Sual/Cavab
HÖRMƏTLİ İSTİFADƏÇİLƏR!

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin internet səhifəsi Konstitusiyanın 57-ci maddəsinə uyğun olaraq vətəndaşların müraciət etmək hüququnun reallaşdırılması vasitəsidir.Hər bir istifadəçinin məktub göndərmək, arzularını bildirmək, onu maraqlandıran məsələlər barədə yazmaq, təklif, ərizə və şikayətlə müraciət etmək imkanı vardır.

SƏFƏRBƏRLİK VƏ HƏRBİ XİDMƏTƏ ÇAĞIRIŞ ÜZRƏ DÖVLƏT XİDMƏTİNİN ÜNVANINA ELEKTRON FORMADA MÜRACİƏT GÖNDƏRMƏZDƏN ƏVVƏL, XAHİŞ EDİRİK QAYDALARLA TANIŞ OLUN:

1.Mətni yazmazdan əvvəl nəzərdə tutulmuş formanın düzgün cavablandırılması vacibdir.

2.Mətn mütləq yazıldığı dilin əlifbası ilə tərtib olunmalıdır, bütövlükdə böyük və ya kiçik hərflərlə yazılmamalı, cümlələrə bölünməli, durğu işarələrindən istifadə qaydalarına riayət edilməlidir.

3.Müraciət aydın və səlis cümlələrlə yazılmalıdır.

4.Müraciət edərkən etika qaydaları gözlənilməlidir. Nəzakətsiz ifadələr işlədildikdə və ya müəllif özü barədə məlumatları dəqiq göstərmədikdə müraciətə cavab verilmir.

5.Hörmətli internet səhifəsi istifadəçiləri! Böyük informasiya axınının işlənməsi xüsusiyyətlərini nəzərə alaraq, xahiş edirik bəzi məhdudiyyətlərə hörmətlə yanaşasınız:

Sualınızı yazın


Verilən suallar
Mehman Soruşur Yazılma Tarixi:18.11.2014 13:36:11

Salam.Men 2 dereceli skalyozam.Herbi xidmete yararliyam?

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş "Hərbi-həkim ekspertizası haqqında əsasnamə"nin "Xəstəliklər cədvəli"nin 66-cı maddəsinin "c" bəndinin I qrafasına əsasən onurğanın  II mərhələ skoliozu olan çağırışçılar "Sülh dövründə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlı" hesab edilirlər.
Siz, qeydiyyatda olduğunuz Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon idarəsinin (şöbəsinin, bölməsinin) hərbi-həkim komissiyasında  tibbi baxışdan keçiriləcək, ehtiyac olduğu halda tibb müəssisəsində müayinəniz təmin olunacaq və hərbi xidmətə yararlı olub-olmamağınız haqda rayon çağırış komissiyası tərəfindən qərar qəbul olunacaqdır. 
Nicat Qasimov Soruşur Yazılma Tarixi:18.11.2014 00:57:32

Salam, men ehtiyyatda olan Bas leytenantam oyrenmek isteyirdimki, men texris olunandan sonra sigortadan muavineti nece ala bilerem

Bildiririk ki, "Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında" Azərbaycan Respublikasının Qanununa əsasən, hərbi xidmətdə olan şəxslərə və toplanışlarda olan hərbi vəzifəlilərə sığorta ödənişinin verilməsi nəzərdə tutulmuşdur.
Əliyev Səməd Soruşur Yazılma Tarixi:18.11.2014 00:24:49

Salam.Herbi hissədə qulluq edən əsgərlə qanuni olaraq görüşmək olar? Əgər olarsa bunun üçün hər hansı bir maddə var?

Qeyd etdiyiniz məsələ ilə bağlı çağırışçının xidmət etdiyi hərbi hissənin komandirinə müraciət etməyiniz tövsiyyə olunur. 
Maqa Soruşur Yazılma Tarixi:17.11.2014 22:40:08

herbi xidmete yararsiz hesab olunaraq yararsiz herbi bilet aldiqdan bir nece il sonra xususi mualice ile sagalaraq saglamligi herbi xidmete yararli olan vetendash oz isteyi ile herbi xidmete gede biler?

Bildiririk ki, "Hərbi vəzifə və hərbi xidmət haqqında" Azərbaycan Respublikası Qanununun 20.3-cü maddəsinə əsasən, dinc dövr üçün hərbi xidmətə yararsız, müharibə dövrü üçün məhdud yararlı hesab edilərək ehtiyata keçirilən vətəndaşlar 35 yaşına çatana qədər hər 3 ildən bir təkrar tibbi müayinədən keçirilirlər.
Eyni zamanda nəzərinizə çatdırırıq ki, sağlamlıq vəziyyətində dəyişikliklər baş vemiş hərbi vəzifəlilər yalnız öz istəkləri ilə vaxtından əvvəl təkrar tibbi müayinəyə cəlb olunmaları üçün hərbi qeydiyyatda olduqları Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli idarəsinə (şöbəsinə, bölməsinə) müraciət edə bilərlər.
sebuhi valehov Soruşur Yazılma Tarixi:17.11.2014 19:02:44

salam men SHXCDX-ne iwe qebul olunmaq ucun senedlerimi 3ay evvel yazili suretde vermisem.bilmek isdeyirem imtahan ucun meni nevaxt cagiracaqlar

Bildiririk ki, müraciətinizdə özünüz haqqında ətraflı məlumat vermədiyinizə görə barənizdə qərar qəbul olunması mümkün hesab edilməmişdir.
Rauf Feteliyev Soruşur Yazılma Tarixi:17.11.2014 15:06:31

Salam.Menim oglum Yasamal herbi seferberlik sobesinde geydiyyatdan kecib.Ancag cox heyfsilenirikki 16 yashinda askar olunub ki, Xelil Feteli Rauf oglu (yeni oglum) tek boyrekdir.Bu insani Herbi Xidmete aparacaglar ya yox?.Evvelceden cavabiniza gore minnetdarligimi bildirirem.

"Anadangəlmə bir böyrəyin olmaması" diaqnozu Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş "Hərbi-həkim ekspertizası haqqında əsasnamə"nin "Xəstəliklər cədvəli"nin  80-ci maddəsinin "c" bəndinin I qrafasının tələblərinə əsasən "Sülh dövründə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlı" qərarına uyğundur.
Pərviz Osmanov Soruşur Yazılma Tarixi:17.11.2014 01:07:36

Salam. Mənim həm bakalavr, həm də magistr pilləsi üzrə hüquq təhsilim var. İxtisasım üzrə dörd il iş təcrübəm var. Bilmək istəyirəm ki, Xidmətə işə qəbul olunmaq üçün onun strukturunda Hüquq idarəsi varmı?

Nəzərinizə çatdırırıq ki, hal-hazırda Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində ixtisasınıza uyğun vakant vəzifələr olmadığına görə, Sizin işə qəbul olunmağınızla bağlı müraciətinizin müsbət həlli mümkün hesab edilməmişdir.
tair Soruşur Yazılma Tarixi:16.11.2014 14:50:22

Herbi xidmetde qulluqla baqli yash senzi necedir?

Bildiririk ki, həqiqi hərbi xidmətə olmanın son yaş hədləri "Hərbi vəzifə və hərbi xidmət haqqında" Azərbaycan Respublikası Qanununun 39-cu maddəsi ilə kateqoriyalar üzrə müəyyən edilmişdir. Sizi maraqlandıran kateqoriya üzrə məlumat əldə etməyiniz üçün Qanunun yuxarıda qeyd olunan maddəsinə baxa bilərsiniz.
vefadar yusubov Soruşur Yazılma Tarixi:15.11.2014 22:30:40

menim cekim 53 kq-dir boyum ise1.82 sm dir .ceki ve boy ferqinin natamam ollmasi meni herbi cagrisdan ne derecede yararsiz sayir

Müraciətinizdə göstərilən antropometrik ölçüləri olan çağırışçılar Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş "Hərbi-həkim ekspertizası haqqında əsasnamə"nin "Xəstəliklər cədvəli"nin  13-cü maddəsinin I qrafasının tələblərinə əsasən "Hərbi xidmətə yararlıdır. A-3" hesab edilirlər.
Abdulla Abdullayev Soruşur Yazılma Tarixi:15.11.2014 20:31:37

Salam. Zəhmət olmazsa, deyin görüm, 2-ci magistr təhsilimi xaricdə alıram. Bununla əlaqədar mənə möhlət düşür mü? Əgər düşürsə, hansı sənədləri təqdim etmək lazımdır?

Xarici ölkənin təhsil müəssisələrində oxuyan vətəndaşlar notarial qaydada tərcümə olunaraq təsdiq olunmuş təhsil haqqında arayışı Xidmətin qeydiyyatda olduqları idarə, şöbə və bölməsinə təqdim etməlidirlər.
Cədvəldə sətir sayı :14890