Sual/Cavab
HÖRMƏTLİ İSTİFADƏÇİLƏR!

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin internet səhifəsi Konstitusiyanın 57-ci maddəsinə uyğun olaraq vətəndaşların müraciət etmək hüququnun reallaşdırılması vasitəsidir.Hər bir istifadəçinin məktub göndərmək, arzularını bildirmək, onu maraqlandıran məsələlər barədə yazmaq, təklif, ərizə və şikayətlə müraciət etmək imkanı vardır.

SƏFƏRBƏRLİK VƏ HƏRBİ XİDMƏTƏ ÇAĞIRIŞ ÜZRƏ DÖVLƏT XİDMƏTİNİN ÜNVANINA ELEKTRON FORMADA MÜRACİƏT GÖNDƏRMƏZDƏN ƏVVƏL, XAHİŞ EDİRİK QAYDALARLA TANIŞ OLUN:

1.Mətni yazmazdan əvvəl nəzərdə tutulmuş formanın düzgün cavablandırılması vacibdir.

2.Mətn mütləq yazıldığı dilin əlifbası ilə tərtib olunmalıdır, bütövlükdə böyük və ya kiçik hərflərlə yazılmamalı, cümlələrə bölünməli, durğu işarələrindən istifadə qaydalarına riayət edilməlidir.

3.Müraciət aydın və səlis cümlələrlə yazılmalıdır.

4.Müraciət edərkən etika qaydaları gözlənilməlidir. Nəzakətsiz ifadələr işlədildikdə və ya müəllif özü barədə məlumatları dəqiq göstərmədikdə müraciətə cavab verilmir.

5.Hörmətli internet səhifəsi istifadəçiləri! Böyük informasiya axınının işlənməsi xüsusiyyətlərini nəzərə alaraq, xahiş edirik bəzi məhdudiyyətlərə hörmətlə yanaşasınız:

Sualınızı yazın


Verilən suallar
Elvin Memmedov Soruşur Yazılma Tarixi:06.01.2015 14:03:58

Oktiyabirda mudafiye nazirliyinin hekim komisiyasindan kecmisem vanvar cagrisinda adim cixmayib qeydiyatda oldugum idare deyir bizlik deyil nazirlikdi men hara muraciyet etmeliyem ????????

Müraciətinizlə bağlı müvafiq araşdırmanın aparılması məqsədi ilə atanızın adı, təvəllüdünüz və qeydiyyatda olduğunuz Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon (şəhər) idarəsi (şöbəsi, bölməsi) göstərilməlidir.
Ramal Qasimov Soruşur Yazılma Tarixi:06.01.2015 03:39:56

Mən Ramal Qasımov Tahir oğlu.Əfqanıstanda xidmət etmək istəyirəm.Bunun üçün hara müraciət etməliyəm və bunun üçün nə lazımdır?

Silahlı Qüvvələrin və qanunvericiliyə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrin komplektləşdirilməsi planlı şəkildə aparılır və xüsusi kompyuter proqramı vasitəsi ilə bölünür. Sizin müraciətinizə təyin olunduğunuz xüsusi qoşun növündə baxıla bilər.
emin cəbrayılov Soruşur Yazılma Tarixi:06.01.2015 00:42:28

Salam.mən 2 uşaq atasıyam hərbi xidmət edə bilərəm?

Bildiririk ki, "Hərbi vəzifə və hərbi xidmət haqqında" Azərbaycan Respublikası Qanunununda iki övladı olan çağırışçılara hərbi xidmətə çağırışdan möhlət verilməsi nəzərdə tutulmamışdır.
Rövşən suleymanov Soruşur Yazılma Tarixi:05.01.2015 21:36:22

212 nomreli MN herbi hisse haradi

Qeyd etdiyiniz məsələ ilə bağlı Müdafiə Nazirliyinə müraciət etməyiniz tövsiyə olunur.
həsənov murad kərim Soruşur Yazılma Tarixi:05.01.2015 19:13:06

mən əsgər atası oğlumun Şəmkir korpusundan nəvaxt bölündüyünü bilmək istəyirəm və hara düşdüyünü bilmək istəyirəm

Qeyd etdiyiniz məsələ ilə bağlı Müdafiə Nazirliyinə müraciət etməyiniz tövsiyə olunur.
QULİYEV RAFİQ Soruşur Yazılma Tarixi:05.01.2015 18:52:08

salam. men QULİYEV RAFİQ RABİL oğlu 14.07.1996.Herbi çağırışçıyam FHN düşmüşem.hansı rayon ve hansı çasta qulluq edeceyimi bilmek isteyirem.

Qeyd etdiyiniz məsələ ilə bağlı Fövqəladə Hallar Nazirliyinə müraciət etməyiniz tövsiyə olunur.
Nurlan Nurbalayev Soruşur Yazılma Tarixi:05.01.2015 14:28:45

Salam. Gor 21 Yashim var. Gor necenci atpravkadiki meni aparmirlar. Gozumnen mualiceye gonderdiler. Bitirdim. Yenede xeber gondermediler atpravka. Men neyniye bilerem? Melumat vererdiz bir zehmet.

Sizin ünvanladığınız suala dəqiq və dolğun cavab verilməsi üçün atanızın adı, təvəllüdünüz və qeydiyyatda olduğunu Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon (şəhər) idarəsi (şöbəsi, bölməsi) göstərilməlidir.
Orxan ahadov Soruşur Yazılma Tarixi:05.01.2015 01:58:37

Men Ahadov Orxan. Sualım: Gelen il Yanvar ayının 31 i , 18 yaşım tamam olur. Men könüllü olaraq yanvar przivine düşe bilerem?yoxsa aprel ayına düşürem? Eslinde 1 den 30 na dek çağırşdı. İstiyirem melumatlandırasız.

Bildiririk ki, "Hərbi vəzifə və hərbi xidmət haqqında" Azərbaycan Respublikası Qanununun 12-ci maddəsinin  12.2.1-ci bəndinə əsasən Azərbaycan Respublikasının 18 yaşına çatmış, sağlamlıq vəziyyətinə görə hərbi xidmətə yararlı olan, çağırışa möhlət hüququ olmayan və ya çağırışdan azad edilməmiş kişi cinsli vətəndaşlar həqiqi hərbi xidmətə Azərbaycan Respublikası Prezidentinin aktı əsasında ildə dörd dəfə - yanvar, aprel, iyul və oktyabr aylarının 1-dən 30-dək çağırılırlar.
Akifli Röyal Soruşur Yazılma Tarixi:05.01.2015 00:21:26

mən kollec tələbəsiyəm və semester imtahamını vermək istəyirəm. mənə yanvar ayının 7-də həqiqi hərbi xidmətə çağırış vərəqi gəlib və mən istəyirəmki imtahanları keçirdim və hərbi xidmətə gedim.... bu münkündürmü və əgər münkündürsə neçə gün olar?

Bildiririk ki, Siz, fərdi çağırış vərəqəsində göstərilən tarixdə qeydiyyatda olduğunuz idarə, şöbə və ya bölməsində olmağınız tövsiyyə olunur və qanunvericiliyin tələblərinə uyğun olaraq ümumi əsaslarla müddətli həqiqi hərbi xidmətə çağırışa cəlb ediləcəksiniz.
amil isgenderov Soruşur Yazılma Tarixi:04.01.2015 23:53:35

mn 109 hansi rayondadi

Qeyd etdiyiniz məsələ ilə bağlı Müdafiə Nazirliyinə müraciət etməyiniz tövsiyə olunur.
Cədvəldə sətir sayı :14890