Sual/Cavab
HÖRMƏTLİ İSTİFADƏÇİLƏR!

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin internet səhifəsi Konstitusiyanın 57-ci maddəsinə uyğun olaraq vətəndaşların müraciət etmək hüququnun reallaşdırılması vasitəsidir.Hər bir istifadəçinin məktub göndərmək, arzularını bildirmək, onu maraqlandıran məsələlər barədə yazmaq, təklif, ərizə və şikayətlə müraciət etmək imkanı vardır.

SƏFƏRBƏRLİK VƏ HƏRBİ XİDMƏTƏ ÇAĞIRIŞ ÜZRƏ DÖVLƏT XİDMƏTİNİN ÜNVANINA ELEKTRON FORMADA MÜRACİƏT GÖNDƏRMƏZDƏN ƏVVƏL, XAHİŞ EDİRİK QAYDALARLA TANIŞ OLUN:

1.Mətni yazmazdan əvvəl nəzərdə tutulmuş formanın düzgün cavablandırılması vacibdir.

2.Mətn mütləq yazıldığı dilin əlifbası ilə tərtib olunmalıdır, bütövlükdə böyük və ya kiçik hərflərlə yazılmamalı, cümlələrə bölünməli, durğu işarələrindən istifadə qaydalarına riayət edilməlidir.

3.Müraciət aydın və səlis cümlələrlə yazılmalıdır.

4.Müraciət edərkən etika qaydaları gözlənilməlidir. Nəzakətsiz ifadələr işlədildikdə və ya müəllif özü barədə məlumatları dəqiq göstərmədikdə müraciətə cavab verilmir.

5.Hörmətli internet səhifəsi istifadəçiləri! Böyük informasiya axınının işlənməsi xüsusiyyətlərini nəzərə alaraq, xahiş edirik bəzi məhdudiyyətlərə hörmətlə yanaşasınız:

Sualınızı yazın


Verilən suallar
musviq sefiyev Soruşur Yazılma Tarixi:17.12.2013 15:30:16

meherremov tahir cefer oglu hara xidmete herbiyye dusub tevelludu1995.23.12

Çağırışçıların təyin olunduqları hərbi hissə haqqında məlumatı şəxsi məlumatlarını daxil etməklə, 31 dekabr 2013-cü il tarixdən etibarən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin "Hərbi Xidmət bölümündən əldə edə bilərlər.
rasad Soruşur Yazılma Tarixi:17.12.2013 11:16:50

Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisinin qəbul günləri barədə

Nəzərinizə çatdırırıq ki, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi tərəfindən vətəndaşların qəbulu hər ayın sonuncu şənbə günü həyata keçirilir. Qəbulda iştirak etmək üçün hər ayın sonuncu həftəsinin istənilən günü şəxsiyyət vəsiqəsi ilə birlikdə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Aparatına gəlməli (Bakı şəhəri, Səbail rayonu, Zərifə Əliyeva küçəsi 30) və müvafiq qaydada qeydiyyatdan keçməlisiniz.
Coşqun Soruşur Yazılma Tarixi:17.12.2013 10:56:39

Salam men Xacmaz şəhərində yaşayıram özüm Rabite Texnikumunu bitirib TKQ-də əməliyatcı vəzifsində işləyirəm 2014-cü ilin yanvar ayında Hərbi xidmətə cagırılmışam mən Baki Rabitə Ozrbi Hissəsinə düşə bilərəmmi qabaqcadan öz teşekkürümü bildirirəm

Həqiqi hərbi xidmətə çağırılmış vətəndaşlar Azərbaycan Respublikası Silahlı Qüvvələrinin və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrin arasında bölünür. Çağırışçılar hansı hərbi hissədə xidmət keçməsi məsələsinə yuxarıda göstərilmiş qurumlarda baxılır.
Niyat Soruşur Yazılma Tarixi:17.12.2013 10:21:29

Salam.Serhed qosunlarinda 6 ay xidmet eden esger xidmetin nece ayinda herbi hissenin kadrlar sobesine muraciet edib muddetden artiq xidmet eden herbici kimi qalma biler?

Qeyd etdiyiniz məsələ ilə bağlı xidmət keçdiyiniz hərbi hissənin komandanlığına müraciət etməyiniz tövsiyə olunur.
Hatavan Soruşur Yazılma Tarixi:17.12.2013 07:53:37

Salam menim ovladim Rabite Texnikomunu bitirib ve Rabitede isleyir 2014-cu ilin yanvar ayinda Herbi Xidmete cagirilib cox xahis edirem bildiresizki o Rabite herbi hissesine dusme bilermi?

Həqiqi hərbi xidmətə çağırılmış vətəndaşlar Azərbaycan Respublikası Silahlı Qüvvələrinin və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrin arasında bölünür. Çağırışçılar hansı hərbi hissədə xidmət keçməsi məsələsinə yuxarıda göstərilmiş qurumlarda baxılır.
sadiq Soruşur Yazılma Tarixi:17.12.2013 06:49:58

men memmedov sadiq ilqar oglu 03.01.2014 tarixinde esger gedirem oyrenmey isterdimki harda qulluq edece

Siz təyin olunduğunuz hərbi hissə haqqında məlumatı şəxsi məlumatlarınızı daxil etməklə, 31 dekabr 2013-cü il tarixdən etibarən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin "Hərbi Xidmət bölümündən əldə edə bilərsiniz.
Ruslan Soruşur Yazılma Tarixi:16.12.2013 23:19:08

Salam.Qohumum yanvar ayında heqiqi herbi xidemete gedecek.Mən onun hansi herbi hissede xidmet edeceyini nece və hardan oyrene bilerem?

2014-cü ilin yanvar ayında müddətli həqiqi hərbi xidmətə çağırılacaq vətəndaşlar təyin olunduqları hərbi hissə haqqında məlumatı 31.12.2013-cü il tarixdən etibarən şəxsi məlumatları daxil etməklə, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin saytının "Hərbi Xidmət" bölümündən əldə edə bilərlər.
Memmedov Tural Soruşur Yazılma Tarixi:16.12.2013 19:04:14

salam baqislayin narahat etdiyime gore. Men yanvarin 3ne caqris almisam. Men nece ede bilerem ki esgerliye cavus kimi gedim. Herbi xidmetimi esger kimi yox cavus kimi qulluq edim.

Qeyd etdiyiniz məsələ ilə bağlı xidmət keçəcəyiniz hərbi hissənin konandanlığına müraciət etməyiniz tövsiyə olunur.
Selim Soruşur Yazılma Tarixi:16.12.2013 18:24:56

Salam. Mən may ayında tibbi müayinədən keçmişəm və hərbi xidmətə yararlı sayılmamışam. Bu zaman mən hərbi bilet ala bilərəm(негодный); əgər ala bilərəmsə bu nə qədər müddətə olmalıdır?

Qeyd etdiyiniz məsələ ilə bağlı Xidmətin qeydiyyatda olduğunuz idarə, şöbə və ya bölməsinə müraciət etməyiniz tövsiyə olunur.
RAmil Soruşur Yazılma Tarixi:16.12.2013 18:11:23

Salam məni dekabırın 3 nə cağrıblar həqiqi hərbi xidmətə.mən internetdən nə vaxt öyrənə bilərəm hara düşmüşəm.artıq 15 gün qalıb getməyimə.

2014-cü ilin yanvar ayında müddətli həqiqi hərbi xidmətə çağırılacaq vətəndaşlar təyin olunduqları hərbi hissə haqqında məlumatı 31.12.2013-cü il tarixdən etibarən şəxsi məlumatları daxil etməklə, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin saytının "Hərbi Xidmət" bölümündən əldə edə bilərlər.
Cədvəldə sətir sayı :14891