Sual/Cavab
HÖRMƏTLİ İSTİFADƏÇİLƏR!

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin internet səhifəsi Konstitusiyanın 57-ci maddəsinə uyğun olaraq vətəndaşların müraciət etmək hüququnun reallaşdırılması vasitəsidir.Hər bir istifadəçinin məktub göndərmək, arzularını bildirmək, onu maraqlandıran məsələlər barədə yazmaq, təklif, ərizə və şikayətlə müraciət etmək imkanı vardır.

SƏFƏRBƏRLİK VƏ HƏRBİ XİDMƏTƏ ÇAĞIRIŞ ÜZRƏ DÖVLƏT XİDMƏTİNİN ÜNVANINA ELEKTRON FORMADA MÜRACİƏT GÖNDƏRMƏZDƏN ƏVVƏL, XAHİŞ EDİRİK QAYDALARLA TANIŞ OLUN:

1.Mətni yazmazdan əvvəl nəzərdə tutulmuş formanın düzgün cavablandırılması vacibdir.

2.Mətn mütləq yazıldığı dilin əlifbası ilə tərtib olunmalıdır, bütövlükdə böyük və ya kiçik hərflərlə yazılmamalı, cümlələrə bölünməli, durğu işarələrindən istifadə qaydalarına riayət edilməlidir.

3.Müraciət aydın və səlis cümlələrlə yazılmalıdır.

4.Müraciət edərkən etika qaydaları gözlənilməlidir. Nəzakətsiz ifadələr işlədildikdə və ya müəllif özü barədə məlumatları dəqiq göstərmədikdə müraciətə cavab verilmir.

5.Hörmətli internet səhifəsi istifadəçiləri! Böyük informasiya axınının işlənməsi xüsusiyyətlərini nəzərə alaraq, xahiş edirik bəzi məhdudiyyətlərə hörmətlə yanaşasınız:

Sualınızı yazın


Verilən suallar
CÖVRAL ABDULLAYEV Soruşur Yazılma Tarixi:23.12.2014 09:22:41

salam mən İNŞALLAH yanvarda hərbi xidmətə yola düşürəm məhdudu hərbi xidmət edəcəm onun haqqında qanunvericilik hardadir yaza biərsiniz dəqiq olsunun zəhmət olmasa emailədə göndərə bilərsiniz zəhmət olmasa ünvan dəqiqi olsun çox sağolun

"Hərbi vəzifə və hərbi xidmət haqqında" Azərbaycan Respublikası Qanununa hər hansı əlavə və dəyişikliklər edilərsə, bu barədə məlumatı www.e-qanun.az internet səhifəsindən əldə edə bilərsiniz.
Ferhad Qeyserzade Soruşur Yazılma Tarixi:22.12.2014 21:19:25

Salam Azərbaycan Respublikası Silahlı Qüvvələri və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələr üçün sürücü ixtisası üzrə mütəxəssislərin hazırlıq kurslarını bitirib,imtahan verib surucuk vesiqesini aldiqdan sonra avtomobil etmeye icaze verilir bu suruculuk vesiqesiyle?ve eger verilmirse neye gore icaze verilmir?

Bildiririk ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 mart 1999-cu il tarixli 41 nömrəli qərarı ilə təsdiq edilmiş "Nəqliyyat vasitəsini idarə etmək hüququ verən sürücülük vəsiqəsi almaq istəyən şəxslərdən imtahanların qəbul edilməsi və onlara sürücülük vəsiqəsinin verilməsi qaydaları haqqında Əsasnamə"nin tələblərinə əsasən Azərbaycan Respublikası Silahlı Qüvvələri və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələr üçün müəyyən edilmiş təhsil müəssisələrində hazırlıq keçmiş 17 yaşına çatmış vətəndaşlar hazırlıq kursunu bitirdikdən və müvafiq şəhadətnamə aldıqdan sonra Baş Dövlət Yol Polisi İdarəsinin qeydiyyat-imtahan şöbələrində imtahana buraxılırlar. İmtahanları müvəffəqiyyətlə verən 18 yaşı tamam olmamış vətəndaşlara sürücülük  vəsiqəsi verilir və vəsiqənin "xüsusi qeydlər" qrafasında "18 yaşı tamam olduqdan sonra avtomobilləri idarə edə bilər" qeydi aparılır.
Bununla yanaşı, "Yol hərəkəti haqqında" Azərbaycan Respublikasının Qanununa əsasən, Azərbaycan Respublikası ərazisindəki yollarda "B" və "C" kateqoriyasına daxil olan nəqliyyat vasitələrini idarə etmək hüququ 18 yaşdan etibarən yaranır.
Elşən, Bayramlı Soruşur Yazılma Tarixi:22.12.2014 20:17:35

Salam. Mən 2015 iyul priziviyem inşallah. Ali tehsilliyem. Milli Qvardiyada qulluq ede bilərəm? Edə bilərəmsə, MQ-ya müraciət etməliyəm yoxsa necə ?..

Bildiririk ki, Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidmətinin Milli Qvardiyasının müddətli həqiqi hərbi xidmət qulluqçuları ilə komplektləşdirilməsi üçün, çağırışçıların seçimi XDMX-nin Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrəö Dövlət Xidmətinin yerli idarə, şöbə və bölmələrinə ezam olunmuş zabitləri tərəfindən aparılır.
Siraliyev Xeyal Soruşur Yazılma Tarixi:22.12.2014 16:41:01

Salam men hansi herbi xidmete dusduyumu sms vasitesiyle nece oyrene bilerem??

Çağırışçıların təyin olunduqları hərbi hissə haqqında məlumatı şəxsi məlumatlarını daxil etməklə, 31 dekabr 2014-cü il tarixdən etibarən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin saytının "elektron xidmətlər" bölməsinin müvafiq bölümündən, həmçinin şəxsiyyət vəsiqəsinin nömrəsini "9100" qısa nömrəsinə sms-lə göndərərək əldə edə bilərlər.
Piri Məmmədov Soruşur Yazılma Tarixi:21.12.2014 22:31:58

mən Məmmədov Piri Mirze oglu yanvarin 2 -sinde herbi xidmete cagrilmisam hara dusduyumu nece oyrene bilerem

Çağırışçıların təyin olunduqları hərbi hissə haqqında məlumatları 31 dekabr, 31 mart, 30 iyun, 30 sentyabr tarixlərindən etibarən şəxsi məlumatları daxil etməklə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin saytının "elektron xidmətlər" bölməsinin müvafiq bölümündən əldə edə bilərlər.
Ruslan Duniyev Soruşur Yazılma Tarixi:21.12.2014 19:58:08

salam men celilabad rayon lekin kendindenem yanvar ayi herbi xidmete gedecem hara dusduyum barede melumat almaq isterdim sizden

Çağırışçıların təyin olunduqları hərbi hissə haqqında məlumatları 31 dekabr, 31 mart, 30 iyun, 30 sentyabr tarixlərindən etibarən şəxsi məlumatları daxil etməklə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin saytının "elektron xidmətlər" bölməsinin müvafiq bölümündən əldə edə bilərlər.
POLAD NAGI Soruşur Yazılma Tarixi:21.12.2014 17:24:24

salam! men herbi xidmete konullu getmek isteyen qadinlar ucun neler lazim oldugunu bilmek isterdim! qeydiyyatmi?! harada ve nece aydinliq getirerdiniz xahis edirem!

"Hərbi vəzifə və hərbi xidmət haqqında" Azərbaycan Respublikası Qanununun 12.2.1 maddəsinə əsasən Azərbaycan Respublikasının 18 yaşına çatmış, 35 yaşınadək sağlamlıq vəziyyətinə görə hərbi xidmətə yararlı olan, çağırışa möhlət hüququ olmayan və ya çağırışdan azad edilməmiş kişi cinsli vətəndaşları müddətli həqiqi hərbi xidmətə çağırılırlar.
Şahin Memmedov Soruşur Yazılma Tarixi:21.12.2014 16:11:27

Salam bilmek isteyirem nece uşaqı olan ata herbi xidmetden azaddır.

Bildiririk ki, "Hərbi vəzifə və hərbi xidmət haqqında" Azərbaycan Respublikası Qanununun 19.1.2-ci maddəsinə əsasən, 3 və daha çox uşağı olan çağırışçılara ailə vəziyyətinə görə müddətli həqiqi hərbi xidmətə çağırışa möhlət verilir.
Kamil Quliyev Soruşur Yazılma Tarixi:21.12.2014 14:45:36

salam. orte mektebde herbi rehber vezifesinde calishan pedaqoji ali tehsili olanlar herbi rutbeni nece ala biler.

Bildiririk ki, ümumtəhsil və texniki peşə məktəblərində çağırışaqədərki hazırlıq rəhbəri (hərbi rəhbər) kimi pedoqoji fəaliyyət göstərən müəllim heyyəti Nazirlər Kabinetinin 29 may 1998-ci il tarixli 119 nömrəli qərarın tələblərinə əsasən hərbi rütbəli olmalıdır.
Növbəti hərbi rütbənin verilməsi "Hərbi vəzifə və hərbi xidmət haqqında" Azərbaycan Respublikasının Qanununun 47-ci maddəsinə uyğun olaraq toplanışlarıkeçmiş və tədris proqramı üzrə yoxlamaları müvəffəqiyyətlə vermiş hərbi vəzifəlilərə "Hərbi xidmətkeçmə haqqında" Əsasnamədə müəyyənləşdirilmişqaydada növbəti hərbi rütbə verilə bilər.
Ceyhun Zakirov Soruşur Yazılma Tarixi:21.12.2014 10:43:41

Salam.Mən Qəbələ rayon komisarlığından 05.01.2015 tarixinə hərbi xidmətə çağırılmış Məhərrəmli Sənan Xalis oğlunu hansı hərbi hissəyə düşdüyünü bilmək istəyirəm.Əvvəlcədən təşəkkürlər.

Çağırışçıların təyin olunduqları hərbi hissə haqqında məlumatları 31 dekabr, 31 mart, 30 iyun, 30 sentyabr tarixlərindən etibarən şəxsi məlumatları daxil etməklə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin saytının "elektron xidmətlər" bölməsinin müvafiq bölümündən əldə edə bilərlər.
Cədvəldə sətir sayı :14897