Sual/Cavab
HÖRMƏTLİ İSTİFADƏÇİLƏR!

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin internet səhifəsi Konstitusiyanın 57-ci maddəsinə uyğun olaraq vətəndaşların müraciət etmək hüququnun reallaşdırılması vasitəsidir.Hər bir istifadəçinin məktub göndərmək, arzularını bildirmək, onu maraqlandıran məsələlər barədə yazmaq, təklif, ərizə və şikayətlə müraciət etmək imkanı vardır.

SƏFƏRBƏRLİK VƏ HƏRBİ XİDMƏTƏ ÇAĞIRIŞ ÜZRƏ DÖVLƏT XİDMƏTİNİN ÜNVANINA ELEKTRON FORMADA MÜRACİƏT GÖNDƏRMƏZDƏN ƏVVƏL, XAHİŞ EDİRİK QAYDALARLA TANIŞ OLUN:

1.Mətni yazmazdan əvvəl nəzərdə tutulmuş formanın düzgün cavablandırılması vacibdir.

2.Mətn mütləq yazıldığı dilin əlifbası ilə tərtib olunmalıdır, bütövlükdə böyük və ya kiçik hərflərlə yazılmamalı, cümlələrə bölünməli, durğu işarələrindən istifadə qaydalarına riayət edilməlidir.

3.Müraciət aydın və səlis cümlələrlə yazılmalıdır.

4.Müraciət edərkən etika qaydaları gözlənilməlidir. Nəzakətsiz ifadələr işlədildikdə və ya müəllif özü barədə məlumatları dəqiq göstərmədikdə müraciətə cavab verilmir.

5.Hörmətli internet səhifəsi istifadəçiləri! Böyük informasiya axınının işlənməsi xüsusiyyətlərini nəzərə alaraq, xahiş edirik bəzi məhdudiyyətlərə hörmətlə yanaşasınız:

Sualınızı yazın


Verilən suallar
Əfsanə Soruşur Yazılma Tarixi:07.11.2013 05:59:20

Salam.mən kollec bitirmişəm.21 yaşım var.herbide işləmək üçün hara müraciət etməliyəm?

Bildiririk ki, "Hərbi vəzifə və hərbi xidmət haqqında" Azərbaycan Respublikasının Qanununun 36.1-ci maddəsinə əsasən həqiqi hərbi xidmətə qəbul üçün müəyyən edilmiş tələblərə cavab verən Azərbaycan Respublikasının vətəndaşları bağlaşma əsasında aşağıdaki həqiqi hərbi xidmətlərə könüllü daxil olurlar:\n - Müddətdən artıq həqiqi hərbi xidmətə - ən azı ümumi orta təhsilli, qanunla müəyyənləşdirilən müddətli həqiqi hərbi xidməti başa çatdırmış hərbi qulluqçular, 40 yaşınadək hərbi vəzifəlilər (zabitlər, gizirlər və miçmanlar istisna olmaqla);\n - Gizirlərin və miçmanların həqiqi hərbi xidmətinə - ən azı tam orta təhsilli, azı bir il hərbi xidmət keçmiş əsgərlər, matroslar, çavuşlar, 40 yaşınadək hərbi vəzifəlilər (zabit istisna olmaqla)\n Bu səbəbdən Siz yuxarıda qeyd olunan tələblərə cavab verdiyiniz haıdaAzərbaycan Respublikası Silahlı Qüvvələrinin və qanunvericilikdə nəzərdə tutulmuş digər silahlı birləşmələrin Komandanlıqlarına müraciət edə bilərsiniz.
Bashirov Qarib Soruşur Yazılma Tarixi:06.11.2013 16:21:55

Oglum 1986 ci il tevelludludur,indiye qeder 3 il fasilelerle 3 defe tibbi komissiyadan kecherek sulh dovru uchun yararsiz hesab olunub. Bu ay mohlet muddeti bitir. Yeni qaydalara esasen komissiyadan kechmelidirmi?

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş "Hərbi-həkim ekspertizası haqqında Əsasnamə"nin 6.2 maddəsinin tələblərinə əsasən "Sülh dövründə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlı" sayılmış və bununla əlaqədar ehtiyata keçirilmiş vətəndaşlar 35 yaşa çatana qədər 3 ildən bir məcburi şəhadətləndirilmə keçirlər.
Elman Soruşur Yazılma Tarixi:06.11.2013 10:19:55

Salam oglum oktyabrin 10 da esger gedib bilmek olar and icme ne zaman olacaq?

Qeyd etdiyiniz məsələ ilə bağlı oğlunuzun xidmət etdiyi hərbi hissəyə müraciət etməyiniz tövsiyə olunur.
Evin Soruşur Yazılma Tarixi:06.11.2013 07:20:55

sizden cox xahis edirem bu suali cavablandirasiz. herbi xidmetle bagli edilen deyisikliyi basa dusurem. dinc dovr ucun herbi xidmete yararsiz muharibe dovru ucun mehdud yararli olan vetendaslar artiq 3 ilden bir yox, 1 ilden bir muayine olunacaqlar?

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş "Hərbi-həkim ekspertizası haqqında Əsasnamə"nin 6.2 maddəsinin tələblərinə əsasən "Sülh dövründə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlı" sayılmış və bununla əlaqədar ehtiyata keçirilmiş vətəndaşlar 35 yaşa çatana qədər 3 ildən bir məcburi şəhadətləndirilmə keçirlər.
Adile Soruşur Yazılma Tarixi:05.11.2013 09:24:36

Salam menim oğlum 1993 ildi istituda oxuyur amma ki leytinat zvaniyasi alacaq o eger gedeck yoxsa zabit kimi gedecek amma ki belarusayda oxuyur

Bildiririk ki, Azərbaycan Respublikası Müdafiə Nazirliyindən verilmiş sifarişə əsasən yalnız həkim ixtisaslı mütəxəssislərin Təlim və Tədris Mərkəzində ehtiyat zabit hazırlığı kursunda təhsil alması nəzərdə tutulmuşdur.
rauf Soruşur Yazılma Tarixi:05.11.2013 07:26:40

salam menim 32 yashim var1981 tevelludem men herbi xidmete qayitmaq isteyirem men komek edin men ne edim

Bildiririk ki, Siz ehtiyatda olan zabit olduğunuz halda Azərbaycan Respublikası Silahlı Qüvvələrində təkrar həqiqi hərbi xidmətə qəbul olunmağınız üçün aidiyyəti üzrə Azərbaycan Respublikası Müdafiə Nazirliyinə müraciət etməlisiniz.
BAHADIR Soruşur Yazılma Tarixi:04.11.2013 20:51:17

oktyabr ayindan herbi xidmete cagirilanlarin and icmesi ayin necesidir?

Qeyd etdiyiniz məsələ ilə bağlı əsgərin xidmət etdiyi hərbi hissəyə müraciət etməyiniz tövsiyə olunur.
İbrahim Soruşur Yazılma Tarixi:04.11.2013 07:30:07

Salam mən 1996-cı ildənəm aprel ayında hərbi xidmətə gedəcəm təxminən mən hara düşə bilərəm boyum 174 ???

Bildiririk ki, çağırışçılar Silahlı Qüvvələr və qanunvericiliyə uyğunn olaraq yaradılmış digər silahlı birləşmələr arasında xüsusi kompyuter proqramı vasitəsilə bölünürlər.Çağırışçıların təyin olunduqları hərbi hissə haqqında məlumatları 31 dekabr, 31 mart, 30 iyun, 30 sentyabr tarixlərindən etibarən şəxsi məlumatları daxil etməklə, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin saytının "Hərbi xidmət" bölümündən əldə edə biləcəklər.
telman Soruşur Yazılma Tarixi:02.11.2013 16:14:18

mesheti turklerini niye oktyabr ayinda aparmadilar esgere

Sizin ünvanladığınız suala dəqiq və dolğun cavab verilməsi üçün soyadınızı, adınızı, atanızın adını, təvəllüdünüzü və qeydiyyatda olduğunuz Səfərbərlik və Hərbi Xidmətə ÇAğırış üzrə DÖvlət Xidmətinin idarə, şöbə və ya bölməsinin adını qeyd etməyiniz vacibdir.
vuqar Soruşur Yazılma Tarixi:01.11.2013 14:22:31

Man harbi tahsil alib harbida islamak isdayiram.bu mumkundur.ali tahsilliyam.

Bildiririk ki, "Hərbi vəzifə və hərbi xidmət haqqında" Azərbaycan Respublikasının Qanununun 36.1-ci maddəsinə əsasən həqiqi hərbi xidmətə qəbul üçün müəyyən edilmiş tələblərə cavab verən Azərbaycan Respublikasının vətəndaşları bağlaşma əsasında həqiqi hərbi xidmətə könüllü daxil olurlar. Belə ki, adınızın "Gizir hazırlığı kursu"nda oxumaq üçün seçilmiş namizədlərin siyahısına daxil edilməsi məqsədilə qeydiyyatda olduğunuz Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon (şəhər) idarə, şöbə və ya bölməsinə müraciət etməyiniz məqsədəmüvafiqdir.
Cədvəldə sətir sayı :14891