Sual/Cavab
HÖRMƏTLİ İSTİFADƏÇİLƏR!

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin internet səhifəsi Konstitusiyanın 57-ci maddəsinə uyğun olaraq vətəndaşların müraciət etmək hüququnun reallaşdırılması vasitəsidir.Hər bir istifadəçinin məktub göndərmək, arzularını bildirmək, onu maraqlandıran məsələlər barədə yazmaq, təklif, ərizə və şikayətlə müraciət etmək imkanı vardır.

SƏFƏRBƏRLİK VƏ HƏRBİ XİDMƏTƏ ÇAĞIRIŞ ÜZRƏ DÖVLƏT XİDMƏTİNİN ÜNVANINA ELEKTRON FORMADA MÜRACİƏT GÖNDƏRMƏZDƏN ƏVVƏL, XAHİŞ EDİRİK QAYDALARLA TANIŞ OLUN:

1.Mətni yazmazdan əvvəl nəzərdə tutulmuş formanın düzgün cavablandırılması vacibdir.

2.Mətn mütləq yazıldığı dilin əlifbası ilə tərtib olunmalıdır, bütövlükdə böyük və ya kiçik hərflərlə yazılmamalı, cümlələrə bölünməli, durğu işarələrindən istifadə qaydalarına riayət edilməlidir.

3.Müraciət aydın və səlis cümlələrlə yazılmalıdır.

4.Müraciət edərkən etika qaydaları gözlənilməlidir. Nəzakətsiz ifadələr işlədildikdə və ya müəllif özü barədə məlumatları dəqiq göstərmədikdə müraciətə cavab verilmir.

5.Hörmətli internet səhifəsi istifadəçiləri! Böyük informasiya axınının işlənməsi xüsusiyyətlərini nəzərə alaraq, xahiş edirik bəzi məhdudiyyətlərə hörmətlə yanaşasınız:

Sualınızı yazın


Verilən suallar
Ülvi Memisov Soruşur Yazılma Tarixi:24.11.2014 13:54:56

Mən 2012-ci ildə əsgərliyə gedəsiydim ancaq səhətimdəki problemə görə saxlanıldım bu ilin fevralında müayyinədən keçdim heç bir problemim qalmayıb bilmək istəyirəm mən əsgərliyə gedə bilərəm?

Siz, təkrar şəhadətləndirildikdən və öyrənildikdən sonra barənizdə qanuna müvafiq qərar qəbul ediləcək və hərbi xidmətə cəlb olunmağınız barədə əlavə olaraq məlumatlandırılacaqsınız.
elmeddin Soruşur Yazılma Tarixi:24.11.2014 12:04:22

dusmuyum yeri oyrenmek

Çağırışçıların təyin olunduqları hərbi hissə haqqında məlumatları 31 dekabr, 31 mart, 30 iyun, 30 sentyabr tarixlərindən etibarən şəxsi məlumatları daxil etməklə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin saytının "elektron xidmətlər" bölməsinin müvafiq bölümündən əldə edə bilərlər.
Mizeffer Memmedov Soruşur Yazılma Tarixi:23.11.2014 20:40:14

Salam Hekim. Baqislayin sizi narahat edirem. Hekim, oqlumda sol boyreyin çanaq distopiyasi,Böyreyin ölçüsü 9.0x4.0mm, saq boyreyin olcusu 11.0x5.0mm -di. Bilmek isdeyirem ki, bu diaqnozla herbi xidmete gede bilermi? Sosial muavinat ala bilermi? Bu anadan gelme haldir.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş "Hərbi-həkim ekspertizası haqqında əsasnamə"nin "Xəstəliklər cədvəli"nin 72-ci maddəsinin tələblərinə əsasən, ifrazat funksiyasının pozulması olmadan böyrəyin birtərəfli çanaq distopiyası olan çağırışçılar "Sülh dövründə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlı" hesab edilirlər.
Övladınız qeydiyyatda olduğunu Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon idarəsinin (şöbəsinin, bölməsinin) hərbi-həkim komissiyasında  tibbi baxışdan keçiriləcək, ehtiyac olduğu halda tibb müəssisəsində müayinəsi təmin olunacaq və hərbi xidmətə yararlı olub-olmaması haqda rayon çağırış komissiyası tərəfindən qərar qəbul olunacaqdır.
Sosial müavinatən alınması ilə əlaqədar Sizin Əhalinin Əmək və Sosial Müdafiəsi Nazirliyinə müraciət etməyiniz məqsədəuyğundur.
Orxan Aliyev Soruşur Yazılma Tarixi:23.11.2014 19:30:09

Salam menim herbi biletimde yararsiz yazilib.Men indi sagalmisham meni esger apararlar?

Bildiririk ki, hərbi xidmətə yararsız hesab edilmiş vətəndaşlar dövlət səhiyyə sistemi müəssisələrində və ya digər tibb müəssisələrində müayinə nəticəsində onlarda əvvəllər müəyyən edilmiş diaqnoz dəyişdirildiyi və ya onların sağlam hesab edildikləri halda təkrar şəhadətləndirilə bilərlər.
Bu məsələ ilə bağlı Siz və valideynləriniz qeydiyyatda olduğunuz Xidmətin idarə, şöbə və ya bölməsinin rəisinə notarial qaydada təsdiq olunmuş ərizə ilə müraciət etməlidirlər.

Elirzayev Elbrus Soruşur Yazılma Tarixi:23.11.2014 11:42:26

Salam.men bir defe muddedden artiq herbi qulluqcu islemisem 2009 cu ilde .156 e bendine esasen ehtiyata buraxilmisam.zehmet olmasa mene deyerdiz men bir daha qayida bilerem herbiye?diqqetinize gore evvelceden minnetdarlaqimi bildirirem.

Bildiririk ki, hərbi xidmətə qayıtmaq istəyinizlə bağlı məsələyə baxılması üçün "Hərbi xidmətkeçmə haqqında Əsasnamə"nin 156-cı maddəsinin "e" bəndi ilə ehtiyata buraxıldığınız qoşun növünün  Komandanlığına müraciət edə bilrəsiniz.
Ramin Ahmedov Soruşur Yazılma Tarixi:23.11.2014 09:05:03

Salam. 3 ildiki iyul ayinda herbi xidmete cagris hakim komissiyasinan kecirem amma dislerim arasindaki mesafenin cox oldugundan 3 il sonra yeni den yoxlanilmasi ucun herbi biletime pecat vurulur. (Amma hakimler bunun 3 vey a 1 ile duzelmeyeceyini bilir ve omurluk sulh dovrunde yararsiz muharbe dovrunde yarimyararli nezere alinmasini meslehet gorurler). Men Hal hazirda aileliyem ve may ayinda usagim olacaq. Novbeti cagirisda omurluk s/d ucun yararsiz m/d ucun yarimyararli alabilerem? Ve ne etmeliyem? Mene komeklik etmeyinizi Sizden xahis edirem.

Nəzərinizə çatdırırıq ki, "Hərbi vəzifə və hərbi xidmət haqqında" Azərbaycan Respublikası Qanununun 20.3 maddəsinə əsasən dinc dövr üçün hərbi xidmətə yararsız, müharibə dövrü üçün məhdud yararlı hesab edilərək ehtiyata keçirilən vətəndaşlar 35 yaşına çatana qədər hər 3 ildən bir təkrar tibbi müayinədən keçirilirlər.
Kamil Soruşur Yazılma Tarixi:23.11.2014 01:09:08

salam. Ali tehsili muellimem ve orta mektebde herbi rehber vezifesinde calisiram. Herbi xidmetde esger olmusam. Herbi rutbe nece ala bilerem?

Bildiririk ki, "Hərbi vəzifə və hərbi xidmət haqqında" Azərbaycan Respublikası Qanununa əsasən ehtiyatda olan hərbi vəzifəlilərin toplanışlara cəlb olunması nəzərdə tutulmuşdur.
Qanunun 47-ci maddəsinə əsasən, toplanışları keçmiş və tədris proqramı üzrə yoxlamaları müvəffəqiyyətlə vermiş hərbi vəzifəlilərə "hərbi xidmətkeçmə haqqında" ƏSasnamədə müəyyənləşdirilmiş qaydada polkovnik (1-ci dərəcəli kapitan) daxil olmaqla növbəti hərbi rütbələr verilir.
Keçiriləcək toplanışların vaxtı və müddəti Azərbaycan Respublikasının Müdafiə Nazirliyi tərəfindən müəyyənləşdirilir.
Ferid Abdulhemidov Soruşur Yazılma Tarixi:21.11.2014 22:24:53

Salam.Onurga sutunumda ferqli diskler arasinda yirtığ ( qrija ) movcuddur.bu halda herbi xidmete yararliyam?

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş "Hərbi-həkim ekspertizası haqqında əsasnamə"nin "Xəstəliklər cədvəli"nin 66-cı maddəsinin "ç" bəndinin I qrafasına əsasən funksiyaların pozulması olmayan obyektiv əlamətlər olduqda onurğa xəstəliyi olan şağırışçılar "Hərbi Xidmətə yararlıdır. A-3" hesab edilirlər.
Siz, qeydiyyatda olduğunuz Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon idarəsinin (şöbəsinin, bölməsinin) hərbi-həkim komissiyasında  tibbi baxışdan keçiriləcək, ehtiyac olduğu halda tibb müəssisəsində müayinəniz təmin olunacaq və hərbi xidmətə yararlı olub-olmamağınız haqda rayon çağırış komissiyası tərəfindən qərar qəbul olunacaqdır.
Nurlan Soruşur Yazılma Tarixi:21.11.2014 20:06:03

Salam men herbi xidmete gozumde zeiflik olduguna gore getmemiwem herbi xidmete yarasizliq haqqinda herbi biletim var indi gozumu emeliyyat elemiwem men herbi xidmete yanvar caqirisina kimi biletimi legv edib gede bileremmi.Birde yararsizliq biletimi legv etmey ucun qeydiyyatda oldugum komisarliga yoxsa Seferberliy baw idaresine getmeliyem? Birde esas sualim bietimin bitme vaxti 2016 ci ildi,en tez ne qeder vaxta bunu legv eleyib gede bilerem

___________________________________________________________________________________ Sizin vaxtından əvvəl təkrar tibbi şəhadətləndirilməniz, dövlət səhiyyə sistemi müəssisələrində və ya digər tibb müəssisələrnində müayinə nəticəsində əvvəllər müəyyən edilmiş diaqnozun dəyişdirildiyi və ya sağlam hesab edildiyiniz barədə tibbi sənədlərin hərbi qeydiyyatında olduğunuz Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon (şəhər) idarə, şöbə və bölməsinə təqdim edildiyi halda mümkündür.
Eli Soruşur Yazılma Tarixi:21.11.2014 18:41:38

Mənim 2015 ci il yanvar ayının 1-i 18 yaşım tamam olur. Hansı ayda məni hərbi xidmətə cağırmalıdılar?

"Hərbi vəzifə və hərbi xidmət haqqında" Azərbaycan Respublikası Qanununun 12-ci maddəsinin 12.2.1-ci bəndinə əsasən Azərbaycan Respublikasının 18 yaşına çatmış, saölamlıq vəziyyətinə görə hərbi xidmətə yararlı olan, çağırışa möhlət hüququ olmayan və ya çağırışdan azad edilməmiş kişi cinsli vətəndaşlar həqiqi hərbi xidmətə Azərbaycan Respublikası Prezidentinin aktı əsasında ildə dörd dəfə - yanvar, aprel, iyul və oktyabr aylarının 1-dən 30-dək çağırılırlar.
Cədvəldə sətir sayı :14897