Sual/Cavab
HÖRMƏTLİ İSTİFADƏÇİLƏR!

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin internet səhifəsi Konstitusiyanın 57-ci maddəsinə uyğun olaraq vətəndaşların müraciət etmək hüququnun reallaşdırılması vasitəsidir.Hər bir istifadəçinin məktub göndərmək, arzularını bildirmək, onu maraqlandıran məsələlər barədə yazmaq, təklif, ərizə və şikayətlə müraciət etmək imkanı vardır.

SƏFƏRBƏRLİK VƏ HƏRBİ XİDMƏTƏ ÇAĞIRIŞ ÜZRƏ DÖVLƏT XİDMƏTİNİN ÜNVANINA ELEKTRON FORMADA MÜRACİƏT GÖNDƏRMƏZDƏN ƏVVƏL, XAHİŞ EDİRİK QAYDALARLA TANIŞ OLUN:

1.Mətni yazmazdan əvvəl nəzərdə tutulmuş formanın düzgün cavablandırılması vacibdir.

2.Mətn mütləq yazıldığı dilin əlifbası ilə tərtib olunmalıdır, bütövlükdə böyük və ya kiçik hərflərlə yazılmamalı, cümlələrə bölünməli, durğu işarələrindən istifadə qaydalarına riayət edilməlidir.

3.Müraciət aydın və səlis cümlələrlə yazılmalıdır.

4.Müraciət edərkən etika qaydaları gözlənilməlidir. Nəzakətsiz ifadələr işlədildikdə və ya müəllif özü barədə məlumatları dəqiq göstərmədikdə müraciətə cavab verilmir.

5.Hörmətli internet səhifəsi istifadəçiləri! Böyük informasiya axınının işlənməsi xüsusiyyətlərini nəzərə alaraq, xahiş edirik bəzi məhdudiyyətlərə hörmətlə yanaşasınız:

Sualınızı yazın


Verilən suallar
qasimov-araz Soruşur Yazılma Tarixi:06.12.2013 14:01:58

salam men bilmek iseyirem ki herbi komissarliqin ixtiyari varmir ki yararlin vetendasa yararsiz elesin bele bir qanun var

Bİldiririk ki, "Hərbi vəzifə və hərbi xidmət haqqında" Azərbaycan Respublikası Qanununda qeyd etdiyiniz məsələ ilə bağlı heç bir müddəa nəzərdə tutulmamışdır.\nƏgər hər hansl dəqiq məlumat varsa, ətraflı şəkildə müraciət edə bilərsiniz.
remzi Soruşur Yazılma Tarixi:06.12.2013 12:53:41

salam men Abidov Remzi Agasalam oglu tevelludum 1995-12-12 yanvarin 2-ne herbi xidmete cagir gelib Hara dusduyum haqda melumat almaq isteyirem

Siz, təyin olunduğunuz hərbi hissə haqqında məlumatları 31 dekabr 2013-cü il tarixdən etibarən şəxsi məlumatları daxil etməklə, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin saytının "Hərbi xidmət" bölümündən əldə edə biləcəksiniz.
Rasim Soruşur Yazılma Tarixi:06.12.2013 11:39:07

salam Men stomatoloqam. tibb xidmet leytenanti kimi xidmet etmishem.1 il 6 ay, indi ehtiyyatda olan zabitem.. ishe duzele bilerem segerberlik idaresine?

Müraciətinizlə əlaqədar həftənin tək günləri Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Kadrlar və Kadr Hazirliği İdarəsinə gəlməyiniz təklif olunur. Özünüzlə şəxsiyyət vəsiqəsi, hərbi bilet, əmək kitabçası və təhsil haqqında sənədin olması vacibdir.
Samo Soruşur Yazılma Tarixi:06.12.2013 09:29:07

Salam. adim Ehmedli SamoduR, Sabirabad rayonunda yasayiram meni yanvar ayin 24de herbi xidmete devet olunmusam. Helede hara dusduyumu oyrene bilmirem. bilmek isteyirem ki, xidmete yanvar ayinda grde bileceyem.

Siz, təyin olunduğunuz hərbi hissə haqqında məlumatları 31 dekabr 2013-cü il tarixdən etibarən şəxsi məlumatları daxil etməklə, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin saytının "Hərbi xidmət" bölümündən əldə edə biləcəksiniz.
Emil Soruşur Yazılma Tarixi:05.12.2013 22:18:50

Salam. Men 03.01.2014 tarixinde herbi xidmete çağrılmışam. Hansi hərbi hissədə xidət edəəyimi öyrənmək isteyirəm

2014-cü ilin yanvar ayında müddətli həqiqi hərbi xidmətə çağırılacaq vətəndaşlar təyin olunduqları hərbi hissə haqqında məlumatı 31.12.2013-cü il tarixdən etibarən şəxsi məlumatları daxil etməklə, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəsmi saytının "Hərbi Xidmət" bölümündən əldə edə bilərlər.
Ferid Soruşur Yazılma Tarixi:05.12.2013 18:17:39

Salam men 2014.05.01 tarixinde herbi xidmete gedecem sizden xais etsem harda xidmet edeceyimi deye bilersiz?

2014-cü ilin yanvar ayında müddətli həqiqi hərbi xidmətə çağırılacaq vətəndaşlar təyin olunduqları hərbi hissə haqqında məlumatı 31.12.2013-cü il tarixdən etibarən şəxsi məlumatları daxil etməklə, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəsmi saytının "Hərbi Xidmət" bölümündən əldə edə bilərlər.
İLKİN Soruşur Yazılma Tarixi:05.12.2013 17:30:58

Salam men Bayramov ilkin Vahid oglu 1995ci yanvar ayinda esger gedirem.hansi çasda düşdüyümü bilə bilərem?

2014-cü ilin yanvar ayında müddətli həqiqi hərbi xidmətə çağırılacaq vətəndaşlar təyin olunduqları hərbi hissə haqqında məlumatı 31.12.2013-cü il tarixdən etibarən şəxsi məlumatları daxil etməklə, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəsmi saytının "Hərbi Xidmət" bölümündən əldə edə bilərlər.
MIRSAHIB Soruşur Yazılma Tarixi:05.12.2013 14:13:36

SALAM MENIM GOZUM COX ZEIF GORUR,BOYUK EHTRIMAL MENI HERBI XIDMETE YARARSIZAM.ANCAQ MEN HERBI XIDMETE GETMEK ISTEYIREM.BUNUN UCUN MUALICEYE EHTIYACIM VAR BU MUALICENIN DOVLET TEREFINDEN QARSILANMASI MUMUKUNDUR?

Çağırışçıların tibbi şəhadətləndirilməsi tərəfindən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş "Hərbi-həkim ekspertizası haqqında əsasnamə"nin "Xəstəliklər cədvəli"nin 1 qrafasının tələblərinə əsasən keçirilir. Xəstəliyinizlə əlaqədar müalicə almağınız üçün aidiyyəti üzrə qeydiyyatda olduğunuz yerli səhiyyə müəssisələrinə müraciət etməyiniz məqsədəmüvafiqdir.
samo Soruşur Yazılma Tarixi:04.12.2013 21:27:38

salam men bilmek isteyirem ki, yanvar ayinda herbi xidmete gede bileceyem

Sizin ünvanladığınız sualın dəqiq və dolğun cavablandırılması üçün soyadınızı, adınızı, atanızın adını, təvəllüdünüzü və qeydiyyatda olduğunuz Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli idarə, şöbə və ya bölməsini qeyd etməyiniz tövsiyə olunur.
Resad Soruşur Yazılma Tarixi:03.12.2013 15:58:30

salam uyqunsuz herbi biletle herbide islemek olar?

Bildiririk ki, "Hərbi vəzifə və hərbi xidmət haqqında" Azərbaycan Respublikası Qanununun 36.1-ci maddəsinə əsasən, yalnız müddətli həqiqi hərbi xidmətini başa çatdırmış və müəyyən edilmiş tələblərə cavab verən Azərbaycan Respublikasının vətəndaşları bağlaşma əsasında həqiqi hərbi xidmətlərə könüllü daxil ola bilərlər.Bu səbəbdən hərbi biletinizdə hərbi xidmət keçməyiniz barədə qeydlər olduğu təqdirdə, Siz hərbi xidmətə qəbul edilməyiniz üçün Azərbaycan Respublikası Silahlı Qüvvələrinin və qanunvericilikdə nəzərdə tutulmuş digər silahlı birləşmələrin Komandanlıqlarına müraciət edə bilərsiniz.
Cədvəldə sətir sayı :14891