Sual/Cavab
HÖRMƏTLİ İSTİFADƏÇİLƏR!

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin internet səhifəsi Konstitusiyanın 57-ci maddəsinə uyğun olaraq vətəndaşların müraciət etmək hüququnun reallaşdırılması vasitəsidir.Hər bir istifadəçinin məktub göndərmək, arzularını bildirmək, onu maraqlandıran məsələlər barədə yazmaq, təklif, ərizə və şikayətlə müraciət etmək imkanı vardır.

SƏFƏRBƏRLİK VƏ HƏRBİ XİDMƏTƏ ÇAĞIRIŞ ÜZRƏ DÖVLƏT XİDMƏTİNİN ÜNVANINA ELEKTRON FORMADA MÜRACİƏT GÖNDƏRMƏZDƏN ƏVVƏL, XAHİŞ EDİRİK QAYDALARLA TANIŞ OLUN:

1.Mətni yazmazdan əvvəl nəzərdə tutulmuş formanın düzgün cavablandırılması vacibdir.

2.Mətn mütləq yazıldığı dilin əlifbası ilə tərtib olunmalıdır, bütövlükdə böyük və ya kiçik hərflərlə yazılmamalı, cümlələrə bölünməli, durğu işarələrindən istifadə qaydalarına riayət edilməlidir.

3.Müraciət aydın və səlis cümlələrlə yazılmalıdır.

4.Müraciət edərkən etika qaydaları gözlənilməlidir. Nəzakətsiz ifadələr işlədildikdə və ya müəllif özü barədə məlumatları dəqiq göstərmədikdə müraciətə cavab verilmir.

5.Hörmətli internet səhifəsi istifadəçiləri! Böyük informasiya axınının işlənməsi xüsusiyyətlərini nəzərə alaraq, xahiş edirik bəzi məhdudiyyətlərə hörmətlə yanaşasınız:

Sualınızı yazın


Verilən suallar
Nurlan Soruşur Yazılma Tarixi:11.12.2013 17:06:27

salam men yanvarin 3 cunde herbi xidmete gedirem hara dusduyumu nece oyrenim?

2014-cü ilin yanvar ayında müddətli həqiqi hərbi xidmətə çağırılacaq vətəndaşlar təyin olunduqları hərbi hissə haqqında məlumatı 31.12.2013-cü il tarixdən etibarən şəxsi məlumatları daxil etməklə, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin saytının "Hərbi Xidmət" bölümündən əldə edə bilərlər.
Pervin Soruşur Yazılma Tarixi:11.12.2013 16:08:36

Menim qardawim 01.07.2012-ci ilin cagriscisidi.Onun emri bu ay cixmaliydi niye bele gecikir.sebebin bilmek olar.

"Hərbi vəzifə və Hərbi Xidmət haqqında" Azərbaycan Respublikası Qanununun 12.3-cü maddəsində uyğun olaraq Azərbaycan Respublikası Qanununun 12.3-cü maddəsinə uyğun olaraq Azərbaycan Respublikasının Prezidentinin aktı əsasənda ildə dörd dəfə-yanvar, aprel, iyul və oktyabr aylarının 1-dən 30-dək vətəndaşlar müddətli həqiqi hərbi xidmətə çağırılırlar və qanunla müəyyən olunmuş xidmət müddətləri başa çatmış müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları ehtiyata buraxılırlar.
Fariz Soruşur Yazılma Tarixi:11.12.2013 13:42:44

Salam men sumqayita prapisqayam esgerliye hara duwme ehtimalim var ....?

Bildiririk ki, çağırışçılar Silahlı Qüvvələr və qanunvericiliyə uyğun olaraq yaradılmış digər silahlı birləşmələr arasında xüsusi kompyuter proqramı vasitəsilə bölünürlər.
Marif Soruşur Yazılma Tarixi:11.12.2013 08:19:45

salam men E.Marif men Fizulide on cehbede olan en sayli herbi hisede xidmet edmiwem sonra ise daxili qosunlara muddetden ardiq xitmete getdim amma ayle vezyetine gore imtina eledim herbi hisede olmamiwam amma herbi komisarliqdan cotan cixmisdim ve qol cekmisdim indi meni uyqunsuzluqla texris edibler men indi milli orduda xidmet etmek isdiyirem bunu ucun neyniye bilerem ve kime muraciyet ede bilerem

Bildiririk ki, Milli Orduda xidmət etmək istəyinizlə bağlı aidiyyəti üzrə Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə müraciət etməlisiniz.
Isax Soruşur Yazılma Tarixi:10.12.2013 20:06:30

Salam.Biz ailede 3 neferden ibaretdir. Anam, qardasim ve men. Meni ve qardasimi Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə çağırış üzrə Dövlət Xidmətindən cagiriblar. Bize deyirler iki qardas ikivizde herbi xidmete getmelisiniz. Lakin anamiz xesdedir 2-ci qrup elildir. Islemir 51yasi var anamiza biz baxiriq ozunu normal idare eliye bilmir. indi biz iki qardas ikimizde herbi xidmete getmeliyik?

Sizin ünvanladığınız sualın dəqiq və dolğun cavablandırılması üçün soyadınızı, adınızı, atanızın adını, təvəllüdünüzü və qeydiyyatda olduğunuz Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli idarə, şöbə və ya bölməsini qeyd etməyiniz vacibdir.
serdar Soruşur Yazılma Tarixi:10.12.2013 13:32:41

basa dusmedim men ayin yanvarin 1i esger gedrem indi 31dekabrda bilecem harda xidmet edecem

2014-cü ilin yanvar ayında müddətli həqiqi hərbi xidmətə çağırılacaq vətəndaşlar təyin olunduqları hərbi hissə haqqında məlumatı 31.12.2013-cü il tarixdən etibarən şəxsi məlumatları daxil etməklə, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin saytının "Hərbi Xidmət" bölümündən əldə edə bilərlər.
Resad Soruşur Yazılma Tarixi:09.12.2013 16:30:42

Salam. Hekim ekspertizyasinin xestelikler cedvelinin 1 qrafikasinin 42-ci maddesi hansi xesteliye samil olunur.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş \n"Hərbi-həkim eskpertizası haqqında Əsasnamə"nin "Xəstəliklər cədvəli"nin 42-ci maddəsinə "Revmatizm, ürəyin digər revmatik və qeyri-revmatik xəstəlikləri" aiddir.
Araz Soruşur Yazılma Tarixi:09.12.2013 15:55:48

Salam hörmətli SHXÇÜDX.Mən sizin dövlət xidmətində işə qəbulla bağlı məktub yolllamışam.Məktubun çatdırılması haqda məlumat gəldi21 noyabr.indi bilmək istəyirəm mənə nə vaxt məlumat veriləcək işlə bağlı

Müraciətinizlə əlaqədar həftənin tək günləri Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Kadrlar və Kadr Hazirliği İdarəsinə gəlməyiniz təklif olunur. Özünüzlə şəxsiyyət vəsiqəsi, hərbi bilet, əmək kitabçası və təhsil haqqında sənədin olması vacibdir.\nNəzərinizə çatdırırıq ki, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə həqiqi hərbi xidmətə qəbul edildiyiniz təqdirdə Siz ixtisasınız üzrə Azərbaycan Respublikasının istənilən bölgəsində xidmət etməyə şərtsiz hazır olmalısınız.\nBu barədə Sizə 28.11.2013-cü il tarixdə 7965 nömrəli məktubla cavab verilmişdir.
Veysəlov Bəhruz Soruşur Yazılma Tarixi:09.12.2013 13:18:01

Salam. Mənə hərbi xidməyə gedmək ucun 2014-cu ilin yanvar ayinin 3-də cagiriş gəlib. Bilmək istəyirdim ki, hansi hərbi hissəyə gondəriləcəm. Əvvəlcədən Sizə minnətdarlığımı bildirirəm.

2014-cü ilin yanvar ayında müddətli həqiqi hərbi xidmətə çağırılacaq vətəndaşlar təyin olunduqları hərbi hissə haqqında məlumatı 31.12.2013-cü il tarixdən etibarən şəxsi məlumatları daxil etməklə, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin saytının "Hərbi Xidmət" bölümündən əldə edə bilərlər.
Ramin Soruşur Yazılma Tarixi:08.12.2013 17:14:30

Salam. Bu cür asanlaşdırılmış və elektron müraciətlərə vaxtında cavab verdiyiniz üçün Sizə öncədən təşəkkürümü bildirirəm. Bilmək istərdim ki, SHXÇDX-nin tibb xidmətinə (həqiqi hərbi xidmətə) qəbul üçün hansı ünvana müraciət etməliyəm? və ya ümumiyyətlə tibb xidmətiniz artıq fəaliyyət göstərirmi?\nQeyd etmək istəyirəm ki, hal-hazırda Ədliyyə Nazirliyi Tibb Baş İdarəsində tibb xidməti çavuşu rütbəsindəyəm(feldşer vəzifəsi). Bir daha təşəkkürlər.

Bildiririk ki, hal-hazırda Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə, Silahlı Qüvvələrdə zabit qismində həqiqi hərbi xidmət keçmiş ehtiyyatda olan zabitlərin qəbul edilməsi məsələsinə baxılır. Bu səbəbdən Sizin Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə həqiqi hərbi xidmətə qəbul olunmağınızla bağlı müraciətinizin müsbət həlli mümkün hesab edilməmişdir.
Cədvəldə sətir sayı :14891