Sual/Cavab
HÖRMƏTLİ İSTİFADƏÇİLƏR!

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin internet səhifəsi Konstitusiyanın 57-ci maddəsinə uyğun olaraq vətəndaşların müraciət etmək hüququnun reallaşdırılması vasitəsidir.Hər bir istifadəçinin məktub göndərmək, arzularını bildirmək, onu maraqlandıran məsələlər barədə yazmaq, təklif, ərizə və şikayətlə müraciət etmək imkanı vardır.

SƏFƏRBƏRLİK VƏ HƏRBİ XİDMƏTƏ ÇAĞIRIŞ ÜZRƏ DÖVLƏT XİDMƏTİNİN ÜNVANINA ELEKTRON FORMADA MÜRACİƏT GÖNDƏRMƏZDƏN ƏVVƏL, XAHİŞ EDİRİK QAYDALARLA TANIŞ OLUN:

1.Mətni yazmazdan əvvəl nəzərdə tutulmuş formanın düzgün cavablandırılması vacibdir.

2.Mətn mütləq yazıldığı dilin əlifbası ilə tərtib olunmalıdır, bütövlükdə böyük və ya kiçik hərflərlə yazılmamalı, cümlələrə bölünməli, durğu işarələrindən istifadə qaydalarına riayət edilməlidir.

3.Müraciət aydın və səlis cümlələrlə yazılmalıdır.

4.Müraciət edərkən etika qaydaları gözlənilməlidir. Nəzakətsiz ifadələr işlədildikdə və ya müəllif özü barədə məlumatları dəqiq göstərmədikdə müraciətə cavab verilmir.

5.Hörmətli internet səhifəsi istifadəçiləri! Böyük informasiya axınının işlənməsi xüsusiyyətlərini nəzərə alaraq, xahiş edirik bəzi məhdudiyyətlərə hörmətlə yanaşasınız:

Sualınızı yazın


Verilən suallar
ABSALAMLI FERID Soruşur Yazılma Tarixi:04.11.2014 17:19:41

Men yanvar cagiriwcisyam bilmey isterdim ki paveska ne vaxt gelecey ve komisiya ne vaxtdir?

Bildiririk ki, Xidmətin yerli idarə, şöbə və bölmələrində 2015-ci ilin yanvar çağırışına hazırlıq işlərinə 06.11.2014-cü il tarixdən etibarən başlanılmışdır.
huseyn muradov Soruşur Yazılma Tarixi:04.11.2014 15:12:39

salam menim ayaqim 3 dereceli menfi 3 yasi dabandi men bilmek isdeyirem herbiye yararliyam ya yox? cox hevesim var esger gedmek isdeyirem ama 160derecenin asaqisindadi 3dereceli

Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş "Hərbi-həkim ekspertizası haqqında əsasnamə"nin "Xəstəliklər cədvəli"nin 68-ci maddəsinin I qrafasının tələblərinə əsasən III dərəcə yastıayaqlıqda (boylama içəri tağın bucağı 155 dərəcədən çoxdur, tağın hündürlüyü 17 mm-dən azdır) çağırışçılar "Sülh dövründə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlı" hesab edilirlər.
Siz, qeydiyyatda olduğunuz Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon idarəsinin (şöbəsinin, bölməsinin) hərbi-həkim komissiyasında  tibbi baxışdan keçiriləcək, ehtiyac olduğu halda tibb müəssisəsində müayinəniz təmin olunacaq və hərbi xidmətə yararlı olub-olmamağınız haqda rayon çağırış komissiyası tərəfindən qərar qəbul olunacaqdır..
Vahid Qasımov Soruşur Yazılma Tarixi:03.11.2014 23:17:01

Hərbi Qulluqçuların Statusu haqqında Azərbaycan Respublikasının Qanunun II Bölmə - Hərbi qulluqçuların hüquqları və vəzifələri Maddə – Pul təminatı və maddi təminat hüququ ... Həm də müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları sərnişin nəqliyyatının bütün növlərdən (taksidən başqa) pulsuz istifadə edirlər. ...Bu qanun qüvvədədirsə niyə bu barədə nə Sərnişin daşıma departaminti nədə avtobus sürücüləri bilmir. Yox, əgər qüvvədə deyil onda niyə bu barədə qanunda yazılıb

"Hərbi qulluqçuların statusu haqqında" Azərbaycan Respublikasının 25 dekabr 1991-ci il tarixli 36 nömrəli Qanununun 6-cı maddəsinə əsasən, hərbi qulluqçular və onların ailə üzvləri dəmiryolu, hava, dəniz və avtomobil nəqliyyatında daşımalar sahəsində güzəşt hüququna malikdirlər. Həm də müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları sərnişin  nəqliyyatının bütün növlərindən  (taksidən başqa) pulsuz istifadə edirlər. 
Əlavə olaraq bildiririk ki, "Hərbi qulluqçuların statusu haqqında" Azərbaycan Respublikasının Qanunu hal-hazırda qüvvədədir.
Mezher Ibrahimov Soruşur Yazılma Tarixi:03.11.2014 21:11:48

salam men ali mektebi bitirmisem iyul cagirisinda herbi xidmete getmeliydim.Derimde olan lekelere gore 3ay mohlet verdiler.Men mualice eletdirdim derimde olan lekeler getdi.Oktyabr cagirisindada namelum sebebden meni herbi xidmete aparmadilar.Xahis edirem menim herbi xidmete getmeyim ucun komeklik edesiniz.

Bildiririk ki, müddətli həqiqi hərbi xidmət keçmək üçün hərbi hissələrə, yalnız tibbi şəhadətləndirilməsi, öyrənilməsi başa çatdırılaraq hərbi xidmətə yararlı sayılmış çağırışçılar təyin olunurlar.
Məmməd Adıgözəlov Soruşur Yazılma Tarixi:03.11.2014 12:01:25

Salam Ələyküm bilmək istərdim mən xəstəliklə əlaqədar olaraq hərbidən möhlət hüququ almışam.hər 3 ildən bir komisiyyadan keçirəm artıq 2 dəfə komissiyadan keçmişəm .Eşitdiyimə görə komissiyadan 2 dəfədən çox keçənlərə yenidən komissiyadan keçməyə ehtiyac yoxdur . Bu məlumat nə qədər doğrudur?

"Hərbi vəzifə və hərbi xidmət haqqında" Azərbaycan Respublikası Qanununun 20.3 maddəsinə əsasən dinc dövr üçün hərbi xidmətə yararsız, müharibə dövrü üçün məhdud yararlı hesab edilərək ehtiyata keçirilən vətəndaşlar 35 yaşına çatana qədər hər 3 ildən bir təkrar tibbi müayinədən keçirilirlər.
Araz qasimov Soruşur Yazılma Tarixi:03.11.2014 02:18:52

Qasimov araz imani 26.01.1995-ci il ay 28.09.2014 tarixinde muraciyyet elemisdim qisasa melumat bineqedi rayonu herbi kamissarliq gonderdiyi 2 sayli psxiatrik bas hekim mene ruhi xeste qoyub sikayyetciyem

Tibb müəssisələri Səhiyyə Nazirliyinin tabeçiliyində olduğuna görə qeyd etdiyiniz məsələ ilə bağlı müvafiq qaydada Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinə müraciət etməlisiniz.
Nergiz Soruşur Yazılma Tarixi:01.11.2014 18:37:06

Qadinlarin herbi xidmete konullu getmesi ucun hara ve nece muraciet etmelidirler?

Bildiririk ki, "Hərbi vəzifə və hərbi xidmət haqqında" Azərbaycan Respublikasının Qanununun 36.1-ci maddəsinə əsasən həqiqi hərbi xidmətə qəbul üçün müəyyən edilmiş tələblərə cavab verən Azərbaycan Respublikasının vətəndaşları bağlaşma əsasında aşağıdaki həqiqi hərbi xidmətlərə könüllü daxil olurlar:
 - Müddətdən artıq həqiqi hərbi xidmətə - ən azı ümumi orta təhsilli, qanunla müəyyənləşdirilən müddətli həqiqi hərbi xidməti başa çatdırmış hərbi qulluqçular, 40 yaşınadək hərbi vəzifəlilər (zabitlər, gizirlər və miçmanlar istisna olmaqla), habelə 19 yaşından 40 yaşınadək qadınlar; 
 - Gizirlərin və miçmanların həqiqi hərbi xidmətinə - ən azı tam orta təhsilli, azı bir il hərbi xidmət keçmiş əsgərlər, matroslar, çavuşlar, 40 yaşınadək hərbi vəzifəlilər (zabit istisna olmaqla) habelə 19 yaşından 40 yaşınadək qadınlar; 
Bu səbəbdən Siz yuxarıda qeyd olunan tələblərə cavab verdiyiniz halda, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin və qanunvericilikdə nəzərdə tutulmuş digər silahlı birləşmələrin Komandanlıqlarına müraciət edə bilərsiniz. 
Asif Ferecov Soruşur Yazılma Tarixi:01.11.2014 17:07:50

salam,men muddetden artiq xidmete getmey istirem,2007ci ilde 112 sayli herbi hissede qulluq etmiwem,bilmey isterdimki,nece yawa qeder goturuller muddetden artiq xidmete?ve 112 de iwleye bilerem ya yox?

Bildiririk ki, "Hərbi vəzifə və hərbi xidmət haqqında" Azərbaycan Respublikasının Qanununun 36.1-ci maddəsinə əsasən həqiqi hərbi xidmətə qəbul üçün müəyyən edilmiş tələblərə cavab verən Azərbaycan Respublikasının vətəndaşları bağlaşma əsasında aşağıdaki həqiqi hərbi xidmətlərə könüllü daxil olurlar:
 - Müddətdən artıq həqiqi hərbi xidmətə - ən azı ümumi orta təhsilli, qanunla müəyyənləşdirilən müddətli həqiqi hərbi xidməti başa çatdırmış hərbi qulluqçular, 40 yaşınadək hərbi vəzifəlilər (zabitlər, gizirlər və miçmanlar istisna olmaqla);
Bu səbəbdən Siz yuxarıda qeyd olunan tələblərə cavab verdiyiniz halda, 112 saylı hərbi hissədə hərbi xidmət keçmək istəyinizlə bağlı Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə müraciət edə bilərsiniz. 
Rövşən allahverdiyev Soruşur Yazılma Tarixi:01.11.2014 12:32:42

daxili qosunda and icme hacandi

Qeyd etdiyiniz məsələ ilə bağlı Daxili Qoşunlara müraciət etməyiniz tövsiyə olunur.
Vasif Hacıyev Soruşur Yazılma Tarixi:01.11.2014 10:14:03

Salam.Men ehtiyatda olan zabitəm.Səfərbərlik və Hərbi Xidmətə çağırış üzrə dövlət xidmətinə xidmətə qəbulla əlaqədar bu il imtahanda iştirak etmişəm.Lakin imtahandan keçə bilməmişəm.İndi yenidən imtahan vermək,və xidmətə qəbul olmaq istəyirəm.Bunun ücün nə etməliyəm?Xahiş edirəm sualımı cavablandırasınız.

Bir daha nəzərinizə çatdırırıq ki, 01.03.2014-cü il tarixdə keçirilmiş müsabiqənin nəticələrinə əsasən Sizin, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə həqiqi hərbi xidnətə qəbul olunmağınız məqsədəuyğun hesab edilməmişdir.
Cədvəldə sətir sayı :14890