Sual/Cavab
HÖRMƏTLİ İSTİFADƏÇİLƏR!

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin internet səhifəsi Konstitusiyanın 57-ci maddəsinə uyğun olaraq vətəndaşların müraciət etmək hüququnun reallaşdırılması vasitəsidir.Hər bir istifadəçinin məktub göndərmək, arzularını bildirmək, onu maraqlandıran məsələlər barədə yazmaq, təklif, ərizə və şikayətlə müraciət etmək imkanı vardır.

SƏFƏRBƏRLİK VƏ HƏRBİ XİDMƏTƏ ÇAĞIRIŞ ÜZRƏ DÖVLƏT XİDMƏTİNİN ÜNVANINA ELEKTRON FORMADA MÜRACİƏT GÖNDƏRMƏZDƏN ƏVVƏL, XAHİŞ EDİRİK QAYDALARLA TANIŞ OLUN:

1.Mətni yazmazdan əvvəl nəzərdə tutulmuş formanın düzgün cavablandırılması vacibdir.

2.Mətn mütləq yazıldığı dilin əlifbası ilə tərtib olunmalıdır, bütövlükdə böyük və ya kiçik hərflərlə yazılmamalı, cümlələrə bölünməli, durğu işarələrindən istifadə qaydalarına riayət edilməlidir.

3.Müraciət aydın və səlis cümlələrlə yazılmalıdır.

4.Müraciət edərkən etika qaydaları gözlənilməlidir. Nəzakətsiz ifadələr işlədildikdə və ya müəllif özü barədə məlumatları dəqiq göstərmədikdə müraciətə cavab verilmir.

5.Hörmətli internet səhifəsi istifadəçiləri! Böyük informasiya axınının işlənməsi xüsusiyyətlərini nəzərə alaraq, xahiş edirik bəzi məhdudiyyətlərə hörmətlə yanaşasınız:

Sualınızı yazın


Verilən suallar
Yunis Heybatov Soruşur Yazılma Tarixi:27.11.2014 11:29:14

Salam menim 18 yasim var,gozlerim 10% gorur. Bir vetendaskimi bilmek isteyiremki nece %-den esgerliye yararsiz sayila bilerem ve ya mualice ucun mohlet verilir .

Çağırışçıların göz və onun əlavə aparatının xəstəlikləri üzrə tibbi şəhadətləndirilməsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş "Hərbi-həkim ekspertizası haqqında əsasnamə"nin "Xəstəliklər cədvəli"nin 29-36-cı maddələrinin I qrafasının tələblərinə əsasən hər gözün görmə itiliyinin, refraksiyanın və ya akkomodasiyanın pozulma dərəcəsindən asılı ilaraq aparılır.
Siz, qeydiyyatda olduğunuz Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon idarəsinin (şöbəsinin, bölməsinin) hərbi-həkim komissiyasında  tibbi baxışdan keçiriləcək, ehtiyac olduğu halda tibb müəssisəsində müayinəniz təmin olunacaq və hərbi xidmətə yararlı olub-olmamağınız haqda rayon çağırış komissiyası tərəfindən qərar qəbul olunacaqdır.
mahmud ağayev Soruşur Yazılma Tarixi:26.11.2014 22:52:51

salam mən hərbi xidmətdə olmamışam.xəstəliklə bağlı getməmişəm. hal-hazırda sağlamam. mənim hərbi biletimə c2 maddəsi yazılıb. mən bilmək istəyirəm ki, c2 maddəsi ilə dövlət statusu almış şirkətlərdə və yaxud dövlət müəssələrində işləyə bilərəmmi?

Bildiririk ki, xəstəliklə bağlı hərbi xidmətə getməyən şəxslərin işə düzəlməsi, işə düzəlmək istədiyi şirkətin və ya müəssisənin səlahiyyətlərinə aiddir. Bu səbəbdən aidiyyəti üzrə müraciət etməlisiniz.
Hesen Soruşur Yazılma Tarixi:26.11.2014 19:32:36

Salam... Men 3 defe xesteliyimle elaqedar mohlet huququ almisam. Yanvar ayi ucunde yene cagirs gelib. Amma mende yenede belimde agrilar, ayagimda ve kureyimde sancilar olur, ayaq uste cox dayanan kimi belimde agrilar keskinlewir yorgunluq artir. Mende 1-ci derceli skalyozdu. Deyilene gore yararli sayliram amma menim agrilarim coxdur bunu ucun ne edim?

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş "Hərbi-həkim ekspertizası haqqında əsasnamə"nin "Xəstəliklər cədvəli"nin 66-cı maddəsinin "ç" bəndinin I qrafasına əsasən onurğanın I mərhələ  skoliozu  olan çağırıçılar "Hərbi xidmətə yararlıdır. A-3" hesab edilirlər.
Ramin Baxşiyev Soruşur Yazılma Tarixi:26.11.2014 18:40:40

Salam.Mən soruşmaq istəyirdim ki,Bakıda snayper kursları bərpa olnur?Olunursa neçə yaşdan getmək olar və harada yerləşir?Təşəkkür edirəm.

"Hərbi vəzifə və hərbi xidmət haqqında" Azərbaycan Respublikası Qanununun tələblərinə əsasən 17 yaşına çatmış vətəndaşlar və çağırışçılar Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən  müəyyən edilmiş təhsil müəssisələrində işdən ayrılmaqla xüsusi hərbi ixtisaslar üzrə hazırlıq keçə bilərlər.
Qeyd etdiyiniz xüsusi hərbi ixtisas üzrə hazırlıq kursları Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin tabeliyində  olan "Hərbi vətənpərvərlik və Mütəxəssis Hazırlığı Mərkəzi" Məhdud Məsuliyyətli Cəmiyyətin Bakı şəhərində yerləşən filiallarında təşkil edilir və bu ixtisas üzrə hazırlığa yalnız müəyyən edilmiş tələblərə cavab verən çağırışçılar cəlb edilir.
"Hərbi vəzifə və hərbi xidmət haqqında" Azərbaycan Respublikası Qanununa əsasən, çağırışçılar - ilkin hərbi qeydiyyata alınmış və ya alınmalı olan müddətli həqiqi hərbi xidmət keçməmiş 18 yaşından 35 yaşınadək Azərbaycan Respublikasının kişi cinsli vətəndaşları hesab edilir.
Kursun başlanması, keçirilməsi, qəbul qaydalarına dair ətraflı məlumat əldə etmək və bu kurslara cəlb edilməniz üçün hərbi qeydiyyatda olduğunuz  Xidmətin yerli idarə, şöbə və bölməsinə müraciət edə bilərsiniz.
Qədir İsrafilli Soruşur Yazılma Tarixi:25.11.2014 23:44:59

mən sizin idarədə işləmək istəyirəm bunun üşün nə etmək lazımdır

Nəzərinizə Çatdırırıq ki, vətəndaşların Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə işə qəbulu keçirilən müsabiqənin (test imtahanı) və müsahibənin nəticələrindən  asılı olaraq müəyyən edilir.
İşə qəbulla müraciət edən vətəndaşların test içtahanında ümumi bilik səviyyələri və dünya görüşləri yoxlanılır.
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə işə qəbulla əlaqədar özünüz barədə ətraflı məlumat verməklə, ərizə ilə müraciət etməyiniz tövsiyə olunur.
Ərizə ilə müraciət etdikdən sonra namizədliyinizə baxıla bilər.
Elman Məmmədov Soruşur Yazılma Tarixi:25.11.2014 23:12:20

Salam mən ehtiyyatda olan zabitəm ( leytenant).mən səfərbərlik və hərbi xidmətə çağırış üzrə dövlət xidmətində işləmək istyirəm.Bunun üçün mən nə etməliyəm?diqqətinizə görə təşəkkür.

Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə həqiqi hərbi xidmətə (işə) qəbulla əlaqədar özünüz barədə ətraflı məlumat verilməklə, ərizə ilə müraciət etməyiniz tövsiyə olunur.
Ərizə ilə müraciət etdikdən sonra namizədliyinizə baxıla bilər.
Denis Soruşur Yazılma Tarixi:25.11.2014 13:55:20

Salam Azərbaycanda snayper kursları bərpa olunduhu hakkinda xeber oxudum .. Mən Gəncədə qeydiyattayam yanvarin 5 heqiqi hərbi xidmete qedirem .. spayper kurslarina yazilmaq isteyirem hara müraciyet edim ? hara zəng edim ?? xaiş edirem cavab yazasiniz ..

Bildiririk ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq
sərəncamına əsasən, qeyd etdiyiniz xüsusi hərbi ixtisas üzrə hazırlığa
yalnız müəyyən edilmiş tələblərə cavab verən çağırışçılar cəlb edilir.
"Hərbi vəzifə və hərbi xidmət haqqında" Azərbaycan Respublikası Qanununa
əsasən, çağırışçılar - ilkin hərbi qeydiyyata alınmış və ya alınmalı olan
müddətli həqiqi hərbi xidmət keçməmiş 18 yaşından 35 yaşınadək Azərbaycan
Respublikasının kişi cinsli vətəndaşları hesab edilir.
Bu ixtisas üzrə ödənişli kurslar təşkil edilmir.
Novruzzade Elcin Soruşur Yazılma Tarixi:25.11.2014 04:40:12

Salam men insallah yanvarda esger gedirem bilmek istirem Azerbaycan silahli quvveleri olara Iraq da Sulhmeramli da xitmet etmek ucun neynemeliyem ?

Qeyd etdiyiniz məsələ ilə bağlı Müdafiə Nazirliyinə müraciət etməyiniz tövsiyə olunur.
Araz Soruşur Yazılma Tarixi:25.11.2014 00:54:27

07.11.2014 tarixinde muraciyyet etmusdim menim esas sebebim budu ki bineqedi rayonu herbi kamissarliq gonderdiyi yer 2 sayli psxiatrik xeste xanabas hekim yalnis madde qoymusdu guya mende ruhi xeste olubdu yalan sohbetdi ele bir yoxdu yalniz sudurqam olub qutarib hal hazirda pese liseyinde oxuyuram bu demeyim meqsedim saglamam ona gorede imtina edirem kamissarliqdan onsuzda bileti geri qaytarmisam gelen ilde kamissiyadan kecen deyilem

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş "Hərbi-həkim ekspertizası haqqında əsasnamə"nin tələblərinə əsasən tibbi baxışların, müayinələrin (müşahidələrin), müalicə-sağlamlıq tədbirinin və profilaktik peyvəndlərin təşkili və keçirilməsi dövlət səhiyyə sisteminin yerli idarəetmə orqanlarına və tibb müəssisələrinə həvalə olunmuşdur.
Əlavə olaraq bildiririk ki, qeyd etdiyiniz məsələ ilə əlaqədar Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinə müraciət etməyiniz məqsədəuyğundur.
Azər Rzazadə Soruşur Yazılma Tarixi:24.11.2014 15:34:28

Salam men artig 1il 5 aydir ki herbi xidmete yararsiz oldugum ucun gonderilmirem ve mene herbi bilet verilmir bu ne derecede dogrudur ? Mumkunse etraqfli yazardiz ozum Ali tehsilliyem

Müraciətinizlə bağlı müvafiq araşdırmanın aparılması məqsədi ilə atanızın adı, təvəllüdünüz və qeydiyyatda olduğunuz Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon (şəhər) idarəsi (şöbəsi, bölməsi) göstərilməlidir.
Cədvəldə sətir sayı :14897