Sual/Cavab
HÖRMƏTLİ İSTİFADƏÇİLƏR!

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin internet səhifəsi Konstitusiyanın 57-ci maddəsinə uyğun olaraq vətəndaşların müraciət etmək hüququnun reallaşdırılması vasitəsidir.Hər bir istifadəçinin məktub göndərmək, arzularını bildirmək, onu maraqlandıran məsələlər barədə yazmaq, təklif, ərizə və şikayətlə müraciət etmək imkanı vardır.

SƏFƏRBƏRLİK VƏ HƏRBİ XİDMƏTƏ ÇAĞIRIŞ ÜZRƏ DÖVLƏT XİDMƏTİNİN ÜNVANINA ELEKTRON FORMADA MÜRACİƏT GÖNDƏRMƏZDƏN ƏVVƏL, XAHİŞ EDİRİK QAYDALARLA TANIŞ OLUN:

1.Mətni yazmazdan əvvəl nəzərdə tutulmuş formanın düzgün cavablandırılması vacibdir.

2.Mətn mütləq yazıldığı dilin əlifbası ilə tərtib olunmalıdır, bütövlükdə böyük və ya kiçik hərflərlə yazılmamalı, cümlələrə bölünməli, durğu işarələrindən istifadə qaydalarına riayət edilməlidir.

3.Müraciət aydın və səlis cümlələrlə yazılmalıdır.

4.Müraciət edərkən etika qaydaları gözlənilməlidir. Nəzakətsiz ifadələr işlədildikdə və ya müəllif özü barədə məlumatları dəqiq göstərmədikdə müraciətə cavab verilmir.

5.Hörmətli internet səhifəsi istifadəçiləri! Böyük informasiya axınının işlənməsi xüsusiyyətlərini nəzərə alaraq, xahiş edirik bəzi məhdudiyyətlərə hörmətlə yanaşasınız:

Sualınızı yazın


Verilən suallar
Rehim Memisov Soruşur Yazılma Tarixi:13.01.2015 15:50:10

salam,menim heyat yoldasim Berde rayon Merkezi xestexanasinda tibb bacisi isleyir,is yerinden herbi bilet teleb edirler,bilmek isterdim ki herbi bileti almaq ucun hansi senedler lazimdi,ve hara muraciet etmek? Sexsiyyet vesiqesinde dogum yeri Berde rayonudu,yasayis yeri Lacin rayonu

"Hərbi vəzifə və hərbi xidmət haqqında" Azərbaycan Respublikası Qanununun 3.4 maddəsinə əsasən, siyahısı Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq edilən hərbi uçot ixtisası olan 19 yaşından 40 yaşınadək Azərbaycan Respublikasının qadın vətəndaşları özlərinin razılığı ilə hərbi qeydiyyata götürülürlər.
Bildiririk ki, həyat yoldaşınız pasport qeydiyyatında olduğu yer üzrə tələb olunan sənədlərlə (ərizə, şəxsiyyət vəsiqəsinin surəti, ailə tərkibi haqqında arayış, təhsili haqqında sənədin surəti, təhsil müəssisəsinin yerləşdiyi ərzi üzrə hərbi qeydiyyatda olub-olmaması və hərbi bilet alıb-almaması barədə Xidmətin yerli idarə, şöbə və ya bölməsindən arayış, iş yerindən arayış, tərcümeyi-hal, 4 ədəd 3x4 sm. ölçüdə  fotoşəkil) Xidmətin yerli idarə, şöbə və ya bölməsinə müraciət etməlidir.
Xəzər Ələsgərov Soruşur Yazılma Tarixi:12.01.2015 19:42:02

salam mən Ucar rayonunda yerləşən səfərbərlik idarəsinə necə işə qəbul oluna bilərəm.? ehtiyatda olan hərbiçiyəm.əşya xidmət rəisi işləmişəm.rütbəmdə leytenantdır.

Nəzərinizə çatdırırıq ki, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə işə qəbul olunmağınızla bağlı ərizədə özünüz haqqında ətraflı məlumat vermədiyinizə görə barənizdə qərar qəbuı olunması mümkün hesab edilməmişdir.
Eyni zamanda nəzərinizə çatdırırıq ki, vətəndaşaların Azərbaycan Respublikasının  Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə həqiqi hərbi xidmətə (işə) qəbulu keçirilən müsabiqənin (test imtahanı) və müsahibənin nəticələrindən asılı olaraq müəyyən edilir.
Əlavə olaraq bildiririk ki, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə həqiqi hərbi xidmətə qəbul edildiyiniz təqdirdə Siz Azərbaycan Respublikasının istənilən bölgəsində xidmət etməyə şərtsiz hazır olmalısınız.

Nicat Kazımov Soruşur Yazılma Tarixi:12.01.2015 13:11:01

Salam... Mən ailənin tək övladıyam , valideyinlərimin hər ikisi rəhmətə gedib ( atam şəhid olub ) . Bilmək istərdim , mən "müddətli həqiqi hərbi xidmətdən azad olunanlar"a aid edilirəmmi?

Qeyd etdiyiniz məsələ ilə bağlı "Hərbi vəzifə və hərbi xidmət haqqında" Azərbaycan Respublikası Qanunununda heç birr müddəa nəzərdə tutulmamışdır.
ferqane asurova Soruşur Yazılma Tarixi:12.01.2015 12:18:35

salam men SHXCDX-NİN gence seheri uzre ise qebul olunmaq istiyirem.ozum ali tehsilliyem.Gence dovlet universitetinin tarix cografiya fakultesinin tarix ixtisasini ferqlenme diplomu ile bitirmisem.senedlerimi hara gondere bilerem?

Nəzərinizə çatdırırıq ki, hal-hazırda Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində qadınlar üçün nəzərdə tutulmuş hərbi vəzifələr üzrə vakant yerlər olmadığı üçün, Sizin həqiqi hərbi xidmətə qəbul olunmağınızla bağlı müraciətinizin müsbət həlli mümkün deyil.
FERID NAGIYEV Soruşur Yazılma Tarixi:12.01.2015 07:56:08

Sizin xidmete daxil olan mäktubun, ärizänin, müraciyätin necä gün icra müdäti var?

Məlumat üçün bildiririk ki, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə vətəndaşların müraciətinə baxılması işi "Vətəndaşların müraciətlərinə baxılması qaydası haqqında" Azərbaycan Respublikası Qanununa əsasən həyata keçirilir.
Əlavə olaraq nəzərə çatdırırıq ki, Sizin Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə 26 dekabr 2014-cü il tarixdə daxil olmuş müraciətiniz hal-hazırda aidiyyəti üzrə icra olunur və müəyyən olunmuş müddət ərzində nəticələri barədə Sizə məlumat veriləcəkdir.
Murad.A Soruşur Yazılma Tarixi:12.01.2015 03:32:00

Zehmet olmasa sualimi cavablandirardiz, cagiris vaxti hekim komisiyasindan kecen zaman mueyyen xestelikler uze cixdi buna gorede herbi xidmete aparilmadim.herbi bilet almiwam ama 3ilden bir hekim komisiyasindan kecirem, eger novbeti cagiriw vaxti hekim kamisiyasindan saqlam cixsam herbi xidmete yollana bileremmi ?

Nəzərinizə çatdırırıq ki, "Hərbi vəzifə və hərbi xidmət haqqında" Azərbaycan Respublikası Qanununun 20.3 maddəsinə əsasən dinc dövr üçün hərbi xidmətə yararsız, müharibə dövrü üçün məhdud yararlı hesab edilərək ehtiyata keçirilən vətəndaşlar 35  yaşına çatana qədər hər 3 ildən bir təkrar tibbi müayinədən keçirilirlər. Təkrar tibbi müayinə zamanı dinc dövrdə həqiqi hərbi xidmətə yararlı hesab olunanlar ümumi əsaslarla müddətli həqiqi hərbi xidmətə çağırılırlar.
Haqverdi Nuriyev Soruşur Yazılma Tarixi:11.01.2015 10:22:02

Yaxın qohumumu hərbi hissələrin birindən "xəstəsən,müalicə olunmalısan" deyə geri qaytarıblar.Lakin heç bir sənəd verməyiblər. Deyiblər ki, rayonunuzun SHXÇDX-ə göndərəcəyik.Bilmək istəyirəm: 1.Cəlilabad SHXÇDX-i ağır xəstəni nə üçün yararlı hesab edərək xidmətə aparmışdı? 2.Çaöırışçını bizmi müalicə etdirməliyik? 3.Hərbi hissənin müayinə sənədlərini bizə niyə vermirlər?

Qeyd etdiyiniz məsələ ilə bağlı qohumunuzun qeydiyyatda olduğu Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Cəlilabad rayon şöbəsinə müraciət etməyiniz tövsiyə olunur.
Nihat Semedov Soruşur Yazılma Tarixi:10.01.2015 18:20:21

Men SHXCDX-nin oguz rayonu bolmesine ise qebul olunmaq ucun elektron senedlerimi hansi unvana vere bilerem?

Bildiririk ki, www.seferberlik.gov.az saytının "elektron xidmətlər" bölümünə daxil olaraq müvafiq elektron xidmətlərdən birini  seçərək müraciət edə bilərsiniz.
huseyn muradov Soruşur Yazılma Tarixi:10.01.2015 00:11:15

salam men muradov huseyn azer oglu 1996ci ilde anadan olmusam xetai rayonu herbi kamisarliqindan oktyabir ayinda tibbi muayineye gonderilmisem yasti pencelik uzre yanvar ayidi hele bir cavab gelmiyib xahs edirem men herbi xidmete yararliyam ya yox ? bir cavab deyerdiz cox isderdim ama herbi xidmetde olum herbici olmaqdi en boyuk arzum

Siz, 11.11.2014-cü il tarixdə Xidmətin Mərkəzi Hərbi-Həkim Komissiyasında tibbi şəhadətləndirilmiş və müayinə nəticəsində təyin olunmuş diaqnoza müvafiq olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş "Hərbi-həkim ekspertizası haqqında əsasnamə"nin "Xəstəliklər cədvəli"nin 68-ci maddəsinin "c" bəndinin I qrafasının tələblərinə uyğun olaraq "Sülh dövründə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlı" hesab edilmisiniz.
Əlavə olaraq bildiririk ki, hərbi qeydiyyat sənədləri ilə təmin edilməniz üçün Xidmətin Xətai rayon idarəsinəmüraciət etməlisiniz. 
Miri Seyidov Soruşur Yazılma Tarixi:09.01.2015 23:50:19

Salam men nekadr leytenant kimi getmey isdiyirem.bu haqada hardan melumat ala bilerem?

Bildiririk ki, Azərbaycan Respublikası Müdafiə Nazirliyindən  verilmiş müəyyən sayda sifarişə əsasən yalnız həkim ixtisaslı mütəxəssislərin Təlim və Tədris Mərkəzindən ehtiyat zabit hazırlığı kursunda təhsil alması nəzərdə tutulmuşdur.
Cədvəldə sətir sayı :14897