Sual/Cavab
HÖRMƏTLİ İSTİFADƏÇİLƏR!

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin internet səhifəsi Konstitusiyanın 57-ci maddəsinə uyğun olaraq vətəndaşların müraciət etmək hüququnun reallaşdırılması vasitəsidir.Hər bir istifadəçinin məktub göndərmək, arzularını bildirmək, onu maraqlandıran məsələlər barədə yazmaq, təklif, ərizə və şikayətlə müraciət etmək imkanı vardır.

SƏFƏRBƏRLİK VƏ HƏRBİ XİDMƏTƏ ÇAĞIRIŞ ÜZRƏ DÖVLƏT XİDMƏTİNİN ÜNVANINA ELEKTRON FORMADA MÜRACİƏT GÖNDƏRMƏZDƏN ƏVVƏL, XAHİŞ EDİRİK QAYDALARLA TANIŞ OLUN:

1.Mətni yazmazdan əvvəl nəzərdə tutulmuş formanın düzgün cavablandırılması vacibdir.

2.Mətn mütləq yazıldığı dilin əlifbası ilə tərtib olunmalıdır, bütövlükdə böyük və ya kiçik hərflərlə yazılmamalı, cümlələrə bölünməli, durğu işarələrindən istifadə qaydalarına riayət edilməlidir.

3.Müraciət aydın və səlis cümlələrlə yazılmalıdır.

4.Müraciət edərkən etika qaydaları gözlənilməlidir. Nəzakətsiz ifadələr işlədildikdə və ya müəllif özü barədə məlumatları dəqiq göstərmədikdə müraciətə cavab verilmir.

5.Hörmətli internet səhifəsi istifadəçiləri! Böyük informasiya axınının işlənməsi xüsusiyyətlərini nəzərə alaraq, xahiş edirik bəzi məhdudiyyətlərə hörmətlə yanaşasınız:

Sualınızı yazın


Verilən suallar
Pərviz Hacıyev Soruşur Yazılma Tarixi:01.12.2014 16:59:59

Salam Azərbaycanda Təxsislənmə hal-hazırki dövrdə var? əgər varsa həməmin qərarın nömrəsini Hansı qurum tərəfindən qərar qüvvəyə minibsə onu birdə tarixini yazardız, birdə zəhmət deyilsə əgər təxsislənmə dayandırılbsa həmən əmrin və ya qerarın nomresini tarixni yazardınız çox sağolun

Biıdiririk ki, müraciətinizdə qeyd etdtiyiniz məsələ Azərbaycan Respublikasının tərxislə (bronla) işçi qüvvəsi saxlayan Respublika Komissiyasının səlahiyyətinə aid olduğu üçün aidiyyəti üzrə müraciət etməlisiniz.
soltan memmedzade Soruşur Yazılma Tarixi:01.12.2014 15:42:01

xidmeti harda kececeyimi bilmek isderdim

Çağırışçıların təyin olunduqları hərbi hissə haqqında məlumatları 31 dekabr, 31 mart, 30 iyun, 30 sentyabr tarixlərindən etibarən şəxsi məlumatları daxil etməklə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin saytının "elektron xidmətlər" bölməsinin müvafiq bölümündən əldə edə bilərlər.
Emil Hasanov Soruşur Yazılma Tarixi:01.12.2014 04:59:41

Salam, mənim boyum 195 sm, çəkim isə 68 kq-dır. Mən xidmətə yararlı sayılırammı?

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş "Hərbi-həkim ekspertizası haqqında əsasnamə"nin "Xəstəliklər cədvəli"nin 87-ci maddəsinin I qrafasının tələblərinə əsasən yaxşı fiziki inkişafı və qidalanması, mütənasib bədən quruluşu olan, boyu 148 sm-dən və bədən çəkisi 45 kq-dan az olmayan çağırışçılar hərbi xidmətə yararlı hesab edilirlər.
ehmed ehmedov Soruşur Yazılma Tarixi:30.11.2014 22:50:03

salam?hərbi səfərbərlik xidmətində təşkil olunmuş sürücülük kursunu bitirib yol polisində imtahan verib sürücülük vəsiqəsini bc kateqoriya aldıqdan sonra avtomobil idarə etməyə icazə verilir mi ? 17 yaşında

Bildiririk ki, Azərbaycan Respublikasıı Nazirlər Kabinetinin 15 mart 1999-cu il tarixli 41 nömrəli qərarı ilə təsdiq edilmiş "Nəqliyyat vasitəsini idarə etmək hüququ verən sürücülük vəsiqəsi almaq istəyən şəxslərdən imtahan qəbul edilməsi və onlara sürücülük vəsiqəsinin verilməsi qaydaları haqqında Əsasnamə"nin tələblərinə əsasən Azərbaycan Respublikası Silahlı Qüvvələri və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələr üçün müəyyən edilmiş təhsil müəssisələrində hazırlıq keçmiş 17 yaşına çatmış vətəndaşlar hazırlıq kursunu bitirdikdən və müvafiq şəhadətnamə aldıqdan sonra Baş Dövlət Yol Polisi İdarəsinin qeydiyyat imtahan şöbələrində imtahanlara buraxılırlar. İmtahanı müvəffəqiyyətlə verən 18 yaşı yamam olmamış vətəndaşlara sürücülük vəsiqəsi verilir və vəsiqənin "xüsusi qeydlər" qrafasında 18 yaşı tamam olduqdan sonra avtomobilləri idarə edə bilər" qeydi aparılır.
Bununla yanaşı "Yol hərəkəti haqqında" Azərbaycan Respublikasının Qanununa əsasən, Azərbaycan Respublikası ərazisindəki yollarda "B" və "C" kateqoriyasına daxil olan nəqliyyat vasitələrini idarə etmək hüququ 18 yaşından etibarən yaranır
Diana Amiraliyeva Soruşur Yazılma Tarixi:30.11.2014 21:51:43

Salam.Manim qardaşim hârbi xidmatdadi o leytinantlig rutbasini almaq ucun oxumaga getmalidi sanadlari yigmisiq va taqdim etmisik ali tahsilidi idman fakultasini bitirib.getmay uçun qarar na vaxt çixacag

Qeyd etdiyiniz məsələ ilə bağlı qardaşınızın xidmət etdiyi hərbi hissənin komandirinə müraciət etməyiniz tövsiyyə olunur. 
cavad Soruşur Yazılma Tarixi:30.11.2014 20:03:06

09.07.13 gelmisem xetmete menim texris olnma emirim nevaxt cixar

Hərbi vəzifə və hərbi xidmət haqqında" Azərbaycan Respublikası Qanununun 38.1.1 maddəsinə əsasən, ali təhsilli çağırışçılar təqvim hesabı ilə 1 il, qalan çağırışçılar isə 1 il 6 ay müddətli həqiqi hərbi xidmət keçirlər.
Elgun Suleymanli Soruşur Yazılma Tarixi:30.11.2014 16:07:50

Suleymanli Elgun 1996 qebele hara duwub esgerliye bilmek isteyirem

Çağırışçıların təyin olunduqları hərbi hissə haqqında məlumatları 31 dekabr, 31 mart, 30 iyun, 30 sentyabr tarixlərindən etibarən şəxsi məlumatları daxil etməklə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin saytının "elektron xidmətlər" bölməsinin müvafiq bölümündən əldə edə bilərlər.
Əliyev Saleh Soruşur Yazılma Tarixi:30.11.2014 15:00:59

Salam.Hərbi xidmət uçun boy və kilo nə qədərdir ?

Yaxşı fiziki inkişafı və qidalanması, mütənasib bədən quruluşu olan, boyu 148 sm-dən və bədən çəkisi 45 kq-dan az olmayan Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş "Hərbi-həkim ekspertizası haqqında əsasnamə"nin "Xəstəliklər cədvəli"nin 1 qrafası üzrə şəhadətləndirilən şəxslər hərbi xidmətə yararlı hesab edilirlər.
Intiqam Memmedov Soruşur Yazılma Tarixi:30.11.2014 13:15:06

Salam Men Azerbaycan Respublikasi Seferberlik ve Herbi Xidmete Cagiris Uzre Dovlet Xidmetine nece qebul oluna bilerem mumkunduse ise qebul olmanin yollarini ve hansi senedlerin lazim olmasini basa saliz mene ?

Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə həqiqi hərbi xidmətə (işə) qəbulla əlaqədar özünüz barədə ətraflı məlumat verilməklə, ərizə ilə müraciət etməyiniz tövsiyə olunur.
Ərizə ilə müraciət etdikdən sonra namizədliyinizə baxıl bilər.
Kamran Mehbaliyev Soruşur Yazılma Tarixi:30.11.2014 12:45:07

Salam, Men bununla necenci defedir ki, bu xidmetin sual cavab bolmesini teqib edirem ve mene bir sey maraqlidir. Demeli bu zabitlik kursu (nikadr) meselesi ile elaqedar siz her defesinde verilen suallara eyni cavabi veerirsiniz, bu yalniz tibb ixtisasli telebeler ucun nezerde tutulub deye. Ama men indiye kimi bir cox tanisim tibb ixtisasli olmamasina ragmen bu kursdan istifade ederek leytnant rutbesi almis ve herbi xidmetini basa vurmusdur, mehz cephe bolgesinde, Ama bu defe Naccivanda Elahidde qosun sisteminin yaradilmasi ile bagli olsa gerek Naxcivandan bu kursa muraciet eden istenilern ixtisasli telebeleri zabit kimi Naxcivana gonderdiler. Bu nece olur bilmek isterdim. Ama xahis edirem eyni cavabi yaxmayin mene. tesekkurler

Bildiririk ki, Silahlı Qüvvələrin və qanunvericiliyə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrin komplektləşdirilməsi planlı şəkildə aparılır və xüsusi kompyuter proqramı vasitəsi ilə bölünür. Sizin müraciətinizə təyin olunduğunuz xüsusi qoşun növündə baxıla bilər.
Cədvəldə sətir sayı :14890