Sual/Cavab
HÖRMƏTLİ İSTİFADƏÇİLƏR!

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin internet səhifəsi Konstitusiyanın 57-ci maddəsinə uyğun olaraq vətəndaşların müraciət etmək hüququnun reallaşdırılması vasitəsidir.Hər bir istifadəçinin məktub göndərmək, arzularını bildirmək, onu maraqlandıran məsələlər barədə yazmaq, təklif, ərizə və şikayətlə müraciət etmək imkanı vardır.

SƏFƏRBƏRLİK VƏ HƏRBİ XİDMƏTƏ ÇAĞIRIŞ ÜZRƏ DÖVLƏT XİDMƏTİNİN ÜNVANINA ELEKTRON FORMADA MÜRACİƏT GÖNDƏRMƏZDƏN ƏVVƏL, XAHİŞ EDİRİK QAYDALARLA TANIŞ OLUN:

1.Mətni yazmazdan əvvəl nəzərdə tutulmuş formanın düzgün cavablandırılması vacibdir.

2.Mətn mütləq yazıldığı dilin əlifbası ilə tərtib olunmalıdır, bütövlükdə böyük və ya kiçik hərflərlə yazılmamalı, cümlələrə bölünməli, durğu işarələrindən istifadə qaydalarına riayət edilməlidir.

3.Müraciət aydın və səlis cümlələrlə yazılmalıdır.

4.Müraciət edərkən etika qaydaları gözlənilməlidir. Nəzakətsiz ifadələr işlədildikdə və ya müəllif özü barədə məlumatları dəqiq göstərmədikdə müraciətə cavab verilmir.

5.Hörmətli internet səhifəsi istifadəçiləri! Böyük informasiya axınının işlənməsi xüsusiyyətlərini nəzərə alaraq, xahiş edirik bəzi məhdudiyyətlərə hörmətlə yanaşasınız:

Sualınızı yazın


Verilən suallar
orxan Soruşur Yazılma Tarixi:21.10.2013 11:34:28

Salam \nMən Naxçıvan MR qeydiyyatındayam. İndi ordan qeydiyyatdan çıxaraq Bakı şəhər Nəsimi rayonuna qeydiyytatda durmaq istəyirəm. Ancaq mənə bildirildi ki bunu etmək üçün mən ancaq Naxçıvan MR SHXÇDX-nə yazılı ərizə ilə müraciət etdikdən sonra baxıla bilər. Hal hazırdada Naxçıvan MR-ə getməyin bir o qədərdə asan olmadığını nəzərə alaraq Sizdən xahişim budur ki, mənə köməklik edəsiniz ki mən ərizəmi burda Azərbaycan Respublikası SHXÇDX-nin Mərkəzi aparatına yazılı ərizə ilə müraciət edərək qeydiyyatdan çıxmağım mümkün olsun.

Bildiririk ki, mövcud Təlimata əsasən, yaşayış yerini dəyişmiş hərbi vəzifəlilərin hərbi qeydiyyata alınması üçün aşağıdakı sənədlər tələb olunur:\n 1. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli idarə, şöbə və ya bölmə rəislərinin adına ərizə;\n 2. Hərbi bilet;\n 3. Yeni yaşayış yeri və ya olduğu yer üzrə DİN-nin qeydiyyat və şəxsiyyət vəsiqələrinin verilməsi üzrə şöbələr tərəfindən verilmiş sənəd (müvəqqəti vəsiqə və ya ərizə-anket);\n 4. Mülkiyyət hüququnu təsdiq edən sənəd (yaşayış sahəsinin orderi və ya çıxarışı).\nEyni zamanda bildiririk ki, yaşayış terini dəyişmiş hərbi vəzifəlilərin hərbi qeydiyyata alınması ilə bağlı dövlət rüsumunun ödənilməsi tələb olunmur.
jale Soruşur Yazılma Tarixi:21.10.2013 05:54:32

salam.biz gozlemekden yorulduq.qardasim memmedov cavid eldar oglu sumqayit 1991-09-19 cagris veregesi gelib aparmirlar adi cixmir.herbi xidmet bolmesinde internetde de adi yoxdu.numune ucun teze geden esgerin adin yazdim o da yoxdu halbuki o tovuzdadir. melumat verin zehmet olmasa

2013-cü ilin oktyabr çağırışı üçün verilmiş tapşırıq yerinə yetirildiyi üçün qardaşınız ehtiyat komandaya təyin edilmişdir. Bildiririk ki, 2014-cü ilin yanvar çağırışı zamanı Məmmədov Cavid Eldar oğlunun müddətli həqiqi hərbi xidmətə göndərilməsi barədə qanuna müvafiq qərar qəbul ediləcəkdir.
Əli Soruşur Yazılma Tarixi:20.10.2013 20:38:35

Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə qəbul qaydalari və nə zaman keçiriləcəyi haqqinda məlumat verəsiniz.

Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə, müddətli həqiqi hərbi xidmət keçmiş, sağlam, bilik səviyyəsi yeksək olan vətəndaşlar təhsilinə və ixtisasına uyğun vakant\nvəzifələrə işə qəbul olunurlar. İşə qəbulla əlaqədar, barənizdə ətraflı məlumat verilməklə ərizə ilə müraciət etdikdən sonra namizədliyinizə\nbaxıla bilər.
NADIR Soruşur Yazılma Tarixi:20.10.2013 18:19:39

adim gelmir bir deki 2 ci atprafqa hacandir

Sizin ünvanladığınız suala dəqiq və dolğun cavab verilməsi üçün soyadınızı, adınızı, atanızın adını, təvəllüdünüzü və qeydiyyatda olduğunuz Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin idarə, şöbə və ya bölməsinin adını qeyd etməyiniz vacibdir.
mireli Soruşur Yazılma Tarixi:20.10.2013 15:14:12

men daxili qosunlara dusmusem amma bilmirem hansi rayona dusmusem?

Qeyd etdiyiniz məsələ ilə bağlı Daxili Qoşunlara müraciət etməyiniz tövsiyə olunur.
xeyale Soruşur Yazılma Tarixi:20.10.2013 12:13:19

zehmet olmasa Allahverdiyev Camal Zahab oglu 1995-10-19 tevelludlu hara dusub

Çağırışçı haqda məlumatları dəqiq,azərbaycan dilində Xidmətin saytının "Hərbi xidmət" bölümünün müvafiq xanalarına daxil edərək cavab ala bilərsiniz. Əks halda qeydiyyatda olduğu idarə, şöbə və ya bölməyə müraciət etməyiniz tövsiyə olunur.\n
settar Soruşur Yazılma Tarixi:20.10.2013 10:41:20

salam.men adim settar aliyev 1993 cu ilem.bilmey isdiyirem hara duwmuwem.nerimanov rayonuyam

Özünüz haqda məlumatları dəqiq,azərbaycan dilində Xidmətin saytının "Hərbi xidmət" bölümünün müvafiq xanalarına daxil edərək cavab ala bilərsiniz. Əks halda qeydiyyatda olduğunuz idarə, şöbə və ya bölməyə müraciət etməyiniz tövsiyə olunur.\n
Əliyev Novruz Soruşur Yazılma Tarixi:19.10.2013 23:03:25

Mənim hansı rayonda və hansı çastda xidmət eliyəcəyimi nəvaxt öyrənə bilərəm?

Siz təyin olunduğunuz hərbi hissə haqqında məlumatları 30 sentyabr 20103-cü il tarixdən, saat 17:30-dan etibarən şəxsi məlumatları daxil etməklə, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin saytının "Hərbi xidmət" bölümündən əldə edə bilərsiniz.
Firudin Alkhasov Soruşur Yazılma Tarixi:19.10.2013 20:41:14

men FHN ne dusmusem lakin harada olduqunu bilmirem lutfen cavablandirin

Qeyd etdiyiniz məsələ ilə bağlı Fövqəladə Hallar nazirliyinə müraciət etməyiniz tövsiyə olunur.
Medet Soruşur Yazılma Tarixi:19.10.2013 17:26:45

Men qeydiyatda oldugum Xacmaz rayonu herbi komisarligina muraciet etdim ve menimle bagli orada da hec bir melumat yoxdur.bunun ucun men ne etmeliyem?

2013-cü ilin oktyabr çağırışı üçün verilmiş tapşırıq yerinə yetirildiyi üçün Siz ehtiyat komandaya təyin edilirsiniz.Bildiririk ki, 2014-cü ilin yanvar çağırışı zamanı Sizin müddətli həqiqi hərbi xidmətə göndərilməniz barədə qanuna müvafiq qərar qəbul ediləcəkdir.
Cədvəldə sətir sayı :14891