Sual/Cavab
HÖRMƏTLİ İSTİFADƏÇİLƏR!

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin internet səhifəsi Konstitusiyanın 57-ci maddəsinə uyğun olaraq vətəndaşların müraciət etmək hüququnun reallaşdırılması vasitəsidir.Hər bir istifadəçinin məktub göndərmək, arzularını bildirmək, onu maraqlandıran məsələlər barədə yazmaq, təklif, ərizə və şikayətlə müraciət etmək imkanı vardır.

SƏFƏRBƏRLİK VƏ HƏRBİ XİDMƏTƏ ÇAĞIRIŞ ÜZRƏ DÖVLƏT XİDMƏTİNİN ÜNVANINA ELEKTRON FORMADA MÜRACİƏT GÖNDƏRMƏZDƏN ƏVVƏL, XAHİŞ EDİRİK QAYDALARLA TANIŞ OLUN:

1.Mətni yazmazdan əvvəl nəzərdə tutulmuş formanın düzgün cavablandırılması vacibdir.

2.Mətn mütləq yazıldığı dilin əlifbası ilə tərtib olunmalıdır, bütövlükdə böyük və ya kiçik hərflərlə yazılmamalı, cümlələrə bölünməli, durğu işarələrindən istifadə qaydalarına riayət edilməlidir.

3.Müraciət aydın və səlis cümlələrlə yazılmalıdır.

4.Müraciət edərkən etika qaydaları gözlənilməlidir. Nəzakətsiz ifadələr işlədildikdə və ya müəllif özü barədə məlumatları dəqiq göstərmədikdə müraciətə cavab verilmir.

5.Hörmətli internet səhifəsi istifadəçiləri! Böyük informasiya axınının işlənməsi xüsusiyyətlərini nəzərə alaraq, xahiş edirik bəzi məhdudiyyətlərə hörmətlə yanaşasınız:

Sualınızı yazın


Verilən suallar
emil azizov Soruşur Yazılma Tarixi:04.01.2015 23:25:54

men 2 ci dereceli agir varikoz xestesiyem herbi xidmete yaraliyam?

II dərəcəli xroniki vena çatışmazlığı (uzunmüddətli yeriş və ya ayaq üstə çox dayanma zamanı ayaqlarda və baldırlarda əmələ gələn, gecə və ya gündüz istirahəti ərzində çəkilən vaxtaşırı ödemlərin olması) əlamətləri ilə müşayiət olunan varikoz xəstəliyi olan çağırışçılar Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş "Hərbi-həkim ekspertizası haqqında əsasnamə"nin "Xəstəliklər cədvəli"nin 45-ci maddəsinin "c" bəndinin I qrafasına əsasən "Sülh dövründə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlı" hesab edilirlər.
Məhərrəmov İsmət Soruşur Yazılma Tarixi:04.01.2015 11:53:31

Mən artıq 5 aya yaxındır ki, iş ilə bağlı sizə müraciət etmişəm.Sənədlərimi də təqdim etmişəm.Bilmək istəyirəm ki, imtahan dəqiq olaraq nə vaxt keçiriləcək.

Bildiririk ki, həqiqi hərbi xidmətə (işə) qəbulla bağlı müraciət etmiş vətəndaşların sayı çox olduğundan onların Xidmətin Aparatına müsabiqəyə dəvət olunmaları növbəti qaydada həyata keçirilir.
Müsabiqəyə dəvət olunmağınız barədə Sizə məlumat veriləcəkdir.
Nurəddin Rehimli Soruşur Yazılma Tarixi:03.01.2015 18:02:31

salam. mene cagiris ayin 5ine gelibdi. olarmi ki ayin 20sinden sora gedim. hec bir problem cixmaz ki. xahiw edirem cvblandirarsiz

Bildiririk ki, Siz çağırış vərəqəsində göstərilən tarixdə qeydiyyatda olduğunuz idarə, şöbə və bölməsində olmalısınız.
cavid.təhməzov Soruşur Yazılma Tarixi:03.01.2015 17:46:19

Men könülü Erize vermey isdeyirem ki meni esger aparsnlar ama sehtimde prablem olub indi yaxşyam esger gede bilerem

Siz, təkrar tibbi müayinənin nəticəsindən asılı olaraq, hərbi xidmətə yararlı olduğunuz təqdirdə müddətli həqiqi hərbi xidmətə çağırışa cəlb ediləcəksiniz.
Eli Quliyev Soruşur Yazılma Tarixi:03.01.2015 15:21:23

Salam men Quliyev Eli Nazim oglu Daxili qowunlara duwmuwem amma hara duwmuwem oyrene bilmedim xaiw elirem mumkundurse deyerdiz.

Qeyd etdiyiniz məsələ ilə bağlı Daxili İşlər Nazirliyinə müraciət etməyiniz tövsiyə olunur.
MURAD BABAYEV Soruşur Yazılma Tarixi:02.01.2015 23:44:37

Men Babayev Murad Hakim oglu size yazib dmek isteyirem ki meni meni 16 iyul 2014 de sumqayit vainkamatindan bakiya hekimlerden kecmeye aparmisdilar orda birdene diisme gore prablem demsidi oda qabax dis bir birine bitismirdi dedielr get duzelt gelersen medne duzeldim ve 4 5 aydiki bir soz demirler sadece bunu deyirlerki bakidan cagiw gelmeyib bunu dmeek isetyriemki size xais edirem bu menim ayzdigimi oxuyub bir care taabsiz yani insallah ne vaxt meni esger aparirirlar men esger getmek isteyirem menim basgalarinaan hec bir ferqim yoxdu yani xais menim bu erizemi oxuyub bir cavab ayzasiz mende bilim nece aydir bir xebr yoxdu xais edirem sizden artik derece

Məlum olmuşdur ki, Siz, 16.07.2014-cü il tarixdə Xidmətin Mərkəzi Hərbi-Həkim Komissiyasında şəhadətləndirilmiş və müayinə nəticəsində təyin olunmuş diaqnoza müvafiq olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş "Hərbi-həkim ekspertizası haqqında əsasnamə"nin "Xəstəliklər cədvəli"nin 1 qrafasının tələblərinə əsasən "Süıh dövründə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlı" hesab edilmisiniz.
Hərbi qeydiyyat sənədləri ilə təmin edilməniz üçün Siz, Xidmətin Sumqayıt şəhər idarəsinə müraciət edə bilərsiniz.
Valeh Humbetov Soruşur Yazılma Tarixi:02.01.2015 20:48:26

Men Tam serast Gulle Atmaq Qabilyetim var 100 ,,,,metirden Spicka kutsun Bir guleye Vura Bilirem 40,,,Yasim var 2...il ...9 ...ay herbi xidmetde Olmusam Yeniden Hebiye Getmek istiyirem Qebul edelermi .

Bildiririk ki, "Hərbi vəzifə və hərbi xidmət haqqında" Azərbaycan Respublikasının Qanununun 36.1-ci maddəsinə əsasən həqiqi hərbi xidmətə qəbul üçün müəyyən edilmiş tələblərə cavab verən Azərbaycan Respublikasının vətəndaşları bağlaşma əsasında aşağıdaki həqiqi hərbi xidmətlərə könüllü daxil olurlar:  
- Müddətdən artıq həqiqi hərbi xidmətə - ən azı ümumi orta təhsilli, qanunla müəyyənləşdirilən müddətli həqiqi hərbi xidməti başa çatdırmış hərbi qulluqçular, 40 yaşınadək hərbi vəzifəlilər (zabitlər, gizirlər və miçmanlar istisna olmaqla);
 
- Gizirlərin və miçmanların həqiqi hərbi xidmətinə - ən azı tam orta təhsilli, azı bir il hərbi xidmət keçmiş əsgərlər, matroslar, çavuşlar, 40 yaşınadək hərbi vəzifəlilər (zabit istisna olmaqla)
Bu səbəbdən Siz yuxarıda qeyd olunan tələblərə cavab verdiyiniz halda, hərbi xidmət keçmək istəyiniz barədə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin və qanunvericilikdə nəzərdə tutulmuş digər silahlı birləşmələrin Komandanlıqlarına müraciət edə bilərsiniz. 
Səməd Pirməmmədzadə Soruşur Yazılma Tarixi:02.01.2015 18:52:12

051 hardadi? gəncədə ya bərdədə?

Qeyd etdiyiniz məsələ ilə bağlı Müdafiə Nazirliyinə müraciət etməyiniz tövsiyə olunur.
bedulayev amil Soruşur Yazılma Tarixi:02.01.2015 18:42:12

112 herbi hise harda yerlesir

Qeyd etdiyiniz məsələ ilə bağlı Müdafiə Nazirliyinə müraciət etməyiniz tövsiyə olunur.
Kamran nebiyev Soruşur Yazılma Tarixi:02.01.2015 17:29:25

salam men oktyabrda esger gedesiydim amma aparmadilar dediler ki gelen atprafka gedecsen indi bilmek isdiyrem ki nevaxt gedecem xayiw edrem etrafli melummat verin.

Sizin ünvanladığınız suala dəqiq və dolğun cavab verilməsi üçün atanızın adı, təvəllüdünüz və qeydiyyatda olduğunu Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon (şəhər) idarəsi (şöbəsi, bölməsi) göstərilməlidir.
Cədvəldə sətir sayı :14890