Sual/Cavab
HÖRMƏTLİ İSTİFADƏÇİLƏR!

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin internet səhifəsi Konstitusiyanın 57-ci maddəsinə uyğun olaraq vətəndaşların müraciət etmək hüququnun reallaşdırılması vasitəsidir.Hər bir istifadəçinin məktub göndərmək, arzularını bildirmək, onu maraqlandıran məsələlər barədə yazmaq, təklif, ərizə və şikayətlə müraciət etmək imkanı vardır.

SƏFƏRBƏRLİK VƏ HƏRBİ XİDMƏTƏ ÇAĞIRIŞ ÜZRƏ DÖVLƏT XİDMƏTİNİN ÜNVANINA ELEKTRON FORMADA MÜRACİƏT GÖNDƏRMƏZDƏN ƏVVƏL, XAHİŞ EDİRİK QAYDALARLA TANIŞ OLUN:

1.Mətni yazmazdan əvvəl nəzərdə tutulmuş formanın düzgün cavablandırılması vacibdir.

2.Mətn mütləq yazıldığı dilin əlifbası ilə tərtib olunmalıdır, bütövlükdə böyük və ya kiçik hərflərlə yazılmamalı, cümlələrə bölünməli, durğu işarələrindən istifadə qaydalarına riayət edilməlidir.

3.Müraciət aydın və səlis cümlələrlə yazılmalıdır.

4.Müraciət edərkən etika qaydaları gözlənilməlidir. Nəzakətsiz ifadələr işlədildikdə və ya müəllif özü barədə məlumatları dəqiq göstərmədikdə müraciətə cavab verilmir.

5.Hörmətli internet səhifəsi istifadəçiləri! Böyük informasiya axınının işlənməsi xüsusiyyətlərini nəzərə alaraq, xahiş edirik bəzi məhdudiyyətlərə hörmətlə yanaşasınız:

Sualınızı yazın


Verilən suallar
Ferid Sükürzade Soruşur Yazılma Tarixi:14.11.2014 14:31:12

Salam. Men 1997-ci il, dekabir ayinin 6-si dunyaya gelmisem, ve bu il, M.M Ebilov adina Saglakuce kend tam orta mektebinin XI sinif wagirdiyem, bilmek isteyirem men (2015ci ilde kecirilecek) qebul imtahanina daxil ola bilmesem, nece ay sonra, ve ayin necesi herbi xidmete cagrilcam ? Zehmet olmasa cavablandirardiz.

"Hərbi vəzifə və hərbi xidmət haqqında" Azərbaycan Respublikası Qanununun 12-ci maddəsinin 12.2.1-ci bəndinə əsasən Azərbaycan Respublikasının 18 yaşına çatmış, sağlamlıq vəziyyətinə görə hərbi xidmətə yararlı olan, çağırışa möhlət hüququ olmayan və ya çağırışdan azad edilməmiş kişi cinsli vətəndaşlar həqiqi hərbi xidmətə Azərbaycan Respublikasının  Prezidentinin aktı əsasında ildə dörd dəfə - yanvar, aprel, iyul və oktyabr aylarının 1-dən 30-dək çağırılırlar.
Mikayilov Əmrah Soruşur Yazılma Tarixi:14.11.2014 13:48:09

Hərbi Xidmətə Çağırışa məni cağıriblar. məndə Homosexsualam . hara və hansi həkimə müraciyət etməliyəm ?

Siz, qeydiyyatda olduğunuz Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon idarəsinin (şöbəsinin, bölməsinin) hərbi-həkim komissiyasında  tibbi baxışdan keçiriləcək, ehtiyac olduğu halda tibb müəssisəsində müayinəniz təmin olunacaq və hərbi xidmətə yararlı olub-olmamağınız haqda rayon çağırış komissiyası tərəfindən qərar qəbul olunacaqdır.
Rövşən allahverdiyev Soruşur Yazılma Tarixi:14.11.2014 13:38:20

salam men bilmek isdeyirem her yerde and icme bir olur

Qeyd etdiyiniz məsələ ilə bağlı çağırışçının xidmət etdiyi hərbi hissənin komandirinə müraciət etməyiniz tövsiyyə olunur. 
Şəhriyar Nəzirov Soruşur Yazılma Tarixi:14.11.2014 10:33:19

Salam. Əgər müddətli hərbi xidmətə çağrılmış vətəndaşın atası vəfat edibsə və qardaşı hərbi qulluqdadırsa ananın tek qalmaması üçün boyuk uşagin hərbi xidmətdən yayıtmagina qədər kiçik uşagin xidmətə çagrişıni dayandirmaq olmazmı?

Qeyd etdiyiniz məsələ ilə bağlı "Hərbi vəzifə və hərbi xidmət haqqında" Azərbaycan Respublikası Qanununda heç bir müddəa nəzərdə tutulmamışdır.
Sebine Zeynalova Soruşur Yazılma Tarixi:13.11.2014 12:14:27

21.10 2014 il tarixde 9\3790 nomreli Mudafie Nazirliyinin size gonderdiyi mektuba cavab almaq isteyirem xahiw edirem melumat veresiniz

Bildiririk ki, keçmiş Bərdə rayon hərbi komissarlığında müfəttiş vəzifəsində işləyərkən, 01.03.2010-cu il tarixdə Müdafiə nazirinin müvafiq əmri ilə Azərbaycan Respublikası Əmək Məsəlləsinin 70-ci maddəsinin "b" bəninə əsasən (işçilərin sayı və ya ştat ixtisar edildikdə) işdən azad olunmusunuz.
Nəzərinizə çatdırırıq ki, Sizin Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə işə qəbul olunmağınız mümkün hesab edilməmişdir.
Eyni zamanda bildiririk ki, işdən azad olunduöunuz tarix Bərdə rayon hərbi komissarlığının Müdafiə Nazirliyinin tabeliyində olduöu dövrə təsadüf etdiyi üçün, işdənçıxarma və uşağa qulluq etməkdən ötrü müavinətlər barədə müraciətinizi cavablandırmaq mümkün olmamışdır.
Kamal, Quluzadə Soruşur Yazılma Tarixi:12.11.2014 18:11:47

Mən dünyada insanlar arasında geniş yayılmış xəstəliklərdən əziyyət çəkirəm. Belə ki: 1. ''Kriptorxizm'' olduğuna görə əməliyyat olunmuşam və bu əməliyyatın verdiyi ağrılardan hələ də əziyyət çəkirəm. 2. Tam müalicəsi mümkün olmayan ''I dərəcəli skolioz'' xəstəliyim var. 3. ''I dərəcəli Varikosele'' xəstəliyim var. 4. ''Vodyanka'' və ya ''Hidropos'' adlanan xəstəliyim olduğuna görə də əməliyyat olunmuşam. Buna görə də konkret olaraq yuxarıda sadaladığım ağır xəstəliklərin hamısının məndə olmasının məni hərbi xidmətdən azad edib-etmədiyini bilmək istərdim. Təşəkkürlər!

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş "Hərbi-həkim ekspertizası haqqında əsasnamə"nin "Xəstəliklər cədvəli"nin 66-cı maddəsinin "ç" bəndinin I qrafasının tələblərinə əsasən onurğanın I mərhələ skoliozu olan çağırışçılar "Hərbi Xidmətə yararlıdır. A-3" hesab edilirlər.
Çağırışçıların sidik-cinsiyyət sisteminin xəstəlikləri üzrə tibbi şəhadətləndirilməsi 
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş "Hərbi-həkim ekspertizası haqqında əsasnamə"nin "Xəstəliklər cədvəli"nin 72-ci və 73-cü maddələrinin I qrafasının tələblərinə əsasən orqanların funksiyalarının pozulma dərəcəsindən asılı olaraq aparılır.
Siz, qeydiyyatda olduğunuz Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon idarəsinin (şöbəsinin, bölməsinin) hərbi-həkim komissiyasında  tibbi baxışdan keçiriləcək, ehtiyac olduğu halda tibb müəssisəsində müayinəniz təmin olunacaq və hərbi xidmətə yararlı olub-olmamağınız haqda rayon çağırış komissiyası tərəfindən qərar qəbul olunacaqdır.
Kamal Suleymanov Soruşur Yazılma Tarixi:12.11.2014 16:42:27

men xesteyem urek boyume gedir men esger gederem?

Xəstəliklərin dərəcəsindən, yayılmasından, yaratdığı fəsadlardan, orqanların funksiyalarının pozulmasından və davamlılığından asılı olaraq çağırışçılar Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş "Hərbi-həkim ekspertizası haqqında əsasnamə"nin "Xəstəliklər cədvəli"nin  tələblərinə əsasən şəhadətləndirilirlər.
Siz, qeydiyyatda olduğunuz Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon idarəsinin (şöbəsinin, bölməsinin) hərbi-həkim komissiyasında  tibbi baxışdan keçiriləcək, ehtiyac olduğu halda tibb müəssisəsində müayinəniz təmin olunacaq və hərbi xidmətə yararlı olub-olmamağınız haqda rayon çağırış komissiyası tərəfindən qərar qəbul olunacaqdır.
araz.qasımov Soruşur Yazılma Tarixi:12.11.2014 16:07:24

bineqedi rayonu herbi kamissarliqdan qeydiyyatdan cixmaq isdeyirem nece ede bilerem

Bildiririk ki, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Binəqədi rayon idarəsindən hərbi qeydiyyatdan çıxarılmağınız üçün Daxili İşlər Nazirliyinin qeydiyyat və şəxsiyyət vəsiqələrinin verilməsi şöbəsindən yeni yaşayış yeri üzrə Sizə verilmiş sənədi, yaşayış sahəsinə dair mülkiyyət hüququnu təsdiq edən sənədi və hərbi biletinizi idarəyə təqdim etməlisiniz.
İsmayılov Vahid Soruşur Yazılma Tarixi:12.11.2014 01:42:07

salam herbi muddetli herbi qulluqcunun cinayet isi varsa mezuniyyet gede biler,

"Hərbi xidmətkeçmə haqqında Əsasnamə"nin 115-ci maddəsinə əsasən işi istintaqda və məhkəmədə olan hərbi qulluqçulara hər hansı işə görə, habelə zərərçəkən, şahid, ekspert kimi cəlb olunanıara məzuniyyət yalnız müvafiq istintaq və məhkəmə orqanlarının razılığı ilə verilə bilər.
Qeyd etdiyiniz məsələ ilə əlaqədar xidmət etdiyiniz hərbi hissənin yuxarı Komandanlığına müraciət etməyiniz tövsiyə olunur.
Mehdiyev Huseyn Soruşur Yazılma Tarixi:11.11.2014 16:40:16

Salam Men Mehdiyev Huseyn Sabir Oglu 25.11.1992-ci ildenem.Baki seheri Nizami rayonunda yasayiram..Herbiye gedib gelmisem..Serhed Qosunlarina muddetden artiq kimi ise girmek istiyirem ...Ozum milli orduda qullug etmisem..Serhed qosunlarina nece ise duzele bilerem ..((( onceden twkurler...!!!

Bildiririk ki, "Hərbi vəzifə və hərbi xidmət haqqında" Azərbaycan Respublikasının Qanununun 36.1-ci maddəsinə əsasən həqiqi hərbi xidmətə qəbul üçün müəyyən edilmiş tələblərə cavab verən Azərbaycan Respublikasının vətəndaşları bağlaşma əsasında aşağıdaki həqiqi hərbi xidmətlərə könüllü daxil olurlar:
-Müddətdən artıq həqiqi hərbi xidmətə - ən azı ümumi orta təhsilli, qanunla müəyyənləşdirilən müddətli həqiqi hərbi xidməti başa çatdırmış hərbi qulluqçular, 40 yaşınadək hərbi vəzifəlilər (zabitlər, gizirlər və miçmanlar istisna olmaqla) qəbul olunurlar.
Bu səbəbdən Siz yuxarıda qeyd olunan tələblərə cavab verdiyiniz halda, hərbi xidmət keçmək istəyiniz barədə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin və qanunvericilikdə nəzərdə tutulmuş digər silahlı birləşmələrin Komandanlıqlarına müraciət edə bilərsiniz.
Cədvəldə sətir sayı :14897