-həkim ekspertizası haqqında əsasnamə"nin "Xəstəliklər cədvəli"nin  42-ci maddəsinin "c" bəndinin I qrafasının tələblərinə uyğun olaraq "Sülh dövründə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlı" hesab edilmisiniz.
Əlavə olaraq bildiririk ki, hərbi qeydiyyat sənədləri ilə təmin edilməniz üçün Xidmətin Şəki rayon şöbəsinə müraciət etməlisiniz.
Lazım Əkbərzadə Soruşur Yazılma Tarixi:14.01.2015 17:03:16

Salam. Mən keçən ayın əvvəlində xəstəliyimin təsdiq olunması üçün Siti qospitalda müayinədən keçmişəm. Cavabı hələ də qeydiyyatda olduğum şöbəyə gəlməyib. Bunun səbəbini və cavabın nə vaxt gələcəyini bilmək istiyirəm.

Müraciətinizlə bağlı müvafiq araşdırmanın aparılması məqsədi ilə atanızın adı, təvəllüdünüz və qeydiyyatda olduğunuz Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon (şəhər) idarəsi (şöbəsi, bölməsi) göstərilməlidir.
Elmar Hüseynov Soruşur Yazılma Tarixi:14.01.2015 00:14:00

Salam, Men herbiden gelennen sora gizir kimi islemek istiyirem biraz melumat vererdizde meselen neçe ay oxumaliyam ve oxumaq ödenisledi yoxsa dövlet hesabina birdeki harda oxuyursan ?

Bildiririk ki, "Hərbi vəzifə və hərbi xidmət haqqında" Azərbaycan Respublikası Qanununun 36.1.3 maddəsinə əsasən, gizirlərin və miçmanların həqiqi hərbi xidmətinə - ən azı tam orta təhsilli, azı bir il hərbi xidmət keçmiş əsgərlər, matroslar, çavuşlar, 40 yaşınadək hərbi vəzifəlilər (zabitlər istisna olmaqla), habelə 19 yaşından 40 yaşınadək qadınlar daxil olurlar.
Kursların nə vaxt, harada və hansı müddətə keçirilməsi, qulluq (xidmət) etmək istədiyiniz Azərbaycan Respublikası Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyi, Ədliyyə NAzirliyi, Milli Təhlükəsizlik Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Dövlət Sərhəd Xidməti, Xüsusi Dövlət Mühafizə Xidməti, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən müəyyən edilir.
Taleh Qaracayev Paşa oglu Soruşur Yazılma Tarixi:14.01.2015 00:06:27

Salam men qaracayec Taleh pasa oqlu 20.06.1997ci il tevveludluyem.mene aq bilete muveqqeti yararsiz yazilib boyreyimde şiş olduguna gore.ama menim sinem dogumdan batiqdi hetta yumurta bele yerlewir.qaradag voenkomati deyir gedeceksen.ama dovlet hesabina avtomekteb oxumaq istedim qoymadilar dediler yararsizsan mene deyin esger gedib doyuwmey silah atmaq olar mawin surmey olmaz?xaiw edirem.sualimi cavablandirin.

Məlum olmuşdur ki, Siz, 2015-ci ilin iyul çağırışına hazırlıqla əlaqədar Xidmətin Qaradağ rayon idarəsinin hərbi-həkim komissiyasında tibbi baxışdan keçirilmiş və səhhətinizlə bağlı şikayətiniz nəzərə alınaraq M.Cavadzadə adına Respublika Klinik Uroloji Xəstəxanasına, 3 saylı Şəhər Klinik Xəstəxanasına müayinəyə göndərilmisiniz.
Dövlət Səhiyyə müəssisəsi tərəfindən tərtib edilən "Sağlamlıq vəziyyətinin müayinə edilməsi akt"ları Xidmətin Qaradağ rayon idarəsinə təqdim edildikdən sonra Sizin həqiqi hərbi xidmətə yararlı olub-olmamağınız barədə rayon çağırış komissiyası tərəfindən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş "Hərbi-həkim ekspertizası haqqında əsasnamə"nin "Xəstəliklər cədvəli"nin 1 qrafasının tələblərinə əsasən qərar qəbul olunacaqdır.
Tural Əzizov Soruşur Yazılma Tarixi:13.01.2015 23:07:21

Salam bilmək istərdim SHXÇDX ya işə qəbul olanda herbi rütbə verilir yoxsa mülkü olaraq qəbul olunur?

Nəzərinizə çatdırırıq ki, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə işə qəbulla əlaqədar barənizdə ətraflı məlumat verilməklə ərizə ilə müraciət etməyiniz tövsiyə olunur.
Əlavə olaraq bildiririk ki, hal-hazırda Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə, Silahlı Qüvvələrdə zabit qismində həqiqi hərbi xidmət keçmiş ehtiyyatda olan zabitlərin qəbul edilməsi məsələsinə baxılır.
Ünvan: Bakı şəhəri, Səbail rayonu, Zərifə Əliyeva küçəsi 30.
Aqil Məmmədov Soruşur Yazılma Tarixi:13.01.2015 22:16:34

Salam Çox xaış edirəm mənim sualıma aydınlıq gətirəsiniz. Universiteti bitirdikdən sonra 01.07.2014 tarixindən etibarən Sabunçu rayon hərbi komissarlığı tərəfindən çağrıldım və Zerife Əliyeva adina göz klinikasında hərbi espertizada müayinə nəticəsində sol gözümdə yüksək dərəcədə (95 % görməmə) amblyopia və çəplik diaqnozu qoyuldu. Amma hələdə nə hərbi biletim verilib nədəki əsgər aparırlar və aylardir rayon komisarlıği qospitaldan cavab gözlədiklərin deyərək aylardır gözlədirlər .Məni isə hərbi biletimin olmadığı səbəbindən marketə heç fəhlə olaraqda işə götürmürlər . Mən hara müraciət ede bilərəm?

Məlum olmuşdur ki, Siz, nəzarət qaydasında Xidmətin Mərkəzi Hərbi-Həkim Komissiyasında şəhadətləndirilmiş və müayinə nəticəsində təyin olunmuş diaqnoza müvafiq olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş "Hərbi-həkim ekspertizası haqqında əsasnamə"nin "Xəstəliklər cədvəli"nin 36-cı maddəsinin  I qrafasına əsasən 6 (altı) ay müddətinə "Hərbi xidmətə müvəqqəti yararsızdır" hesab edilmisiniz. 
adem eliyev Soruşur Yazılma Tarixi:13.01.2015 21:08:24

salam.men bilmek isteyirem ki necə kilodan aparirlar esger.,?

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş "Hərbi-həkim ekspertizası haqqında əsasnamə"nin "Xəstəliklər cədvəli"nin 66-cı maddəsinin  "c" bəndinin I qrafasına əsasən fəqərələrin rotasiyası ilə müşayiət olunan onurğanın təsbit olunmuş qazanılmış əyrilikləri ilə (II mərhələ skolioz) çağırışçılar "Sülh dövründə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlı" hesab edilirlər.  87-ci maddəsinin I qrafasının tələblərinə əsasən yaxşı fiziki inkişafı və qidalanması, mütənasib bədən quruluşu olan, boyu 148 sm-dən bədən çəkisi 45 kq-dan az olmayan çağırışçılar "hərbi xidmətə yararlı" hesab edilirlər və ƏTC-yə müvafiq olaraq Silahlı Qüvvələrin növləri və qoşun növləri üzrə təyin edilirlər.
Cavid Ceferov Soruşur Yazılma Tarixi:13.01.2015 19:50:03

salam mende 2-ci dereceli kifoz skolioz xesteliyi var bilmek isterdimki men herbi xidmete yararliyam yoxsa yox?

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş "Hərbi-həkim ekspertizası haqqında əsasnamə"nin "Xəstəliklər cədvəli"nin 66-cı maddəsinin  "c" bəndinin I qrafasına əsasən fəqərələrin rotasiyası ilə müşayiət olunan onurğanın təsbit olunmuş qazanılmış əyrilikləri ilə (II mərhələ skolioz) çağırışçılar "Sülh dövründə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlı" hesab edilirlər. 
Cədvəldə sətir sayı :14897