Sual/Cavab
HÖRMƏTLİ İSTİFADƏÇİLƏR!

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin internet səhifəsi Konstitusiyanın 57-ci maddəsinə uyğun olaraq vətəndaşların müraciət etmək hüququnun reallaşdırılması vasitəsidir.Hər bir istifadəçinin məktub göndərmək, arzularını bildirmək, onu maraqlandıran məsələlər barədə yazmaq, təklif, ərizə və şikayətlə müraciət etmək imkanı vardır.

SƏFƏRBƏRLİK VƏ HƏRBİ XİDMƏTƏ ÇAĞIRIŞ ÜZRƏ DÖVLƏT XİDMƏTİNİN ÜNVANINA ELEKTRON FORMADA MÜRACİƏT GÖNDƏRMƏZDƏN ƏVVƏL, XAHİŞ EDİRİK QAYDALARLA TANIŞ OLUN:

1.Mətni yazmazdan əvvəl nəzərdə tutulmuş formanın düzgün cavablandırılması vacibdir.

2.Mətn mütləq yazıldığı dilin əlifbası ilə tərtib olunmalıdır, bütövlükdə böyük və ya kiçik hərflərlə yazılmamalı, cümlələrə bölünməli, durğu işarələrindən istifadə qaydalarına riayət edilməlidir.

3.Müraciət aydın və səlis cümlələrlə yazılmalıdır.

4.Müraciət edərkən etika qaydaları gözlənilməlidir. Nəzakətsiz ifadələr işlədildikdə və ya müəllif özü barədə məlumatları dəqiq göstərmədikdə müraciətə cavab verilmir.

5.Hörmətli internet səhifəsi istifadəçiləri! Böyük informasiya axınının işlənməsi xüsusiyyətlərini nəzərə alaraq, xahiş edirik bəzi məhdudiyyətlərə hörmətlə yanaşasınız:

Sualınızı yazın


Verilən suallar
serdar Soruşur Yazılma Tarixi:08.12.2013 16:58:17

esgerliye hara dusmeyim cixib goresen

Siz, təyin olunduğunuz hərbi hissə haqqında məlumatları 31 dekabr 2013-cü il tarixdən etibarən şəxsi məlumatları daxil etməklə, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin saytının "Hərbi xidmət" bölümündən əldə edə biləcəksiniz.
Samir Soruşur Yazılma Tarixi:08.12.2013 15:15:32

Salam. Mən 1990-cu il təvəllüdlüyəm. Hərbi xidmətə yararlı olmamağım Travmotologiya İnstitutu tərəfindən təsdiqlənib. Lakin, mən hələ də rayon səfərbərlik xidmətindən hərbi biletimi ala bilməmişəm. Xahiş edirəm mənə nə etməli olduğumu və bileti necə əldə etməli olduğum barədə məlumat verəsiniz.

Bildiririk ki, müraciətiniz əsasında konkret araşdırma aparılması üçün soyadınız, atanızın adı və hərbi qeydiyyatda olduğunuz Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli idarə sinin (şöbəsinin, bölməsinin) adını bildirməyiniz vacibdir.
Elvin Soruşur Yazılma Tarixi:08.12.2013 14:20:32

Mudafie naziri Zakir Hesenovun qerarina esasen xidmete yarasiz vetendaslar yeniden yoxlanilacaq.

Aidiyyəti üzrə Müdafiə Nazirliyinə müraciət etməyiniz məqsədəmüvafiqdir.
Vüsal Soruşur Yazılma Tarixi:08.12.2013 09:43:47

Salam men xesteliye gore herbiye getmemiwem ama sora xesteliyim sagalib ve saglamam.pecatin vaxti 2015 ci ile qederdi.indi erize yazsam aparallar esgerliye?

Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq qərarı ilə təsdiq edilmiş "Hərbi-həkim ekspertizası haqqında" Əsasnamənin 6.3-cü maddəsinə əsasən Siz, dövlət səhiyyə sistemi müəssisələrində və ya digər tibb müəssisələrində müayinə nəticəsində əvvəllər müəyyən edilmiş diaqnoz dəyişdirildiyi və ya sağlam hesab edildiyiniz halda təkrar tibbi şəhadətləndirilə bilərsiniz. Qeyd etdiyiniz məsələ ilə bağlı Xidmətin qeydiyyatda olduğunuz idarə,şöbə və ya bölməsinə müraciət etməyiniz tövsiyə olunur.
Rufet Soruşur Yazılma Tarixi:07.12.2013 19:30:25

duzduku herbi 2 illiy olub

"Hərbi vəzifə və hərbi xidmət haqqında" Azərbaycan Respublikası Qanununun 38.1.1 maddəsinə əsasən, ali təhsilli çağırışçılar təqvim hesabı ilə 1 il, orta təhsilli çağırışçılar isə 1 il 6 ay müddətli həqiqi hərbi xidmət keçirlər.
Vusal Soruşur Yazılma Tarixi:07.12.2013 17:28:36

Salam mən Məmmədov Vüsal Firad oğlu Goranboy rayonunda anadan olmuşam orta ixtisas təhsili almışam 2004-2006-cı illədək hərbi xiddmətdə olmuşam 2008-ci ildən 2010-cu ilədək Goranboy rayon Hərbi komisarlığında müfətdiş vəzifəsində işləmişəm 2010-cu ildə ştatların ləğv olunması ilə əlaqədar işdən azad edilmişəm bilmək istəyirəm ki təkrar olaraq Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin müvafiq şöbəsində işləyə bilərəmmi

Bildiririk ki, hal-hazırda Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət XidmətinəŞ ali təhsilli vətəndaşlar təhsilinə və ixtisasına uyğun vakant vəzifələrə müsabiqə yolu ilə işə qəbul olunduqlarına görə Sizin müraciətinizin müsbət həlli mümkün hesab edilməmişdir.
Sahil Soruşur Yazılma Tarixi:07.12.2013 14:55:51

Salam. Men Məhəhrrəmov Sahil Şahin oglu Azərbaycan Dövlət Dəniz Akademiyasının 3 cu kurs telebesiyem bilmek isderdim ki,Akademiyani qurtardiqdan sonra herbi xidmete cağırış zamanı nece leytenant kimi gede bilerem ve xidmeti nece döyüş bölgesinde apara bilerem ? Xahis edirem etrafli melumat verersiniz.Təşəkkürlər

Bildiririk ki, Azərbaycan Respublikası Müdafiə Nazirliyindən verilmiş sifarişə əsasən yalnız həkim ixtisaslı mütəxəssislərin Təlim və Tədris Mərkəzində ehtiyat zabit hazırlığı kursunda təhsil alması nəzərdə tutulmuşdur.
Ayaz Rustemzade Soruşur Yazılma Tarixi:06.12.2013 20:21:10

Salam. menim 10 aprelde 18yawim tamam olur. mene cagiriw ne vaxt gelecek. gelmese konullu gede bileremmi? ve afqenistanda xidmet etmek ucun ne etmeli

Bildiririk ki, 18 yaşı 10.04.2014-cü ildə tamam olan çağırışçılar, 2014-cü ilin aprel ayında müddətli həqiqi hərbi xidmətə cəlb olunacaqlar.
mehemmed Soruşur Yazılma Tarixi:06.12.2013 18:04:02

salam men mehemmed elliyev samir oglu 25.10.1995 berdede anadan olmuwam yanvarin 3 herbi xidmete gedrem bilmek isteyiremki hara duwmuwem

Siz, təyin olunduğunuz hərbi hissə haqqında məlumatları 31 dekabr 2013-cü il tarixdən etibarən şəxsi məlumatları daxil etməklə, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin saytının "Hərbi xidmət" bölümündən əldə edə biləcəksiniz.
RÖYAL Soruşur Yazılma Tarixi:06.12.2013 16:30:31

Salam agsu rayon Qewed kendindenem aprelde esgerliye getmeliyem ama menim sinemde prablem var men hara muraciet etmeliyem?

Siz, qeydiyyatda olduğunuz Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon idarəsinin (şöbəsinin, bölməsinin) hərbi-həkim komissiyasında tibbi baxışdan keçiriləcəksiniz, ehtiyac olduğu halda dövlət səhiyyə müəssisəsində müayinəniz təmin olunacaq və hərbi xidmətə yararlı olub-olmamağınız haqda rayon çağırış komissiyası tərəfindən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş "Hərbi-həkim ekspertizası haqqında əsasnamə"nin "Xəstəliklər cədvəli"nin 1 qrafasının tələblərinə əsasən qərar qəbul olunacaqdır.
Cədvəldə sətir sayı :14891