Sual/Cavab
HÖRMƏTLİ İSTİFADƏÇİLƏR!

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin internet səhifəsi Konstitusiyanın 57-ci maddəsinə uyğun olaraq vətəndaşların müraciət etmək hüququnun reallaşdırılması vasitəsidir.Hər bir istifadəçinin məktub göndərmək, arzularını bildirmək, onu maraqlandıran məsələlər barədə yazmaq, təklif, ərizə və şikayətlə müraciət etmək imkanı vardır.

SƏFƏRBƏRLİK VƏ HƏRBİ XİDMƏTƏ ÇAĞIRIŞ ÜZRƏ DÖVLƏT XİDMƏTİNİN ÜNVANINA ELEKTRON FORMADA MÜRACİƏT GÖNDƏRMƏZDƏN ƏVVƏL, XAHİŞ EDİRİK QAYDALARLA TANIŞ OLUN:

1.Mətni yazmazdan əvvəl nəzərdə tutulmuş formanın düzgün cavablandırılması vacibdir.

2.Mətn mütləq yazıldığı dilin əlifbası ilə tərtib olunmalıdır, bütövlükdə böyük və ya kiçik hərflərlə yazılmamalı, cümlələrə bölünməli, durğu işarələrindən istifadə qaydalarına riayət edilməlidir.

3.Müraciət aydın və səlis cümlələrlə yazılmalıdır.

4.Müraciət edərkən etika qaydaları gözlənilməlidir. Nəzakətsiz ifadələr işlədildikdə və ya müəllif özü barədə məlumatları dəqiq göstərmədikdə müraciətə cavab verilmir.

5.Hörmətli internet səhifəsi istifadəçiləri! Böyük informasiya axınının işlənməsi xüsusiyyətlərini nəzərə alaraq, xahiş edirik bəzi məhdudiyyətlərə hörmətlə yanaşasınız:

Sualınızı yazın


Verilən suallar
Ruslan Soruşur Yazılma Tarixi:25.12.2013 06:17:52

Salam. 2005-ci ildə Təlim Tədris Mərkəzinin ilkin zabitlər kursunu bitirmişəm. Lakin pul istədiklərinə gorə rütbəni almadım. Səfərbərlik və Hərbi Xidmtə Çağırış üzrə Dövlət Xidmətində zabit kimi işə qəbul edilə bilərəmmi?

Bildiririk ki, hal-hazırda Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə, Silahlı Qüvvələrdə zabit qismində həqiqi hərbi xidmət keçmiş ehtiyyatda olan zabitlərin qəbul edilməsi məsələsinə baxılır. Bu səbəbdən Sizin Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə həqiqi hərbi xidmətə qəbul olunmağınızla bağlı müraciətinizin müsbət həlli mümkün hesab edilməmişdir.
Vusal Rehimli Soruşur Yazılma Tarixi:24.12.2013 18:25:57

Salam men nece oyrene bilerem hara dusduyumu ? 2014 yanvarda esger gedecem Beyleqan RHK Vusal Rehimli

Çağırışçıların təyin olunduqları hərbi hissə haqqında məlumatı şəxsi məlumatlarını daxil etməklə, 31 dekabr 2013-cü il tarixdən etibarən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin "Hərbi Xidmət bölümündən əldə edə bilərlər.
Ulvi Soruşur Yazılma Tarixi:24.12.2013 17:16:15

Salam.Men herbi xidmetle bagli ish yerine hansi formada erize vermeliyem?Herbi xidmete gore meni hazirki ish yerimden azad ede bilerlermi?Zehmet olmasa cavab vererdiniz.

Siz işlədiyiniz müəssisənin rəhbərliyinə müddətli həqiqi hərbi xidmətə çağırılmağınız barədə ərizə ilə müraciət etməlisiniz.\nBildiririk ki, "Hərbi vəzifə və hərbi xidmət haqqında" Azərbaycan Respublikası Qanununun 50.1 maddəsinə əsasən hərbi xidmətə çağırılmış vətəndaşlara mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq iş yerində orta əmək haqqının ən azı üç misli məbləğində müavinət ödənilir.\nHəmin qanunun 50.2-ci maddəsinə əsasən vətəndaşlar hərbi xidmətə çağırılmaqla əlaqədar vəzifələrini yerinə yetirmək üçün lazım olan vaxtda daimi iş yerlərindı orta əmək haqqı saxlanılmaqla işdən azad edilirlər.
Emil Soruşur Yazılma Tarixi:24.12.2013 17:09:58

hara duwduyumu bilmek istiyirem sumqayit seherinde qaliram 1994cu il 18 yanvar oktyabr ayinda DQ e duwmuwdum qaytardilar yene girib yoxluyuram DQ yazilib deqiq melumatdi?

Çağırışçıların təyin olunduqları hərbi hissə haqqında məlumatı şəxsi məlumatlarını daxil etməklə, 31 dekabr 2013-cü il tarixdən etibarən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin saytının "elektron xidmətlər" bölməsinin müvafiq bölümündən əldə edə bilərlər.
bilal Soruşur Yazılma Tarixi:24.12.2013 15:31:24

salam men cagirisciyam men duwduyum yeri oyrenmek isteyiremmm

Çağırışçıların təyin olunduqları hərbi hissə haqqında məlumatı şəxsi məlumatlarını daxil etməklə, 31 dekabr 2013-cü il tarixdən etibarən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin saytının "elektron xidmətlər" bölməsinin müvafiq bölümündən əldə edə bilərlər.
Fuad Soruşur Yazılma Tarixi:24.12.2013 15:03:42

men ayvazov fuad arzu oglu 04.12.1995 tevelludlu agstafa rayon herbi komisarliqi men yanvarin 3 herbi xidmete gedirem hara duwduyumu bilmek isteyirem

Çağırışçıların təyin olunduqları hərbi hissə haqqında məlumatı şəxsi məlumatlarını daxil etməklə, 31 dekabr 2013-cü il tarixdən etibarən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin saytının "elektron xidmətlər" bölməsinin müvafiq bölümündən əldə edə bilərlər.
Elsen Soruşur Yazılma Tarixi:24.12.2013 10:03:30

men yanvarin 3u cagiriscisiyam.hara dusduyumu nece bilim?

Çağırışçıların təyin olunduqları hərbi hissə haqqında məlumatı şəxsi məlumatlarını daxil etməklə, 31 dekabr 2013-cü il tarixdən etibarən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin saytının "elektron xidmətlər" bölməsinin müvafiq bölümündən əldə edə bilərlər.
Elman Soruşur Yazılma Tarixi:24.12.2013 06:45:41

salam bilmey isterdimki kimin herbiye hansi gun gelibse hemen gunde ehtiyata buraxilacaqi dogrudurmu ?

"Hərbi vəzifə və hərbi xidmət haqqında" Azərbaycan Respublikası Qanununun 12.3-cü maddəsinə uyğun olaraq Azərbaycan Respublikasının Prezidentinin aktı əsasında ildə dörd dəfə - yanvar, aprel, iyul, və oktyabr aylarının 1-dən 30-dək qanunla müəyyən olunmuş xidmət müddətləri başa çatmış müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları ehtiyata buraxılırlar.
resad Soruşur Yazılma Tarixi:23.12.2013 22:00:02

bagislayin narahat edirem sizi.deyirler ki teze qerar cixib esgerliye yararsiz olan insanlar tezden muayineden kecmelidir v esgerlie getmelidir menim axi 2ilden sonra 3lim tamam olur yeni 2015de indi 3ilim tamam olmamis muayineden tezeden kecmeliyik

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş "Hərbi-həkim ekspertizası haqqında Əsasnamə"nin 6.2 maddəsinin tələblərinə əsasən "Sülh dövründə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlı" sayılmış və bununla əlaqədar ehtiyata keçirilmiş vətəndaşlar 35 yaşına çatana qədər 3 ildən bir məcburi şəhadətləndirilmə keçirlər.
cavad babayev Soruşur Yazılma Tarixi:23.12.2013 19:14:19

hara dusduyumle bagli

Çağırışçıların təyin olunduqları hərbi hissə haqqında məlumatı şəxsi məlumatlarını daxil etməklə, 31 dekabr 2013-cü il tarixdən etibarən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin saytının "elektron xidmətlər" bölməsinin müvafiq bölümündən əldə edə bilərlər.
Cədvəldə sətir sayı :14891