Sual/Cavab
HÖRMƏTLİ İSTİFADƏÇİLƏR!

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin internet səhifəsi Konstitusiyanın 57-ci maddəsinə uyğun olaraq vətəndaşların müraciət etmək hüququnun reallaşdırılması vasitəsidir.Hər bir istifadəçinin məktub göndərmək, arzularını bildirmək, onu maraqlandıran məsələlər barədə yazmaq, təklif, ərizə və şikayətlə müraciət etmək imkanı vardır.

SƏFƏRBƏRLİK VƏ HƏRBİ XİDMƏTƏ ÇAĞIRIŞ ÜZRƏ DÖVLƏT XİDMƏTİNİN ÜNVANINA ELEKTRON FORMADA MÜRACİƏT GÖNDƏRMƏZDƏN ƏVVƏL, XAHİŞ EDİRİK QAYDALARLA TANIŞ OLUN:

1.Mətni yazmazdan əvvəl nəzərdə tutulmuş formanın düzgün cavablandırılması vacibdir.

2.Mətn mütləq yazıldığı dilin əlifbası ilə tərtib olunmalıdır, bütövlükdə böyük və ya kiçik hərflərlə yazılmamalı, cümlələrə bölünməli, durğu işarələrindən istifadə qaydalarına riayət edilməlidir.

3.Müraciət aydın və səlis cümlələrlə yazılmalıdır.

4.Müraciət edərkən etika qaydaları gözlənilməlidir. Nəzakətsiz ifadələr işlədildikdə və ya müəllif özü barədə məlumatları dəqiq göstərmədikdə müraciətə cavab verilmir.

5.Hörmətli internet səhifəsi istifadəçiləri! Böyük informasiya axınının işlənməsi xüsusiyyətlərini nəzərə alaraq, xahiş edirik bəzi məhdudiyyətlərə hörmətlə yanaşasınız:

Sualınızı yazın


Verilən suallar
Zeynallı Şahsuvar Soruşur Yazılma Tarixi:13.12.2014 15:36:30

Salam mən Zeynallı Şahsuvar Əyyar o . 03.11.2014 cu ildə City Hospitalda Lənkaran rayonundan muayinəyə çaqırılmışam və yanvarda mənə deyilbki hərbi xidmətə gedə bilərsən amma hələdə həmin hospitaldan cavab gəlməyib , özüm 4.12.2014 cu ildə həmin hospitala muraciət eləmişəm amma hələdə cavab gəlməyib xaiş edirəm bu barədə məlumat verərdiz. Artiq 6 aydi gözləyirəm

Məlum olmuşdur ki, Siz, Xidmətin Mərkəzi HƏrbi Həkim Komissiyasında şəhadətləndirilmiş və müayinə nəticəsində təyin olunmuş diaqnoza müvafiq olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş "Hərbi-həkim ekspertizası haqqında əsasnamə"nin "Xəstəliklər cədvəli"nin 48-ci maddəsinin I qrafasına əsasən 3 (üç) ay müddətinə "Hərbi xidmətə müvəqqəti yararsızdir" hesab edilmisiniz.
Celal Ali Soruşur Yazılma Tarixi:12.12.2014 23:48:28

salam.men 28.11.2014-cu il tarixde seferberlik ve herbi xidmete caqiris uzre dovlet xidmetine test imtahani vermisem.onun cavabini nece orgene bilerem.tesekkurler

Bildiririk ki, 28.11.2014-cü il tarixdə keçirilmiş müsabiqənin nəticələrinə əsasən, Sizin  Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə işə qəbul edilməyiniz məqsədəuyğun hesab olunmamışdır.
Reman Quliyev Soruşur Yazılma Tarixi:12.12.2014 17:12:23

Men 2014 mart ayinda Privlit sag terefli PRIMANIYA olmusdum 6 ayda da cox mualice aldim Ag Ciyer Xestexanasina getdim sanra meni STI HOBITALA gonderdiler hec bir sey yoxdu tam saglamam AZERBAYCANIMIZIN HER BIR BOLGESINDE XIDMET ELEMEYE HAZIREM men indi Yanvar ayinda herbiye gedeceyem mi bunu sorusmaq isteyirem menim butun sinif yoldaslarim ve hem yasidlarim gedib gelibler

Bildiririk ki, həqiqi hərbi xidmətə çağırılmış çağırışçılar Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 saylı qərarı ilə təsdiq edilmiş "Hərbi-həkim ekspertizası haqqında" Əsasnamənin sağlamlıq vəziyyətinə dair əlavə tələblər cədbvəli nəzərə alınmaqla tibbi müayinə olunurlar. Yalnız tibbi müayinə zamanı "hərbi xidmətə yarralı" sayılmış vətəndaşlar hərbi xidmətə göndərilirlər.
Tibbi şəhadətləndirildikdən və öyrənildikdən sonra, Sizin barənizdə qanuna müvafiq qərar qəbul ediləcəkdir.
Səlimzadə Əliəşrəf Soruşur Yazılma Tarixi:12.12.2014 16:33:26

Salam.men 2014 oktyabr ayinda Şəki seher herbi komisarligindan herbi xidmete cagirildim ve herbi hisseye gonderildikden 27 gun sonra belimde olan xesteliye gore meni geri qaytardilar.evime geldikden sora meni cagirib Baki seherinde Nevrocerrahiye xestexanasina gonderdiler.Orada yoxlandiqdan sora belimde feqere arasi pratuzya ve L4 L5 feqere arasinda 5mm lik yirtiq( qrija) askar olundu senedi herbi kamisarliga verdikden sora hec bir xeber cixmasdi yarali yada yararsiz oldugum barede.Xaish edirem bu barede komeklik edesiniz.

Siz, razılaşdırılmış qrafikə əsasən şəxsi işiniz ilə birgə 16.01.2014-cü il tarixdə Xidmətin Mərkəzi Hərbi-Həkim Komissiyasına təqdim olunacaqsınız və müayinənin nəticəsinə müvafiq olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş "Hərbi-həkim ekspertizası haqqında əsasnamə"nin "Xəstəliklər cədvəli"nin tələblərinə əsasən qərar qəbul ediləcəkdir.
Ismayilzade Senan Soruşur Yazılma Tarixi:12.12.2014 00:12:32

Men 2015-ci ilin yanvar cagirisiyam.Teyin olundugum bolge haradir?

Çağırışçıların təyin olunduqları hərbi hissə haqqında məlumatları 31 dekabr, 31 mart, 30 iyun, 30 sentyabr tarixlərindən etibarən şəxsi məlumatları daxil etməklə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin saytının "elektron xidmətlər" bölməsinin müvafiq bölümündən əldə edə bilərlər.
Baxtiyar Xalilov Soruşur Yazılma Tarixi:11.12.2014 20:40:45

Salam.Men 11 il SHXCDX muxtelif vezifelerde xidmet etmiwem.2014 ilde oz xaiwimle ehtiyata buraxilmiwam.Rutbem mayor.Bilmek isteyirem men yeniden xidmete berpa oluna bilerem ya yox. Qabaqcadan tewekkur edirem.

Nəzərinizə çatdırırıq ki, Sizin Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə həqiqi hərbi xidmətə qəbul olunmağınız məqsədəuyğun hesab edilməmişdir.
Orxan Ahadov Soruşur Yazılma Tarixi:11.12.2014 18:12:57

Salam, Men maraglanirdim ki, 17 yawim var herbi pravani nece ala bilerem hansi senedler ve hara yaxinasmaliyam. ilkin herbi qediyyatdan kecmisem.

Bildiririk ki, "Hərbi vəzifə və hərbi xidmət haqqında" Azərbaycan Respublikasının  Qanununa əsasən, Azərbaycan Respublikasının 18 yaşına çatmış və sağlamlıq vəziyyətinə görə hərbi xidmətə yararlı olan hər bir kişi cinsli vətəndaşı Azərbaycan Respublikası Silahlı Qüvvələrində və başqa silahlı birləşmələrdə müəyyən olunmuş qaydada müddətli həqiqi hərbi xidmət keçməlidir. Bununla əlaqədar, Siz müəyyən edilmiş vaxtda çağırışa cəlb ediləcək və müddətli həqiqi hərbi xidmətə yararlılığınız barədə hərbi qeydiyyatda olduğunuz Xidmətin yerli idarə, şöbə və ya bölməsində yaradılmış rayon (şəhər) çağırış komissiyası tərəfindən qanunvericiliyə uyğun olaraq müvafiq qərar qəbul ediləcəkdir.
Bununla yanaşı, xüsusi hərbi ixtisaslar üzrə hazırlığa müddətli həqiqi hərbi xidmətə tam yararlı olan və müddətli həqiqi hərbi xidmətə çağırışa möhlət hüququ olmayan vətəndaşlar və çağırışçılar cəlb edilirlər.
Sürücülük ixtisası üzrə hazırlığa cəlb edilmə məsələsinin müəyyənləşdirilməsi üçün hərbi qeydiyyatda olduğunuz Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırş üzrə Dövlət Xidmətinin yerli idarə, şöbə və ya bölməsinə müraciət edə bilərsiniz.
Ferid Soltanov Soruşur Yazılma Tarixi:11.12.2014 17:49:23

Salam, şəxsiyyət vəsigəsinda arxa bölmədə yerləşən hərbi vəzifə nəyi göstərir. H/m - nr anlam daşıyır?

Bildiririk ki, "Hərbi vəzifə və hərbi xidmət haqqında" Azərbaycan Respublikasının Qanununa əsasən, ehtiyata keçirilmiş Azərbaycan Respublikasının vətəndaşlarıhərbi vəzifəlilər hesab olunurlar.Hərbi vəzifəlilər Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə DÖvlət Xidmətinin yerli idarə, şöbə və bölmələrində yaşayış yeri üzrə hərbi qeydiyyata alınırlar.
Yuxarıda göstərilən Qanunun tələblərinə əsasən, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin müvafiq qurumları tərəfindən hərbi vəzifəlilərə verilən şəxsiyyət vəsiqəsinin "Hərbi vəzifə" hissəsində qeyd olunan  "H/m" (hərbi mükəlləfiyyətli) ifadəsi onların hərbi vəzifəli olmasını bildirir.
SEADET ISMAYILOVA Soruşur Yazılma Tarixi:11.12.2014 16:57:01

evin 1- ovladini herbi xidmete aparirlar hemde atasi yoxdur .

Bildiririk ki, "Hərbi vəzifə və hərbi xidmət haqqında" Azərbaycan Respublikası Qanununun 19.1.1-ci maddəsinə (başqa övladı olmayan I qrup əlil olan ata yaxud ana) əsasən ailə vəziyyətinə görə həqiqi hərbi xidmətə çağırışdan möhlət verilir.
ISGENDEROV FIZULI Soruşur Yazılma Tarixi:11.12.2014 12:50:20

meni isgenderov fizuli nizami oglu.22.01.1992-ci ilde anadan olmusam.mingecevir seherinde yasayiram.yanvar ayinin 5 esger gedirem.hara dusduyum bilinmir.yeni qulluq edeceyim yer bilinmir sozun duzu men MILLI QVARDIYADA QULLUQ ETMEK EN BOYUK ARZUMDU.siz e xais edirem MILLI QVARDIYADA QULLUQ ETMEK UCUN NE ETMELIYEM.OZUMDE IDMANCIYAM.BOKS UZRE 1-CI DERECE.haraynan eleqe saxlamaliyamki MILLI QVARDIYADA QULLUQ EDIM.mingecevir seherinde yasayiram.sizden xais edirem.MILLI QVARDIYADA qulluq etmek ucun mene komek edesiniz.UNVAN-MINGECEVIR seheri vaqonlar qesebesi ev 11.MOBIL-0503423117-0515339686

Bildiririk ki, Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidmətinin Milli Qvardiyasının müddətli həqiqi hərbi xidmət qulluqçuları ilə komplektləşdirilməsi üçün, çağırışçıların seçimi XDMX-nin Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dpvlət Xidmətinin yerli idarə, şöbə və bölmələrinə ezam olunmuş zabitləri tərəfindən aparılır.
Cədvəldə sətir sayı :14890