Sual/Cavab
HÖRMƏTLİ İSTİFADƏÇİLƏR!

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin internet səhifəsi Konstitusiyanın 57-ci maddəsinə uyğun olaraq vətəndaşların müraciət etmək hüququnun reallaşdırılması vasitəsidir.Hər bir istifadəçinin məktub göndərmək, arzularını bildirmək, onu maraqlandıran məsələlər barədə yazmaq, təklif, ərizə və şikayətlə müraciət etmək imkanı vardır.

SƏFƏRBƏRLİK VƏ HƏRBİ XİDMƏTƏ ÇAĞIRIŞ ÜZRƏ DÖVLƏT XİDMƏTİNİN ÜNVANINA ELEKTRON FORMADA MÜRACİƏT GÖNDƏRMƏZDƏN ƏVVƏL, XAHİŞ EDİRİK QAYDALARLA TANIŞ OLUN:

1.Mətni yazmazdan əvvəl nəzərdə tutulmuş formanın düzgün cavablandırılması vacibdir.

2.Mətn mütləq yazıldığı dilin əlifbası ilə tərtib olunmalıdır, bütövlükdə böyük və ya kiçik hərflərlə yazılmamalı, cümlələrə bölünməli, durğu işarələrindən istifadə qaydalarına riayət edilməlidir.

3.Müraciət aydın və səlis cümlələrlə yazılmalıdır.

4.Müraciət edərkən etika qaydaları gözlənilməlidir. Nəzakətsiz ifadələr işlədildikdə və ya müəllif özü barədə məlumatları dəqiq göstərmədikdə müraciətə cavab verilmir.

5.Hörmətli internet səhifəsi istifadəçiləri! Böyük informasiya axınının işlənməsi xüsusiyyətlərini nəzərə alaraq, xahiş edirik bəzi məhdudiyyətlərə hörmətlə yanaşasınız:

Sualınızı yazın


Verilən suallar
settar Soruşur Yazılma Tarixi:23.10.2013 17:12:23

salam adim settar aliyev vaqif oglu.1993 cu ilem.bilmey isdiyirem hara duwmuwem

Sizin ünvanladığınız suala dəqiq və dolğun cavab verilməsi üçün soyadınızı, adınızı, atanızın adını, təvəllüdünüzü və qeydiyyatda olduğunuz Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin idarə, şöbə və ya bölməsinin adını qeyd etməyiniz vacibdir.
Nurxan Soruşur Yazılma Tarixi:23.10.2013 10:08:39

Mən Nurxan Orucov Təvəkkül oğlu, Ağdam rayonunda qeydiyyatdayam, 1994-cü il təvəllüdəm. Bu saytda müvafiq yerdə özüm haqqında məlumatları yazdım, lakin mənim adım hərbi çağırışçılar sırasında çıxmadı. Səbəbini öyrənmək istəyirəm.

Siz, 2013-cü ilin oktyabr çağırışı zamanı vaxtında tibbi şəhadətləndirilməyə gəlmədiyinizə görə, adınız müddətli həqiqi hərbi xidmət keçmək üçün hərbi hissələrə təyin olunacaq çağırışçıların adlı siyahısına daxil edilməmişdir. Bildiririk ki, 2014-cü ilin yanvar çağırışı zamanı müddətli həqiqi hərbi xidmətə göndərilməniz barədə qanuna müvafiq qərar qəbul ediləcəkdir.
seymur Soruşur Yazılma Tarixi:23.10.2013 06:53:16

Menim adim niye cixmir onu bilmey isdiyirem.Ayin 22-sidi uje helede xeber yoxdu iyuldan aparmirlar adim cixmir havaq gedirem deyirler kamonda gozduyuruk merkezden.Sualimin cavabini havaq yazassiz bunada komanda gozdemezsiz her halda...

Sizin ünvanladığınız suala dəqiq və dolğun cavab verilməsi üçün soyadınızı, adınızı, atanızın adını, təvəllüdünüzü və qeydiyyatda olduğunuz Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin idarə, şöbə və ya bölməsinin adını qeyd etməyiniz vacibdir.
Elşən Soruşur Yazılma Tarixi:23.10.2013 05:54:03

1998-ci il təvəllüdlü şəxslərin hərbi qeydiyyata alınması hansı tarixdən başlayır.

1998-ci il təvəllüdlü vətəndaşların ilkin hərbi qeydiyyata alınması 2014-cü ilin yanvar ayının 1-dən başlanılır.
cemsid Soruşur Yazılma Tarixi:22.10.2013 13:28:35

705 nece casti var ve hansilardi

Qeyd etdiyiniz məsələ ilə bağlı Müdafiə Nazirliyinə müraciət etməyiniz tövsiyə olunur.
RUSLAN SEFEROV Soruşur Yazılma Tarixi:22.10.2013 08:36:27

salam bugun ayn 22 sidi ve men hara dusduyumu bilmirem men bu atpraka qalacam ya gedecem? mene hara dusduyumu harda xidmet edeceyimide dimirler cox xais edicem cavab veresiz mektubuma men hacan gedecem .MASALLI RAYON.SEFEROV RUSLAN. SAHIN OGLU.

Siz, 2013-cü ilin oktyabr çağırışına hazırlıqla əlaqədar tibbi şəhadətləndirildikdən əlavə müayinəyə ehtiyacınız olduğuna görə, ET Kardiologiya İnstitutuna göndərilməniz zərurəti yaranmışdır. Lakin Sİz, bu günədək müayinəyə gəlmədiyinizə görə müddətli həqiqi hərbi xidmətə göndərilib-göndərilməməyiniz barədə qərar qəbul edilməsi mümkün olmamışdır.
Vüqar Mirzaliyev Soruşur Yazılma Tarixi:21.10.2013 17:20:14

Salam,gənclərin Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin müvafiq şöbələrində hansi yaşda qeydiyyata düşməsi və qeydiyyat qaydaları haqda məlumat əldə etmək istərdim. Əvvəlcədən minnətdarlığımı bildirirəm. Hörmətlə, Vüqar

Bildiririk ki, "Hərbi vəzifə və hərbi xidmət haqqında" Azərbaycan Respublikasının Qanununun 6-cı maddəsinə əsasən, 16 yaşı tamam olan Azərbaycan Respublikasının kişi cinsli vətəndaşları yaşayış və ya olduğu yer üzrə Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli idarə, şöbə və ya bölmələrində ilkin hərbi qeydiyyata alınmalıdırlar.
raqil Soruşur Yazılma Tarixi:21.10.2013 15:21:31

Salam Bayramov Raqil Əlibala oglu Lerik rayon Pirasora kendinde qeydiyatdadi bilmek olar hansi herbi hisseye dusub?burda yoxlayiram cvb yoxdur yazir.

2013-cü ilin oktyabr çağırışı üçün verilmiş tapşırıq yerinə yetirildiyi üçün Siz ehtiyat komandaya təyin edilirsiniz.Bildiririk ki, 2014-cü ilin yanvar çağırışı zamanı Sizin müddətli həqiqi hərbi xidmətə göndərilməniz barədə qanuna müvafiq qərar qəbul ediləcəkdir.
ARAZ_QASIMOV Soruşur Yazılma Tarixi:21.10.2013 14:01:39

salam mene bu ay atprafka kağız verilmedi bilmek isdeyirem ki gelen ile qaldim yanvar ayinda gedecem

Sizin ünvanladığınız suala dəqiq və dolğun cavab verilməsi üçün soyadınızı, adınızı, atanızın adını, təvəllüdünüzü və qeydiyyatda olduğunuz Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin idarə, şöbə və ya bölməsinin adını qeyd etməyiniz vacibdir.
Ruslan Soruşur Yazılma Tarixi:21.10.2013 11:36:57

Herbi xidmete yararsiz olan, ve ya muharibe devri uchun yararli, ateshgah dovru uchun yararsiz olan vetendashlar uchun elave olunmush yeni qanunda, artiq bir neche il ve defe komisiyadan kechmish vetendashlarin taleyi nece olacaq? Yani bir daha komissiya vaxti chatdigda, onlar yene 3 illik buraxilacaq yoxsa bir defelik buraxilacaqlar? \nteshekkur edirem!

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02.10.2013-cü il tarixli 283 nömrəli qərarı ilə "Hərbi-həkim ekspertizası haqqında Əsasnamə"də edilmiş dəyişikliklər çağırış yaşlı gənclərə şamil olunur.
Cədvəldə sətir sayı :14891