Sual/Cavab
HÖRMƏTLİ İSTİFADƏÇİLƏR!

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin internet səhifəsi Konstitusiyanın 57-ci maddəsinə uyğun olaraq vətəndaşların müraciət etmək hüququnun reallaşdırılması vasitəsidir.Hər bir istifadəçinin məktub göndərmək, arzularını bildirmək, onu maraqlandıran məsələlər barədə yazmaq, təklif, ərizə və şikayətlə müraciət etmək imkanı vardır.

SƏFƏRBƏRLİK VƏ HƏRBİ XİDMƏTƏ ÇAĞIRIŞ ÜZRƏ DÖVLƏT XİDMƏTİNİN ÜNVANINA ELEKTRON FORMADA MÜRACİƏT GÖNDƏRMƏZDƏN ƏVVƏL, XAHİŞ EDİRİK QAYDALARLA TANIŞ OLUN:

1.Mətni yazmazdan əvvəl nəzərdə tutulmuş formanın düzgün cavablandırılması vacibdir.

2.Mətn mütləq yazıldığı dilin əlifbası ilə tərtib olunmalıdır, bütövlükdə böyük və ya kiçik hərflərlə yazılmamalı, cümlələrə bölünməli, durğu işarələrindən istifadə qaydalarına riayət edilməlidir.

3.Müraciət aydın və səlis cümlələrlə yazılmalıdır.

4.Müraciət edərkən etika qaydaları gözlənilməlidir. Nəzakətsiz ifadələr işlədildikdə və ya müəllif özü barədə məlumatları dəqiq göstərmədikdə müraciətə cavab verilmir.

5.Hörmətli internet səhifəsi istifadəçiləri! Böyük informasiya axınının işlənməsi xüsusiyyətlərini nəzərə alaraq, xahiş edirik bəzi məhdudiyyətlərə hörmətlə yanaşasınız:

Sualınızı yazın


Verilən suallar
ramin Soruşur Yazılma Tarixi:22.12.2013 13:09:53

ne vaxt cixacaq hara dusduyumuuz mumjunse deqiqi cavab yazin

2014-cü ilin yanvar ayında müddətli həqiqi hərbi xidmətə çağırılacaq vətəndaşlar təyin olunduqları hərbi hissə haqqında məlumatı 31.12.2013-cü il tarixdən etibarən şəxsi məlumatları daxil etməklə, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin saytının "Hərbi Xidmət" bölümündən əldə edə bilərlər.
Elvin Soruşur Yazılma Tarixi:21.12.2013 21:15:21

salam aleykum meni ayin 10u herbi xidmete cagiriblar ayin 12i getsem olar?

Müddətli həqiqi hərbi xidmətə çağırılmış vətəndaşlar rayon çağırış komissiyasının təyin etdiyi vaxtda Xidmət rəisinin müvafiq sərəncamı ilə təyin olunduqları hərbi hissələrə gəndərilməlidirlər.
Tərlan Soruşur Yazılma Tarixi:21.12.2013 19:32:35

Salam aleykum. Mən ailənin tək övladıyam. Atam 20.02.2006-cı ildə vəfat edib. Ailədə bir anam və mən varam. Əməliyyat olunduğum üçün öncəki 2 çağırışda hərbi xidmətə getməmişəm. Lakin 1-ci çağırışımda Tərtərə 703 sayli hərbi hissəyə düşmüşdüm. Çağırışçıların ailədə tək övlad olması nəzərə alınmır ki bəyəm cəbhə bölgəsində xidmətə göndərilir? Xahiş edirəm sualıma ətraflı cavab yazasınız.

Həqiqi hərbi xidmətə çağırılmış vətəndaşlar Azərbaycan Respublikası Silahlı Qüvvələrinin və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrin arasında bölünür. Çağırışçılar hansı hərbi hissədə xidmət keçməsi məsələsinə yuxarıda göstərilmiş qurumlarda baxılır.
mehemmed Soruşur Yazılma Tarixi:21.12.2013 19:21:40

salam bilmek isteyirem ki, talassemiya dashiyicilari herbi xidmete yararlidir?zehmet olmasa cavablandirin

Siz, qeydiyyatda olduğunuz Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon idarəsinin (şöbəsinin, bölməsinin) hərbi-həkim komissiyasında tibbi baxışdan keçiriləcəksiniz, ehtiyac olduğu halda dövlət səhiyyə müəssisəsində müayinəniz təmin olunacaq və hərbi xidmətə yararlı olub-olmamağınız haqda rayon çağırış komissiyası tərəfindən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş "Hərbi-həkim ekspertizası haqqında əsasnamə"nin "Xəstəliklər cədvəli"nin 1 qrafasının tələblərinə əsasən qərar qəbul olunacaqdır.
Esqin Soruşur Yazılma Tarixi:21.12.2013 18:58:12

Salam. Men bilmek isteyirdim ki men ali tehsilli muellimem ve yanvarda esgerliye cagiriblar. Men bilmek isteyerdim ki orda men her hansi bir rutbe verile bilermi? Xitisasca musiqi muellimiyem.

Qeyd etdiyiniz məsələ ilə bağlı xidmət keçəcəyiniz hərbi hissənin komandanlığına müraciət etməyiniz tövsiyə olunur.
Esqin Soruşur Yazılma Tarixi:21.12.2013 18:48:24

Salam.. Men yanvar cagiriscisiyam. MEn bilmek isteyirem ki esgerliye getdiyin gunden hesablanir ya yox. Yeni eger esger yanvarin 5 gedibse gelen il yanvarin 5-de texris olnacaq?/ Yoxsa ele hami kimi yanvarin 1 texris olunacaq?

"Hərbi vəzifə və hərbi xidmət haqqında" Azərbaycan Respublikası Qanununun 12.3-cü maddəsinə uyğun olaraq Azərbaycan Respublikasının Prezidentinin aktı əsasında ildə dörd dəfə - yanvar, aprel, iyul, və oktyabr aylarının 1-dən 30-dək qanunla müəyyən olunmuş xidmət müddətləri başa çatmış müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları ehtiyata buraxılırlar.
elvin Soruşur Yazılma Tarixi:21.12.2013 15:35:09

men bu il 03 07 2013 cu ilde heqiqi herbi xidmete cagrilmisam.sonra ehiyat zabilik kursuna gemek ucun muraciyet edim ve muraciyetim qebul olundu.MHKH yoxlanisdan kecen zaman tesadufen sag boyreyinde 9-10mm hecminde das askar olundu ve men texris olundum .indi mualice olunmuwam yeniden herbi xidmet kece bilerem ?

Səhhəti ilə əlaqədar ordu sıralarından vaxtından əvvəl tərxis olunaraq ehtiyata keçirilən vətəndaşların təkrar müddətli həqiqi hərbi xidmətə çağırılması qanunvericilikdə nəzərdə tutulmamışdır.
Nurlan Soruşur Yazılma Tarixi:21.12.2013 10:20:07

salam. deqiq olrag hara dusduyumuz nezaman melum olar??

2014-cü ilin yanvar ayında müddətli həqiqi hərbi xidmətə çağırılacaq vətəndaşlar təyin olunduqları hərbi hissə haqqında məlumatı 31.12.2013-cü il tarixdən etibarən şəxsi məlumatları daxil etməklə, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin saytının "Hərbi Xidmət" bölümündən əldə edə bilərlər.
Huseynov Orxan Soruşur Yazılma Tarixi:21.12.2013 09:58:55

Salam. Menim qardasim 2 il Qerb universitetinde tehsil aldiqdan sonra, oradan azad edildi. ve azad olunan kimi de Turkiyenin Balikesir Universitetine imtahan vererek qebul oldu. Turkiyedeki hemen ali tehsil muessisesinden resmi buradaki herbi komissarliga da qardasimin heqiqeten de Balikesir Universitetinin eyani fakultesinde tehsil aldigi, fakultesinin adi, umumiyyetle her sey aydin sekilde yazilib. Azerbaycanda notarial tesdiq edib teqdim etdik herbi komendantliga, Lakin oradan dediler ki, gelmelidir herbi xidmete. Bu ne derecede qanuna uygundur? Qeyd edim ki, qardasim Turkiyedeki Universitete qebul olanda herbi komissarliqdan verilen "otsrocka" muddeti hele bitmemisdir. Xahis edirem bize meselenin qanuni terefini bildiresiniz. evvelceden tesekkurler

Bildiririk ki, "Hərbi vəzifə və hərbi xidmət haqqında" Azərbaycan Respublikası Qanununun 21-ci maddəsinə əsasən mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq dövlət qeydiyyatına alınmış, fəaliyyətinə xüsusi razılıq (lisenziya) verilmiş və akkreditasiya olunmuş təhsil müəssisələrində və onların filiallarında təhsilini davam etdirmək üçün çağırışçılara yalnız bir dəfə (bakalavr pilləsini bitirənədək) möhlət verilir.\nHəmin Qanunun 21.2 maddısinə əsasən ali təhsil müəssisələrindən xaric edilmiş şəxslər 6 ay müddətinə xaric olunduğu təhsil müəssisəsinə bərpa olunmadıqda, çağırışa möhlət hüququnu itirirlər.
toğrul Soruşur Yazılma Tarixi:20.12.2013 18:24:13

Salam. Magistratura pilləsində təhsil alacaq çağırışçıların Həqiqi hərbi xidmətdən əlavə möhlət alması və yaxud bu kimi başqa dəyişikliklər gözlənilirmi?

Bildiririk ki, "Hərbi vəzifə və hərbi xidmət haqqında" Azərbaycan Respublikası Qanununun 21-ci maddəsinə əsasən mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq dövlət qeydiyyatına alınmış, fəaliyyətinə xüsusi razılıq (lisenziya) verilmiş və akkreditasiya olunmuş təhsil müəssisələrində və onların filiallarında təhsilini davam etdirmək üçün çağırışçılara yalnız bir dəfə (bakalavr pilləsini bitirənədək) möhlət verilir.\nQeyd etdiyiniz məsələ ilə bağlı həmin Qanuna əlavə müddəa nəzərdə tutulmamışdır.
Cədvəldə sətir sayı :14891