Sual/Cavab
HÖRMƏTLİ İSTİFADƏÇİLƏR!

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin internet səhifəsi Konstitusiyanın 57-ci maddəsinə uyğun olaraq vətəndaşların müraciət etmək hüququnun reallaşdırılması vasitəsidir.Hər bir istifadəçinin məktub göndərmək, arzularını bildirmək, onu maraqlandıran məsələlər barədə yazmaq, təklif, ərizə və şikayətlə müraciət etmək imkanı vardır.

SƏFƏRBƏRLİK VƏ HƏRBİ XİDMƏTƏ ÇAĞIRIŞ ÜZRƏ DÖVLƏT XİDMƏTİNİN ÜNVANINA ELEKTRON FORMADA MÜRACİƏT GÖNDƏRMƏZDƏN ƏVVƏL, XAHİŞ EDİRİK QAYDALARLA TANIŞ OLUN:

1.Mətni yazmazdan əvvəl nəzərdə tutulmuş formanın düzgün cavablandırılması vacibdir.

2.Mətn mütləq yazıldığı dilin əlifbası ilə tərtib olunmalıdır, bütövlükdə böyük və ya kiçik hərflərlə yazılmamalı, cümlələrə bölünməli, durğu işarələrindən istifadə qaydalarına riayət edilməlidir.

3.Müraciət aydın və səlis cümlələrlə yazılmalıdır.

4.Müraciət edərkən etika qaydaları gözlənilməlidir. Nəzakətsiz ifadələr işlədildikdə və ya müəllif özü barədə məlumatları dəqiq göstərmədikdə müraciətə cavab verilmir.

5.Hörmətli internet səhifəsi istifadəçiləri! Böyük informasiya axınının işlənməsi xüsusiyyətlərini nəzərə alaraq, xahiş edirik bəzi məhdudiyyətlərə hörmətlə yanaşasınız:

Sualınızı yazın


Verilən suallar
rustemova zulfiyye Soruşur Yazılma Tarixi:20.12.2013 10:09:11

salam men bilmek isdiyirem ki,menim qardsaim rustemov sirsad seyfeddin ogluna 6 ay mualice ucun vaxt vermisdiler.Buronxlarin da soyuq deyme olduqune gore.Indi ise yoxladmisiq 03 12 2013 tarixin de bir daha buroxlarina gore hekim den kecmisdir. Hekim hec problemin olmadigi qeyd etmisdir.Herbi komisarliq ise yeniden qardasima 2 ay mohlet vermisdir.Bilmek isdeyirem qardasim heqiqi herbi xidmete ne vaxt gedecek. Tessekkur edirem

Müraciətinizlə bağlı müvafiq araşdırmanın aparılması məqsədilə qardaşınızın təvəllüdü və Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin hansı yerli idarə, şöbə və ya bölməsində hərbi qeydiyyatda olduğu göstərilməlidir.
resid Soruşur Yazılma Tarixi:20.12.2013 09:58:43

salam mene 2014.01.03 tarixe vaxt qoyublar menim dosdum menimle bir getmeli idi ama onun gozlerinde zeyiflik var herbi komiiyada ona vax vermediler bilmek olar ona yeniden cagris gelcek?

Bildiririk ki, sağlamlıqdan şikayətləri ilə bağlı əlavə tibbi müayinəyə göndərilmiş çağırışçılara yanvar ayının 1-dən 30-dək rayon (şəhər) çağırış komissiyasının qərarı elan ediləcəkdir.
mehemmed Soruşur Yazılma Tarixi:20.12.2013 08:47:21

herbi xidmete hara duwmuwem

2014-cü ilin yanvar ayında müddətli həqiqi hərbi xidmətə çağırılacaq vətəndaşlar təyin olunduqları hərbi hissə haqqında məlumatı 31.12.2013-cü il tarixdən etibarən şəxsi məlumatları daxil etməklə, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin saytının "Hərbi Xidmət" bölümündən əldə edə bilərlər.
Kamran Əliyev Soruşur Yazılma Tarixi:19.12.2013 21:44:08

Salam men zabit kimi ishe qebulla bagli 1ci oktyabr ayinin 5i merkezi idarede senedlerimi vermishem.. novbeti defe ne vaxt cagiracagsiz meni ? ishe qebul uchun neche etap olur ?

Bildiririk ki, həqiqi hərbi xidmətə (işə) qəbulla bağlı müraciət etmiş vətəndaşların sayı çox olduğundan onların Xidmətin Aparatına müsabiqəyə dəvət olunmaları növbəli qaydada həyata keçirilir.\nMüsabiqəyə dəvət olunmağınız barədə Sizə əlavə məlumat veriləcəkdir.
elsever Soruşur Yazılma Tarixi:19.12.2013 11:49:37

esedov elsever firuddin oglu suraxani rayonuda ucatdayam hara duwduyumu bilmek isderdim

Siz təyin olunduğunuz hərbi hissə haqqında məlumatı şəxsi məlumatlarınızı daxil etməklə, 31 dekabr 2013-cü il tarixdən etibarən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin "Hərbi Xidmət bölümündən əldə edə bilərsiniz.
Ilqar Soruşur Yazılma Tarixi:19.12.2013 08:50:52

salam men 2013 il yanvarin 2sinde herbi xidmete gedirem.bilmek isdeyirem ki.men orada idmanimi davam etdire bilecem ya yox ?

Qeyd etdiyiniz məsələ ilə bağlı xidmət keçəcəyiniz hərbi hissənin komandanlığına müraciət etməyiniz tövsiyə olunur.
elsan Soruşur Yazılma Tarixi:18.12.2013 19:34:11

2014 yanvarin 3 esgerliye hara duwmuwem bilmey olar?

Siz təyin olunduğunuz hərbi hissə haqqında məlumatı şəxsi məlumatlarınızı daxil etməklə, 31 dekabr 2013-cü il tarixdən etibarən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin "Hərbi Xidmət bölümündən əldə edə bilərsiniz.
Yusif Soruşur Yazılma Tarixi:18.12.2013 16:14:29

Salam. Mən 1996-cı il yanvar ayında anadan olmuşam. Bu il-2013-cü il Gürcüstan Texniki Universitetinin əyani şöbəsinə daxil olmuşam. Lakin TQDK-da imtahandan kəsilmişəm. Daha sonra Gürcüstanda imtahan verərək ora qəbul olmuşam. Maraqlanmaq istəyərirəm ki, mən hərbi xidmətə çağırıla bilərəmmi?

Siz oxuduğunuz təhsil müəssisəsindən notarial qaydada tərcümə olunaraq təsdiq olunmuş təhsil haqqında arayışı Xidmətin qeydiyyatda olduğunuz idarə, şöbə və bölməsinə təqdim etməlisiniz.
Kamran Soruşur Yazılma Tarixi:18.12.2013 10:17:44

Salam .. Herbi Bilete 2-ci dereceli Yararsiz yazilibsa , amma elil olmaqim barede hechne yazilmir , sadece ikinci dereceli herbiden yararsiz . . bu ne derecede duzgundur ? ve buna elillik dushurmu ? 2 ci dereceli herbiye yararsiz yazilidiqina gore mene Pensiya dushur ? Buna gore hansi Komssiyiadan kechmek lazimdir ? Xaish edirem cavablandirin ..

Siz, suallarınızla bağlı qeydiyyatda olduğunuz Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon idarəsinə (şöbəsinə, bölməsinə) müraciət edə bilərsiniz.
Vusal Soruşur Yazılma Tarixi:17.12.2013 17:13:50

salam 07.12.2013-cü il tarixdə Sizə etdiyim müraciyətimə əlavə olaraq bilmək istərdim ki, 2008-ci il tarixdən 2010-cu il tarixə kimi Goranboy rayon Hərbi Komisarlığında müfəttiş vəzifəsində işləməyimi nəzərə alaraq Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin istənilən bölgəsində cavuş və ya gizir rütbəsində işləyə bilərəmi

Bildiririk ki, hal-hazırda Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə, Silahlı Qüvvələrdə zabit qismində həqiqi hərbi xidmət keçmiş, xidmət etdiyi müddət ərzində xarakterizə olunan, ehtiyyatda olan zabitlərin qəbul edilməsi məsələsinə baxılır. Bu səbəbdən Sizin Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə həqiqi hərbi xidmətə qəbul olunmağınızla bağlı müraciətinizin müsbət həlli mümkün hesab edilməmişdir.
Cədvəldə sətir sayı :14891