Sual/Cavab
HÖRMƏTLİ İSTİFADƏÇİLƏR!

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin internet səhifəsi Konstitusiyanın 57-ci maddəsinə uyğun olaraq vətəndaşların müraciət etmək hüququnun reallaşdırılması vasitəsidir.Hər bir istifadəçinin məktub göndərmək, arzularını bildirmək, onu maraqlandıran məsələlər barədə yazmaq, təklif, ərizə və şikayətlə müraciət etmək imkanı vardır.

SƏFƏRBƏRLİK VƏ HƏRBİ XİDMƏTƏ ÇAĞIRIŞ ÜZRƏ DÖVLƏT XİDMƏTİNİN ÜNVANINA ELEKTRON FORMADA MÜRACİƏT GÖNDƏRMƏZDƏN ƏVVƏL, XAHİŞ EDİRİK QAYDALARLA TANIŞ OLUN:

1.Mətni yazmazdan əvvəl nəzərdə tutulmuş formanın düzgün cavablandırılması vacibdir.

2.Mətn mütləq yazıldığı dilin əlifbası ilə tərtib olunmalıdır, bütövlükdə böyük və ya kiçik hərflərlə yazılmamalı, cümlələrə bölünməli, durğu işarələrindən istifadə qaydalarına riayət edilməlidir.

3.Müraciət aydın və səlis cümlələrlə yazılmalıdır.

4.Müraciət edərkən etika qaydaları gözlənilməlidir. Nəzakətsiz ifadələr işlədildikdə və ya müəllif özü barədə məlumatları dəqiq göstərmədikdə müraciətə cavab verilmir.

5.Hörmətli internet səhifəsi istifadəçiləri! Böyük informasiya axınının işlənməsi xüsusiyyətlərini nəzərə alaraq, xahiş edirik bəzi məhdudiyyətlərə hörmətlə yanaşasınız:

Sualınızı yazın


Verilən suallar
İmadəddin Soruşur Yazılma Tarixi:19.11.2013 16:54:13

Mən Əsgərov İmadəddin Telman oğlu 27.12.1976cı ildə Kəlbəcər rayon Lev kəndində anadan olmuşam ali təhsilliyəm.Azərbaycan Respublikasının Silahlı Qüvvələrin 190saylı h/s Tağım komandiri və Batereya komandiri vəzifəsində xidmət etmişəm.Baş leytenant rütbəsində xidmət müddətini qurtardiqdan sonra ehtiyyata buraxilmişam.Mən yenidən Azərbaycan Respublikasının Silahlı Qüvvələrində xidmət edə bilərəmmi?

Bildiririk ki, Azərbaycan Respublikası Silahlı Qüvvələrində təkrar həqiqi hərbi xidmətə qəbul olunmağınız üçün aidiyyəti üzrə Azərbaycan Respublikası Müdafiə Nazirliyinə müraciət etməlisiniz.
İmran Soruşur Yazılma Tarixi:19.11.2013 14:30:31

Salam Ələykum.Hərbi xidmətə çağrılış üçün,hansı çəki və hansı boy tələb olunur?

Çağırışçıların tibbi şəhadətləndirilməsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş "Hərbi-həkim ekspertizası haqqında Əsasnamə"nin "Xəstəliklər cədvəli"nin 13-cü maddəsinin tələblərinə əsasən keçirilir.
Memmed Soruşur Yazılma Tarixi:18.11.2013 19:20:56

Salam menim 18 yasim var.Yanvar ayinin 3-u herbi xitmete cagirilmisam.Seki seherinde ucotdayam.Prezident qvardiyasina duse bilerem?Boyum 179sm-dir.

Həqiqi hərbi xidmətə çağırılmış vətəndaşlar Azərbaycan Respublikası Silahlı Qüvvələrinin və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrin arasında bölünür. Çağırışçılar hansı hərbi hissədə xidmət keçməsi məsələsinə yuxarıda göstərilmiş qurumlarda baxılır.
QASIMOV-ARAZ Soruşur Yazılma Tarixi:18.11.2013 11:37:50

SALAM MEN 1-TIBBI MUAYINEDEN KECMISEM BILMEK ISDEYIREM KI DEKABR-DA AYIN NECESINDE TIBBI MUAYINEDEN KEÇƏCƏM TEŞŞÜKÜR EDİREM

Siz, sualınızla bağlı qeydiyyatda olduğunuz Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon idarəsinə (şöbəsinə, bölməsinə) müraciət edə bilərsiniz.
Nazim Soruşur Yazılma Tarixi:16.11.2013 11:49:30

Men Yanvarin 2-Si Gederem Esgere Ayin 12-Si Qeydiyatdan Kecmiwem Ne Vaxt Bilecem Hara Duwduyumu

Siz, təyin olunduğunuz hərbi hissə haqqında məlumatları 31 dekabr 2013-cü il tarixdən etibarən şəxsi məlumatları daxil etməklə, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin saytının "Hərbi xidmət" bölümündən əldə edə biləcəksiniz.
Konul Soruşur Yazılma Tarixi:15.11.2013 18:01:11

Salam men melumat almaq isteyirem Silahli Quvvelerin Telim Tedris merkezine kesfiyyatciliq kursuna qizlar qebul olunurmu? yas mehdudiyyeti varmi?

Bildiririk ki, "Hərbi vəzifə və hərbi xidmət haqqında" Azərbaycan Respublikasının Qanununun 36.1-ci maddəsinə əsasən həqiqi hərbi xidmətə qəbul üçün müəyyən edilmiş tələblərə cavab verən Azərbaycan Respublikasının vətəndaşları bağlaşma əsasında aşağıdaki həqiqi hərbi xidmətlərə könüllü daxil olurlar:\n - Müddətdən artıq həqiqi hərbi xidmətə - ən azı ümumi orta təhsilli, qanunla müəyyənləşdirilən müddətli həqiqi hərbi xidməti başa çatdırmış hərbi qulluqçular, 40 yaşınadək hərbi vəzifəlilər (zabitlər, gizirlər və miçmanlar istisna olmaqla); habelə 19 yaşından 40 yaşınadək qadınlar;\n - Gizirlərin və miçmanların həqiqi hərbi xidmətinə - ən azı tam orta təhsilli, azı bir il hərbi xidmət keçmiş əsgərlər, matroslar, çavuşlar, 40 yaşınadək hərbi vəzifəlilər (zabit istisna olmaqla, habelə 19 yaşından 40 yaşınadək qadınlar.\n Bu səbəbdən Siz yuxarıda qeyd olunan tələblərə cavab verdiyiniz halda, Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə müraciət edə bilərsiniz.\n
elman Soruşur Yazılma Tarixi:15.11.2013 16:42:29

qarabag veteranlari veteran sayilir eyer sayilirsa niye adlari siyahiya salinmayib

Bildiririk ki, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin saytı yeni yaradıldığından saytın təkmilləşdirilməsi istiqamətində işlər davam etdirilir. Bu baxımdan Qarabağ müharibəsi veteranlarının adlı siyahısı saytda yerləşdirilməsi məsələsi gələcəkdə nəzərə alınacaq.
feyruz Soruşur Yazılma Tarixi:15.11.2013 09:50:39

Salam sulh dovrunde herbi xidmete yararsiz, muharibe dovdurunde mehdud yararlı olan vetendaslar, her 3 ilden bir muayineden kecırilirler. yeni qanuna esasen bundan sonra her il muayyinden kecirilecekler?

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş "Hərbi-həkim ekspertizası haqqında Əsasnamə"nin 6.2 maddəsinin tələblərinə əsasən "Sülh dövründə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlı" sayılmış və bununla əlaqədar ehtiyata keçirilmiş vətəndaşlar 35 yaşa çatana qədər 3 ildən bir məcburi şəhadətləndirilmə keçirlər.
Həmidə Soruşur Yazılma Tarixi:14.11.2013 12:47:39

salam,menim bir oqlum var,başqa övladım yoxdur,özümdə valideynlərimin himayəsində yaşayıram,yoldaşımdan ayrılmışam,cari ilin oktyabr ayında oqlum herbi xidmətə getdi,çox uzaq düşüb,cəhbə bölgəsindədir.Xahiş edirəm,sualıma cavab verəsiniz,oqlumun tək uşaq və atasız olduğu halda xidmətiylə bağlı ne kimi qanunlar var?heç olmazsa qeydiyyatda olduğu yerdə herbi hissə az məsafədə olardı,heç olmazsa döyüş bölgəsinə düşməyəydi.

Qeyd etdiyiniz məsələ ilə bağlı "Hərbi vəzifə və hərbi xidmət haqqında" Azərbaycan Respublikası Qanunununda heç bir müddəa nəzərdə tutulmamışdır. Həqiqi hərbi xidmətə çağıtılmış vətəndaşlar Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində Silahlı Qüvvələr və qanunvericiliyə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələr arasında bölünür. Çağırışçıların harada xidmət etməsi məsələsinə yuxarıda göstərilən qurumlarda baxılır.
emir Soruşur Yazılma Tarixi:13.11.2013 15:16:56

16 yasim tamam olub men tehkim olunma haqqinda sehdetname verilmelidir?

Bildiririk ki, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli idarə, şöbə və bölmələrində ilkin hərbi qeydiyyata alınmış vətəndaşlara ilkin hərbi qeydiyyata alma komissiyasının qərarı elan edilir, onların hüquq və vəzifələri, ilkin hərbi qeydiyyatın qaydaları, hərbi xidmətə hazırlığın keçilməsi qaydası izah olunur və ilkin hərbi qeydiyyata alınma haqqında vəsiqə verilir.
Cədvəldə sətir sayı :14891