Sual/Cavab
HÖRMƏTLİ İSTİFADƏÇİLƏR!

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin internet səhifəsi Konstitusiyanın 57-ci maddəsinə uyğun olaraq vətəndaşların müraciət etmək hüququnun reallaşdırılması vasitəsidir.Hər bir istifadəçinin məktub göndərmək, arzularını bildirmək, onu maraqlandıran məsələlər barədə yazmaq, təklif, ərizə və şikayətlə müraciət etmək imkanı vardır.

SƏFƏRBƏRLİK VƏ HƏRBİ XİDMƏTƏ ÇAĞIRIŞ ÜZRƏ DÖVLƏT XİDMƏTİNİN ÜNVANINA ELEKTRON FORMADA MÜRACİƏT GÖNDƏRMƏZDƏN ƏVVƏL, XAHİŞ EDİRİK QAYDALARLA TANIŞ OLUN:

1.Mətni yazmazdan əvvəl nəzərdə tutulmuş formanın düzgün cavablandırılması vacibdir.

2.Mətn mütləq yazıldığı dilin əlifbası ilə tərtib olunmalıdır, bütövlükdə böyük və ya kiçik hərflərlə yazılmamalı, cümlələrə bölünməli, durğu işarələrindən istifadə qaydalarına riayət edilməlidir.

3.Müraciət aydın və səlis cümlələrlə yazılmalıdır.

4.Müraciət edərkən etika qaydaları gözlənilməlidir. Nəzakətsiz ifadələr işlədildikdə və ya müəllif özü barədə məlumatları dəqiq göstərmədikdə müraciətə cavab verilmir.

5.Hörmətli internet səhifəsi istifadəçiləri! Böyük informasiya axınının işlənməsi xüsusiyyətlərini nəzərə alaraq, xahiş edirik bəzi məhdudiyyətlərə hörmətlə yanaşasınız:

Sualınızı yazın


Verilən suallar
Zəhra Tolxanqızı Soruşur Yazılma Tarixi:30.10.2014 15:55:58

Salam. Mən işiə qəbul olmaq üçün sənədlərimi vermək istəyirəm. İmtahana düşəcək suallar mövzular barədə necə məlumat əldə edə bilərəm. Mteral varmı hazırlaşmaq üçün

Nəzərinizə çatdırırıq ki, işə qəbulla bağlı müraciət edən vətəndaşların test imtahanında ümumi bilik səviyyələri və dünya görüşləri yoxlanılır.
Əlavə məlumat almaq üçün Xidmətin Kadrlar və Kadr Hazırlığı İdarəsinə müraciət edə bilərsiniz.
Kənan Muradov Soruşur Yazılma Tarixi:30.10.2014 13:53:46

Salam! Mən Muradov Kənan 1991-ci ildə Ağdaş rayonunda anadan olmişam. 2009-cu ildə Plevrit Xəstəliyindən Mualicə almışam. Mualicədən sonra ag ciyərimdə plevral qalınlıq müşaidə olunurdu. 2010-cu ildə Herbi xidmətə Yollanmışam. 2011-ci ildə ehtiyata buraxılmışam. 2014-cü ildə Gizirliyə Sənəd Topladim Və Poliklinikada kamisiyadan keçəndə mənə soyledilerki Ag ciyerində plevritdən sonra plevral qalinliq. Ve Mene stasionar Muainə təyin etdilər. Bilmək istiyirəm men necə olacam muayinədən sonra meni yenə qaytaracaqlar. Niyə məni Gizir kursuna Qəbul etmirlər Səhətimdə Heç bir problem yoxdur.

Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş "Hərbi-həkim ekspertizası haqqında əsasnamə"nin "Xəstəliklər cədvəli"nə əsasən ştat üzrə "gizir" hərbi rütbəsi nəzərdə tutulmuş vəzifələrə hərbi xidmətə könüllü daxil olan və çağırış üzrə həqiqi hərbi xidmətə çağırılan vətəndaşlara sağlamlıq  vəziyyətinə dair tələblər fərqlidir.
Əlavə olaraq bildiririk ki, qeyd etdiyiniz məsələ ilə əlaqədar Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasına müraciət etməyiniz məqsədəuyğundur.
Aqsin Ismayilzade Soruşur Yazılma Tarixi:30.10.2014 09:09:30

menim 23 yasim var ve sehetimnen bagli herbi xidmete getmemisem hal hazirda sagalmisam ve herbi xidmete getmek isdeyirem hara muracet ede bilerem

Hərbi xidmətə yararsız hesab edilmiş vətəndaşlar dövlət səhiyyə sistemi müəssisələrində və ya digər tibb müəssisələrində müayinə nəticəsində onlarda əvvəllər müəyyən edilmiş diaqnoz dəyişdirildiyi və ya onların sağlam hesab edildikləri halda təkrar şəhadətləndirilə bilərlər.
Qeyd etdiyiniz məsələ ilə bağlı Xidmətin qeydiyyatda olduğunuz idarə, şöbə və ya bölməsinə müraciət etməyiniz tövsiyə olunur.
ruslan memmedov Soruşur Yazılma Tarixi:30.10.2014 01:11:28

men memmedov ruslan yasar oqlu 1986-ci ilde samaxi seherinde anadan olmusam.5 yasim olanda travma almisam.2010-cu ile qeder her il tibbi muayineden kecmisem. 2010-cu ilden sonra omurluk elillik kitabcasi verilib. indi mene samaxi herbi hisseden caqiris vereqi verilib ,ki tibbi muayineden kecim.bu ne derecede duzgundur.cox saq olun.

Bildiririk ki, "Hərbi vəzifə və hərbi xidmət haqqında" Azərbaycan Respublikası Qanununun 20.3-cü maddəsinə əsasən dinc dövr üçün hərbi xidmətə yararsız, müharibə dövrü üçün məhdud yararlı hesab edilərək ehtiyata keçirilən  vətəndaşlar 35 yaşına çatana qədər hər 3 ildən bir təkrar tibbi müayinə keçməlidirlər. Təkrar tibbi müayinə zamanı dinc dövrdə həqiqi hərbi xidmətə yararlı hesab olunanlar ümumi əsaslarla müddətli həqiqi hərbi xidmətə çağırılırlar.
Ayvazova Səbinə Soruşur Yazılma Tarixi:29.10.2014 13:13:43

Salam. bacım oglu Hüseynov Cahangir Aydın oglu 04.07.1996 cı il təvəlüddəndi . Bu ay yəni 2014 oktyabr ayında əsgəri xidmətə getməli idi amma əlində cuzi bir cızıq izi oldugundan hərbi prokrorluga göndərilib . Amma hər şey qaydasında oldugu bilinib. Uşaqda damda şifir düzəldərkən əli siyrıldıgını bildirib . Amma ayın sonudu hələdə caxırmayıblar . Sonra problem yaranmaz ki . Nəzərinizə çatdırım ki , atası rəhmətə gedib anası Hüseynova Mədinə 250 manat maaşa işdəyir bir bacisi uşaqlıqda paralic olub . Xahiş edirik kömək edin


Bildiririk ki, həqiqi hərbi xidmətət çağırılmış çağırışçılar Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş "Hərbi-həkim ekspertizası haqqında əsasnamə"nin sağlamlıq vəziyyətinə dair əlavə tələblər cədvəli nəzərə alınmaqla tibbi müayinə olunurlar. Yalnız tibbi müayinə zamanı "hərbi xidmətə yararlı" sayılmış vətəndaşlar hərbi xidmətə göndərilirlər.
Elgün Əhmədov Soruşur Yazılma Tarixi:28.10.2014 21:59:04

Mən 2007-2011 illərində Azərbaycan Texniki Universitetinin,Texnoloji Maşınlar və Avadanlıqlar fakültəsinin,Biotibbi və Radioelektron aparatların servis xidməti ixtisasında əyani olaraq təhsil almışam,Azərbaycan Respublikası Müdafiə Nazirliyinə hər hansı bir işə düzəlmək üçün nə edə bilərəm? Xatırladım ki işə qəbulla bağlı onlayn müraciət yazdım lakin sistem qəbul etmədi. öncədən təşəkkürlər

Bildiririk ki, Azərbaycan Respublikasının Müdafiə Nazirliyində hər hansı işə düzəlmək istəyinizlə bağlı aidiyyəti üzrə Müdafiə Nazirliyinə müraciət etməlisiniz.
Qasimov Elcan Soruşur Yazılma Tarixi:28.10.2014 18:38:03

Salam. men 2014-cu ilin iyul ayinda qebul imtahani vermisem. Neticede men qebul ola bilmedim. Indi ise men 2015-ci ilde yeniden imtahan vermek qerarindayam. Lakin menim 18 yasim iyulun 6-da tamam olur. movzu bundan ibaretdir ki, men Seferberlikden Imtahan vermek ucun, mohlet ala bileremmi?

Bildiririk ki, 18 yaşı 2015-ci ilin iyul ayında tamam olan vətəndaşlar barəsində, 2015-ci ilin iyul ayında keçiriləcək vətəndaşların müddətli həqiqi hərbi xidmətə çağırışı dövründə qərar qəbul ediləcəkdir.
Sağlamlıq vəziyyətinə, ailə vəziyyətinə və digər qanuni əsaslarla hərbi xidmətə xidmətə çağırışdan möhlət hüququna malik  olduğunuz halda, qəbul imtahanlarında iştirak edə bilərsiniz. Əks halda, qanunvericiliyin tələblərinə uyöun olaraq ümumi əsaslarla müddətli həqiqi hərbi xidmətə çağırışa cəlb ediləcəksiniz.
QULIYEV ALIMUXTAR FAZIL oqlu07.09.1995.Nizami rayonu voenkomati Soruşur Yazılma Tarixi:28.10.2014 16:56:42

xayiw edirem.bilmek isterdim. oqlim Quliyev Alimuxtar harada ve hansi herbi hissede xidmet edecekdir.xayiw edirem bunu cavablandirasiz.

Çağırışçı haqda məlumatları dəqiq, Azərbaycan dilində Xidmətin saytının "elektron xidmətlər" bölməsinin müvafiq bölümünə daxil edib cavab ala bilərsiz. Əks halda qeydiyyatda olduğu idarə, şöbə və ya bölməyə müraciət etməyiniz tövsiyyə olunur.
Maksim Vishnev Soruşur Yazılma Tarixi:28.10.2014 16:45:06

Salam, men Vishnev Maksim Aleksandrovic 02.12.1995 Yasamal rayon . men bilmek isteirem neye gore mene cavab vermirler ya deyirler iyulun 1 gedirsen .. sonram deyirler oktyabr da gedeceksen indide deyirler Yanvarda.. men bilmek isteirem men gedecem ya yox vaxti niye uzadirlar?

Bildiririk ki, Silahlı Qüvvələrin və qanunvericiliyə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrin komplektləşdirilməsi planlı şəkildə  aparılır. Hər hansı qərar qəbul edildikdən sonra hərbi xidmətə cəlb olunmağınız barədə məlumatlandırılacaqsınız.
Imran Huseynov Soruşur Yazılma Tarixi:28.10.2014 14:40:33

Salam mumkunse ne edeceyimi mene yazasiniz 1996 ci ilde 15 martda anadan olmus oglum Huseynov Emil Imran oglu lenkeran seheri men hal hazirda xarici olkedeyem oglum hal hazirda tekdi azerbaycanda herbi komisiyadan kecib xidmete yararsiz cixmagina kore Baki seherine yoxlanisa konderilir amma kelen cagrisda bilmek istiyerdim niye kelen cagrisda butun senedleri hazirdir lenkeran yoxlamasindan kecib sebebini bilmek istiyerdim uzurlu sebeblere kore vetene qayida bilmirem usag ise orda tek qalib men usagi Dovlete etibar edib cixmisam indide qalib kelen cagrisa usaq hansi sa bir hadise toretse kim kunahkardi

Bildiririk ki, övladınız 1996-cı il təvəllüdlü Hüseynzadə Emil İmran oğlu ilkin hərbi qeydiyyata alınmadan yayınmışdır.  2014-cüi lin oktyabr ayında ilkin hərbi qeydiyyata alınan E.İ. Hüseynzadə, hərbi-həkim komissiyasından keçərkən səhhətindən şikayəti olduöu üçün əlavə tibbi müayinə olunması məqsədilə müvafiq səhiyyə müəssisəsinə göndəriləcəkdir. Tibbi müayinənin nəticəsindən asılı olaraq  Xidmətin Lənkəran  rayon şöbəsi tərəfindən çağırışçı barədə qanunamüvafiq qərar qəul ediləcəkdir.
Cədvəldə sətir sayı :14897