Sual/Cavab
HÖRMƏTLİ İSTİFADƏÇİLƏR!

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin internet səhifəsi Konstitusiyanın 57-ci maddəsinə uyğun olaraq vətəndaşların müraciət etmək hüququnun reallaşdırılması vasitəsidir.Hər bir istifadəçinin məktub göndərmək, arzularını bildirmək, onu maraqlandıran məsələlər barədə yazmaq, təklif, ərizə və şikayətlə müraciət etmək imkanı vardır.

SƏFƏRBƏRLİK VƏ HƏRBİ XİDMƏTƏ ÇAĞIRIŞ ÜZRƏ DÖVLƏT XİDMƏTİNİN ÜNVANINA ELEKTRON FORMADA MÜRACİƏT GÖNDƏRMƏZDƏN ƏVVƏL, XAHİŞ EDİRİK QAYDALARLA TANIŞ OLUN:

1.Mətni yazmazdan əvvəl nəzərdə tutulmuş formanın düzgün cavablandırılması vacibdir.

2.Mətn mütləq yazıldığı dilin əlifbası ilə tərtib olunmalıdır, bütövlükdə böyük və ya kiçik hərflərlə yazılmamalı, cümlələrə bölünməli, durğu işarələrindən istifadə qaydalarına riayət edilməlidir.

3.Müraciət aydın və səlis cümlələrlə yazılmalıdır.

4.Müraciət edərkən etika qaydaları gözlənilməlidir. Nəzakətsiz ifadələr işlədildikdə və ya müəllif özü barədə məlumatları dəqiq göstərmədikdə müraciətə cavab verilmir.

5.Hörmətli internet səhifəsi istifadəçiləri! Böyük informasiya axınının işlənməsi xüsusiyyətlərini nəzərə alaraq, xahiş edirik bəzi məhdudiyyətlərə hörmətlə yanaşasınız:

Sualınızı yazın


Verilən suallar
EMIL QENIYEV Soruşur Yazılma Tarixi:21.12.2014 03:01:29

Menim 22 yasim var.2014-cu ilin iyununda Azerbaycan Dovlet Neft Akademiyasin qurtarmisam. Esgerliye 2014-cu ilin iyul ayinda getmeli idim cekim 135 kq idi aparmadilar, yanvar ayina qeder mohlet verdiler. Amma hele cagirmiyiblar. Bilmek isteyerdim konullu gede bilerem. Etrafli melumat verediz.

Bildiririk ki, müddətli həqiqi hərbi xidmətə çağırışa sağlamlıq vəziyyətinə görə hərbi xidmətə yararlı və möhlət hüququ olmayan çağırışçılar cəlb edilirlər.
Sizin qanunla müəyyən olunmuş möhlət hüququnuz başa çatdıqdan sonra çağırışa cəlb ediləcəksiniz.
elsad sultanov Soruşur Yazılma Tarixi:20.12.2014 13:40:03

Meni herbi xidmete bakıdan aparacaqlar??

Sizin ünvanladığınız suala dəqiq və dolğun cavab verilməsi qeydiyyatda olduğunu Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon (şəhər) idarəsi (şöbəsi, bölməsi) göstərilməlidir.
Zeynallı Şahsuvar Soruşur Yazılma Tarixi:20.12.2014 11:50:36

salam Mən Zeynallı Şahsuvar Əyyar oğlu Lənkəran rayon Seferberlil xidməti tərəfindən Bakıda city hospitala müayinəyə 03.11.2014 tarixində çağırılmışam və ordan verilən rəyə əsasən 3 ay möhlət verilib mənə. Bilmək istrəm ən Yanvar çağırışçısı hesab edilirəm yoxsa Aprel?

Müayinənin nəticəsi olaraq Xidmətin Lənkəran rayon şöbəsinə təqdim etdiyiniz "Sağlamlıq vəziyyətinin müayinə edilməsi aktı"ndakı göstərilən tarixdən etibarən 3 ay müddət hesablanır.
2015-ci ilin aprel çağırışında Sizin müddətli həqiqi hərbi xidmətə çağırışa cəlb olunma məsələnizə qanunvericiliyin tələblərinə uyğun olaraq təkrar baxılacaqdır.
elşad sultanov Soruşur Yazılma Tarixi:20.12.2014 01:41:33

Men Herbi xidmete yola düşmek ücün bakıdan getmeliyem??

Sizin ünvanladığınız suala dəqiq və dolğun cavab verilməsi qeydiyyatda olduğunu Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon (şəhər) idarəsi (şöbəsi, bölməsi) göstərilməlidir.
Rahil Xelilov Soruşur Yazılma Tarixi:19.12.2014 20:13:04

Salam.Men Xelilov Rahil Vaqif oglu.Sizden xais elesem harda qullug edeceymi bildirerdiz.Agstafa rayonu saloglu qesebesinde qeydiyyatdayam.Hal hazirda iwlemirem

Çağırışçıların təyin olunduqları hərbi hissə haqqında məlumatları 31 dekabr, 31 mart, 30 iyun, 30 sentyabr tarixlərindən etibarən şəxsi məlumatları daxil etməklə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin saytının "elektron xidmətlər" bölməsinin müvafiq bölümündən əldə edə bilərlər.
Ramiz Huseynov Soruşur Yazılma Tarixi:19.12.2014 18:51:21

Men Yanvarda gedecem.Hara dusduyumu ne vaxt bile bilerem

Çağırışçıların təyin olunduqları hərbi hissə haqqında məlumatları 31 dekabr, 31 mart, 30 iyun, 30 sentyabr tarixlərindən etibarən şəxsi məlumatları daxil etməklə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin saytının "elektron xidmətlər" bölməsinin müvafiq bölümündən əldə edə bilərlər.
Mehman Cümşüdlü Soruşur Yazılma Tarixi:19.12.2014 17:06:50

herbi xidmet edeceyim yer

Çağırışçıların təyin olunduqları hərbi hissə haqqında məlumatları 31 dekabr, 31 mart, 30 iyun, 30 sentyabr tarixlərindən etibarən şəxsi məlumatları daxil etməklə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin saytının "elektron xidmətlər" bölməsinin müvafiq bölümündən əldə edə bilərlər.
Teyfur Nebiyev Soruşur Yazılma Tarixi:19.12.2014 15:43:01

salam men herbi xidmet cagriscisiyam men snayper kursnu oxumaq isteyirem konullu bunun ucun hara muraciyyet etmeliyem

Bildiririk ki, qeyd etdiyiniz ixtisaslar üzrə hazırlıq kursları Səfərbərlik və HƏrbi xidmətə Çağırış üzrə Dövlət Xidmətinin tabeliyində olan "Hərbi vətənpərvərlik və Mütəxəssis Hazırlığı Mərkəzi" Məhdud Məsuliyyətli Cəmiyyətin Bakı şəhərində yerləşən filiallarında təşkil edilir və bu kurslara müəyyən edilmiş tələblərə cavab verən, növbəti çağırışda müddətli həqiqi hərbi xidmətə göndəriləcək çağırışçılar cəlb edilir.
Qeyd edilən ixtisas üzrə hazırlığa cəlb edilmənin şərtləri və kursların başlanma vaxtının dəqiqləşdirilməsi ilə əlaqədar hərbi qeydiyyatda olduğunuz Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli idarə, şöbə və ya bölməsinə müraciət edə bilərsiniz.
Ramiz Huseynov Soruşur Yazılma Tarixi:19.12.2014 14:24:58

Salam, men yanvar Çağırışçısiyam ayin 29u cagirilmisam bilmek isderdim aparacaqlar yoxsa aprelde aparacaqlar.

Bildiririk ki, Siz, fərdi çağırış vərəqəsində göstərilən tarixdə qeydiyyatda olduğunuz idarə, şöbə və ya bölməsində olmağınız tövsiyyə olunur və qanunvericiliyin tələblərinə uyğun olaraq ümumi əsaslarla müddətli həqiqi hərbi xidmətə çağırışa cəlb ediləcəksiniz.
Asgerova Tamilla Soruşur Yazılma Tarixi:19.12.2014 10:41:47

İlkin hərbi qeydiyyat üçün tələb olunan sənədlər

"Hərbi vəzifə və hərbi xidmət haqqında" Azərbaycan Respublikası Qanununun
6-cı maddəsinin 6.4-cü bəndinə əsasən Səfərbərlik və Hərbi Xidmətə Çağırış
üzrə Dövlət Xidmətinin yerli darə, şöbə və bölmələrində ilkin hərbi
qeydiyyata alınmalı olan vətəndaşlar aşağıdakı sənədləri təqdim
etməlidirlər:
1. doğum haqqında şəhadətnamənin surəti;
2. ailə tərkibi haqqında arayış;
3. təhsil haqqında sənəd (təhsil müəssisəsini bitirənlər üçün);
4. təhsil (təhsil müəssisəsini bitirməyənlər üçün) və iş yerindən arayış;
5. tərcümeyi-hal;
6. 6 ədəd 3x4 sm. ölcüdə fotoşəkil.
Cədvəldə sətir sayı :14897