Sual/Cavab
HÖRMƏTLİ İSTİFADƏÇİLƏR!

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin internet səhifəsi Konstitusiyanın 57-ci maddəsinə uyğun olaraq vətəndaşların müraciət etmək hüququnun reallaşdırılması vasitəsidir.Hər bir istifadəçinin məktub göndərmək, arzularını bildirmək, onu maraqlandıran məsələlər barədə yazmaq, təklif, ərizə və şikayətlə müraciət etmək imkanı vardır.

SƏFƏRBƏRLİK VƏ HƏRBİ XİDMƏTƏ ÇAĞIRIŞ ÜZRƏ DÖVLƏT XİDMƏTİNİN ÜNVANINA ELEKTRON FORMADA MÜRACİƏT GÖNDƏRMƏZDƏN ƏVVƏL, XAHİŞ EDİRİK QAYDALARLA TANIŞ OLUN:

1.Mətni yazmazdan əvvəl nəzərdə tutulmuş formanın düzgün cavablandırılması vacibdir.

2.Mətn mütləq yazıldığı dilin əlifbası ilə tərtib olunmalıdır, bütövlükdə böyük və ya kiçik hərflərlə yazılmamalı, cümlələrə bölünməli, durğu işarələrindən istifadə qaydalarına riayət edilməlidir.

3.Müraciət aydın və səlis cümlələrlə yazılmalıdır.

4.Müraciət edərkən etika qaydaları gözlənilməlidir. Nəzakətsiz ifadələr işlədildikdə və ya müəllif özü barədə məlumatları dəqiq göstərmədikdə müraciətə cavab verilmir.

5.Hörmətli internet səhifəsi istifadəçiləri! Böyük informasiya axınının işlənməsi xüsusiyyətlərini nəzərə alaraq, xahiş edirik bəzi məhdudiyyətlərə hörmətlə yanaşasınız:

Sualınızı yazın


Verilən suallar
Hetem Soruşur Yazılma Tarixi:03.12.2013 15:15:51

salam menim size muraciyetim bunan baglidirki men 2014-un yanvar ayinda herbi xirmete yola duwecem indi amma bilmirem hansi herbi hisseye duwmuwem xaiw edirem menim sualima cavab veresiniz

2014-cü ilin yanvar ayında müddətli həqiqi hərbi xidmətə çağırılacaq vətəndaşlar təyin olunduqları hərbi hissə haqqında məlumatı 31.12.2013-cü il tarixdən etibarən şəxsi məlumatları daxil etməklə, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəsmi saytının "Hərbi Xidmət" bölümündən əldə edə bilərlər.
elvin Soruşur Yazılma Tarixi:02.12.2013 09:20:47

Salam.Mən Mürsəlov Elvin Kərəm oğlu 06.10.1991-ci ildə Goranboy rayonunda anadan olmuşam,ali təhsilliyəm.2008-ci ildə instituta qəbul olub,2012-ci ildə institu bitirmişəm.2012-ci ilin may ayında hərbi xidmətə çağırılmışam.Xəstə olduğuma görə,mənə müalicə almam üçün 3 il möhlət hüququ verdilər.Yeni qanuna görə mənim möhlət hüququm silinib hərbi xidmətə çağıracaqlar yoxsa 3 ilim tamam olandan sonra çağıracaqlar?

Çağırışçıların tibbi şəhadətləndirilməsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş "Hərbi-həkim ekspertizası haqqında Əsasnamə"nin "Xəstəliklər cədvəli"nin 1 qrafasının tələblərinə əsasən aparılır.\n"Hərbi vəzifə və hərbi xidmət haqqında" Azərbaycan Respublikası Qanununun 20.3 maddəsinə əsasən dinc dövr üçün hərbi xidmətə yararsız, müharibə dövrü üçün məhdud yararlı hesab edilərək ehtiyata keçirilən vətəndaşlar 35 yaşına çatana qədər hər 3 ildən bir təkrar tibbi müayinədən keçirilirlər. Təkrar tibbi müayinə zamanı həqiqi hərbi xidmətə yararlı hesab olunanlar ümumi əsaslarla müddətli həqiqi hərbi xidmətə çağırılırlar.
əliyar Soruşur Yazılma Tarixi:30.11.2013 18:39:33

salam. men herbi komisarliqda xidmet etmisem. herbi teqayutciyem. seferbeylik ve herbi xidmete cagiris uzre dovlet xidmetinde isleyen herbi qulluqcularin emek haqqilarinda olan artimla elaqeder. menim teqayudumde umumi mevacib neqdererdir ve mumkunse. vezife, rutbe ve diger elaveler haqinda umumi mellumat oyrenmek isteyirem.

Nəzərinizə çatdırırıq ki, təqaüd ödəyən təşkilat Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondudur və aidiyyəti üzrə müraciət etməyiniz tövsiyə olunur.
Sani Soruşur Yazılma Tarixi:30.11.2013 15:42:26

xalam oglu 2014 cu il ayin 2-inde hərbi xidmətə cagiribar hara dusduyunu oyrenmek isteyirik

2014-cü ilin yanvar ayında müddətli həqiqi hərbi xidmətə çağırılacaq vətəndaşlar təyin olunduqları hərbi hissə haqqında məlumatı 31.12.2013-cü il tarixdən etibarən şəxsi məlumatları daxil etməklə, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəsmi saytının "Hərbi Xidmət" bölümündən əldə edə bilərlər.
Nazim Soruşur Yazılma Tarixi:30.11.2013 10:48:37

Noyabrn 12-Si Herbi Qeydiyatdan Kecmiwem.Yanvarin 2-Si nde Esger Gedirem Hara Duwduyumu Ne Vaxt Bilecem

2014-cü ilin yanvar ayında müddətli həqiqi hərbi xidmətə çağırılacaq vətəndaşlar təyin olunduqları hərbi hissə haqqında məlumatı 31.12.2013-cü il tarixdən etibarən şəxsi məlumatları daxil etməklə, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəsmi saytının "Hərbi Xidmət" bölümündən əldə edə bilərlər.
nagiyev samir Soruşur Yazılma Tarixi:30.11.2013 07:33:30

Mən Nagiyev Samir Nazim oğlu 08.10.1982-cı ildə Baki şəhərində anadan olmuşam,ali təhsilliyəm.Azərbaycan Respublikasının Silahlı Qüvvələrində 2003-2004 və 2005-2007-ci illərdə(ümumilikdə 3 il 2 ay) Tağım komandiri vəzifəsində xidmət etmişəm.Baş leytenant rütbəsində xidmət müddətini qurtardıqdan sonra ehtiyyada buraxılmışam.Mən yenidən Azərbaycan Respublikasının Səfərbərlik ve Hərbi xidmətə çağırış üzrə Dövlət xidmətində xidmət edə bilərəmmi və onun ücün kimə müraciət etməliyəm?

Müraciətinizlə əlaqədar həftənin tək günləri Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Kadrlar və Kadr Hazirliği İdarəsinə gəlməyiniz təklif olunur. Özünüzlə şəxsiyyət vəsiqəsi, hərbi bilet, əmək kitabçası və təhsil haqqında sənədin olması vacibdir. \nNəzərinizə çatdırırıq ki, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə həqiqi hərbi xidmətə qəbul edildiyiniz təqdirdə Siz ixtisasınız üzrə Azərbaycan Respublikasının istənilən bölgəsində xidmət etməyə şərtsiz hazır olmalısınız.
imran Soruşur Yazılma Tarixi:29.11.2013 15:11:38

herbi xidmete hara dusduyumu ne vaxt oyrene bilerem?

2014-cü ilin yanvar ayında müddətli həqiqi hərbi xidmətə çağırılacaq vətəndaşlar təyin olunduqları hərbi hissə haqqında məlumatı 31.12.2013-cü il tarixdən etibarən şəxsi məlumatları daxil etməklə, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəsmi saytının "Hərbi Xidmət" bölümündən əldə edə bilərlər.
elvin Soruşur Yazılma Tarixi:29.11.2013 08:03:18

SALAM mən naxcivan MR -nin ləgədağ döyüş bölkəsində kicik cavuş kimi hərbi xidmətə olmuşam indi daxili qoşunlarda gizir kimi işləmək ücün hara muraciyət etməliyəm xahiş edirəm məlumat verəsiniz

Bildiririk ki, daxili qoşunlarda gizir kimi xidmətə qəbul olmağınızla bağlı aidiyyəti üzrə Azərbaycan Respublikasının DİN-nin Daxili Qoşunlarının Komandanlığına müraciət etməlisiniz.
eltun Soruşur Yazılma Tarixi:28.11.2013 11:54:11

erbi xidmete boyreyinde das olani aparirlar

Xəstəliyin klinikasından asılı olaraq şəhadətləndirmə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş "Hərbi-həkim ekspertizası haqqında Əsasnamə"nin "Xəstəliklər cədvəli"nin 72-ci maddəsinin 1 qrafasının müvafiq bəndlərinə uyğun aparılır.
Vaqif Soruşur Yazılma Tarixi:28.11.2013 06:26:20

Salam. Mən hal-hazırda ehtiyatda olan baş leyenantam və 2004-cü ilin iyun ayından 2006-cı ilin iyun ayına kimi Ağdam və Tər-Tər rayonlarında yerləşən N saylı hərbi hissələrdə leytenanat və baş leytenant rütbələrində tağım komandiri kimi hərbi xidmət keçmişəm. Həmin dövr üçün qüvvədə olan qanunvericiliyə əsasən cəbhə bölgəsində hərbi xidmət güzəştli dövrlərnən iş stajına daxil edilirdi və müvafiq olaraq 2004-cü il üçün 1 hərbi xidmət ili 3 ilə, 2005-ci ildən isə 1 hərbi xidmət ili 2 ilə bərabər tutulurdu. Mənim təqvimlə xidmət dövrüm 1 il 7 ay, güzəştli şərtlərnən isə 3 il 7 ay alınırdı. Mən bu barədə arayışı almaq üçün hara müraciət edə bilərəm?

Bildiririk ki, qeyd etdiyiniz məzələ ilə bağlı aidiyyəti üzrə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Kadrlar İdarəsinə müraciət etməlisiniz.
Cədvəldə sətir sayı :14891