Sual/Cavab
HÖRMƏTLİ İSTİFADƏÇİLƏR!

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin internet səhifəsi Konstitusiyanın 57-ci maddəsinə uyğun olaraq vətəndaşların müraciət etmək hüququnun reallaşdırılması vasitəsidir.Hər bir istifadəçinin məktub göndərmək, arzularını bildirmək, onu maraqlandıran məsələlər barədə yazmaq, təklif, ərizə və şikayətlə müraciət etmək imkanı vardır.

SƏFƏRBƏRLİK VƏ HƏRBİ XİDMƏTƏ ÇAĞIRIŞ ÜZRƏ DÖVLƏT XİDMƏTİNİN ÜNVANINA ELEKTRON FORMADA MÜRACİƏT GÖNDƏRMƏZDƏN ƏVVƏL, XAHİŞ EDİRİK QAYDALARLA TANIŞ OLUN:

1.Mətni yazmazdan əvvəl nəzərdə tutulmuş formanın düzgün cavablandırılması vacibdir.

2.Mətn mütləq yazıldığı dilin əlifbası ilə tərtib olunmalıdır, bütövlükdə böyük və ya kiçik hərflərlə yazılmamalı, cümlələrə bölünməli, durğu işarələrindən istifadə qaydalarına riayət edilməlidir.

3.Müraciət aydın və səlis cümlələrlə yazılmalıdır.

4.Müraciət edərkən etika qaydaları gözlənilməlidir. Nəzakətsiz ifadələr işlədildikdə və ya müəllif özü barədə məlumatları dəqiq göstərmədikdə müraciətə cavab verilmir.

5.Hörmətli internet səhifəsi istifadəçiləri! Böyük informasiya axınının işlənməsi xüsusiyyətlərini nəzərə alaraq, xahiş edirik bəzi məhdudiyyətlərə hörmətlə yanaşasınız:

Sualınızı yazın


Verilən suallar
Nərman(Norman Etibarov) Soruşur Yazılma Tarixi:12.09.2013 12:30:30

Salam!Oğlum 2007-ci il də Türkiyənin Bursa şəhəri Uludağ universitetinə daxil olmuşdur.Bir il yerli və xarici dil hazırlığı keçmiş.iki il oxuduqdan sonra başqa ixtisasa keçmiş.Bir il də ödəvi verə bilməmiş sinifdə qalmışdır.Hazırda (əyani olaraq) Memarlıq fakultəsinin 3-cü kursunda oxuyur.Bu yaxınlarda rayon hərbi komissarlğından zənglə müraciət olunmuş,oxuması haqda arayış tələb edilmiş.Bundan sonra oxuduğu Unuversitetdən verilmiş arayışın tərcümə ilə notariat təstiqi təqdim edilmişdir.Lakin,dövlət xitmətindən oğlumun təhsilini yarımçıq qoyub əskəri xitmətə gedəcəyini bildirmişlər. Zəhmət olmasa aydınlıq verəsiniz.(Olmaz ki, təhsilini başa vurandan sonra hərbi xitmət yerinə yetirilsin?)Mümkün olan variantı bilmək istərdim. Təşəkkür edirəm.

Sizin ünvanladığınız suala dəqiq və dolğun cavab verilməsi üçün oğlunuzun soyadı, adı, təvəllüdü və qeydiyyatda olduğu Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin idarə, şöbə və ya bölməsinin adını qeyd etməyiniz vacibdir.
Şöhrət Nağıyev Soruşur Yazılma Tarixi:12.09.2013 08:44:04

Oğlum Nağıyev Elcan həqiqi hərbi xidmətə cağırışçıdır.01.09.2013-cü il tarixdə aldığı travma ilə bağlı Təcili Tibbi Yardım Stansiyasının maşını ilə Gəncədə yerləşən Təcili Tibi Yardım Xəstəxanasının Travmatologiya şöbəsinə yerləşdiriblər.12 gün xəstəxanada müalicə olunub.Həkimlər oğluma "Qapalı kəllə beyin travması ,başbeyin silkələnməsi kəllə daxili hipertenziya, vegeto damar paroksizmalari ilə müşayyət olunan qıc olma tutmaları" diaqnozu qoymuşdurlar.Buna baxmayaraq Goranboy rayonun Səfərbərlik və Hərbi xidmətə çağırış üzrə şöbənin rəisi xəstəliklə bağlı sənədləri təqdim edəndə ciddi narazılıq etməyə başladı.Hörmətli cənab general Arzu Rəhimov Sizdən xahiş edirəm bu məsələyə aydınlıq gətirəsiniz!\nHörmətlə Şöhrət Nağıyev\nGoranboy rayon Qaradağlı kəndi\nMob Tel:0555536311

Oğlunuz Nağıyev Elcan Şöhrət oğlunun akademik M. Mirqasımov adına Respublika Klinik Xəstəxanasında müayinəsinin təmin olunması üçün Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Goranboy rayon şöbəsinə müvafiq göstəriş verilmişdir.
Əbülqasim Soruşur Yazılma Tarixi:12.09.2013 05:53:03

Oktyabrda herbi xidmete gedirem ali tehsili oldugum ucun herbi xidmete zabit kimi getmək istəyirəm lakin meni yaşadigim yer uzre herbi çagırış idarəsi zabit kimi düşdüyum herbi hisseden erize ile gede bileceyimi deyir ama hemise bu voyenkamatin ozunde olurdu vetendas bir basa kursant kimi gedirdi.zehmet olmasa meseleye aydinliq getirin

Bildiririk ki, Azərbaycan Respublikası Müdafiə Nazirliyindən verilmiş sifarişə əsasən yalnış həkim ixtisaslı mütəxəssislərin Təlim və Tədris Mərkəzində ehtiyat zabit hazırlığı kursunda təhsil alması nəzərdə tutulmuşdur.
Turan Soruşur Yazılma Tarixi:12.09.2013 05:42:28

Salam Men ali tehsilliyem ve kickboxla mesqul oluram, derecem var. Bilmek isteyirem herbide mesqimi davam etdire bilerem ve ya, yarişlara çıxa bileremmi?

Qeyd etdiyiniz məsələ ilə bağlı xidmət keçəcəyiniz hərbi hissənin komandirinə müraciət etməyiniz tövsiyə olunur.
Heyder Quliyev Soruşur Yazılma Tarixi:12.09.2013 03:30:59

Salam men Oktyabrin 2 si herbi xidmete caqirilmiwam hara duwduymu ne vaxt hardan ve nece orgene bilerem ???

Siz təyin olunduğunuz hərbi hissə haqqında məlumatı 30 sentyabr 2013-cü il tarixdən etibarən şəxsi məlumatları daxil etməklə, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin saytının "Hərbi xidmət" bölümündən əldə edə biləcəksiniz.
terife Soruşur Yazılma Tarixi:11.09.2013 16:51:05

Salam!Hormetli Qeneralimizin Lenkerana seferi hansi tarixde qezlenilir Tesekkur edirem

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət xidməti rəisinin Respublikanın cənub bölgəsi üzrə vətəndaşların qəbulu 08 iyun 2013-cü il tarixdə Xidmətin Lənkəran rayon şöbəsində keçirilmişdir.
kamran Soruşur Yazılma Tarixi:11.09.2013 16:48:54

men kamran ahmedzade 1992 tarixinde astara weherinde anadan olmuwam oktyabir 2 si herbi xidmete cagiriw gelib harda xidmet edeceyimi bilmey isteyirem

Siz təyin olunduğunuz hərbi hissə haqqında məlumatı 30 sentyabr 2013-cü il tarixdən etibarən şəxsi məlumatları daxil etməklə, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin saytının "Hərbi xidmət" bölümündən əldə edə biləcəksiniz.
Əsəd Soruşur Yazılma Tarixi:11.09.2013 16:46:24

salam.men sentyabrin 16si magistratura pilləsində təhsil almağa başlayacam.oktyabrda hərbi xidmətə cağırılmışam.menim derse getdiyim 15-20 gun nece olacaq.ehtiyata buraxildiqdan sonra dersi dayandırdiğım günden davam etdirəcəm yoxsa 1 il sonra sentyabr ayında yeniden derse gedecem.əvvəcədən təşəkkür

Qeyd etdiyiniz məsələ ilə bağlı Təhsil Nazirliyinə müraciət etməyiniz tövsiyə olunur.
Sakina Soruşur Yazılma Tarixi:11.09.2013 16:19:33

Oktyabr təxrisini sərəncamı imzalanıb?

"Hərbi vəzifə və hərbi xidmət haqqında" Azərbaycan Respublikası Qanununun 12.3-cü maddəsinə uyğun olaraq Azərbaycan Respublikasının Prezidentinin aktı əsasında ildə dörd dəfə - yanvar, aprel, iyul vı oktyabr aylarının 1-dən 30-dək vətəndaşlar müddətli həqiqi hərbi xidmətə çağırılırlar və qanunla müəyyən olunmuş xidmət müddətləri başa çatmış müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları ehtiyata buraxılırlar.
Faiq Soruşur Yazılma Tarixi:11.09.2013 15:05:53

Salam aleykum.Magistraturaya qebul olunub,esger geden wexslercun normal muddetden az(6 ay)qulluq etmeleri haqqinda qanun var?

Qeyd etdiyiniz məsələ ilə bağlı "Hərbi vəzifə və hərbi xidmət" haqqında Azərbaycan Respublikası Qanununda heç bir müddəa nəzərdə tutulmamışdır.
Cədvəldə sətir sayı :13946