Sual/Cavab
HÖRMƏTLİ İSTİFADƏÇİLƏR!

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin internet səhifəsi Konstitusiyanın 57-ci maddəsinə uyğun olaraq vətəndaşların müraciət etmək hüququnun reallaşdırılması vasitəsidir.Hər bir istifadəçinin məktub göndərmək, arzularını bildirmək, onu maraqlandıran məsələlər barədə yazmaq, təklif, ərizə və şikayətlə müraciət etmək imkanı vardır.

SƏFƏRBƏRLİK VƏ HƏRBİ XİDMƏTƏ ÇAĞIRIŞ ÜZRƏ DÖVLƏT XİDMƏTİNİN ÜNVANINA ELEKTRON FORMADA MÜRACİƏT GÖNDƏRMƏZDƏN ƏVVƏL, XAHİŞ EDİRİK QAYDALARLA TANIŞ OLUN:

1.Mətni yazmazdan əvvəl nəzərdə tutulmuş formanın düzgün cavablandırılması vacibdir.

2.Mətn mütləq yazıldığı dilin əlifbası ilə tərtib olunmalıdır, bütövlükdə böyük və ya kiçik hərflərlə yazılmamalı, cümlələrə bölünməli, durğu işarələrindən istifadə qaydalarına riayət edilməlidir.

3.Müraciət aydın və səlis cümlələrlə yazılmalıdır.

4.Müraciət edərkən etika qaydaları gözlənilməlidir. Nəzakətsiz ifadələr işlədildikdə və ya müəllif özü barədə məlumatları dəqiq göstərmədikdə müraciətə cavab verilmir.

5.Hörmətli internet səhifəsi istifadəçiləri! Böyük informasiya axınının işlənməsi xüsusiyyətlərini nəzərə alaraq, xahiş edirik bəzi məhdudiyyətlərə hörmətlə yanaşasınız:

Sualınızı yazın


Verilən suallar
AYNUR Soruşur Yazılma Tarixi:26.10.2013 07:53:03

sizde ise qebul varmi?

Bəli var, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə işə qəbulla əlaqədar, barənizdə ətraflı məlumat verilməklə ərizə ilə müraciət etdikdən sonra namizədliyinizə baxıla bilər.
Azer Soruşur Yazılma Tarixi:25.10.2013 19:51:35

men herbi xidmete getmek istemirem cunki menim evde elil anam ve atam var onlara men baxiram xahis ediremki bunlari nezere alasiz...

"Hərbi vəzifə və hərbi xidmət haqqında" Azərbaycan Respublikası Qanununun 19.1.1 maddəsinə əsasən başqa övladı olmayan 1 qrup əlil atası və ya anası olan çağırışçılara müddətli həqiqi hərbi xidmətə çağırışdan möhlət verilir.
vusal Soruşur Yazılma Tarixi:25.10.2013 12:12:06

salam adim vusal men herbi xidmete getmeye telesirem menim yerim ates bolgesidi xais eliyirem meni ora gonderin ibrahimov vusal taryel oglu

Həqiqi hərbi xidmətə çağırılmış vətəndaşlar Azərbaycan Respublikası Silahlı Qüvvələrinin və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrin arasında bölünür. Çağırışçılar hansı hərbi hissədə xidmət keçməsi məsələsinə yuxarıda göstərilmiş qurumlarda baxılır.
SEADET Soruşur Yazılma Tarixi:25.10.2013 11:32:56

menim oglum agdam qacqinidir sumqayitda meskunlasmisiq. esgerlik ucun hansi sened lazimdir .ve hara muraciet etmeliyem.

Qeyd etdiyini məsələ ilə bağlı Ağdam rayon şöbəsinə müraciət etməyiniz tövsiyə olunur.
M'mmedov Fuad Soruşur Yazılma Tarixi:25.10.2013 10:48:12

Hara duwmuwam ? Ayin 12-den diyiler ki cavabi gozde. Mende Rusiyadan gelmiwem. Ne vaxt aparilar, bide hara duwdum. Cavabi verin.

Sizin ünvanladığınız suala dəqiq və dolğun cavab verilməsi üçün soyadınızı, adınızı, atanızın adını, təvəllüdünüzü və qeydiyyatda olduğunuz Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin idarə, şöbə və ya bölməsinin adını qeyd etməyiniz vacibdir.
Emin Əliyev Soruşur Yazılma Tarixi:24.10.2013 18:22:41

salam\n bu xəbər düzdü 1988-və 1990 təvəllüdlü hərbi xidmət də olmus \nvətəndaşlar hərbi komissarliğa çağirlir,zəhmət deyilsə cavab yazin,öncə \ntəşəkkü

Bildiririk ki, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Əsasnaməsinə uyğun olaraq, Xidmətin səfərbərlik hazırlığının, çağırışqabağı hazırlığının və hərbi xidmətə çağırışın idarə edilməsi üçün 16-50 yaş hədlərində olan Azərbaycan Respublikasının kişi cinsli vətəndaşlarını Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Əsasnaməsinə uyğun olaraq, Xidmətinin yerli idarə, şöbə və ya bölmələrinə çağırmaq hüququ vardır.
Ziya Soruşur Yazılma Tarixi:24.10.2013 16:24:48

062 sayli herbi hisse harda yerlesir

Qeyd etdiyiniz məsələ ilə bağlı Müdafiə Nazirliyinə müraciət etməyiniz tövsiyə olunur.
Xəyyam Soruşur Yazılma Tarixi:24.10.2013 14:32:57

Dostum Qazaxda xidmət edir,oktyabrda gedib,ali təhsillidi. Bilmək istərdim zabit olmaq ucun hara muraciət etməli vəya nə etməlidir?

Bildiririk ki, dostunuz zabit hərbi rütbəsi alması üçün hərbi xidmət keçdiyi hərbi hissə komandanlığına komanda üzrə raportla müraciət etməlidir.
erestun sherifov Soruşur Yazılma Tarixi:24.10.2013 09:34:07

salam menim adim siyahida cixmayib men bilmek isteyirem niye adim cixmayib...

Sizin ünvanladığınız suala dəqiq və dolğun cavab verilməsi üçün soyadınızı, adınızı, atanızın adını, təvəllüdünüzü və qeydiyyatda olduğunuz Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin idarə, şöbə və ya bölməsinin adını qeyd etməyiniz vacibdir.
Kamil Mirzeyev Soruşur Yazılma Tarixi:24.10.2013 05:57:46

Salam.\nMen hal-hazirda Norvecde magistratura tehsili aliram. Sentyabr ayinda bashlamisham tehsilime. Amma oktyabrda herbi xidmete cagirilmisham. Xatirladim ki, komisarligda qeydiyyatdan kecib cagirish haqqinda vesiqemi almisham, ve herbi xidmet ucun dushduyum yer melumdur. Tehsil nazirliyi ile elaqe saxladim, oxudugum haqda senedi komisarliga gondermeliyem. gonderdim amma qebul etmeyibler. ne etmeliyem? tesekurler

"Hərbi vəzifə və hərbi xidmət haqqında" Azərbaycan Respublikası Qanununun 21-ci maddəsinə əsasən ali təhsil müəssisələrində və onların filiallarında əyani təhsilalma formasında (bakalavriat) təhsil alan çağırışçılara təhsilini bitirənədək yalnız bir dəfə möhlət verilir.Bildiririk ki, "Hərbi vəzifə və hərbi xidmət haqqında" Azərbaycan Respublikasının Qanununda Sizə, müddətli həqiqi hərbi xidmətə çağırışdan möhlət verilməsi barədə heç bir müddəa nəzərdə tutulmamışdır və Siz müddətli həqiqi hərbi xidmətə göndəriləcəksiniz.
Cədvəldə sətir sayı :14891