Sual/Cavab
HÖRMƏTLİ İSTİFADƏÇİLƏR!

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin internet səhifəsi Konstitusiyanın 57-ci maddəsinə uyğun olaraq vətəndaşların müraciət etmək hüququnun reallaşdırılması vasitəsidir.Hər bir istifadəçinin məktub göndərmək, arzularını bildirmək, onu maraqlandıran məsələlər barədə yazmaq, təklif, ərizə və şikayətlə müraciət etmək imkanı vardır.

SƏFƏRBƏRLİK VƏ HƏRBİ XİDMƏTƏ ÇAĞIRIŞ ÜZRƏ DÖVLƏT XİDMƏTİNİN ÜNVANINA ELEKTRON FORMADA MÜRACİƏT GÖNDƏRMƏZDƏN ƏVVƏL, XAHİŞ EDİRİK QAYDALARLA TANIŞ OLUN:

1.Mətni yazmazdan əvvəl nəzərdə tutulmuş formanın düzgün cavablandırılması vacibdir.

2.Mətn mütləq yazıldığı dilin əlifbası ilə tərtib olunmalıdır, bütövlükdə böyük və ya kiçik hərflərlə yazılmamalı, cümlələrə bölünməli, durğu işarələrindən istifadə qaydalarına riayət edilməlidir.

3.Müraciət aydın və səlis cümlələrlə yazılmalıdır.

4.Müraciət edərkən etika qaydaları gözlənilməlidir. Nəzakətsiz ifadələr işlədildikdə və ya müəllif özü barədə məlumatları dəqiq göstərmədikdə müraciətə cavab verilmir.

5.Hörmətli internet səhifəsi istifadəçiləri! Böyük informasiya axınının işlənməsi xüsusiyyətlərini nəzərə alaraq, xahiş edirik bəzi məhdudiyyətlərə hörmətlə yanaşasınız:

Sualınızı yazın


Verilən suallar
Rüstəm Soruşur Yazılma Tarixi:27.11.2013 20:27:32

Mən 2012-ci ildə Bakı Dövlət Universtitetinin hüquq fakultəsini bitirmişəm. Həqiqi hərbi xidmət keçmək üçün 2014-cü ilin yanvar ayına çağırış vərəqəsi almışam. Mən hərbidə hüquqşünas-zabit (təhqiqatçı) kimi qulluq etmək istəyirəm. Bunun üçün mən hansı prosedurlardan keçməli, hansı tələblərə əməl etməliyəm ?

Bildiririk ki, Azərbaycan Respublikası Müdafiə Nazirliyindən verilmiş sifarişə əsasən yalnız həkim ixtisaslı mütəxəssislərin Təlim və Tədris Mərkəzində ehtiyat zabit hazırlığı kursunda təhsil alması nəzərdə tutulmuşdur.
samir Soruşur Yazılma Tarixi:27.11.2013 10:59:30

Mən Nagiyev Samir Nazim oğlu 08.10.1982-cı ildə Baki şəhərində anadan olmuşam,ali təhsilliyəm.Azərbaycan Respublikasının Silahlı Qüvvələrində 2003-2004 və 2005-2007-ci illərdə(ümumilikdə 3 il 2 ay) Tağım komandiri vəzifəsində xidmət etmişəm.Baş leytenant rütbəsində xidmət müddətini qurtardıqdan sonra ehtiyyada buraxılmışam.Mən yenidən Azərbaycan Respublikasının Səfərbərlik ve Hərbi xidmətə çağırış üzrə Dövlət xidmətində xidmət edə bilərəmmi və onun ücün kimə müraciət etməliyəm?

Bildiririk ki, ehtiyatda olan hərbi vəzifəlilərin toplanışlara cəlb olunması "Hərbi vəzifə və hərbi xidmət haqqında" Azərbaycan Respublikası Qanununun 45-ci maddəsinə əsasən həyata keçirilir. Qanunun 45-ci maddəsində nəzərdə tutulmuş hallarda keçiriləcək toplanışların müddətləri və vaxtı məlum olduqdan sonra, toplanışlara cəlb olunacaq ehtiyatda olan hərbi vəzifəlilər məlumatlandırılacaqlar.
orxan Soruşur Yazılma Tarixi:26.11.2013 15:50:25

Salam.Bilmek isteyirdim ki 2013-cu ilde doctoranturaya qebul olduqdan sonra herbi xidmete mohlet huququ verilirmi?Doctorandurani qurtarib felsefe doctoru olduqdan sonra xidmetden azad olunurmu?

Bildiririk ki, "Hərbi vəzifə və hərbi xidmət haqqında" Azərbaycan Respublikası Qanununun 21-ci maddəsinə əsasən mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq dövlət qeydiyyatına alınmış, fəaliyyətinə xüsusi razılıq (lisenziya) verilmiş və akkreditasiya olunmuş təhsil müəssisələrində və onların filiallarında təhsilini davam etdirmək üçün çağırışçılara yalnız bir dəfə (bakalavr pilləsini bitirənədək) möhlət verilir.
Zahid Soruşur Yazılma Tarixi:26.11.2013 10:01:22

Salam men yanvar ayinda esger gedirem.Bilmek isteyiremki,yanvar ayinda gedenler 24 ay esgerlik cekecek?

"Hərbi vəzifə və hərbi Xidmət haqqında" Azərbaycan Respublikası Qanununun 38.1.1 maddəsinə əsasən, ali təhsilli çağırışçılar təqvim hesabı ilə 1 il, orta təhsilli çağırışçılar isə 1 il 6 ay müddətinə həqiqi hərbi xidmət keçirlər.
Resul Soruşur Yazılma Tarixi:25.11.2013 17:30:46

salam aleykum men 1995ci ildenem cox adam deyirki esgerliyi 2 illiy elemisiz yeni 1995ci iller uzre axirinci privizde yanvarda gedirem 2 illiy olmagi tesdiqlenib yoxsa bos wayelerdi gedir?

"Hərbi vəzifə və hərbi Xidmət haqqında" Azərbaycan Respublikası Qanununun 38.1.1 maddəsinə əsasən, ali təhsilli çağırışçılar təqvim hesabı ilə 1 il, orta təhsilli çağırışçılar isə 1 il 6 ay müddətinə həqiqi hərbi xidmət keçirlər.
İmadəddin Soruşur Yazılma Tarixi:24.11.2013 15:23:43

Mən Əsgərov İmadəddin Telman oğlu 27.12.1976cı ildə Kəlbəcər rayon Lev kəndində anadan olmuşam,ali təhsilliyəm.Azərbaycan Respublikasının Silahlı Qüvvələrin 190saylı h\\s 15.04.2000 ci ildən 10.01.2002ci ilədək Tağım komandiri və Batereya komandiri vəzifəsində xidmət etmişəm.Baş leytenant rütbəsində xidmət müddətini qurtardıqdan sonra ehtiyyada buraxılmışam.Mən yenidən Azərbaycan Respublikasının Səfərbərlik ve Hərbi xidmətə çağırış üzrə Dövlət xidmətində xidmət edə bilərəmmi və onun ücün kimə müraciət etməliyəm?

Müraciətinizlə əlaqədar həftənin tək günləri Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Kadrlar və Kadr Hazirliği İdarəsinə gəlməyiniz təklif olunur. Özünüzlə şəxsiyyət vəsiqəsi, hərbi bilet, əmək kitabçası və təhsil haqqında sənədin olması vacibdir. Nəzərinizə çatdırırıq ki, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə həqiqi hərbi xidmətə qəbul edildiyiniz təqdirdə Siz ixtisasınız üzrə Azərbaycan Respublikasının istənilən bölgəsində xidmət etməyə şərtsiz hazır olmalısınız.
samir Soruşur Yazılma Tarixi:23.11.2013 11:14:59

Salam.Mən ehtiyyatda olan baş leytenantam.növbəti rütbə almaq vaxtım çatıb.Mən hansı instansiyalara və necə müraciət etməliyəm kiç növbəti -kapitan hərbi rütbəsini alim

Bildiririk ki, "Hərbi vəzifə və hərbi xidmət haqqında" Azərbaycan Respublikasının Qanununa əsasən, ehtiyatda olan hərbi vəzifəlilərin toplanışlara cəlb olunması nəzərdə tutulmuşdur.\nQanunun 47-ci maddəsinə əsasən, toplanışları keçmiş və tədris proqramı üzrə yoxlamaları müvəffəqiyyətlə vermiş hərbi vəzifəlilərə "Hərbi xidmətkeçmə haqqında" Əssasnamədə müəyyənləşdirilmiş qaydada polkovnik (1-ci dərəcəli kapitan) daxil olmaqla növbəti hərbi rütbələr verilir.\nKeçiriləcək toplanışların vaxtı və müddəti barədə toplanışlara cəlb olunacaq ehtiyatda olan hərbi vəzifəlilər məlumatlandırılacaqlar.
aytən Soruşur Yazılma Tarixi:22.11.2013 19:04:45

salam. mən orta ixtisas təhsilliyəm. Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə çağırış üzrə Dövlət Xidmətində işə düzələ bilərmi? Bununla əlaqədar kimə və ya hansı nazirliyə müraciət edə bilərəm? Qabaqcadan təşəkkürlər.

Bildiririk ki, hal-hazırda Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə, ali təhsilli vətəndaşlar təhsilinə və ixtisasına uyğun vakant vəzifələrə müsabiqə yolu ilə işə qəbul olunduqlarına görə Sizin müraciətinizin müsbət həlli mümkün hesab edilməmişdir.
Cavid Soruşur Yazılma Tarixi:22.11.2013 18:22:27

Salam menim belimde olan yirtiq, skalioz, ve surusme oldugu ucun 3 defe her defe 6 ay olmaqla mohlet almisam..bilmek isterdim men ne vaxta qeder her defe mrt muayinesinden kecmeliyem bu cox ziyandi

Müraciətinizlə bağlı müvafiq araşdırmanın aparılması məqsədi ilə soyadınızı, adınızı, atanızın adını, təvəllüdünüzü və Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin hansı yerli idarə, şöbə və ya bölməsində hərbi qeydiyyatda olduğunuz göstərilməlidir.
Tural Soruşur Yazılma Tarixi:21.11.2013 04:32:52

yeni qanuna esasen herbi xidmetden ucotdan cixarilma hansi xestelere samil edilir?

Çağırışçıların tibbi şəhadətləndirilməsi tərəfindən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş "Hərbi-həkim ekspertizası haqqında əsasnamə"nin "Xəstəliklər cədvəli"nin 1 qrafasının tələblərinə əsasən keçirilir.
Cədvəldə sətir sayı :14891