Sual/Cavab
HÖRMƏTLİ İSTİFADƏÇİLƏR!

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin internet səhifəsi Konstitusiyanın 57-ci maddəsinə uyğun olaraq vətəndaşların müraciət etmək hüququnun reallaşdırılması vasitəsidir.Hər bir istifadəçinin məktub göndərmək, arzularını bildirmək, onu maraqlandıran məsələlər barədə yazmaq, təklif, ərizə və şikayətlə müraciət etmək imkanı vardır.

SƏFƏRBƏRLİK VƏ HƏRBİ XİDMƏTƏ ÇAĞIRIŞ ÜZRƏ DÖVLƏT XİDMƏTİNİN ÜNVANINA ELEKTRON FORMADA MÜRACİƏT GÖNDƏRMƏZDƏN ƏVVƏL, XAHİŞ EDİRİK QAYDALARLA TANIŞ OLUN:

1.Mətni yazmazdan əvvəl nəzərdə tutulmuş formanın düzgün cavablandırılması vacibdir.

2.Mətn mütləq yazıldığı dilin əlifbası ilə tərtib olunmalıdır, bütövlükdə böyük və ya kiçik hərflərlə yazılmamalı, cümlələrə bölünməli, durğu işarələrindən istifadə qaydalarına riayət edilməlidir.

3.Müraciət aydın və səlis cümlələrlə yazılmalıdır.

4.Müraciət edərkən etika qaydaları gözlənilməlidir. Nəzakətsiz ifadələr işlədildikdə və ya müəllif özü barədə məlumatları dəqiq göstərmədikdə müraciətə cavab verilmir.

5.Hörmətli internet səhifəsi istifadəçiləri! Böyük informasiya axınının işlənməsi xüsusiyyətlərini nəzərə alaraq, xahiş edirik bəzi məhdudiyyətlərə hörmətlə yanaşasınız:

Sualınızı yazın


Verilən suallar
semistan Soruşur Yazılma Tarixi:02.10.2014 19:38:23

naxcivandaki 100 nomreli cast hansi terefde yerlesir ve men ne vaxt gedecem bu barede melumat almaq isterdim mumkunduse

Qeyd etdiyiniz məsələ ilə bağlı Müdafiə Nazirliyinə müraciət etməyiniz tövsiyə olunur.
resad Soruşur Yazılma Tarixi:02.10.2014 19:33:47

salam mən 2002 ci ildə həqiqi hərbi xidmətə cağrılmısam 1 il 5 ay hərbi xidmət etmisəm ve hərbidə xəstələnmişəm 2 ci qurup ellilem ustunden 12 il kecib ini məni hərbi komsar cağrirki komsiyadan gəl kec saglam olsan xidmətə gedesen bu ne derecede duzgunu ve mən saglam olsam 1 ayim qalirdi o 1 ayi gedib xidmət etməliyəm

Müraciətinizlə bağlı müvafiq araşdırmanın aparılması məqsədi ilə soyadınız, atanızın adı, təvəllüdünüz və qeydiyyatda olduğunuz Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon (şəhər) idarəsi (şöbəsi, bölməsi) göstərilməlidir.
Ilkin Soruşur Yazılma Tarixi:02.10.2014 18:48:14

salam,bilmek istiyirem 2 cagiriw olacaq Oktyabr ayinda?\nve eger olacaqsa,ne vaxd bile bilerik hara dushduyumuzu?

Bildiririk ki, 2014-cü ilin oktyabr çağırışının bölgüsü tam başa çatdıqdan sonra, qeydiyyatda olduğunuz Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli idarə, şöbə və ya bölməsi tərəfindən hərbi xidmətə cəlb olunmağınız barədə əlavə olaraq məlumatlandırılacaqsiniz.
Ali Bayramov Soruşur Yazılma Tarixi:02.10.2014 15:55:30

Mənə gözümə görə məhduyyitəli hərbi xidmət təyin olunub. Lakin bölgü zamanı mən 212 saylı hərbi hissəyə düşmüşəm. Öyrəndiyim qədər ilə bu hərbi hissədən sonra əsgərlər ön cəbhəyə bölünür. Yəni ki, mənim bu hərbi hissəyə təyinatımı doğrudur mu?

Qeyd etdiyiniz məsələ ilə bağlı xidmət edəcəyiniz hərbi hissənin komandirinə müraciət etməyiniz tövsiyyə olunur.
ehmed Soruşur Yazılma Tarixi:02.10.2014 15:04:51

men ehtiyyatada olan zabitem AZERBAYCAN RESPUBLIKASI SESEBERLIK VE HERBI XIDMETE CAGIRIS UZRE DOVLET XIDMETINDE ISLEYE BILEREMMI.\n BILERSEM HANSI SENEDLERI TEQDIM ETMELIYEM

Müraciətinizlə əlaqədar həftənin tək günləri Azərbaycan Respublikasının\nSəfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Kadrlar və\nKadr Hazirliği İdarəsinə gəlməyiniz təklif olunur. Özünüzlə şəxsiyyət\nvəsiqəsi, hərbi bilet, əmək kitabçası və təhsil haqqında sənədin olması\nvacibdir.\nNəzərinizə çatdırırıq ki, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi\nXidmətə Çağırış üzrə Dövlət Xidmətinə həqiqi hərbi xidmətə (işə) qəbul\nolunmağınızla bağlı müraciətinizin müsbət həlli, müvafiq sənədlərinizi\ntəqdim etdikdən sonra keçiriləcək müsabiqənin (test imtahanı) və\nmüsahibənin nəticələrindən asılı olaraq müəyyən ediləcəkdir.
elnur Soruşur Yazılma Tarixi:02.10.2014 14:16:47

999 sayli herbi hisse harada yerlesir

Qeyd etdiyiniz məsələ ilə bağlı Müdafiə Nazirliyinə müraciət etməyiniz tövsiyə olunur.
imadeddin Soruşur Yazılma Tarixi:02.10.2014 10:42:11

salam bilmek isteyirem men MN051 sayli herbi hisseye dusmesem oda berde di, ama qarantine genceye gedecen soram bolecekler bizi bu nece olur axi berdeye dusmusem gencede qarantinde olcam ama berdeye dusmeyecem xaisedirem meni basa salin bu nece isdi agla batan sey deyil

Qeyd etdiyiniz məsələ ilə bağlı xidmət edəcəyiniz hərbi hissənin komandirinə müraciət etməyiniz tövsiyyə olunur.
Xezer Soruşur Yazılma Tarixi:02.10.2014 09:26:07

853 nomreli herbi hisse harada yerlesir??

Qeyd etdiyiniz məsələ ilə bağlı Müdafiə Nazirliyinə müraciət etməyiniz tövsiyə olunur.
Fuad Soruşur Yazılma Tarixi:02.10.2014 06:59:10

menim xidmet edeceyim h/h FHN harada yerlesir.

Qeyd etdiyiniz məsələ ilə bağlı Förvqəladə Hallar Nazirliyinə müraciət etməyiniz tövsiyə olunur.
Vüqar Əsgərov Soruşur Yazılma Tarixi:01.10.2014 17:02:52

Sizə öz təşəkkürümü bildirirəm ki, siz öz saytnızda Şəhidlər və Milli Qəhrəmanlar bölümünü yaratmısınız. Ancaq bir araşdırmaçı kimi qeyd edirəm ki, Milli Qəhrəmanlarda bəzi yanlışlıqlara yol vermisiniz.Düzəliş etmək istəyirsinizssə, xahiş edirəm mənimlə əlaqə saxlayasınız.

Bildiririk ki, Xidmətin saytı yeni yaradıldığından saytın təkmilləşdirilməsi istiqamətində işlər davam etdirilir. Bu baxımdan saytda Milli Qəhrəmanlar haqqında olan məlumatlarda yol verilmiş hər hansı yalnışlıq barədə Xidmətin saytına müraciət edə bilərsiniz. Həmin məlumatlar tərəfimizdən araşdırılacaq və öz təsdiqini tapdığı halda müvafiq tədbirlər görüləcəkdir.
Cədvəldə sətir sayı :14897