Sual/Cavab
HÖRMƏTLİ İSTİFADƏÇİLƏR!

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin internet səhifəsi Konstitusiyanın 57-ci maddəsinə uyğun olaraq vətəndaşların müraciət etmək hüququnun reallaşdırılması vasitəsidir.Hər bir istifadəçinin məktub göndərmək, arzularını bildirmək, onu maraqlandıran məsələlər barədə yazmaq, təklif, ərizə və şikayətlə müraciət etmək imkanı vardır.

SƏFƏRBƏRLİK VƏ HƏRBİ XİDMƏTƏ ÇAĞIRIŞ ÜZRƏ DÖVLƏT XİDMƏTİNİN ÜNVANINA ELEKTRON FORMADA MÜRACİƏT GÖNDƏRMƏZDƏN ƏVVƏL, XAHİŞ EDİRİK QAYDALARLA TANIŞ OLUN:

1.Mətni yazmazdan əvvəl nəzərdə tutulmuş formanın düzgün cavablandırılması vacibdir.

2.Mətn mütləq yazıldığı dilin əlifbası ilə tərtib olunmalıdır, bütövlükdə böyük və ya kiçik hərflərlə yazılmamalı, cümlələrə bölünməli, durğu işarələrindən istifadə qaydalarına riayət edilməlidir.

3.Müraciət aydın və səlis cümlələrlə yazılmalıdır.

4.Müraciət edərkən etika qaydaları gözlənilməlidir. Nəzakətsiz ifadələr işlədildikdə və ya müəllif özü barədə məlumatları dəqiq göstərmədikdə müraciətə cavab verilmir.

5.Hörmətli internet səhifəsi istifadəçiləri! Böyük informasiya axınının işlənməsi xüsusiyyətlərini nəzərə alaraq, xahiş edirik bəzi məhdudiyyətlərə hörmətlə yanaşasınız:

Sualınızı yazın


Verilən suallar
Nəbiyev Ceyhun Edil oğlu Soruşur Yazılma Tarixi:01.11.2013 08:58:56

Salam!\nMən Səfərbərlik Xidmətinə işə qəbul ilə əlaqədar iki həftə bundan əvvəl tibbi muayinədən keçmişəm.Bilmək istərdim tibbi muayinədən sonra işə qəbulun növbəti mərhələsi hansıdır.\n Əvvəlcədən Sizə öz minnətdarlığımı bildirirəm.

Sizin həqiqi hərbi xidmətə qəbul olunmağınızla bağlı namizədliyinizə baxılır və nəticə barədə əlavə məlumat veriləcəkdir.
ali Soruşur Yazılma Tarixi:31.10.2013 02:44:58

SALAM MENIM 20YASIM VAR,HERBI XIDMETE YARARSIZ OLDUGUM UCUN 3 ILDEN BIR MUAYINE TEYIN OLUNUB,YENI CIXAN QANUNA GORE HER IL MUAYINE KECMELIYEM?

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş "Hərbi-həkim ekspertizası haqqında əsasnamə"nin 6.2 maddəsinin tələblərinə əsasən "Sülh dövründə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlı" sayılmış və bununla əlaqədar ehtiyata keçirilmiş vətəndaşlar 35 yaşa çatana qədər 3 ildən bir çəcburi şəhadətləndirilmə keçirlər.
Vaqif Soruşur Yazılma Tarixi:30.10.2013 21:11:44

Men orta tehsilliyem herbi xidmetimi basa vurmusam qeydiyyatda oldugum rayon Herbi xidmete cagiris idaresinde islemek isterdim xais edirem bu barede mene lazimi melumatlari veresiniz

Nəzərinizə çatdırırıq ki, təhsiliniz Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin komplektləşdirilməsi üçün mövcud olan vəzifələrin ixtisas profilinə uyğun olmadığına görə Sizin işə qəbul olunmağınızla bağlı müraciətinizin müsbət həlli mümkün hesab edilməmişdir.
kamil Soruşur Yazılma Tarixi:30.10.2013 20:14:14

salam herbi xidmete yararsizliq haqqinda deyisikliyi etrafli basa salardizda.Mene 2012 ci ilde 3 illik mohlet huququ verilib meni indi gelen ilden cagiracaqlar yoxsa 2015 de?

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş "Hərbi-həkim ekspertizası haqqında əsasnamə"nin 6.2 maddəsinin tələblərinə əsasən "Sülh dövründə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlı" sayılmış və bununla əlaqədar ehtiyata keçirilmiş vətəndaşlar 35 yaşa çatana qədər 3 ildən bir çəcburi şəhadətləndirilmə keçirlər.
nurlan Soruşur Yazılma Tarixi:28.10.2013 22:03:31

salam men 1995ci ildenem boyum 180di aprelde herbi xidmete gedirem esasen hara duwe bilerem

Bildiririk ki, çağırışçılar Silahlı Qüvvələr və qanunvericiliyinə uyğun olaraq yaradılmış digər silahlı birləşmələr arasında xüsusi kompyuter proqramı vasitəsilə bölünürlər.\nÇağırışçıların təyin olunduqları hərbi hissə haqqında məlumatları 31 dekabr, 31 mart, 30 iyun, 30 sentyabr tarixlərindən etibarən şəxsi məlumatları daxil etməklə, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin saytının "Hərbi xidmət" bölümündə əldə edə bilərsiz.
orxan Soruşur Yazılma Tarixi:28.10.2013 18:34:03

salam men denizcilik uzre tehsil aliram ixtisasim matrosdu men herbi dniz quvvelerine ve ya sahil muhafizesine duse bilerem

Həqiqi hərbi xidmətə çağırılmış vətəndaşlar Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində Silahlı Qüvvələr və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrin arasında bölünür. Çağırışçılar hansı hərbi hissədə xidmət keçməsi məsələsinə yuxarıda göstərilmiş qurumlarda baxılır.
zamir Soruşur Yazılma Tarixi:28.10.2013 09:18:25

zamir cebiyevin aqil oglu 1995 sihade adim cixmayib

Sizin ünvanladığınız suala dəqiq və dolğun cavab verilməsi üçün soyadınızı, adınızı, atanızın adını, təvəllüdünüzü və qeydiyyatda olduğunuz Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin idarə, şöbə və ya bölməsinin adını qeyd etməyiniz vacibdir.
Ramin Soruşur Yazılma Tarixi:27.10.2013 22:46:15

Salam .Mən Heydərov Ramin Natiq oqlu 25 avqust 1979 ci il Bakl şəhərində anadan olmuşam. Hərbi xidmətimə 06 yanvar 1999 cu ildə Naxçıvan MR-da 217 saylı h/h-də başlamaşam.15 may 1999 cu il kiçik cavuş rütbəsi alaraq Tağım komandirinin müavini vəzifəsində xidmətimi davam etdirmişəm.20 oktyabr 1999 cu ildə imtahan vasitəsi ilə Zabit Heyyəti Təkmilləşdirmə Kursu (Gizirlər hərbi məktəbinə) daxil olmuşam.Həmin məktəbi 20 may 2000 ci ildə bitirib təyinat ilə ilk olaraq 130 saylı h/h-ə getmişəm.Muqavilə vaxtı bitdiyindən 02 oktyabr 2005 ci ildə ordudan Gizir rütbəsi ilə təxris olunmuşam.Sərbəst rus turk dillərində ( alman və ivrit) normal olaraq danişa bilirəm.Hərbi ve topoqrafik biliyim var.Yenidən muqavilə və yaxud hər bir hansı formada Silahlı Qüvvələrdə işləyə bilərəm ? çox saq olun.

Bildiririk ki, hal-hazırda Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə, Silahlı Qüvvələrdə zabit qismində həqiqi hərbi xidmət keçmiş, xidmət etdiyi müddət ərzində xarakterizə olunan, ehtiyyatda olan zabitlərin qəbul edilməsi məsələsinə baxılır. Bu səbəbdən Sizin Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə həqiqi hərbi xidmətə qəbul olunmağınızla bağlı müraciətinizin müsbət həlli mümkün hesab edilməmişdir.
Kamran Aliyev Soruşur Yazılma Tarixi:27.10.2013 18:31:26

Salam men Qax rayonunda yashiyiram .Oktyabr ayinin 3 de ishe qebulla bagli erizeyle muraciet elemishem 24 gundu hec bir xeber yoxdu .. bilmek isterdim ki menim muracietime baxilib yoxsa yox ? Eger baxilibsa ne vaxt chagirilacam? Erizemin ustune nomremi de yazmamisham. eger lazim olsa 0555184849 .

Müraciətinizlə əlaqədar həftənin tək günləri Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Kadrlar və Kadr Hazirliği İdarəsinə gəlməyiniz təklif olunur. Özünüzlə şəxsiyyət vəsiqəsi, hərbi bilet, əmək kitabçası və təhsil haqqında sənədin olması vacibdir. \nBu barədə Sizə 22.10.2013-cü il tarixli 7198 nömrəli məktubla cavab verilmişdir.
nicat Soruşur Yazılma Tarixi:27.10.2013 09:47:49

salam meni bu ay herbi xidmete aparacaydilar ama hele adimin cixmadiqin dediler nece bilerem bunu

Sizin ünvanladığınız suala dəqiq və dolğun cavab verilməsi üçün soyadınızı, adınızı, atanızın adını, təvəllüdünüzü və qeydiyyatda olduğunuz Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin idarə, şöbə və ya bölməsinin adını qeyd etməyiniz vacibdir.
Cədvəldə sətir sayı :14891