Sual/Cavab
HÖRMƏTLİ İSTİFADƏÇİLƏR!

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin internet səhifəsi Konstitusiyanın 57-ci maddəsinə uyğun olaraq vətəndaşların müraciət etmək hüququnun reallaşdırılması vasitəsidir.Hər bir istifadəçinin məktub göndərmək, arzularını bildirmək, onu maraqlandıran məsələlər barədə yazmaq, təklif, ərizə və şikayətlə müraciət etmək imkanı vardır.

SƏFƏRBƏRLİK VƏ HƏRBİ XİDMƏTƏ ÇAĞIRIŞ ÜZRƏ DÖVLƏT XİDMƏTİNİN ÜNVANINA ELEKTRON FORMADA MÜRACİƏT GÖNDƏRMƏZDƏN ƏVVƏL, XAHİŞ EDİRİK QAYDALARLA TANIŞ OLUN:

1.Mətni yazmazdan əvvəl nəzərdə tutulmuş formanın düzgün cavablandırılması vacibdir.

2.Mətn mütləq yazıldığı dilin əlifbası ilə tərtib olunmalıdır, bütövlükdə böyük və ya kiçik hərflərlə yazılmamalı, cümlələrə bölünməli, durğu işarələrindən istifadə qaydalarına riayət edilməlidir.

3.Müraciət aydın və səlis cümlələrlə yazılmalıdır.

4.Müraciət edərkən etika qaydaları gözlənilməlidir. Nəzakətsiz ifadələr işlədildikdə və ya müəllif özü barədə məlumatları dəqiq göstərmədikdə müraciətə cavab verilmir.

5.Hörmətli internet səhifəsi istifadəçiləri! Böyük informasiya axınının işlənməsi xüsusiyyətlərini nəzərə alaraq, xahiş edirik bəzi məhdudiyyətlərə hörmətlə yanaşasınız:

Sualınızı yazın


Verilən suallar
Mushfiq Soruşur Yazılma Tarixi:23.08.2013 10:24:56

Salam Aleykum!\nmenim 32 yashim var fiziki qusurluyam her iki qulaqdan kar yeni yetme cagimdan amma danisha bilirem\nmenim herbi biletime yazilib ki, dinc dovurde herbi xidmete yararsiz amma muharibe dovrunde yararli bu nedir?menim herbi biliyim olmasan men nece muharibeye gede bilerem?umumiyyele menim kimi fiziki quuru olan muharibeye gede biler?eger gede bilmezse neden menim herbi biletime ele yazilib?

Bildiririk ki, müraciətiniz əsasında konkret araşdırma aparılması üçün soyadınız, atanızın adı və hərbi qeydiyyatda olduğunuz Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli idaəsinin (şöbəsinin, bölməsinin) adını bildirməyiniz vacibdir.
Nemət Soruşur Yazılma Tarixi:23.08.2013 07:38:59

Salam mən oktyabr çağrışına düşürəm qeydiyyatda olduğum yer Şəmkir rayonudur.Hansı rayonda xidmət edəcəyimi öyrənmək istərdim sizin sayıtdan istifadə etdim ancaq məlumat əldə edə bilmədim

Siz təyin olunduğunuz hərbi hissə haqqında məlumatları 30 sentyabr tarixdən etibarən şəxsi məlumatları daxil etməklə, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin saytının "Hərbi xidmət" bölümündə əldə edə biləcəksiniz.
Elnur Soruşur Yazılma Tarixi:23.08.2013 05:15:38

Salam. Men ali tehsilliyem. bilmek isterdim ki Seferberlik ve Herbi Xidmete cagiris uzre Dovlet Xidmetine ise duzelmek ucun kime ve nece muraciet etmeliyem

Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə işə qəbul olunmağınızla əlaqədar Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə ərizə ilə müraciət etməyiniz tövsiyyə olunur.
samir Soruşur Yazılma Tarixi:21.08.2013 15:07:09

salam meni maraqlandiran sual men herbi xidmete getmeye hazirlasiram ama isterdim ki cevik alayin esgeri olum bunu nece ede bilerem ve ya bunun ucun kime hara muraciyyet etmeliyem munkunse bunlara cavab yazardiniz onceden tewwekkurler

Həqiqi hərbi xidmətə çağırılmış vətəndaşlar Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində Silahlı Qüvvələr və qanunvericiliyə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələr arasında bölünür. Çağırışçıların harada xidmət etməsi məsələsinə yuxarıda göstərilən qurumlarda baxılır.
Aydin Soruşur Yazılma Tarixi:21.08.2013 14:14:11

Bir daha salam, nece olur ki Fovqalade hallar nazirliyinin akademyasini qurtarmisam herbi xidmete gedirem? Leytinant zvanyasi ile herbi xidmete aparirlar?

Bildiririk ki, "Hərbi vəzifə və ərbi xidmət haqqında" Azərbaycan Respublikası Qanununda xüsusi rütbə almış şəxslərin müddətli həqiqi hərbi xidmətə çağırışdan azad edilməsi nəzərdə tutulmamışdır. Qanunun 28.3-cü bəndinə əsasən, hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı tıhsil müəssisələrinə qəbul olmuş vətəndaşlar kursantlar adlandırılırlar və onların həqiqi hərbi xidməti müddətli həqiqi hərbi xidmətə bərabər tutulur. Qanunun bu bəndində müdavimlər nəzərə alınmamışdır. Eyni zamanda nəzərinizə çatdiririq ki, hazırda xüsusi rütbəli şəxslərin hansl qaydada hərbi qeydiyyata alınması, hərbi biletlə təmin olunması və ya hərbi xidmətə çağırılması sahəsində müəyyən tədbirlər həyata keçirilir.
Nəbiyev Ceyhun Edil oğlu Soruşur Yazılma Tarixi:21.08.2013 12:02:30

Səfərbərlik Xidmətində işə qəbul olunmaq üçün mənim sənədlərim və ərizəm bir ay əvvəl qəbul edilib. Lakin bu vaxta qədər mənimlə müsahibə ilə bağlı əlaqə saxlanılmayıb. Bilmək istərdim, namizədin sənədlərinin yoxlanılması və musahibəyə dəvət alması hansı müddət ərzində baş verir. Xahiş edirəm məlumat verəsiniz. Əvvəlcədən Sizə öz minnətdarlığımı bildirirəm.

Bildiririk ki, həqiqi hərbi xidmətə (işə) qəbulla bağlı müraciət etmiş vətəndaşların sayı çox olduğundan onların Xidmətin Aparatına söhbətə dəvət olunmaları növbəli qaydada həyata keçirildiyi üçün, Sizə bu barədə əlavə məlumat veriləcəkdir.
Kənan Soruşur Yazılma Tarixi:21.08.2013 11:29:00

Mən anadan gəlmə gözdən güsurluyam(ambliopiya);Oftalmalogiya mərkəzində qeydiyatdayam, 3-ü grup əliliyəm.Bütün lazımı sənədlər 2013-cü ilin iyun ayında hərbi komisarliga təhvil verilib.Yararsızliq sənədi almaq üçün mən yenə "prosedurlardan" keçməliyəm?

Bildiririk ki, qeydiyyatda olduğunuz idarə, şöbə və ya bölmənin çağırış komissiyası tərəfindən barənizdə qərar qəbul edildikdən sonra hərbi xidmətə yararsız sayıldığınız təqdirdə hərbi biletlə təmin olunacaqsınız.
cavid Soruşur Yazılma Tarixi:18.08.2013 09:41:33

salam men kolleci bu il qutariram..qutarandan sonra esgerlik vaxti gelir...universitite imtahan vere bilerem?xahiw edirem cavab yazin.

Sağlamlıq vəziyyətinə, ailə vəziyyətinə və digər qanuni əsaslarla hərbi xidmətə çağırışdan möhlət hüququna malik olmadığınız halda, Siz, qanunvericiliyin tələblərinə uyğun olaraq ümumi əsaslarla müddətli həqiqi hərbi xidmətə çağırışa cəlb ediləcəksiniz.
Əsəd Soruşur Yazılma Tarixi:18.08.2013 04:08:27

men 2013 universiteti bitirib magistratura pillesine daxil olmuwam eger derse getsen cagirisa qeder esgerlik bitenden sonra qaldigim yerden davam edecem yoxsa 1 il sonra yeniden sentyabrin 15inden derse gedecem? evvelceden tewekkur

Bildiririk ki, "Hərbi vəzifə və hərbi xidmət haqqında" Azərbaycan Respublikası Qanununun 21-ci maddəsinə əsasən ali təhsil müəssisələrində və onların filiallarında əyani təhsilalma formasında (bakalavriat) təhsil alan çağırışçılara təhsilini bitirənədək yalnız bir dəfə möhlət verilir. Bu səbəbdən Sizə hərbi xidmətə çağırışdan ikinci dəfə möhlət verilməsi mövcud qanunvericilikdə nəzərdə tutulmamışdır.Siz qanunla müəyyən olunmuş müddətli həqiqi hərbi xidmətinizi başa vurduqdan sonra təhsilinizi davam etdirə bilərsiniz. Yuxarıda göstərilənlərə əsasən Siz, 2013-cü ilin oktyabr çağırışında qanunvericiliyə müvafiq olaraq ümumi əsaslarla həqiqi hərbi xidmətə çağırışa cəlb olunacaqsınız.
Perviz Soruşur Yazılma Tarixi:17.08.2013 17:51:16

Salam.Men 2010-cu ilde AZMIU-nun Neqliyyat fakultesinin,yol hereketinin tewkili ixtisasini bitirmiwem,herbi xidmetde de olmuwam.Herbi yol polisinde nece iwleye bilerem?

Bildiririk ki, Hərbi yol pöolisinə daxil olmağınızla bağlı aidiyyəti üzrə Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə müraciət etməlisiniz.
Cədvəldə sətir sayı :13946